Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar ƏliyevEldar Əliyev — . Eldar Əliyev — balet ustası.Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı. Elmar Məmmədov — "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri.
Elimdar Səfərov
Elimdar Səlimxan oğlu Səfərov (26 iyul 1992; Yardımlı, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elimdar Səfərov 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində anadan olub. Elimdar Səfərov 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçdü. == Hərbi xidməti == Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Elmidar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Səfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Eldar Mamayev
Eldar Kamileviç Mamayev (rus. Эльдар Камильевич Мамаев; 14 iyun 1985, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, müdafiəçi. == Həyatı == Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub.
Eldar Mansurov
Eldar Bəhram oğlu Mansurov (28 fevral 1952, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir.2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Eldar Mikayılzadə
Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi. == Həyatı və fəaliyyəti == Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir. 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdır. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır. Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır. Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.
Eldar Məcidov
Eldar Məcidov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məcidov Eldar Tofiq oğlu 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır. == Döyüşlərdə iştirakı == Eldar Məcidov 9 may 1992-ci ildə "N" saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olmuşdur.
Eldar Məmmədbəyli
Eldar Məmmədbəyli (tam adı: Eldar Məmmədbəyli Hüseynqulu oğlu; 22 yanvar 1941, Gədəbəy) — kimya elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunda şöbə müdiri, kimya üzrə onlarla elmi və tədris kitablarının müəllifi. == Həyatı == Eldar Məmmədbəyli Hüseynqulu oğlu 22 yanvar 1941-ci ildə Gədəbəy rayonu, Arısu kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti) Əczaçılıq fakültəsində təhsil almışdır. AMEA-nın akad. Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışır. O, Neft-Kimya Prosesləri İnstitutu nun "Antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi laboratoriyası" struktur bölmənin rəhbəridir. Eldar Məmmədbəyli Azərbaycan Demokrat Partiyası Ali Məclisinin üzvüdür. == Əsas elmi nailiyyətləri == Asimmetrik Dils-Alder reaksiyası, optiki aktiv funksionaləvəzolunmuş alitsiklik birləşmələrin sintezi, fizioloji aktiv maddələr, azot və kükürd birləşmələrin Mannix reaksiyası ilə sintezi, Azərbaycan yeni yataq neftlərinin, o cümlədən Naftalan neftinin optiki aktivliyinin tədqiqi, metal kompleksləri, o cümlədən ferrosen və simantrenin amin törəmələrinin sintezi. Uzun müddət ərzində xiral katalizatorların iştiraki ilə aparılan asimmetrik sintez sahəsində geniş elmi tədqiqat işləri aparmışdır. Təbii birləşmələr əsasında ekoloji təmiz üsulla yeni xiral katalizator sintez edilmiş və alınan katalizatorlar dien sintezində tətbiq edilmişdir.
Eldar Məmmədov
Eldar Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Eldar Məmmədov (operator) — Operator, Əməkdar mədəniyyət işçisi Eldar Məmmədov (şəhid) — Qara Yanvar şəhidi.
