LAL

I. i. dumb person; mute; (kişi) dumb man*; (qadın) dumb woman*; (oğlan) dumb boy; (qız) dumb girl; ~lar top.i. the dumb; anadangəlmə ~ dumb from birth; anadan ~ doğulmaq to be* born dumb; Lalın dilini anası (yiyəsi) bilər at. söz. ≅ His mother can understand a dumb person’s anguage

II. s. 1. dumb; mute; ~ adam dumb person; ~ olmaq 1) to become* / to be* dumb; 2) məc. to grow* dumb; not to speak*; qorxudan ~ olmaq to be* dumb with fear; ~ etmək to make* dumb, to strike* dumb; heyrətdən / sevincdən ~ olmaq to be* / to be* struck dumb with astonishment / joy; O, dəhşətli xəbərdən lal oldu, bir söz deyə bilmədi He / She was dumb by the terrible news and couldn’t say a word; 2. (hiss və s.) mute; silent, deathly still; ~ gecə deathly-still night; ~ meşə dumb forest; ~ xəritə skeleton map; ~ səhnə dumb show

III. z. dumbly; quietly; silently; ~ kimi durmaq / dayanmaq to remain dumb, to stand* silent / still; Suyun lal axanı adamın yerə baxanı at. söz. ≅ Beware of a silent dog and still water; Still waters run deep

LAQQIRTI
LAL-DİNMƏZ
OBASTAN VİKİ
Lal (1992)
== Məzmun == Kinolentdə sözü ilə əməli düz gəlməyən, "biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq" deyən, lakin iş görmək lazım gələndə qaçıb aradan çıxan dil pəhləvanları tənqid olunur. == Film haqqında == Film Bəhram Osmanovun quruluşçu rejissor kimimkinoda ilk işidir. Film Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsər müəllifi: Cəlil Məmmədquluzadə Quruluşçu rejissor: Bəhram Osmanov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu operator: Rövşən Quliyev (Rövşən Cavanşiroğlu kimi) Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Səs operatoru: Teymur Abdullayev İkinci rejissor: Asif Əliyev Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Orxan Sərkərov Ramiz Sərkərov Ələsgər Məmmədov Elxan Ağahüseynoğlu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 367.
Lal bildirçin
Yapon bildirçini (lat. Coturnix japonica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. Köçəri quş Mancuriya və Yaponiyanın şimal hissəsində çoxalır. Yaponiyanın cənubunda, Koreya yarımadası və Cənubi Çində qışlayır. Zahirən adi bildirçinə (Coturnix coturnix) bənzəyən yapon bildirçini Yaponiyada XIX əsrin sonu, XX əsrin əvvəllərində əhliləşdirilmişdir və bildirçin fermalarında ən çox olan növdür.
Lal (film, 1992)
== Məzmun == Kinolentdə sözü ilə əməli düz gəlməyən, "biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq" deyən, lakin iş görmək lazım gələndə qaçıb aradan çıxan dil pəhləvanları tənqid olunur. == Film haqqında == Film Bəhram Osmanovun quruluşçu rejissor kimimkinoda ilk işidir. Film Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsər müəllifi: Cəlil Məmmədquluzadə Quruluşçu rejissor: Bəhram Osmanov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu operator: Rövşən Quliyev (Rövşən Cavanşiroğlu kimi) Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Səs operatoru: Teymur Abdullayev İkinci rejissor: Asif Əliyev Bədii rəhbər: Eldar Quliyev === Rollarda === Orxan Sərkərov Ramiz Sərkərov Ələsgər Məmmədov Elxan Ağahüseynoğlu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 367.
Lal (film, 2003)
Lal — Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında çəkilmiş film. == Məzmun == İki oğlan uşağı küçədə hönkürtü ilə ağlayırlar. Lakin heç kəs onların göz yaşının səbəbini aydınlaşdıra bilmir. Sonda lal-kar bir səfil (İdris Rüstəmov) həmin uşaqları görür və öz çörək payını onlara verir. Uşaqlar ağlamağı kəsərək çörəyi yeməyə başlayırlar.
