Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Dua
Dua - çağırış, dindarın ALLAHA müaraciəti. == İslam dinində dua == Ərəb dilindən tərcümədən, çağırmaq və səsləmək mənalarını ifadə edir. Dini termində isə dua, müxtəlif hacətlərin həyata keçməsi üçün, Allah-taala ilə danışıb, Ondan kömək diləmək mənasını daşıyır. Allah-taala Qurani-Kərimdə buyurur: "(Ya Peyğəmbər!) Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (onlara) de ki, Mən (onlara) daha yaxınam, çağıranın duasını Məni çağırarkən icabət edirəm. Onlar hidayət olsunlar deyə, Mənim də`vətimi qəbul edib, Mənə iman gətirsinlər!" Digər bir ayədə buyurur: "Rəbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hədislərdə də duanın əhəmiyyətindən söz açılmış və onun üzərində təkid olunmuşdur. Hətta bəzi hədislərdə dua, möminin və Peyğəmbərlərin silahı adlandırılmışdır. Lakin, əsas məsələ insanın dua edərkən kimi çağırması, necə çağırması və nə üçün çağırmasını bilməsi və başa düşməsindən ibarətdir. DUANIN QAYDASI İslam dinində hər bir əməlin özünəməxsus qayda və şərtləri olduğu kimi, duanın da özünəməxsus olan bir sıra qayda və şərtləri vardır. Onların əsaslarını qeyd edirik: Təharətli olmaq Dua edərkən üzü qibləyə tərəf əyləşmək Haram və pis işlər üçün dua etməmək İnam və yəqinlə dua etmək Duada hacətlərin həyata keçməsinə təkid etmək Səhər çağı dua etmək Dua edərkən hacətləri dilə gətirmək Duadan qabaq Allah-taala üçün həmd-səna demək Duadan qabaq və sonra Həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək; Müqəddəs məkanlarda dua etmək və s.(1. Müfrədatu əlfazil-Quran, (Rağib), səh-315.), (2.
Daryaraq səna
== Təbii yayılması == Afrika və Hindistanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Şişyarpaq səna
Senna alexandrina (lat. Senna alexandrina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Təbii yayılması == Sudanda yayılmışdır. == Botaniki təsviri == Yerə sərilən yarımkoldur. Hündürlüyü 1,5 m-ə qədərdir. Gövdəsi düz, çoxlu budaqlara şaxələnir. Yarpaqları növbəli, cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları enli neştərvari, ucu şiş, göyümtül-yaşıl, üzəri tüksüz və ya zəif tüklü, kənarları bütövdür. Çiçəkləri iri, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Ləçəkləri sarı, kasayarpaqları 5, erkəkcikləri 10-dur.
Səna (bitki)
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Səna (dəqiqləşdirmə)
Səna — Yəmənin paytaxtı və böyük şəhəri. Səna (bitki) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Oxşar == SANA — Suriyanın dövlət informasiya agentliyi.
Dua Lipa
Dua Lipa (22 avqust 1995, Vestminster[d], Böyük London) — alban əsilli ingilis müğənni və bəstəkar. Model olaraq çalışdıqdan sonra 2014-cü ildə Warner Bros. şirkəti ilə müqavilə bağlayaraq 2017-ci ildə Dua Lipa adlı albomunu çıxardı. Albom Böyük Britaniya sıralamasında üçüncü yerə yüksəldi. == Həyatı == Lipa, 22 avqust 1995-ci ildə Londonda doğulub. Adı "Dua" alban dilində "Səni sevirəm", "istəyirəm" və ya "ehtiyacım var" mənasına gəlir. Ailəsi Kosovalı albanlardır. Silviya Yonq Teatr Məktəbində oxumuşdur. 15 yaşında olarkən Londona dönüb və dostları ilə yaşamağa başlamışdır. Dönməkdə məqsədi musiqi karyerası yaratmaq idi.
Cam haqqında dua
Cam haqqında dua (Gefsimaniya duası) — İncildə təsvir olunan İsa Məsihin Gefsimaniya bağında etdiyi dua. Xristian ilahiyyatçıların nöqteyi-nəzərindən, dua İsanın iki iradəsi sahib olduğunun ifadəsidir: ilahi və insan. == İncildəki süjet == Cam haqqında dua Yuhənnadan başqa yevangelistlərin hamısı tərəfindən təsvir olunub.