Eldar Mənsurov
Eldar Bəhram oğlu Mansurov (28 fevral 1952, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib. 1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə"Şöhrət" ordeni ilə təltif edilib2022-ci il oktyabrın oktyabrın 2-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev Sarayında Eldar Mansurovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirilmişdir.2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007–2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Eldar Məsimov
Eldar Məsimov (1941, Şamxor) — BDU-nun Maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası bölməsinin müdiri. == Həyatı == 1941-ci ildə Şamxor rayonunda ziyalı ailəsində anadan olmuş. 1957-ci ildə Şamxor rayonunun, Çinarlı kəndinin orta məktəbini qızıl medalla bitirib. == Elmi fəaliyyəti == 1969-cu ildə biofizika, Xarkov Dövlət İnstitutu; 1966–1970-ci illər elmi işçi, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1963–1966-cı illər aspirant, aşağı temperaturlar fizikası ixtisası üzrə, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş. 1960–1963-cü illər Xarkov Dövlət Universiteti, fizika fakültəsi 1970-ci ildən indiyə qədər atom və nüvə fizikası, maddə quruluşu, biofizika, molekulyar fizika, rəqslər və dalğalar fizikası və s. fənlərdən mühazirə oxumuş; 1984-cü ildə bioloji sistemlərdə yönümlü müxtəlif bioloji və sintetik polimerlərin suyun termodinamika halına təsiri. Moskva Dövlət Universiteti "biofizika" ixtisası. Rəhbərliyi altında: Elmlər namizədi — 20, Elmlər doktoru – 2 == Əmək fəaliyyəti == 1992-ci ildən Maddə quruluşu kafedrasının müdiri, BDU 1989-cu ildən bioloji fizikası bölməsinin müdiri, Fizika Problemləri İnstitutu, BDU 1989–1992-ci illərdə Elmi işlər üzrə prorektor, BDU 1987–1989-cu illərdə baş elm idarəsinin rəisi, Azərbaycan Təhsil Nazirliyi 1985–1987-ci illərdə professor, Maddə quruluşu kafedrası, BDU 1974–1985-ci illər dosent, Maddə quruluşu kafedrası, BDU 1972–1974-cü illər baş müəllim, Maddə quruluşu kafedrası, ADU, (BDU) 1970–1972-ci illər assistent, Maddə quruluşu kafedrası, ADU, (BDU) == Tədqiqat sahəsi == Bioloji və sintetik mənşəli polimerlərin Sulu məhlullarında qarşılıqlı təsirlərin və strukturun (termodinamik halı) tədqiqi. Bioloji molekulların və onların sulu məhlullarının nisbi hidrofobluqlarının, dərman maddələrinin canlı orqanizimdə istiqamətlənmiş nəqli problemlərinin öyrənilməsi.
Eldar Namazov
Eldar Namazov (23 dekabr 1956, Ağstafa) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993–1999), 2001-ci ilin martından "Azərbaycan Naminə" İctimai Mərkəzinin prezidenti. == Həyatı == Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafada anadan olmuşdur. 1974-1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakultəsini bitirmişdir. 1981–1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. O, fəlsəfə elmləri doktoru və tarix elmlər namizədidir. 1985–1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir, bir oğlu var. == İctimai-siyasi fəaliyyəti == Eldar Namazov 1991-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayınadək təsis etdiyi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur. Eldar Namazov 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olmuşdur.
Eldar Novruzov
Eldar Novruzov — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, Bitki ehtiyatları şöbəsinin müdiri. Biologiya elmləri doktoru, dosent. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == Eldar Novruzov 1942-ci ilin 30 may tarixində Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Orta təhsilini Qarabağlar kənd orta məktəbində almışdır. 1961-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikomunun aqranomluq fakultəsini, 1969-cu ildə Gəncə Dövlət Pedoqoji İnstitutunun (indiki GDU) biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Botanika İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1987-ci ildə SSRİ Ali Atestasiya Komissiyası Eldar Novruzova “biokimya” ixtisası üzrə baş elmi işçi (dosent) elmi rütbəsini vermişdir. == Elmi fəaliyyəti == E.Novruzovun 1973-cü ildə aspiranturanı bitirdikdən sonrakı bütün elmi fəaliyyəti Botanika İnstitutu ilə bağlı olmuşdur. Burada o, kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksəlmiş və hazırda bitki ehtiyatları şöbəsinə rəhbəri, eyni zamanda AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
Eldar Nuriyev
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. == Həyatı == Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E. Nuriyev burada 6 il çalışıb.
Eldar Nəsibli
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.
Eldar Piriyev
Piriyev Eldar Rizvan oğlu — azərbaycanlı filoloq, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının professoru. == Həyatı == Eldar Piriyev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin Filolofiya fakültəsini bitirmişdir. Bir müddət ASE-də elmi redaktor və İranda tərcüməçi işlədikdən sonra 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna işə qəbul olunmuşdur. 1983-cü ildən müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır, 2008-ci ildən Türkologiya kafedrasının professoru vəzifəsində işləyir. 2002-2014-cü illərdə Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin dekanı olmuşdur. 1989-cu ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 75-dən artıq elmi məqalə, 4 monoqrafiya, 1 metodik vəsait və 2 dərs vəsaitinin müəllifidir. 2012-ci ildə Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" nominasiyası üzrə diploma layiq görülmüş və qızıl medalla təltif olunmuşdur.