Lal Bahadur Şastri
Lal Bahadur Şastri (hind. लालबहादुर शास्त्री, 2 oktyabr 1904 — 11 yanvar 1966) — Hindistanın ikinci baş naziri == Həyatı == Lal Bahadur Şastri 2 oktyabr 1904-cü ildə hazırkı Uttar Pradeş ştatında anadan olmuşdu. 1966-cı ildə Şastri 61 yaşında idi və olduqca sağlam görünürdü. Ona görə də, onun qəfil ölümü beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Qərbdə çıxan qəzetlər Şastrinin zəhərlə öldürüldüyü barədə sensasiyalı xəbər yaydılar. Ancaq SSRİ həkimləri Şastrinin ölümünü ürəktutması ilə izah etdilər. Şastrinin çaydan sonra öldüyünü söyləyən xidmətçinin sözlərinə inansaq, Hindistan Baş Nazirinə zəhər verildiyini ehtimal etmək olar. Çünki, adətən, belə qəfil ölümlər zəhərdən sonra baş verir. Böyük Britaniya və ABŞ həmin dövrdə SSRİ-nin Hindistanda möhkəmlənməsindən və oraya sosializm ixrac etməsindən ciddi narahatlıq keçirirdilər. Üstəlik, Cavahirləl Nehru kimi Ləl Bahadur Şastri də sosializmə meyl göstərirdi və bu çərçivədə də SSRİ ilə sıx iqtisadi və siyasi münasibətlər qurmuşdu.
Lal Yuxu (teleserial, 2017)
Lal Sinqx Çadha (film, 2020)
Lal Sinqx Çadha (hindcə:Laal Singh Chaddha) filmi Advait Çandan tərəfindən 2020-ci ildə çəkilişi bitəcək Hindistan Absurd Komediya filmidir.Film 1994-cü ildə çəkilən Forrest Qamp filminin hind versiyasıdır.Baş rolda Əmir Xan,Karina Kapur oynayırlar.Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq. == Məzmun == Film Hindistanda cərəyan edir.IQ-sü az olan,səfeh və sevimli Lal Sinqx Çadhanın həyatından bəhs edir.Forrest Qamp necədirsə,Lal Sinqx də elədir. == Film haqqında == 3 axmaq filmindən sonra ikinci Karina Kapurla Əmir Xanın kino işidir. Avqustda Əmir Xan filmin çəkilişi üçün Türkiyəyə getdi. Burada Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşdü.
Lal Bihari
Lal Bihari (və ya Lal Bihari Mritak; 6 may 1955, Amilo[d], Uttar Pradeş) – Hindistanın Uttar-Pradeş ştatının Amilo kəndindən olan fermer və aktivist. O, 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır. Adına Mritak (hərf. ölmüş) sözünü əlavə etmiş, bu cür hadisələri işıqlandırmaq üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını qurmuşdur. == Həyatı == Bihari məşhurlaşmazdan öncə Uttar-Pradeş ştatında yerləşən bir kənddə yaşayan fermer idi. O, bankdan borc almaq üçün Azamqarh rayonunun gəlir idarəsinə yaxınlaşmışdır. Bu zaman ölü kimi qeydiyyatda olduğunu öyrənmişdir. Onun dayısı məmurlardan birinə rüşvət verərək Biharinin ölü kimi qeydiyyata alınmasına nail olmuş, beləcə, Biharinin Khalilabadda yerləşən bir akrlıq torpağının varisliyini götürmüşdür. Bihari 100-dən çox insanın eyni vəziyyətlə üzləşdiyini, rəsmi olaraq ölü göstərildiyini öyrənmişdir. Məsələni gündəmə gətirmək üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını yaratmışdır. O və digər üzvlər onları ölü kimi göstərməyə nail olmuş şəxslər tərəfindən öldürülmək təhlükəsi ilə üzləşmişdirlər.
Lal Sinqx Çadha
Lal Sinqx Çadha (hindcə:Laal Singh Chaddha) filmi Advait Çandan tərəfindən 2020-ci ildə çəkilişi bitəcək Hindistan Absurd Komediya filmidir.Film 1994-cü ildə çəkilən Forrest Qamp filminin hind versiyasıdır.Baş rolda Əmir Xan,Karina Kapur oynayırlar.Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq. == Məzmun == Film Hindistanda cərəyan edir.IQ-sü az olan,səfeh və sevimli Lal Sinqx Çadhanın həyatından bəhs edir.Forrest Qamp necədirsə,Lal Sinqx də elədir. == Film haqqında == 3 axmaq filmindən sonra ikinci Karina Kapurla Əmir Xanın kino işidir. Avqustda Əmir Xan filmin çəkilişi üçün Türkiyəyə getdi. Burada Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşdü.
