Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
«Kurikulum» elmi-metodik jurnalı
"Kurikulum" elmi-metodik jurnalı — Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuş mətbu orqanı. == Haqqında == "Kurikulum" elmi-metodik jumalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuşdur. Jurnalın təsis olunması yeni kurikulum sənədlərinin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətlərinin müəllimlərə, metodistlərə, məktəb rəhbərlərinə, təhsil orqanlarının əməkdaşlarına ətraflı izah olunması, onların bu prosesə elmi-metodik və psixoloji hazırlığının təmin edilməsi ilə bağlıdır. Eyni zamanda təhsil işçilərinə elmi-metodik köməyi gücləndirmək, gələcəkdə kurikulumların təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq, ölkəmizdə və xaricdəki qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək də bu jurnalın ümdə vəzifəsidir. Jurnalın redaksiya heyətinə görkəmli alimlər, tanınmış təhsil mütəxəssisləri, kurikulum sahəsində böyük təcrübəyə malik xarici ölkə mütəxəssisləri daxildir. 2008-ci ilin yanvar ayında jurnalın ilk nömrəsi çapdan çıxmışdır. Jurnal ildə 4 dəfə, 154 səhifə həcmində çap olunur. Jurnalda yeni kurikulumların tətbiqi sahəsində qabaqcıl iş təcrübələrinə, təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, fənn kurikulumları əsasında müasir dərslik və dərs vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, təhsildə IKT-nin tətbiqi ilə bağlı təbliğat, maarifləndirmə və tədqiqat xarakterli məqalələr dərc olunur. Bunlarla yanaşı, jurnal müəllim və şagirdlər üçün müxtəlif vəsaitlər, o cümlədən metodik vəsaitlər və didaktik materiallar işləyib hazırlayır, müvafiq təhsil resurslarının yaradılması işində fəal iştirak edir. Jurnal ilk nömrəsindən başlayaraq müəllimlər arasında geniş populyarlıq qazanmış, onların yaxın köməkçisinə çevrilmişdir, aktual və maraqlı elmi-metodik məqalələr, müəllimlərin təlim fəaliyyətinə aid rəngarəng praktik materiallar çap etməklə ölkə müəllimlərinin böyük bir hissəsini vahid auditoriyaya toplayır, onların islahatın tələbləri əsasında yenidən hazırlanması işində böyük xidmət göstərir.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir.Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara dayanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır . İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika
Elmi jurnalistika — elm və texnologiyada baş verən yenilikləri, sosial həyatla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır və geniş oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də, jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır.ABŞ və Avropada elmi jurnalistikaya "elmi əlaqələndirmə" də deyirlər. Elmi jurnalistlər isə "elmi yazarlar” adlandırılır. Məşhur "National Geographic”, "NewScientist”, "Discovery”, "Nauka i Jizn” və bu tip digər jurnallar, televiziya kanallarının yayımladığı məqalələr, sənədli filmlər məhz elmi jurnalistika materiallarıdır.