Eldar Qarayev
Eldar Abdulla oğlu Qarayev (21 noyabr 1964, Bakı) — əczaçılıq üzrə elmlər doktoru, profesor, Ümumi və toksikoloji kimya kafedrası müdiri. == Həyat və fəaliyyəti == Eldar Abdulla oğlu Qarayev 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Tibb İnstitunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək əczaılıq elmləri namizədi elmi adına layiq görülmüşdür. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin əczaçılıq kimyası kafedrasında əvvəl baş laborant, assistent, sonra ümumi və toksikoloji kimya kafedrasında baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2013-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək əczaçılıq üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür. Hazırda Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının müdiri vəzifəsində çalışır. 180-dan artıq elmi işin, o cümlədən 8 patentin (ixtira), 2 dərs vəsaitinin və 4 dərsliyin müəllifidir. Xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda dəvət olunmuş məruzəçi və konfrans sədri qismində iştirak etşmişdir.Bəzi elmi işləri xarici ölkələrdə (ABŞ, Türkiyə, Yunanıstan, Rusiya, Özbəkistan, Belarus, Çin, Gürcüstan və s.) impakt faktorlu jurnallarda çap olunmuşdur. “Azərbaycan əczaçılıq və farmakoterapiya” jurnalının və “Toksikologiya” Elmi-Praktik jurnalının redaksiya heyətinin üzvüdür.
Ələmdar
Ələmdar — kişi adı. Polad ƏləmdarBu adı olan tanınmış şəxslərƏləmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professorYaşayış məntəqələriƏləmdar — Hadişəhrin digər adı.
Əlamdar
Ələmdar — kişi adı. Polad ƏləmdarBu adı olan tanınmış şəxslərƏləmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professorYaşayış məntəqələriƏləmdar — Hadişəhrin digər adı.
Eldar Qasımov
Eldar Qasımov (4 iyun 1989, Bakı) — azərbaycanlı müğənni, Nigar Camal ilə birlikdə Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda "ilin adamı" (2011). == Həyatı == Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində doğulub. Ata xətti ilə ulu nənəsi - SSRİ Xalq Artisti Mərziyyə Davudova, ulu babası - aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR Əməkdar Artisti Abbas Mirzə Şərifzadə, nənəsi - Azərbaycan SSR Xalq Artisti Firəngiz Şərifovadır. 1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil almışdır. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil almış və məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlmişdir. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşamışdır. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənmişdir. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olmuşdur.
Eldar Quliyev
Eldar Quliyev (rejissor) — Azərbaycan kinorejissoru, ssenaristi. Eldar Quliyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin Deputatı.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Eldar Qəhrəmanov
Eldar Əvəz oğlu Qəhrəmanov (30 yanvar 1948, Vartaşen) — Azərbaycan Universitetinin keçmiş rektoru. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri. == Həyatı == Eldar Qəhrəmanov 1948-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1966–1970-ci illərdə M. Qorki adına Türkmənistan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almış, Türkmənistan SSR-in Mərkəzi Statistika sistemində fəhlə, daha sonra sənaye, nəqliyyat və rabitə statistikası şöbələrində iqtisadçı vəzifəsində çalışmışdır. 1970–1974-cü illərdə Azərbaycana qayıdaraq Oğuz rayonunun kolxozlararası tikinti idarəsində inşaat texniki, mühasib və iqtisadçı vəzifələrində çalışmışdır. 1974–1978-ci illərdə Oğuz rayon məlumat hesablama stansiyasının rəisi vəzifəsinə, 1978-ci ildən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə dəvət edilərək Kənd təsərrüfatı statistikası şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, kollegiya üzvü seçilmişdir. Eldar Qəhramnov, 1981–1989-cu illərdə Azərbaycan KP MK-nın aparatında Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində təlimatçı, daha sonra Kənd təsərrüfatı elmi və iqtisadiyyatı sektorunun müdiri işləmişdir. 1990-cı ildə Bakı Politologiya İnstitutundakı təhsilini başa vuraraq politoloq ixtisasına yiyələnmişdir. 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Eldar Qəhrəmanov əski statistika sisteminin transformasiyasına, milli statistika konsepsiyasının hüquqi və metodiki bazasının yaradılmasına, onun rəsmi və etibarlı beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi prosesinə rəhbərlik etmişdir. Bazar iqtisadiyyatının keçid mərhələsinə dair təhlili məruzələri, aqrar islahatın istiqamətləri haqqındakı təklifləri yüksək qiymətləndirilən Eldar Qəhrəmanov 1994-cü ildən Azərbaycan Respublikasın Ali Sovetinin (Milli Məclisin) ekspert işçi qrupunun üzvü təyin edilmişdir.