Hümmət Lalayev
Hümmət Mədət oğlu Lalayev (1902, Salyan, Cavad qəzası – 30 aprel 1978, Salyan, Salyan rayonu) — Salyan rayon istehlak cəmiyyəti idarə heyətinin sədri, Azərbaycan Texniki Təchizat İdarəsi Salyan rayonlararası satış bazasının direktoru. == Həyatı == Hümmət Lalayev 1902-ci ildə Salyan qəzasının Bala Surra kəndində anadan olub. Hələ körpə ikən atası vəfat etdiyindən kiçik yaşlarından işləməyə başlamışdır. 15-16 yaşlarında yaxınlıqdakı Bankə balıq vətəgəsində işə düzəlmiş, elə o vaxtdan siyasi həyata qoşulmuşdur. Üç illik fəhlə stajı imkan verir ki, o dövrün çətin ictimai-siyasi durumundan baş çıxara bilsin. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən kəndə qayıdır, burada ilk gənclər təşkilatının yaradıcılarından biri olur. Başqa həmyaşıdları ilə birlikdə kənddə ictimai-siyasi iş aparır və çox çəkmir ki, ÜİK (b) P-nin sıralarına qəbul olunur. 1926-cı ildə xidmətə çağrılır və yenicə yaradılmış Azərbaycan diviziyasının ən fəal əsgərlərindən olur. 1928-ci ildə ailə vəziyyəti ilə əlaqədar yenidən doğma kəndə qayıtmaq məcburiyyətində qalır. Əvvəlcə Bankə balıq kombinatında nəqliyyat şöbəsi rəisinin köməkçisi, sonra isə Azərbaycan Su Təsərrüfatı Həmkarlar İttifaqının rayon müvəkkili işləyir, 1931-1938-ci illərdə əvvəlcə Ərəbqardaşbəyli kənd partiya təşkilatının katibi və "Bolşevik" kolxozunda MTS-in direktor müavini olmuş, Qızılağac və Şorsulu kəndlərində kənd sovetinin sədri vəzifələrində işləmişdir.
Kaliforniya laləsi
Bu cins təbiətşünas İ. F. Eşşolsun şərəfinə adlandırılmışdır. Cinsdə 12 növ vardır. Gülçülükdə onların 2 növündən istifadə olunur. Kaliforniya eşşolsiyası (E.californica) yabanı halda Şimali Amerikada bitir. Bu bitki budaqlı, hündürlüyü 56 sm-ə qədər, yaşıl, lələkvari yarpaqları olan bitkidir. Çiçəkləri sadə ya da çoxləçəkli, kasaşəkilli, laləyəoxşar, müxtəlif:ağ, sarı, narını, qırmızı, çəhrayı rəngdə olur. Hazırda bu növdən gülçülükdə geniş istifadə olunmur. İkinci növ-çimli eşşolsiya (E.caespitosa) az yayılmışdır. Bu bitki əvvəlkindən açıq-sarı rəngdə xırda hamaşçiçəkləri ilə fərqlənir. Eşşolsiyanın toxumlarını yazda ya da payızda 15x15 sm sxemi üzrə torpağa əkməklə çoxaldırlar.
Lala Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Laldinməz
Laldinməz — Azərbaycanda qədim uşaq oyunu. == Oyun qaydaları == Uşaqlar oyunu idarə etmək üçün özlərinə başçı seçirlər. Oyunçular cərgəyə düzülürlər. Burada danışmamaq əsas şərtdir. Gülüb danışan və səs çıxaran uduzmuş olur. Uşaqları danışdırmaq və güldürmək üçün başçı hər vasitəyə əl atır. Çubuğunu yerə vurub deyir: "Bu yer qoruqdur, qoruqdur. Heç kəsin bura gəlməyə ixtiyarı yoxdur". Heç kəs dinmir. Başçı bir az dayanır.
Lalela Msvane
Lalela Mswane (27 mart 1997]) — cənubi afrikalı model və gözəllik kraliçası, Miss Supranational 2022 müsabiqəsinin qalibidir. O, əvvəllər “Miss Cənubi Afrika 2021” və “Miss Universe 2021” müsabiqələrinin qalibi olub və burada 3-cü ikinci yeri tutub.