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi üsul
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi.Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Elmi şura
Elmi şura – Azərbaycan Respublikasında ali məktəb və elmi idarələrdə elmi-tədqiqat işlərinin əsas istiqamətlərini müəyyənləşdirən məşvərətçi orqan. Ali məktəbin (fakültənin) elmi şurası tədris planını, elmi-tədqiqat və təlim-tərbiyə məsələlərini müzakirə edir, boş yerləri tutmaq üçün müsabiqə və seçkilər keçirir, müəllimləri və elmi işçiləri elmi ad almağa təqdim edir. Doktorluq və namizədlik dissertasiyası müdafiə etmək hüququ verən ixtisaslaşdırılmış elmi şuralar ən qabaqcıl elmi-tədqiqat idarələrində və ali məktəblərdə yaradılır. Elmi şuranın tərkibinə rektor (dekan), direktor, direktor müavini, elmi katib, görkəmli alimlər, partiya və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri daxil olurlar. Elmi-tədqiqat idarələrində yaradılan elmi-texniki şuraların da fəaliyyət dairəsi təqribən eynidir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ədəbiyyat
Elmi ədəbiyyat — elmi metod çərçivəsində aparılmış tədqiqatların, nəzəri ümumiləşdirmələrin nəticəsində yaradılmış yazılı əsərlər məcmusudur. == Elmi ədəbiyyatın faydaları == Elmi ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq, eləcə də elmi kəşflərin ilkinliyini möhkəmləndirmək işinə xidmət edir. Bir qayda olaraq, dərc olunmamış elmi iş tamamlanmış hesab olunmur. == İlk elmi əsərlərin janrları == İlk elmi əsərlər müxtəlif janrlarda yaradılmışdır: traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında. == Elmi ədəbiyyatın formaları == Hal-hazırda elmi ədəbiyyatın formaları standartlaşdırılmışdır və bura monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxildir. == Elmi ədəbiyyatın attestasiya mexanizmi == Hal-hazırda bir çox ölkələrdə elmi ədəbiyyatın hakimiyyət və ya içtimai elmi təşkilatlar tərəfindən dəstəklənən attestasiya mexanizmi mövcuddur. Məsələn, Rusiyada bu attestasiyanı AAK(Ali Attestasiya Komissiyası) həyata keçirir. == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblər == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblərdən biri onun mütləq rəyə verilməsidir. Bu proses çərçivəsində nəşriyyat və ya elmi jurnalın redaksiyası yeni elmi əsəri dərc etməzdən əvvəl, onu bu sahədə mütəxəssis hesab edilən bir neçə (adətən iki) rəyçiyə göndərir. Rəy verilmə prosesi kobud metodoloji səhvləri olan və ya tamamilə saxtalaşdırılmış materialların elmi ədəbiyyat çərçivəsində nəşrinin istisnasına xidmət edir.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi.Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Elmi konfrans
Elmi konfrans - böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. == Mənbə == БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi poeziya
Elmi poeziya— elmi-fəlsəfi dünyagörüşü və biliklərin poetik ifadəsi. Elmi poeziyanın ilk nümunələri Qədim Yunanıstanda və Çində (Lukretsi Karın "Şeylərin təbiəti haqqında", Lao Tszının "Dao de tszin" fəlsəfi poemaları və s. yaranmışdır. == Yaranması == Termin kimi fransız şairi Rene Gil (1862–1925) tərəfindən irəli sürülmüşdür. Sonrakı dövrdə Vergili ("Georgikalar"), Lomonosov ("İlahi əzəmət barədə səhər düşüncəsi", "İlahi əzəmət barədə axşam düşüncəsi", "Şüşənin faydası haqqında namə"), Valeri Bryusovun ("N ölçülər dünyası", "Elektron dünyası") yaradıcılığında da rast gəlinir. Bu cərəyan Avropa rasionalizminin inkişafı ilə bağlıdır. Rene Gil elmi poeziyanı simvolizmә qarşı qoyurdu. Onun fikrincə, şair üçün ideya və obrazların, eləcə də söz ehtiyatının mənbəyi "köhnəlmiş mifologiya" yox, elmi dünyagörüşü olmalıdır. Rene Gilin "Söz haqqında traktat"ı (1885) elmi poeziyanın nəzəri əsaslarını əhatə edir. Jül Romen (1885–1972) və Corc Dyuamel (1884–1966) Gilin nəzəriyyəsindən poetik unanimizmin inkişafında istifadə etmişlər.