Eldar Ryazanov
Eldar Aleksandroviç Ryazanov (rus. Эльдар Александрович Рязанов; 18 noyabr 1927[…], Samara – 30 noyabr 2015, Moskva) — Rusiya və Sovet kinorejissoru, ssenarist, aktyor, prodüser və şairi. SSRİ xalq artisti (1984). == Həyatı == Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olmuşdur. Tezliklə bu ailə Moskvaya gəlir. 1930-cu illərdə ailə dağılır və gələcək kinorejissor anası ilə qalmalı olur. Eldar Ryazanov hələ uşaqlığından kitab oxumağı çox sevirdi. Yazıçı olmaq niyyətində idi, səyahətlər haqqında düşünürdü. Hətta məktəbi qurtarandan sonra Odessa dəniz məktəbinə ərizə göndərmişdi. Lakin elə bu vaxtlar müharibə başladı və Eldar artıq cavab gözləmədi.
Eldar Rzayev
Eldar Rzayev (azərb. Rzayev Eldar Həmid oğlu‎; 17 iyul 1968) — Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri, 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir. == Həyatı == Eldar Həmid oğlu Rzayev 17 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir, daha sonra Fransa Respublikasının Milli Administrasiya Məktəbinin (ENA) ixtisasartırma kurslarında təhsilini davam etdirmişdi. Hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyinə 1994-cü ildə Gənclər və İdman Nazirliyində başlamışdır. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Dövlət Protokolu İdarəsinin rəis müavini olmuşdur. 2003-cü ildə Vatikan Dövlətinin Müqəddəs Böyük Qreqori (Ordine di San Gregori Magno) ordeni ilə təltif olunmuşdur. 2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətində işə başlamış, 2005–2007-ci illər arasında Prezidentin Protokol xidmətinin Protokol təminatı sektorunun müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2007-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — sektor müdiri vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin olunmuşdur.17 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə E.H.Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.2-ci dərəcəli dövlət müşaviridir.
Eldar Rüstəmov
Eldar Səid oğlu Rüstəmov — Azərbaycan bəstəkarı.[mənbə göstərin] == Həyatı == Eldar Rüstəmov 13 iyul 1946-cı ildə anadan olub. Skripka və piano üçün Sonata (1990), "Sən gedəndən" romansı (1991), solist, xor və simfonik orkestr üçün "Heyranam, Vətən" Odası (1992), Solo skripka üçün Sonata (1994), 2 akapella xoru – "Səadət nəğməsi", "Bahar" (1996), "Düşdü yada" romansı (1998), kiçik tərkibli simfonik orkestr üçün "Meşə nağılı" Süitası (1999), "Bir də baxsan mənə" akapella xoru (2001), Xor və simfonik orkestr üçün işləmələr (1990–2001), "Подземная история" (1993), "Haqqın səsi" (1994) sənədli filmlərinə musiqi və başqa bəstələrinin müəllifidir.
Polad Əlamdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polad Ələmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar, Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Ələmdar-Gərgər
Hadişəhr, Ələmdar, Gərgər və ya Ələmdar-Gərgər — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,842 nəfər və 7,552 ailədən ibarət idi.Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Ələmdar (Meşkinşəhr)
Ələmdar (fars. علمدار‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (41 ailə).
Ələmdar Cabbarlı
Ələmdar Cabbarlı (tam adı: Bayramov Ələmdar Qəmbər oğlu; 4 avqust 1980, Ağcakənd, Kəlbəcər rayonu) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003). 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olmuşdur. 11 yanvar 2022-ci il tarixindən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır. == Həyatı == Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil almışdır. 2001–2003-cü illərdə BDU-da magistr təhsili almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 2006–2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 2012-ci ildə "Səməd Vurğun şeirinin obrazlar sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Ələmdar Mahir
Ələmdar Mahir (26 may 1950, Nardaran – 21 fevral 2014, Bakı) — Azərbaycanın görkəmli qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı == Həyatı == Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. Burada boya-başa çatmış, məktəbdə oxumuşdur. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür. Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbir və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır. 1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. De gəlsin verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir. Hacı Ələmdar Mahir doğma kəndi Nardaranda yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının həyətində olan qəbirstanlıqda dəfn olunmuşdur.