Dua (Aleksis Karrel)
Dua (fr. La Prière) — Aleksis Karrelin elmi-fəlsəfi əsəri. == Məzmun == == Tərcümə və nəşr == Əli Şəriəti Aleksis Karrelin "Dua" kitabını fars dilinə tərcümə etdikdən sonra öz fikirlərini də əsərə əlavə etmişdir. Hər iki müəllifin əsəri 2015-ci ildə Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuş və 1 ad, 2 hissədə Parlaq İmzalar nəşriyyatında nəşr olunmuşdur.
Dua (Əli Şəriəti)
Dua — Əli Şəriətinin elmi-fəlsəfi əsəri. == Məzmun == Dr. Əli Şəriətinin dərin düşüncələrinin və mənəvi dünyasının məhsulu olan “Dua” kitabı onun digər əsərləri içərisində öz parlaqlığı ilə seçilir. Kitabın birinci hissəsində Dr. Şəriətinin tərcümə etdiyi Nobel mükafatı laureatçısı Aleksis Karrelin mövzu dərinliyi ilə insanı heyrətləndirən “La Priere” (Dua) kitabçası yer almışdır. Sonrakı hissələrdə isə Dr. Şəriətinin özünün duanın mahiyyəti, fəlsəfəsi, eşq, ehtiyac və mübarizə kimi məsələlərin müasir nəzəriyyələrlə qarşılaşdırılması və təhlili, müsəlmanlar arasında durğunluğa səbəb olmuş bu mövzulara müəllifin geniş elmi və dünyagörüşü pəncərəsindən orijinal baxışları yer almışdır. Kitabın ən həyəcanlı səhifələri isə Dr. Şəriətinin coşqun, dərdli, fəlsəfi, tənqidi, üsyankar ruhundan pərvazlanan dualarıdır. Əslində isə, bu, dua müstəvisində onun İslam cəmiyyəti ilə bağlı arzularının və qəlb çırpıntılarının təzahürüdür.
Milli Dua Ziyafəti
Milli Dua Ziyafəti (ing. National Prayer Breakfast) — ABŞ-də prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük mərasimlərdən biri. 2014-cü ildəki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılmışdır. 2015-ci ildeki Ziyafetde Azərbaycanı temsil edən yeganə Azərbaycanlı Dr Vüqar Şahbazlı olmuşdur. Bu NPB-də ilk defe olaraq XIV Dalay Lama da iştirak etmişdir.
Tərs yumurtavari səna
== Təbii yayılması == Əsasən Sudanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 metr olan yarımkol və ya koldur. Yarpaqları 5 cüt, yarpaqcıqları enli, tərs-yumurtavari, ucdan dəyirmidir. Ləçəkləri qeyri bərabərdir. Paxlası yastı, oraqvari, iri, 3-4 sm uzunluğundadır. Avqust ayında çiçəkləyir. == Ekologiyası == İşığa, istiyə, küləyədavamlı bitkidir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mədəni halda Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir. == İstifadəsi == Yolların kənarlarında canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Quranın Səna əlyazması
Səna əlyazması — bu gün mövcud olan ən qədim Quran əlyazmalarından biri. 1972-ci ildə Yəməndə Səna Böyük Məscidinin bərpası zamanı bir çox digər Quran fraqmentləri və başqa əşyalarla birlikdə tapılıb . Əlyazma iki təbəqədə perqament üzərində yazılmışdır. Üst təbəqə Osman dövründə istifadə edilən standart yazı ilə yazılmış Quran olsa da, alt təbəqə standart yazı ilə müqayisədə fərqlənir. Alt təbəqənin bir versiyası 2012-ci ildə nəşr edildi. Karbon testləri onun 99% dəqiqliklə 669-cu ildən əvvəl və 95.5 faiz dəqiqliklə 578-ci ildə sonra yazıldığını göstərir. Səna əlyazmalarından 926 parça təhlil edilmişdir. 22%-i məlum olan Qurandan yazılış, dilçilik və düzülüş etibarilə tamamilə fərqlənir.