Lali
Lali — İranın Xuzistan ostanının şəhərlərindən və Lali şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,213 nəfər və 3,041 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Lali şəhristanı
Lali şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Lali şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 35,549 nəfər və 6,341 ailədən ibarət idi.
Lalibela
Lalibela ( amh. ላሊበላ ) — Efiopiyada daşdan yonulmuş monolit kilsələri ilə məşhur olan şəhər. Lalibela, Efiopiyanın orta əsrlər və orta əsrlərdən sonrakı dövr sivilizasiyasının böyük bir keçmişidir. Şəhər Efiopiyanın Aksumdan sonra ikinci ən müqəddəs şəhəri və həcc mərkəzidir. Aksumdan fərqli olaraq, Lalibela əhalisi demək olar ki, tamamilə Efiopiya pravoslav xristianıdır. Efiopiyalılar 4-cü əsrin birinci yarısında xristianlığı qəbul edən ilk xalqlardan biri idi və tarixi kökləri Həvarilərin dövrünə aiddir. Kilsələr isə 7 əsrdən 13 əsrlərə qədərki dövrlərə aiddir. Xüsusilə yerli ruhanilər tərəfindən Lalibeladakı əsas binaların düzülüşü və adlarının Qüdsün simvolik bir nümayəndəliyi olduğu geniş qəbul edilir. Bu, bəzi ekspertlərin hazırkı kilsə binalarını 1187-ci ildə müsəlman lider Səlahəddinin Qüdsü ələ keçirməsindən sonrakı illərə aid etməsinə səbəb oldu. Ərazidəki Qaya kilsələri 1978-ci ildə Ümumdünya irsi elan edilmişdir.
Lalibela qaya kilsələri
Lalibela qaya kilsələri — Efiopiyanın Lalibela şəhərində yerləşən tarixi monolit kilsələr. Kilsələr 12-ci əsrin sonu - 13-cü əsrin əvvəllərində müqəddəs Qüds şəhərini öz səltənətində yenidən qurmaq istəyən Zaqve sülaləsinin kralı Qebr Mesqel Lalibelanın tapşırılığı ilə tikilmişdir. Ərazi kralın adını daşıyır. Abidələr bu günə qədər Efiopiya Pravoslav Xristian Kilsəsi tərəfindən istifadə edilir və Efiopiya Pravoslav ibadətçiləri üçün vacib bir ziyarət yeri olaraq qalır. == Arxeoloji sahə == Səhənin yüksəkliyi təxminən 2,480 metr (8,140 ft) ətrafındadır. Arxeoloji sahə 3 hissədən ibarətdir: şimal-qərb qrupu, cənub-qərb qrupu və Müqəddəs Corc kilsəsi. === Şimal-qərb qrupu === Bu qrup tunel və xəndək sistemləri ilə bir-birinə bağlı olan Biet-Medhan-Aləm, Biet-Məryəm, Biet-Qolqosa-Mixael, Biet-Meskel və Biet- Denaqel kilsələrindən ibarətdir. === Cənub-şərq qrupu === Biet-Amanuel, Biet-Qeddu-Merkoreus, Biet-Abba-Libanos, Biet-Lehem və Biet-Qabriel-Rufaeldən ibarət olan cənub-şərqdəki kilsələr də şimal-şərq qrupu kimi tunellər sistemi ilə bağlanır. == Tarix == === Aksum İmperiyası === Lalibela kilsələrinin yerli ənənə ilə bölgədə qurulan ilk xristian kilsəsi olduğuna inanılır. Ərazi eramızın 6-cı əsrində Roha şəhərini qurduqdan bir müddət sonra Aksum kralı Kalebin tapşırlığı ilə salınmışdır.
