DUZAQ

is. Quş və vəhşi heyvan tutmaq üçün alət; tələ, cələ. Tülkü iki dəfə duzağa düşməz. ( Ata. sözü ).
// məc. Hiylə, kələk, tələ.
Təhlükə bilməyən, duzaq bilməyən; Qorxusuz yolçular, ulu yolçular. R.Rza.

□ Duzaq qurmaq – tələ qurmaq, tor qurmaq, kələk düzəltmək.
Yar oldu verdiyin fərman və bayraq; Düşmənə qurmuşam çıxılmaz duzaq. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DUZAQ duzaq bax tələ 1
  • DUZAQ tələ — cələ
DUZ-ÇÖRƏK
DUZÇU

Digər lüğətlərdə