Ələmdar Quluzadə
Ələmdar Quluzadə - Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1952-ci ildə Qarabağın Xocalı kəndində anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında Azərbaycan dili və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyabr ayına qədər Xankəndində yaşayıb və bu müddətdə keçmiş, DQMV radio verilişləri komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir. Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır. Sonralar Ələmdar müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı, böyüklər də sevərək oxuyur.
Ələmdar Əlbəndov
Ələmdar Aslan oğlu Əlbəndov (8 yanvar 1940, Kəlbəcər rayonu) — Azərbaycan Texnologiya Universiteti, kimya mühəhdisliyi kafedrasının müdiri, professor. == Həyatı == Ələmdar Əlbəndov 08 yanvar 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ələmdar Əlbəndov 1958-ci ildə Kəlbəcər orta məktəbini bütün fənlərdən əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) kimya-biologiya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu “Lenin təqaüdü” ilə bitirmişdir. Tələbəlik illərində fakültənin “Kimya-biologiya bülleteni”nin və “İti gözlər” satirik divar qəzetinin redaktoru, institut komsomol bürosunun üzvü kimi müxtəlif ictimai vəzifələrdə fəaliyyət göstərməklə yanaşı, görkəmli alim prof. Allahverdi Verdizadənin rəhbərliyi ilə “Sirkoniumun mikroperyodatometrik təyini” mövzusunda elmi iş aparmışdır. Apardığı tədqiqatın nəticələri “Azərbaycan kimya jurnalında” dərc olunmuşdur. Tələbəlik illərində təhsildə, ictimai və elmi-tədqiqat işlərində qazandığı müvəffəqiyyətlər barəsində institutun “Gənc müəlim”, ”Azərbaycan gəncləri” qazetlərində və “Uçitelskaya qazeta”da məqalələr dərc olunmuşdur. 1963-cü ildə institutu bitirən Ələmdar Əlbəndovun təyinatını Kəlbəcərə verirlər. Tələbəlik illərində Ələmdar Əlbəndovun təhsil sahəsində əldə etdiyi uğurları, eləcə də istedad və qabilliyyətini rəhbər tutaraq pedaqoji stajının olmamasına baxmayaraq rayon maarif şöbəsi yüksəik etimad göstərərək onu öz doğma kəndində orta məktəbə direktor təyin edir. Ələmdar Əlbəndov 01 janvar 1965-cü il tarixdən etibarən Azərbaycan SSR EA-nın “Qeyri-üzvi və Fiziki kimya İnstitutu”nun əyani aspiranturasına qəbul olunur.
Ələmdar Abdullayev
Ələmdar Abdulla oğlu Abdullayev () - Birinci Qarabağ Şəhidi. == Həyatı == Abdullayev Ələmdar Abdulla oğlu 25 iyul 1955-ci ildə Qərbi Azərbaycanın Kilsə kəndində anadan olmuşdur. == Təhsili == Kilsə kənd orta məktəbini bitirdikdən sonra 1973-1975-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. == Hərbi xidməti == O, hərbidən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. Azğın ermənilər Murov və Çaykənd bölgəsində at oynadanda o, haqsızlıqlara dözə bilməyib könüllü surətdə cəbhəyə getmiş, 709 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. Buzluq, Mənəş, Todan, Çaykənd döyüşlərində böyük hünər göstərmişdir. Sonradan onu bir neçə nəfər bacarıqlı döyüş yoldaşları ilə birlikdə Ağdam və Tərtər rayonlarının müdafiəsinə yollamışlar. Ələmdar Abdullayev 13 avqust 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur.