Lalisa
Lalisa (albom)
Lalisa (albom)
Lalisa – Cənubi Koreyanın Blackpink qız qrupunun üzvü olan taylandlı repçi və müğənni Lisanın ilk albomu. YG Entertainment və Interscope Records tərəfindən 10 sentyabr 2021-ci ildə yayımlanmışdır. == Solo çıxışından əvvəl == 19 aprel 2021-ci ildə YG Entertainment-in bir əməkdaşı Cənubi Koreya media orqanı The Korea Herald-a açıqlamasında Lisanın qruplarından üçüncü solist olaraq debüt edəcəyini (qrup yoldaşları Cenni və Roze-dən sonra) və daha sonra rəsmi olaraq təqvimləri elan ediləcəyi bildirdi. 12 İyulda Star News vasitəsilə, etiketində, klipinin çəkilişlərinin davam etdiyi ortaya çıxdı. İyulun 25-də müğənni bir səsyazma studiyasında çəkdiyi iki şəkli İnstagram hekayələrinə yüklədi, burada ekranda iki fərqli səs dalğasının yanında "Mənim adım nədir?" yazısı albomun başlığına işarə etdi. == Buraxılış və tanıtım == 25 avqust 2021-ci ildə YG Entertainment, albomun adı ilə adlandırılan bir tizer posteri yüklədi. 27 Avqustda YG albomun vizual anlayışlarından birini nümayiş etdirən 26 saniyəlik bir tizer buraxdı.30 Avqustda YG tərəfindən albomun baş mahnısının da "Lalisa" adlandırılacağı təsdiqləndi. Tam tracklist 5 sentyabrda yayımlandı. Albom 10 sentyabrda YG və Interscope vasitəsilə eyniadlı sinqlının klipi ilə birlikdə yayımlandı. Solo çıxana qədər Lisa ilə albom və klip haqqında danışmaq üçün sosial media platformalarında V Live və TikTok -da onlayn olaraq geri sayma tədbiri keçirdi.
Lalisa (dəqiqləşdirmə)
Lalisa (albom)
Lalisa (mahnı)
"Lalisa" Cənubi Koreyanın Blackpink qız qrupunun üzvü, taylandlı reper və müğənni Lisanın debüt sinqlidir. 10 sentyabr 2021-ci ildə YG Entertainment tərəfindən eyni adlı debüt sinql albomunun aparıcı sinqlı kimi buraxıldı. Bekuh Boom və "24" ilə birlikdə YG-nin uzun müddətdir əməkdaşlıq etdiyi Teddi Pak tərəfindən yazılan və istehsal olunan "Lalisa" tay mədəniyyətindən təsirlənən dinamik hip hop treki kimi xarakterizə olunur. Mahnı musiqi tənqidçilərindən qarışıq rəylər aldı, onların çoxu Lisanın performansını yüksək qiymətləndirdi, lakin bəziləri mahnının bəstəsini və istehsalını tənqid edirdi. Kommersiya baxımından "Lalisa" ABŞ-nin Billboard Hot 100-ə 84-cü sırada daxil oldu və Billboard Global 200-də 2-ci yerə yüksəldi. Müşayiət edən musiqi videosu sinqlin buraxılması ilə eyni vaxtda Blackpink-in youTube kanalına yükləndi. İlk 24 saat ərzində videoya 73,6 milyon baxış olub, platformada bir solist tərəfindən bir gündə ən çox baxış toplanıb. == Arxa plan və buraxılış == Qrup yoldaşı Roze-nin 2021-ci ilin martında debüt tək albomunun buraxılmasından sonra solo ifaçı kimi debüt edən növbəti üzv kimi Lisaya diqqət yetirildi. Aprelin 19-da The Korea Herald tərəfindən dərc edilən məqalədə YG Entertainment-in nümayəndəsi Lisanın qrupunun üçüncü solisti kimi debüt edəcəyini açıqladı və proqramları ilin sonunda bildirişlə rəsmi olaraq elan ediləcək. İyulun 25-də Lisa studiyada özünü əks etdirən iki şəkli instaqram hekayələrinə "Mənim adım nədir?" başlığı ilə yükləyərək, onun qarşıdan gələn buraxılışının başlığına işarə etdi.Avqustun 25-də YG, solo debüt sinql albomunun adının Lalisa olacağını təsdiqlədi.Daha sonra agentlik albomun trek siyahısını açıqladı və eyni adlı sinqlın başlıq treki kimi xidmət göstərəcəyini açıqladı.Mahnı 10 sentyabr 2021-ci ildə buraxıldı və rəqəmsal yükləmə, yayım üçün əlçatan oldu.
Lalisa Manobal
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür. Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu. == Həyatı == === İlk illəri === Pranpriya Manobal 27 mart 1997-ci ildə Taylandda doğulub. Uşaq ikən adı Lalisa olaraq dəyişdirilib. 3 yaşındaykən atası vəfat edib və Banqkoka köçüb.