Xeyir-dua verən Məsih (Rafael)
Xeyir-dua verən Məsih (it. Cristo benedicente) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Xeyir-dua verən Məsih" əsəri hal-hazırda İtaliyanın Lombardiya əyalətində, Breşia şəhərindəki Pinakoteka Tozio Martinenqoda saxlanılır. Məsihin xüsusiyyətləri Rafaelin avtoportretinə bir qədər bənzəyir.
Ölümcül xeyir-dua (film, 1981)
Ölümcül xeyir-dua (ing. Deadly Blessing) — 1981-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin rejissoru məşhur ABŞ rejissoru və ssenaristlərindən biri Ues Kreyvendir. Filmin ilk baxış tarixi 14 avqust 1981-ci ildə ABŞ-də baş tutmuşdur. Filmə ən çox izləyiciləri sırasına ABŞ və İspaniya kimi ölkələr daxildir. Filmin mövzusu ferma ətrafında baş verir. İki cütlük Cim və Marta ailə qurduqdan sonra fermaya köçürlər. Lakin bir gün Cimin çox qəribə ölümündən sonra fermada sakitlik pozulmağa başlayır və qəribə hadisələr baş verir. == Məzmun == Cim Şmidt (Duqlas Barr) "Bizim xeyir-duamız" adlandırılan izolə edilmiş fermada yaşayır. Bu ferma ətrafında yaşayan əhali "Hettlər" adlandırılan ciddi dini rejimi olan cəmiyyətdə yaşayırlar.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Həna
Həna — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,358 nəfər və 1,335 ailədən ibarət idi.
Məna
Məna (fəlsəfə) Məna (psixologiya) Məna (dilçilik) - dilçilikdə termindir.
Rəna
Rəna — Qadın adı.
SRNA
SRNA və ya Serb Respublikasının Jurnalistika Agentliyi (serb. Новинска агенција Републике Српске) — Serb Respublikasında jurnalistika agentliyi. Köhnə adı "Serb Jurnalistika Agentliyi" idi. 1992-ci ildə Şərqi Sarayevo şəhərində Bosniya serblərinin ilk mediası olaraq quruldu. Respublika hökumətinin qərarına əsasən 27 mart 2008-ci ildə "Serb Respublikasının Jurnalistika Agentliyi" adlandırıldı. SRNA şeir, nəsr və jurnalistikada növündə bir çox kitab nəşr etmişdir. Serb Respublikası, Serbiya və bölgənin digər ölkələrinin bütün kitab sərgilərində iştirak edir. Çox saylı mükafatlar içərisində, "Иницијал" beynəxalq kitab yarmarkasında doktor Miodraq Laziçin "Hərbi cərrahın gündəliyi" (serb. Дневник ратног хирурга) kitabına görə verilən İlk Mükafat agentlik üçün xüsusi əhəmiyyət kəsb edir. Müharibə illərində o, Niş şəhərindən olan könüllü idi, Sarayevonun serb hissəsində (indiki Şərqi Sarayevo) yerləşən xəstəxanada əsgərlərin və mülki şəxslərin həyatını xilas edən cərrah idi.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Sona
Sona — qadın adı. Sona Bağırova (müğənni) — Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar Artisti (1943). Sona Nuriyeva — İlk azərbaycanlı təyyarəçi qadınlarından biri Sona Qasımova — Azərbaycanın ilk qadın idmançılarından biri, Sona Qurbanova — tarix üzrə fəlsəfə doktoru Sona Əhmədova-Şirinova — Azərbaycan xalça ustası, SSRİ Dövlət mükafatı laureatı (1950). Sona Mikayılova — Aktrisa Sona Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa. Sona Hacıyeva — Azərbaycan aktrisası. Sona Babayeva — Aktrisa Sona Bağırova — Azərbaycanın əməkdar jurnalisti. Sona Əliyeva — Azərbaycan aktrisası. Sona Vəlixan — göz həkimi, əməkdar elm xadimi, professor.
