Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dombay
Dombay (rus. Домбай) — Rusiya ərazisində, Qaraçay-Çərkəz Respublikasının Teberda hövzəsində dağlıq ərazi. Dombayın cənub sərhəddi - Baş Qafqaz silsiləsidir. Ən yüksək zirvəsi - Dombay-Ulgendir. Hündürlüyü 4046 metrdir. Dombay üç əsas dərənin birləşməsidir: Alibek, Amanauza və Dombay-Ulgen. Hər üç dərə mərkəzdə mənzərəli Dombay talasını formalaşdırır. Talanın hündürlüyü 1630 metrdir. Dombay inzibati ərazi olmayıb dəqiq sərhədlərə malik deyil. Bu əraziyə müasir Teberda çayının yuxarı axarları aiddir.
Mumbay
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Tumblr
Tumblr ― ABŞ mərkəzli bir sosial şəbəkə və bloq veb saytıdır. 2007-ci ilin fevral ayında David Karp və Marko Arment tərəfindən qurulmuşdur. Yarandığı gündən iki həftə ərzində 75 000 istifadəçiyə çatan saytın təkcə ABŞ-də 13,4 milyon istifadəçisi var. Tumblr-ın digər oxşar saytlardan fərqi, populyar sosial şəbəkə saytları ilə tam harmoniyada işləməsidir. Beş il müddətində reklamsız Tumblr-un əsas gəlir mənbəyi, xüsusi mövzular satışından əldə olunan paylar və yazılarını vurğulamaq istəyən istifadəçilər tərəfindən ödənilən bir dollar haqqı idi. Sayt ilk böyük reklam kampaniyasına imza atdığı Adidas idman geyim şirkəti ilə başladı. Tumblr 20 May 2013-cü il tarixində Yahoo! Şirkət tərəfindən təxminən 1,1 milyard dollara satın alındı. Xidmət istifadəçilərə multimediya və digər məzmunu qısa formalı bloqda yerləşdirməyə imkan verir. İstifadəçilər digər istifadəçilərin bloglarını izləyə bilərlər.
Dubay
Dubay (ərəb. دبيّ‎, ing. Dubai) — Birləşmiş Ərəb Əmirlikləri ən böyük şəhəri, Dubayın inzibati mərkəzi. == Tarixi == Dubayın adı tarixi mənbələrdə ilk dəfə 1095-ci ildə əndəlus-ərəb coğrafiyaşünası Əbu Abdulla Əl-Bəkrinin "Coğrafiya kitabı"nda çəkilib. Venesiyalı mirvari ticarətçisi Qespero Belbi isə bu vilayətə 1580-ci ildə gəlmiş və Dubayın mirvari sənayesi haqqında ilk dəfə məlumat vermişdir. Şəhər haqqında rəsmi qeydiyyatlar 1799-cu ildən başlanmışdır. Məhz XIX əsrdə Dubay iki ağır təbii fəlakətə məruz qalmışdır. Birincidə, 1841-ci ildə şəhərdə çiçək xəstəliyi tüğyan edərək əhalini şərqə — Deyraya doğru çəkilməyə məcbur etmişdir. İkincidə, 1894-cü ildə isə Deyradan başlayan yanğın şəhəri cənginə alaraq evlərin böyük əksəriyyətini külə döndərmişdir, lakin bütün bunlara baxmayaraq, körfəz sahilində yerləşən şəhərin coğrafi mövqeyi ətraf vilayət və ölkələrin tacirlərini özünə cəlb edirdi. Dubay əmiri xarici ticarət adamlarını cəlb etməkdə çox maraqlı idi və ona görə də vergilərin aşağı həddə salınması onun istəklərini gerçəyə çevirirdi.