Lalisa Manoban
Lalisa Manobal və ya Lisa (tay ลลิษา มโนบาล; tay ปราณปรียา มโนบาล; 27 mart 1997) — 2016-cı ildə YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu "Blackpink"-in ana rəqqasəsi, reperi və yaşca ən kiçik üzvüdür. Lisa 2021-ci ilin sentyabrında "Lalisa" adlı tək albomu ilə solo debütü etdi. Albom Cənubi Koreyada satışa çıxarıldığı həftə ərzində 736.000-dən çox nüsxə satdı və o, bunu edən ilk qadın sənətçi oldu. Eyni adlı aparıcı sinqlı üçün klip çəkildi. Yayımlandığı ilk 24 saat ərzində YouTube-da 73,6 milyon baxış oludu və bu solo ifaçı tərəfindən platformada ilk 24 saat ərzində ən çox baxılan musiqi videosu olub. Lisa "Lalisa" sinqlı ilə 2 Ginnes Rekordu qırıb:"24 saat ərzində solo ifaçının YouTube-da ən çox baxılan musiqi videosu" və "Solo K-pop ifaçısının 24 saat ərzində ən çox baxılan YouTube musiqi videosu". Eyni zamanda "Lalisa" musiqisi ilə Lisa "MTV Musiqi Mükafatları"-da "Ən yaxşı K-pop" mükafatını qazanaraq bu mükafata layiq görülən ilk K-pop solo sənətçisi oldu. == Həyatı == === İlk illəri === Pranpriya Manobal 27 mart 1997-ci ildə Taylandda doğulub. Uşaq ikən adı Lalisa olaraq dəyişdirilib. 3 yaşındaykən atası vəfat edib və Banqkoka köçüb.
Lalizol
Lalizol (fr. Lalizolle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03135. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 222 nəfərdən (15-64 yaş) 156 nəfər iqtisadi cəhətdən, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.3%, 1999-cu ildə 64.0%). Fəal 156 nəfərdən 139 nəfər (79 kişi və 60 qadın), 17 nəfər işsiz (6 kişi və 11 qadın) idi. Fəal olmayan 66 nəfər arasında 14 nəfər şagird və ya tələbə, 30 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Laliş məbədi
Laliş məbədi (kürd. Lalişa Nûranî) — yezdanizm dini inancını əsas məbədi. Yezidilər üçün həcc məkanı hesab edilən müqəddəs yer. Laliş və ya Lalişa olaraq adlandırılan məbəd, İraqın şimalında, Mosul şəhərindən 60 km şimal-qərbdə yerləşməkdədir. Yezidilərin əsas fiqurlarından olan Şeyx Adi bin Müsafirinin məzarı məbədin daxilində yerləşir. Yezidi olan bir şəxs ən azı həyatında bir dəfə olmaqla, Laliş məbədinə doğru 6 günlük həcc ziyarətini gerçəkəşdirməlidir. Bura gələn yezidilər müxtəlif dini rituallar icra edir və günşə doğru ibadətlər edirlər. Bölgədə yaşayan yezidilər isə illik təşkil edilən İçitma bayramı münasibətilə məbədə axın edirlər. Yezdanizm inancında ən müqəddəs yerlərdən biri olduğuna inanılan məbədə və ətrafına ayaqqabı ilə daxil olmaq qadağandır. Yezidilər bayramlarda və xüsusi günlərdə ailəlikcə məbədi ziyarət edərək, ətrafını süpür və təmizləyirlər.
Lalla Salma
Lalla Salma — Mərakeş Krallığının birinci xanımı Lalla Salma 1978-ci ildə mayın 10-da Mərakeşin Fəs şəhərində dünyaya gəlib. Salma Mərakeş kralı VI Məhəmmədlə 2002-ci ildə ailə həyatı qurub. Onların Moulay Həsən və Lalla Xədicə adında iki övladı var. Kraliça Rabat şəhərində təhsil alıb. ONA Group şirkətində informasiya xidmətləri sahəsində mühəndis vəzifəsində çalışıb. O, HİV-QİÇS və xərçəng xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrə səfərlər edib. Məhz bu məsələləri müzakirə etmək üçün Salma xüsusi səfir kimi Tunis və Səudiyyə Ərəbistanı olub. == Mənbə == Birinci xanımlar fotolarda – Lalla Salma.

Digər lüğətlərdə