Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duzdağ
Duzdağ — duzlaq. Yaşayış məntəqələri Duzdağ (Yevlax) — Yevlax rayonunda kənd. Düzdağ (Bozüyük) — Türkiyənin Bilecik ilinin Bozüyük ilçəsində kənd. Toponimlər Duzdağ (Tovuz) — Tovuz rayonunun Qaralar kəndində yer adı. Duzdağ (göl) — Salyanda göl. Duzdağ (Naxçıvan) — Naxçıvanda dağ. Filmlər Azərbaycan sirləri.
Duzdağ (Naxçıvan)
Duzdağ – Kəngərli rayonu ərazisində dağ (hünd. 1153,8 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun uzaq cənub qurtaracağında, eyniadlı platonun hüdudlarında zirvə. Naxçıvan şəhərindən 10–12 km şimal-qərbdədir. Yarımsəhra landşaftı var. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin maili yatan və duzsaxlayan çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Dağın cənub yamacında istismar edilən duz yatağı yerləşir. Burada 1967-ci ildə baş vermiş uçqun nəticəsində qədim (e.ə. 3-2-ci minilliklər) daşduz mədəni aşkar olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Duzdağ sinklinalının şimal-qərb qanadında yerləşir.
Duzdağ (Yevlax)
Duzdağ — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Duzdax qəsəbəsi Nemətabad kənd Sovetinin tərkibinə verilmişdir. 1924-cu ildə salınmış bu qəsəbədəki ilk müvəqqəti evlər neft kəşfiyyatı dəstəsinə məxsus olmuşdur. Sonralar burada yerləşən 8 nömrəli sovxozun malikanəsi əsasında abad yaşayış məntəqəsi yaranmışdır. 1965-ci ildən qəsəbə yaxınlığındakı Duzdağın adı ilə adlandırılmışdır. Qəsəbə düzənlikdə yerləşir.
Duzdağ gölü
Duzdağ — Salyan rayonu ərazisində şor göl. Gölun ətrafı ağ Şoran torpaq örtüyündən ibarətdir. Duzdağ "duzlu, duzlaq, Şor" mənalı Duzlaq coğrafi adının yerli tələffüz formasıdır.
Duzdağ kəsilişi
Duzdağ kəsilişi Azərbaycanda ağçagıl-pleystosen çöküntülərinin ən məşhur istinad kəsilişlərindən biridir. Braxisinklinala cavab verən bəndə bənzər Duzdağ dağı Göran dəmir yolu stansiyasından şimalda yerləşir. Dağın geoloji kəsilişini təşkil edən ağçaqıl törəmələri qum və qumdaşı təbəqəcikli nazikqatlı gillərdən (140 m) təşkil olunmuşdur. Bu çöküntülərdə molyuskların qabıqlarına, flora qalıqlarına və onurğalıların sümüklərinə rast gəlinir. Abşeron regiomərtəbəsinin Duzdağ kəsilişi Acınohur regionu üçün istinad kəsilişi kimi qəbul edilir, sahilyanı kontinental çöküntülərin tam açılışı və fauna qalıqlarının zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı olan hər üç abşeron yarımmərtəbəsi ayrılır. Kəsilişi qalınlığı olan pleystosenin kontinental çöküntüləri tamamlayır.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Duzdağ Gips Yatağı
Duzdağ Gips Yatağı — Babək rayonu ərazisində Naxçıvan şəhərindən 10 km şimal-qərbdə Naxçıvan duz yatağından 3 km cənub-şərqdədir.Geoloji quruluşunda Sarmat mərtəbəsinin Alt, Orta və Üst yarımmərtəbələrinin tündqırmızı,yaşılımtıl-boz və tünd-boz rəngli əhəngdaşlarla növbələşən beş gips layı iştirak edir. Faydalı qatın lay üzrə ümumi qalınlığı 5-6 m; dərinliyə getdikcə qalınlıq azalır. Keyfiyyətinə görə I və II növ tikinti gipsi kimi yararlıdır. Yatağın ehtiyatı 5361189 tondur. Yataq istismar olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 109.