Elmi tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi təşkilat
Elmi təşkilat – təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən hüquqi şəxs, habelə əsas elmi və elmi-texniki fəaliyyət elmi işçilərin hazırlığını həyata keçirən elmi işçilərin ictimai birliyi. Elmi rəhbər – elmlər namizədi elmi dərəcəsi almaq üçün çalışan aspiranta və ya dissertanta elmi məsləhət və istiqamət verməkdən ötrü təyin edilmiş yüksək ixtisaslı mütəxəssis (adətən elmlər doktoru). Elmi rəhbər aspirantla (dissertantla) birgə iş planı tərtib edir, ümumi nəzəri ədəbiyyatı mənimsəməkdə ona köməklik göstərir. Fərdi planda nəzərdə tutulmuş bütün işlər elmi rəhbərin nəzarəti altında yerinə yetirilir. Tamamlanmış dissertasiya elmi rəhbərin müsbət rəyini aldıqda müdafiəyəyə təqdim edilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Vətəndaş elmi
Metodika
Metodika — hər hansı məqsədə nail olmaq üçün hazır qaydalar, alqoritmlər, prosedurlar toplusu nəzərdə tutulur. Sənayedəki texnologiya anlayışına yaxındır. Metodika metoddan üsul və məqsədlərin konkretliyi ilə fərqlənir. Məsələn, hər hansı təcrübənin nəticələrinin riyazi təhlili metod (riyazi təhlil metodu), konkret meyarların, riyazi xarakteristikanın seçilməsi isə metodikadır. == Müxtəlif sahələrdə "metodika" anlayışı == === Təhsildə === Təhsildə "metodika" dedikdə, müxtəlif tədris proseslərində tətbiq edilən konkret üsulların, qaydaların, pedaqoji fəaliyyət texnikasının təsviri; "tərbiyə fəaliyyətinin qaydalar toplusu" nəzərdə tutulur. Fənnin öyrədilməsi metodikasına aşağıdakılar daxildir: öyrətməyin məqsəditədris məqsədləri inkişaf etdirici məqsədlər tərbiyəvi məqsədlər praktik məqsədləröyrətməyin prinsipləri öyrədilən məzmun öyrətmə vasitələri öyrətmə formaları öyrətmə metodlarıümumi öyrətmə metodları fərdi öyrətmə metodları ==== Orta məktəblərdə metodik iş sisteminin qurulması ==== Hər bir məktəbin yerli xüsusiyyətlərindən asılı olaraq özünəməxsus metodik iş sistemi vardır. Bu sistem məktəb fəaliyyətə başladığı ilk gündən yaranmağa başlayır. Belə bir sistemin yaranması məktəbdə tətbiq olunacaq tədris plan və proqramlarını səmərəli realizə etmək üçün dərs cədvəli və məşğələlərin qrafiklərinin tərtib edilməsi ilə başlayır. Təhsil prosesində bu sistem daha da zənginləşir. Məktəbdə metodik iş sisteminə rəhbərlik birbaşa Metodik Şura, belə bir şura yaradılmadıqda isə təlim-tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan elmi-metodiki və ixtisasartırma təşkilatıdır. == Haqqında == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət sahəsinin inkişafına xidmət edən elmi qurumdur. Mərkəz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsasnaməsini, əmr və kollegiya qərarlarını və Mərkəzin əsasnaməsini rəhbər tutur. Mərkəz öz vəzifə və hüquqlarını həyata keçirərkən elmi-tədris müəssisləri, profilinə uyğun yaradıcılıq ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir. Mərkəz öz işini Mədəniyyət Naziri tərəfindən təsdiq edilmiş illik planlar əsasında təşkil edir. Bakı şəhərində yerləşir. == Fəaliyyət istiqamətləri == Müvafiq sahənin inkişafına xidmər edir Nazirlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir Mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə xidmət edən elmi araşdırmalar aparılmasını təmin edir Elmi qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və mədəniyyətin inkişafına xidmət edə bilən layihələri yazır Qanunvericiliklə və Nazirliyin qüvvədə olan əsasnaməsilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. == Tarix == Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin “Azərbaycan SSR bədii özfəaliyyətinin canlandırılması və inkişafı haqqında ” qərarına əsasən bədii özfəaliyyət yaradıcılığının mərkəzləşdirilməsi məqsədilə 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarlar Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən mövcud Musiqi üzrə Elmi-Tədqiqat kabineti və “26-lar” Sarayının bazasında Respublika Xalq Yaradıcılığı Evi təsis edilmişdir. 1975-ci ildən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılıq Evi kimi fəaliyyətini davam etmişdir.
Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəz
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan elmi-metodiki və ixtisasartırma təşkilatıdır. == Haqqında == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət sahəsinin inkişafına xidmət edən elmi qurumdur. Mərkəz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsasnaməsini, əmr və kollegiya qərarlarını və Mərkəzin əsasnaməsini rəhbər tutur. Mərkəz öz vəzifə və hüquqlarını həyata keçirərkən elmi-tədris müəssisləri, profilinə uyğun yaradıcılıq ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir. Mərkəz öz işini Mədəniyyət Naziri tərəfindən təsdiq edilmiş illik planlar əsasında təşkil edir. Bakı şəhərində yerləşir. == Fəaliyyət istiqamətləri == Müvafiq sahənin inkişafına xidmər edir Nazirlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir Mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə xidmət edən elmi araşdırmalar aparılmasını təmin edir Elmi qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və mədəniyyətin inkişafına xidmət edə bilən layihələri yazır Qanunvericiliklə və Nazirliyin qüvvədə olan əsasnaməsilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. == Tarix == Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin “Azərbaycan SSR bədii özfəaliyyətinin canlandırılması və inkişafı haqqında ” qərarına əsasən bədii özfəaliyyət yaradıcılığının mərkəzləşdirilməsi məqsədilə 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarlar Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən mövcud Musiqi üzrə Elmi-Tədqiqat kabineti və “26-lar” Sarayının bazasında Respublika Xalq Yaradıcılığı Evi təsis edilmişdir. 1975-ci ildən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılıq Evi kimi fəaliyyətini davam etmişdir.
Metodi Kostov
Metodi Kostov (Bolqarca: Методи Костов; 4 Aprel 1990-cı ildə anadan olub) — Hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. == Karyerası == === Vereya Stara Zaqora === Kostov 2016-cı ildən Vereya klubunda çıxış etməyə başlamışdır. O, komandası ilə öz peşəkar karyerasında debütünü 30 iyul 2016-cı ildə Dunav Ruse komandasına qarşı oyunda etmişdir. Kostov 2017-ci ilin yanvar ayında klubdan ayrılmışdır. === Litex Lovex === Kostov 18 yanvar 2017-ci ildə Litex Lovex klubu ilə müqavilə imzalamışdır.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan elmi-metodiki və ixtisasartırma təşkilatıdır. == Haqqında == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət sahəsinin inkişafına xidmət edən elmi qurumdur. Mərkəz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncam və qərarlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əsasnaməsini, əmr və kollegiya qərarlarını və Mərkəzin əsasnaməsini rəhbər tutur. Mərkəz öz vəzifə və hüquqlarını həyata keçirərkən elmi-tədris müəssisləri, profilinə uyğun yaradıcılıq ittifaqları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı surətdə fəaliyyət göstərir. Mərkəz öz işini Mədəniyyət Naziri tərəfindən təsdiq edilmiş illik planlar əsasında təşkil edir. Bakı şəhərində yerləşir. == Fəaliyyət istiqamətləri == Müvafiq sahənin inkişafına xidmər edir Nazirlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirir Mədəniyyətin tədqiqinə, təhlilinə və təbliğinə xidmət edən elmi araşdırmalar aparılmasını təmin edir Elmi qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və mədəniyyətin inkişafına xidmət edə bilən layihələri yazır Qanunvericiliklə və Nazirliyin qüvvədə olan əsasnaməsilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. == Tarix == Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin “Azərbaycan SSR bədii özfəaliyyətinin canlandırılması və inkişafı haqqında ” qərarına əsasən bədii özfəaliyyət yaradıcılığının mərkəzləşdirilməsi məqsədilə 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarlar Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən mövcud Musiqi üzrə Elmi-Tədqiqat kabineti və “26-lar” Sarayının bazasında Respublika Xalq Yaradıcılığı Evi təsis edilmişdir. 1975-ci ildən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Aşıq Ələsgər adına Respublika Xalq Yaradıcılıq Evi kimi fəaliyyətini davam etmişdir.