Səma
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. == Həyatı == Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Bua
Bua və ya Buinsk (tatar. Буа; rus. Буинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
DMA
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (əvəllər Dövlət Məşğulluq Xidməti, hazırda DMA olaraq da tanınır. Əhali arasında iş mərkəzi, məşğulluq mərkəzi kimi tanınır.) — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur. Qurumun Mərkəzi Aparatı Bakı şəhərində yerləşir. Agentliyin Mərkəzi Aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti , eləcə də, Agentliyin fəaliyyətini təmin edən tədris mərkəzləri və s. onun vahid sistemini təşkil edir. Hazırda Agentliyin rəhbəri Mustafa Abbasbəylidir. Agentlik ölkə üzrə 13 Regional Məşğulluq filialı ilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində işləmək hüququ olan şəxslərin xidmətindədir. Agentliyin müəyyən olunmuş 23 fəaliyyət istiqaməti əsasında müraciətçilərə 16 fərqli xidmət göstərilir. Xidmətdən yararlanmaq istəyənlər Agentliyin filiallarına, DOST mərkəzlərinə, eləcə də, onlayn formada Agentliyin rəsmi saytı vasitəsilə müvafiq sahə üzrə müraciət edə bilərlər. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. == Dəfn mərasimi == Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Dənizkənarı Sena
Dənizkənarı Sena və ya Dənizsahili Sena (fr. və norm. Seine-Maritime) — Fransanın şimal-qərbində yerləşən, Normandiya regionunun departamenti . 18 yanvar 1955-ci ilə qədər departament «Aşağı Sena» (fr. Seine-Inférieure) adlanırdı. Sıra nömrəsi — 76. İnzibati mərkəzi — Ruan şəhəri. Əhalisi — 1 257 920 nəfər (departamentlər arasında 15-ci yer, 2014-ci ilin məlumatları). == Coğrafiyası == Dənizkənarı Sena departamenti Er, Uaza, Somma və Kalvados departamentləri ilə sərhəddir. Sahəsi — 6278 km².
Sena çayı
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Taksa-Sena
Taksa-Sena (fr. Taxat-Senat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03278. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 227 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 120 nəfər (15–64 yaş) arasında 96 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 80,0%, 1999-cu ildə 63,4%) idi. Fəal olan 96 nəfərdən 92 nəfər (49 kişi və 43 qadın), 4 nəfər işsiz (1 kişi və 3 qadın) idi. Aktiv olmayan 24 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == "Milli Statistika İnstitutu — Taksa-Sena" (fransız).
Sent-Etyen-dyu-Bua (En)
Sent-Etyen-dyu-Bua (fr. Saint-Étienne-du-Bois) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Treffor-Kyuizya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01350. == Coğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə və Burk-an-Bres şəhərindən 11 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2441 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1514 nəfər (15-64 yaş arasında) 1177 nəfər iqtisadi fəal, 337 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.7%, 1999-cu ildə 74.2%). Fəal 1177 sakindən 1105 nəfər (589 kişi və 516 qadın), 72 nəfəri işsizdir (27 kişi və 45 qadın).
Sent-Alban-dü-Ron
Sent-Alban-dyu-Ron (fr. Saint-Alban-du-Rhône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38353. Kommunanın 1999-cu il üçün əhalisi 840 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənubda, Qrenobldan 85 km qərbdə yerləşir.
Sent-Krua-dü-Verdon
Sent-Krua-dü-Verdon (fr. Sainte-Croix-du-Verdon, oks. Santa Crotz de Verdon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Ryez kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04176. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 132 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 87 yaşda (15-64 yaş arasında) 67 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 77.0%, 1999-cu ildə 67.6%). Fəal 67 nəfərdən 62 nəfəri (34 kişi və 28 qadın), 5 qadın işsiz idi.
Sent-Mari-dü-Mon
Sent-Mari-dyu-Mon (fr. Sainte-Marie-du-Mont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38194. Kommunanın 2012-ci il üçün əhalisi 239 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Sent-İler-dü-Rozye
Sent-İler-dyu-Rozye (fr. Saint-Hilaire-du-Rosier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38394. Kommunanın 2012-ci il üçün əhalisi 1954 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 151 ilə 280 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 39 km qərbdə yerləşir.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dena
Dena, İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir.Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Esna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Lena
Lena — qız adı. Əsasən Lena çayının adına görə qız uşaqlarına verilir. Bu adı olan tanınmış şəxslər.Lena Tolstova — Aktrisa. Lena Meyer-Landrut — alman müğənni.DigərLena çayı — Rusiyada çay.
Senna
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.