Qədim Duzdağ mədəni
Qədim Duzdağ mədəni — Naxçıvan Muxtar Respublikasının Böyükdüz kəndi yaxınlığında Naxçıvan şəhərindən 12 km aralıda yerləşən arxeoloji abidə. XIX əsrin 70-ci illərində Duzdağda işləmiş dağ-mədən mühəndisi Koşkul və Bayer adlı şəxslər tərəfindən bir neçə ədəd daş balta tapılmışdır. Daş çəkiclərin bir qismi 1870-ci ildə abidələrlə maraqlanan Naxçıvan şəhər məktəbinin müfəttişi K. A. Nikitin tərəfindən toplan mışdır. Bu alətlərdən duz çıxarılması üçün istifadə edildiyini qeyd etmişdir. 1879-cu ildə İ. S. Polyakov arxeoloji kəşfiyyat işləri zamanı duz mədənlərinin yaxınlığından xeyli daş çəkic tapmışdır. Tədqiqatçının fikrincə onlar daha qədim dövrdə duz çıxarmaq üçün istifadə olunmuşdur. 1895-ci ildə Qafqazın arxeologiyası və etnoqrafiyası ilə məşğul olan P. N. Nadejdin tapıntılarla tanış olduqdan sonra onların duz çıxarmaq üçün daş çəkiclər olduğunu göstərmişdir. Həmin daş çəkiclər haqqında M. M. Hüseynov məqalə nəşr etdirmişdir. Qədim duz mədənləri 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunmuşdur. Dağıntı yerindən xeyli daş çəkiclər aşkar olunmuşdur.
Duzdağ daş duz yatağı
Duzdağ daş duz yatağı — Naxçıvan şəhərindən şimal-qərbdə yerləşir və lap qədimlərdən istismar olunur. Yatağın geoloji quruluşunda üst mio­sen (sarmat) duzdaşıyan və dördüncü dövr çöküntüləri iştirak edir. Yata­ğın səna­ye ehtiyatları 90 mln. tona çatır, sənaye hasilatı isə XIX əsrdən apa­rılır. Azərbay­can və Fransa arxeoloqlarının birgə apardıqları qazıntı işləri sübut etmişdir ki, yataq­da daş duz hasilatının başlanğıcı e.ə. III minilliyə gedib çıxır ki, bu da Duzdağ yatağının dünyada ən qədim duz mədəni oldu­ğunu göstərir. İşlənmiş duz lağımlarından biri pasiyentlərin bronxial astma və bron­xial sistemin başqa xəstəliklərindən müalicəsi məqsədilə balneoloji cəhətdən düzəldilmiş və təchiz edilmişdir. Yeraltı müalicə mərkəzində havanın tem­pe­raturu 19-, rütubətlik isə 23-35% arasında tərəddüd edir. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Qundaq-qundaq
Dovdaq
Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır.
Dustaq
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Duzlar
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯ Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s. Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s. Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s. Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s. Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s. Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s. Duzları aşağıdakı üsullarla almaq olar: 1.
Xuzdar
Xuzdar — Pakistanın Bəlucistan əyalətində şəhər. Şəhər Pakistanın ən böyük 45-ci şəhəridir. 1952-ci ilin oktyabr ayından 1955-ci ilədək Bəlucistan Ştatının paytaxtı, 1955-ci ildə isə Bəlucistanın inzibati mərkəzi olub. Brahui dilinin ən çox yayıldığı şəhərdir.
Davdaq
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Suzdal
Suzdal — Rusiyanın Vladimir vilayətində şəhər-qoruq, Suzdal rayonunun inzibati mərkəzi. Şəhər kimi 1024-cü ildən mənbələrdə adı çəkilir. Tərkibində yeganə yaşayış məntəqəsi kimi şəhər qəsəbəsi statusu ilə Suzdal şəhərinin bələdiyyə quruluşunu təşkil edir. Əhalisi - 9286 nəfər (2021). Vladimirdən 26 km şimalda, Nerlin çayının qolu olan Kamenka çayının sahilində yerləşir. Rusiyanın qızıl halqasına daxildir. Suzdal Rusiyanın ən qədim şəhərlərindən biridir. XII əsrdə knyazlığın paytaxtı oldu, Moskva isə sadəcə ona tabe olan yaşayış məntəqələrindən biri idi. Hazırda Suzdal Rusiyanın qızıl halqasının şəhərlərinin ən kiçiyidir, lakin burada 40-dan çox tarixi əhəmiyyətli abidə və 200 memarlıq obyekti var. Bu abidələrin bir neçəsi YUNESKO-nun Ümumdünya İrs Siyhısında qeydiyyata alınıb.