Təhsil Problemləri üzrə Respublika Elmi-Metodiki Mərkəzi
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutu. == Tarixi == Azərbaycan Respublikası Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 30 iyun 1930-cu il tarixli, 30 nömrəli və Xalq Maarifi Komissarlığının 29 iyun 1931-ci il tarixli, 87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi- tədqiqat institutu olan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu yaradılmışdır. İnstitutun adı və onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir: 1931-ci ilin iyul ayından 1932-ci ilin oktyabr ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu; 1932-ci ilin oktyabr ayından 1934-cü ilin oktyabr ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu; 1934-cü ilin oktyabr ayından 1934-cü ilin dekabr ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1934-cü ilin dekabr ayından 1936-cı ilin avqust ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu; 1936-cı ilin avqust ayından 1937-ci ilin dekabr ayınadək – V. İ. Lenin adına Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1938-ci ilin yanvar ayından 1938-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1938-ci ilin iyun ayından 1946-cı ilin yanvar ayınadək – Azərbaycan SSR Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutu; 1946-cı ilin yanvar ayından 1951-ci ilin yanvar ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1951-ci ilin yanvar ayından 1977-ci ilin mart ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu; 1977-ci ilin mart ayından 2000-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu; Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmışdır. == Direktorlar == Surxay Hacıyev (1. iyul 1931 – 10. yanvar 1934) Qulam Məmmədov (10. yanvar 1934 – 20. aprel 1935) Yunis Hacıyev (20. aprel 1935 – 17.
Melodik death metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. == Tarixi == Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Melodik det metal
Melodik det metal ("Melodet" və "MDM" olaraq da adlanır) — det metal janrının melodik xüsusiyyətindən yaranmış musiqi janrı. == Tarixi == Melodik det metal sürətli və ağır "metal" janrıdır. Digər janrlardan fərqli olaraq bu janrın ifası zamanı sərt rifli gitaradan və sərt barabandan istifadə olunur. Bu janrın dünyada ən məşhur nümayəndələri Kalmah, Amon Amarth, Insomnium və In Flames, ən məşhur qrupları isə Skandinaviya yarımadasından olan qruplardır. At The Gates-in (Slaughter of the Soul), In Flames-in (The Jester Race) və Dark Tranquillity-nin (The Gallery) albomları melodik det metalın ən önəmli və böyük albomlarından hesab edilir. Melodik det metal janrının modern ("modern melodik det metal") tərzi İsveç musiqi qrupları In Flames və Soilwork tərəfindən yaradılmışdır. Azərbaycanda melodik det metalın nümayəndəsi Death Is Just The Beginning qrupu, modern melodik det metalın təmsilçisi isə Silence Lies Fear qrupudur.
Açıq elm və elmi piratlıq
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur.Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir.Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır. Müasir dövrdə elmi məlumatların nə dərəcədə paylaşılması ilə bağlı mübahisələr gedir. Açıq elm hərəkatına səbəb olan ziddiyyət elm adamlarının ortaq resurslara çıxış əldə etmək istəyi ilə ayrı-ayrı qurumların digər qurumlar öz resurslarından istifadə etdikdə mənfəət əldə etmək istəyi arasındadır.
Delfi metodu
Delfi metodu və ya delfi texnikası informasiyanın toplanmasının ekspert qiymətləndirmələri metodlarından biridir. == Əsas xüsusiyyətləri == === Birinci mərhələ === Birinci mərhələdə tədqiq edilən problem üzrə işçi qrupu yaradılır və onlar məntiqi əsaslandırmalarla tədqiq edilən problemə dair hipotezalar irəli sürür və onun əsasında ekspertlərin qiymətləndirəcəyi sualları özündə əks etdirən anket hazırlayırlar. === İkinci mərhələ === İkinci mərhələdə həmin anket müəyyən kriteriyalara uyğun olaraq seçilmiş ekspertlərə təqdim edilir. Hər bir ekspert bir-birindən xəbərsiz anketlərdə qoyulmuş sualları müəyyən bal şkalasına uyğun olaraq qiymətləndirir. Ekspertlərin verdikləri qiymətlər atributiv və ya kəmiyyət əlamətlərinə görə sıralanır. Hər bir sual üzrə orta qiymət, meddiana və kvartili (birinci və üçüncü kvartili) hesablanılır. Birinji və üçünjü kvartilinin qiymətləri intervalına uyğun gəlməyən cavablar nəzərdən keçirilmir. Kvartilinin qiymət intervalına daxil olan cavablar əsasında verilmiş qiymətlərin dispersiyası hesablanılır. Dispersiyanın kənarlaşma səviyyəsinin sıfıra yaxın olması verilmiş qiymətlərin cavablarının reprezentativliyini xarakterizə edir. === Üçüncü mərhələ === Üçüncü mərhələdə cavabları kvartilinin qiymət intervalına uyğun gəlməyən ekspertlərin suallara verdikləri cavabların qiyməti və onların rəyləri verdikləri qiymətldər kvartilinin qiymətləri intervalında yerləşən ekspertlərə təqdim edilir.