Elamlar
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi. Elam ərazisində Ön Asiyanın ən qədim mədəniyyətlərindən biri yaradılmışdı. Elam İranın cənubunda yerləşirdi və qərbdə İkiçayarası ilə həmsərhəd olmuşdu. Elamdan axan ən böyük çaylar Kərha və Karun qədim zamanlar Fars körfəzinə, indi isə Şətt ül-Ərəb çayına tökülür. İkiçayarasını keçən Dəclə və Fərat çayları birləşib Şətt ül-Ərəb çayını təşkil edirlər. Kərha və Karun çayları arası antik dövrdə Suziana adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi.
Elmira
Elmira — qadın adı. Elmira Cəfərova — Elmira Kərimova — Elmira Əliyeva — Geologiya-mineralogiya elmlər doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014) Elmira Abasova — musiqişünas, pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967).
Elmlər
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).
Aləmdar
Ələmdar — kişi adı. Polad ƏləmdarBu adı olan tanınmış şəxslərƏləmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professorYaşayış məntəqələriƏləmdar — Hadişəhrin digər adı.
Elidor
Elidor - ingilis yazıçısı Alan Qarnerin 1965-ci ildə Collins tərəfindən nəşr olunan uşaq fantastik romanıdır. Tərcümələr doqquz dildə nəşr olunub və o, televiziya və radio üçün uyğunlaşdırılıb. == Süjet təqdimatı == Hekayə başqa bir dünyadan gələn peyğəmbərliyi yerinə yetirərək dəhşətli qaranlığı cilovlamaq üçün mübarizə aparan bir qrup uşağın macəralarına aiddir. Süjet real dünyada Elidor dünyasına, Mançester şəhərinə və Şimali Çeşirin bəzi hissələrinə gedir. Qarnerin bir çox kitabları kimi, povestin vurğusu da qəhrəmanların üzləşdiyi seçim və məsuliyyətlərin çətinlikləri, dəyəri və praktiki cəhətləridir. == Başlıq == Elidor adı, Giraldus Cambrensis tərəfindən İtinerarium Cambriae-də 1188-ci ildə ölkə üzrə səyahətinin rekordu olan Elidor və Qızıl Top kimi tərcümə olunan Uels xalq nağıllarından yaranmışdır. Elidor bir uşaq ikən cırtdanlar tərəfindən gözəl olsa da, günəşin tam işığı ilə işıqlandırılmayan bir ölkədə qızıl qalaya aparılmış bir keşiş idi. Bu, Qarnerin Elidor ölkəsinin tutqun səması ilə ziddiyyət təşkil edən Qoriasın qızıl divarlarının təsviri ilə müqayisə edilir. == Ətraflı == İngilis folkloru - Elidor Uilyam Şekspirin “Kral Lir” əsərindən sitat gətirən epiqrafla başlayır: “Çayld Rould Qaranlıq Qülləyə gəldi”. Bu həm də Elidorun süjetinin bir neçə elementinin çəkildiyi “Çayld Rouland” ingilis xalq nağılına işarədir.
Səhmdar
Səhmdar — dövlət və ya özəl şirkətdə bir və ya daha çox hissənin qanuni sahibi olan şəxs və ya təşkilatdır. Bir səhmdarın iş sahəsindəki təsiri, sahiblik payı faizi ilə təyin olunur. Şirkətin səhmdarları qanuni olaraq şirkətin özündən ayrıdırlar və ümumiyyətlə, şirkətin borclarına görə məsuliyyət daşımırlar. == Hüquqları == Səhmdarların hüquqlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar: Dividend almaq hüququ; Ümumi yığıncaqda iştirak hüququ; Səsvermə hüququ; Seçmək və seçilmək hüququ; Məlumat əldə etmək hüququ; Səhmlərin geri satın alınmasını tələb etmək hüququ; Əlavə buraxılan səhmlərin alınmasında üstünlük hüququ; Cəmiyyətin fəaliyyətinin yoxlanılmasını tələb etmək hüququ; Cəmiyyətin ləğvindən sonra qalmış əmlakı əldə etmək hüququ. == Maraqlarının müdafiəsi == Səhmdarların maraqlarının müdafiəsinin dövlət forması aşağıdakı müdafiə üsullarını özündə ehtiva edir:1. Mülki-hüquqi; 2. İnzibati-hüquqi; 3. Cinayət-hüquqi.
Əliyar
Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyyatda olan polkovnik-leytenant.Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) —Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Əlişar
Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözünün fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. 1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.