Dizdar
Dizdar (fars. qala keşikçisi‎) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Buzlaq
Buzlaq — dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri altında yavaş-yavaş hərəkət edən buz kütləsi. Buzlaq bərk yağıntıdan (qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və buxarlanan sudan xeyli çox olur, daha doğrusu buzlaq iqlim qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerdə əmələ gəlir. Hidrosfer qütb ölkələrində dəniz səviyyəsində, mülayim və isti qurşaqlarda isə uca dağlarda qarlardan və buzlaqlardan ibarətdir. Yerin çoxillik və ya "əbədi" qar və buz olan təbəqəsi Kriosfer adlanır. Onu birinci dəfə 1923-cü ildə polyak alim А. B. Dobrovolski tətbiq etmiş. == Kriosfer == Kriosfer Yerin üç əsas təbəqəsinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir: qar və buz yaranması üçün rütubət verən hidrosferin, bu rütubəti yayan və onu bərk fazada saxlayan atmosferin, səthində qar təbəqəsi əmələ gəlməsi mümkün olan litosferin. Bu okean — atmosfer — materik sisteminin vəsilələrindən biri iştirak etməsə daima qarlar da olmaz. Beləliklə, kriosfer qeyri-müntəzəm yayılmışdır. O yalnız qartoplanma şəraiti olan yerdə meydana gəlir. Lakin bu qeyri — müntəzəmlik hidrosferin vəhdətini və fasiləsizliyini gəstərir: su maye fazada ola bilməyən yerdə bərk fazada olur.
Qundaq-qundaq oyunu
Dizaq
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Dodaq
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Crypturellus duidae
Bozayaq tinamu (lat. Crypturellus duidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Dundas boğazı
Dundas boğazı (ing. Dundas Strait) — Şimal ərazisi (Avstraliya) torpaqlarında yerləşir. Melvill adasını Koburq yarımadasından ayırır. Ərazidə Garig Gunak Barli Milli Parkı yerləşir. Arafur dənizini Van Dimen körfəzi ilə birləşdirir.
Xuzdar rayonu
Xuzdar rayonu — Pakistanın Bəlucistan əyalətində rayon. İnzibati-mərkəzi Xuzdar şəhəridir. Əsası 1974-cü ildə qoyulub.
Zeynep Dizdar
Zeynep Dizdar (14 iyul 1976, İstanbul), Türk pop musiqiçisi, söz yazarı.
Bozdağ
Bozdağ — Naxçıvan Muxtar Respublikasında dağ. Bozdağ — Abşeron yarımadasının qərb hissəsində, Qobu qəsəbəsindən şimalda böyük palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasında, Hökməli qəsəbəsindən qərbdə palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasının cənub-qərbində Güzdək qəsəbəsi yaxınlığında palçıq vulkanı. Bozdağ — Ağdam rayonunda, Xaçınçayın sağ sahilində dağ. Bozdağ — Goranboy rayonunun Qızılhacılı kəndindən şimal-şərqdə dağ. Bozdağ — Əli Bayramlı rayonunda, Bəndovan kəndindən şimalda dağ. Bozdağ — Şəki rayonunun Şin kəndindən şimal-şərqdə Baş Qafqaz silsiləsinin zirvəsi. Bozdağ — Şəki rayonunda Daşüz silsiləsinin zirvəsi. Bozdağ — Mingəçevir su anbarıdan cənubda, Gəncəçaydan sağ tərəfdə dağ silsiləsi.
Buzdağı
Aysberq (alm. Eisberg‎, "buz dağ") və ya Buzdağı — okeanlarda üzən çox iri buz parçaları. Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 m-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə, çıxar hissəsini buxarlanma və buz axını təşkil edir. Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür: piramidal, maysvari. Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır.
Cüzdan
Cüzdan, pul kisəsi və ya portmanat — şəxsiyyət vəsiqəsi, pul, kredit kartı, fotoşəkil, kontakt kimi obyektləri daşımağa yarayan və əksəriyyətlə dəridən ya da dəriyə bənzər maddələrdən tikilən kiçik ölçülü qatlama çanta.
Düzağa
Düzağa — Azərbaycan Respublikası Xocavənd rayonunun Şimal hissəsində, Xocavənd və Xocalı rayonlarının sərhədi boyunca uzanan dağ silsiləsi. Ön hündürlüyü zirvəsi 1397 m.-dir. Oronimin Qarabağın qədim Dizaq mahalının adından olduğu ehtimal edilir.
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Odundağ
Odundağ — Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı yüksəklik. Yüksəklik Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşir.
Qumdağ
Qumdağ — Türkmənistan Respublikasının Balkan vilayətində etrap hüquqlu şəhər.
Qızdağ
Qızdağ — Gədəbəy rayonu ərazisində dağ. Əsl adı Qızqaladır. Qızdağ — Hacıqabul rayonu ərazisində dağ. Hündürlüyü 271 m.