Mamadi Dumbuya
Mamadi Dumbuya (fr. Mamady Doumbouya; 4 mart 1980) — 5 sentyabr 2021-ci ildə baş vermiş dövlət çevrilişindən sonra Qvineya Respublikasının Prezidenti. == Həyatı == Dumbiya Qvineyanın Kankan bölgəsində anadan olub. Mandinka mənşəlidir.Dumbiya Fransa Milli Jandarma Birliyinin fəal üzvü olan fansız qadınla evlidir. Cütlüyün üç övladı var. == Hərbi fəaliyyəti == Dumbuya Prezident Alfa Konde tərəfindən yaradılan Xüsusi Qüvvələr Qrupuna rəhbərlik etmək üçün Qvineyaya qayıtmazdan öncə kapral rütbəsinə sahib fransız legionerdi. Batalyon komandiri rütbəsi alaraq vəzifəyə başlayanda bir sıra fərqli ölkələrdə keçdiyi təlimlər də daxil olmaqla beynəlxalq təcrübəsinə istinad edildi. Bu vəzifədə Forekariya mərkəzli ölkənin kəşfiyyat xidmətlərində çalışdı. 2019-cu ildə polkovnik-leytenant, 2020-ci ildə isə polkovnik rütbəsinə yüksəldi.2021-ci ildə Xüsusi Qüvvələr Qrupu üçün daha çox səlahiyyət qazandığı bildirildi.Avropa Birliyinin insan haqlarının pozulması iddialarına görə sanksiya verməklə hədələdiyi 25 qvineyalı məmurdan biri idi.2021-ci ilin may ayında səbəbi bilinməyən ittihamlarla Konakridə Dumbuyanın həbs oluna biləcəyinə dair hökumətdən qaynaqlanan söz-söhbətlər yayılmışdı. == 2021-ci il dövlət çevrilişi == Dumbiya 5 sentyabr 2021-ci ildə Qvineya Prezidenti Alfa Kondenin saxlanıldığı Qvineya çevrilişinin təşəbbüskarı idi.
Mumbay Universiteti
Mumbay Universiteti (ing. University of Mumbai, marathi मुंबई विद्यापीठ) — Hindistanın Mumbay şəhərində yerləşən ali təhsil müəssisəsi. Mədrəs və Kəlkətə universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir. == Tarixi == Universitetin əsası 18 iyul 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür. == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Reytinqi == Mumbay Universiteti ən çox milyarder məzunu olan universitetlərin siyahısında 9-cu yerdədir. 2014-cü ilə aid məlumata görə bu universitetin 12 milyarder-məzunu var.Milli Qiymətləndirmə və Akkreditasiya Şurası (NAAC) tərəfindən Mumbay Universitetinə "Beş Ulduz" statusu verilmişdir. == Tanınmış məzunları == Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: Mukeş Ambani — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Anil Ambani — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Anil Dhirubhai Ambani Group" şirkətinin səhmdarı.
Aşıq Umbay
Aşıq Umbay (Umbay Sadıq oğlu Axundov; 21 mart 1941, Laçın rayonu) — Azərbaycan aşığı, "Əməkdar mədəniyyət işçisi". == Həyatı == Aşıq Umbay 1941-ci il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində kolxozçu ailəsində anadan olub.1946–1953-cü illərdə 7 illik Qarakeçdi kənd məktəbini, 1953–1959-cu illərdə isə Minkənd kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş və 1974-cü ildə həmin institutu müvəfəqiyyətlə bitirmişdir.Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Umbay Gəncəli Aşıq Maisdən 2 il aşıqlıq sənətinin sirlərini mənimsəmişdir. 1971-ci ildə rayonlararası "Gənc Aşıqlar Festivalı"nda birinci yerə çıxmışdır. 1976-cı ildə ümumittifaq festivalının laureatı olub qızıl medal alan Aşıq Umbayın 1989-cu ildə 2 qramafon valı yüksək tirajla satışa buraxılmışdır. 1992-ci ildə "Laçında dillənən saz" adlı şeirlər kitabı 7 min tirajla nəşr edilmişdir. Azərbaycan Dövlət Televiziyasında "Şah İsmayıl" və "Laçın həsrəti" dastanlarını danışmışdır. 1984-cü ildə IV aşıqlar qurultayının üzvü olan Aşıq Umbay 2008-ci ildə keçirilən V aşıqlar qurultayının idarə heyətinin üzvü seçilmişdir.Dövlət tədbirlərində mütamadi iştirak edən Aşıq Umbay hal-hazırda yazıb-yaratmaqla məşğuldur. == Mükafatları == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 15 iyul 2016-cı ildə Aşıq Umbay "Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilib. == Kitabları == "Laçında dillənən saz", 1992-ci il, 7 min tiraj.
Bürc Dubay
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Dubay Qülləsi
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Dubay əmirliyi
Dubay əmirliyi (ərəb. إمارة دبي‎) — Ərəb Yarımadasındakı yeddi Birləşmiş Ərəb Əmrlikləri əmirliyindən biri. 1960-cı illərdə yalnız kiçik bir balıqçı qəsəbəsi olan Dubay, 1970-cı ildən etibarən sürətlə inkişaf etməyə başladı. Dubay Birləşmiş Ərəb Əmrliklərinin ən böyük əmrliyi və ən lüks, ən müasir olanıdır.
Dumlu qalası
Dumlu qalası — Düz kəsmə daşlardan tikilmiş olan Dumlu qalası, orta əsrlərdən günümüzə qədər çatan bir qaladır. Tikintisi XI və ya da XII əsrdə tikilən qala, Çukurova "dağ qalaları" adlandırılan qalalar kompleksinin ikinci hissəsidir. == Tarixi == Adana vilayət sərhədləri içindəki bir çox qala kimi haqqında çox məlumat olmayan Dumlu qalası, Adananın Ceyhan ilçəsinə 17 kilometr məsafədə olan İmamoğlu ilçəsinə gedərkən Tumlu kəndinin ərazisindədir. 75 metr hündürlüyündəki əhəngdaşlı bir təpə üzərində qurulmuşdur. Çukurova "dağ qalaları" zəncirinin ikinci halqası olan Dumlu qalası, Adana-Kozan karvan yolunu izləyə və ətrafındakı bir çox qalayla əlaqə yarada bilən əlverişli mövqedədir. Ətrafı 800 metr olan Dumlu qalasının nalşəkilli 8 bürcü var. Qalaya giriş şimal hissədəndir. Şimal tərəfdə qayaların düzəldilməsi təşkil edilmiş pilləkən izləri yer yer fərq edilməkdədir. Bundan başqa, daxili hissədə 3 ədəd yan giriş mövcuddur. Dumlu qalasının düzənliyə baxan şərq küncündə bir müşahidə qülləsi və müdafiə xəndəkləri ilə qala divarları var.
Umbay Əmirov
Umbay Əmirov (Umbay Abbas oğlu Əmirov; d.1899 — v.?) — Cümhuriyyət tələbəsi, həkim, Azərbaycan SSR Səhiyyə Nazirinin müavini. == Həyatı == Umbay Abbas oğlu Əmirov 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri idi. 1916-cı ildən Odessa Universitetində təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini tibb sahəsində davam etdirmək üçün yenidən həmin universitetə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan SSR-nin səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdı. == Ailəsi == Umbay Əmirov Dilarə Səfərova ilə ailə qurmuşdu. Rasim və Arif adlı iki oğlu, Beyim adlı qızı vardı.
Dubay Beynəlxalq Hava Limanı
Dubay Beynəlxalq Hava Limanı (ərəb. مطار دبي الدولي‎) (IATA: DXB, ICAO: OMDB) — Dubaya xidmət edən əsas beynəlxalq hava limanı. Beynəlxalq sərnişin tutumu ilə dünyanın ən işlək hava limanlarından biridir. Sərnişin tutumuna görə dünyada üçüncü, yükdaşımaya görə altıncı, Airbus A380 və Boeing 777 reysləri üçün ən işlək hava limanıdı Uçuş başına düşə ən çox orta sərnişin sayına malikdir. 2017-ci ildə hava limanı 88 milyon sərnişini və 2.65 milyon ton yükü idarə etdi və 409.493 reys həyata keçirdi.Hava limanı, Əl-Qarhud mahalında, Dubayın 4,6 km şərqində yerləşir və 1,250 hektar sahəsi var. Terminal 3, dünyanın ən böyük hava limanı terminalı və mərtəbə sahəsinə görə dünyanın ikinci ən böyük binasıdır.Hava limanı Dubai Airports Company şirkəti tərəfindən idarə olunur və Dubayın beynəlxalq havayollarının, Emirates və flydubai şirkətlərinin əsas bazasıdır. Emiratesin mərkəzi, Yaxın Şərqdəki ən böyük hava qovşağı mərkəzidir; Emirates, bütün sərnişin tutumunun 51 %-ni idarə edir və bu hava limanında bütün təyyarə reyslərinin təxminən 42%-ni təşkil edir.
Dubay Beynəlxalq Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Əl-Əhli Dubay FK
Əl-Əhli (Dubay) FK — Birləşmiş Ərəb Əmirliklərinin futbol klubu == Tarixi == 1970-ci ildə yaranmışdır.
Dubay Beynəlxalq Müqəddəs Quran Mükafatı
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.