Əlli altı
Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür.
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Metod
Metod (yunanca: "methodos") — anlayışının özü "davam etmək", "izləmək" mənasını bildirir. Metod özlüyündə insanların dərki, islahatçı fəaliyyətinin təşkili və idarə olunması üçün lazım olan üsul və priyomlar sisteminin məcmusudur. Metod – elementləri qanunlar və kateqoriyalar, həmçinin praktiki-konkret dərketmə fəaliyyətinin nizamlama prinsipləri olan mürəkkəb struktura malikdir.Obyekt-yönlü proqramlaşdırmada: hər hansı sinfə (CLASS), yaxud obyektə aid olan funksiya və ya prosedur. Prosedurlu proqramlaşdırmadakı prosedur kimi, metod hansısa əməliyyatı yerinə yetirmək üçün müəyyən sayda deyimlərdən (STATEMENT) ibarətdir, giriş arqumentləri yığınına və qaytarılan qiymətə malikdir. Metodları iki qrupa ayırırlar: sadə metodlar və statistik metodlar: • sadə metodlar obyektin verilənlərinə (verilmiş sinfin konkret nüsxəsinə) erişə bilir • statistik metodlar obyektin verilənlərinə erişə bilmir və onlardan istifadə etmək üçün verilmiş sinfin nüsxələrini yaratmağa gərək yoxdur. Metodlar hər hansı sinfin obyektinin verilənlərinə çatmaq üçün interfeys təqdim edir. Metodun təqdim etdiyi giriş səviyyəsindən asılı olaraq, onları aşağıdakı növlərə ayırırlar: • açıq (public) interfeys – verilmiş sinfin bütün istifadəçiləri üçün ümumi interfeys; • qorunmuş (protected) interfeys – verilmiş sinfin bütün varisləri üçün daxili interfeys; • qapalı (private) interfeys – yalnız verilmiş sinfin daxilindən erişməyin mümkün olduğu interfeys. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Armando Merodio
Armando Merodio Peskuera (isp. Armando Merodio Pesquera; 23 avqust 1935, Barselona – 21 iyun 2018, Bilbao, Basklar ölkəsi) ― hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. == Futbolçu karyerası == Kataloniyanın Barselona şəhərində anadan olan Merodionun atası pelota oyunçusu idi. O, 3 yaşındaykən ailəsi ilə Basklar ölkəsinə köçdü. Peşəkar karyerasına "Barakaldo" klubunda başlasa da, tezliklə "Atletik Bilbao" ilə müqavilə bağladı. 11 mart 1956-cı ildə Merodio ev meydanında 2–1 qələbə hesabı ilə bitən "Atletiko Madrid" klubuna qarşı oyunda La Liqa debütunu etdi və qol vurdu. Mövsüm ərzində o, daha iki dəfə meydana çıxdı və klubu liqa və ölkə kubokunun çempionu oldu; 16 yanvar 1957-ci ildə Çempionlar Kubokunun 1/4 finalında "Mançester Yunayted"ə qarşı keçirilən və 5–3 məğlubiyyət hesabı ilə bitən oyununda o, fərqlənməyə bacardı, iki oyunun nəticəsində ümumi hesab ingilislərin xeyrinə 5–6 oldu.İspaniya çempionatının 1958–59 mövsümündə o, ard-arda dörd oyuna 11 qol vurdu ("Atletik" oyunlarda 9–0, 9–0, 8–1 və 7–0 hesabları ilə qalib gəlmişdir). Bilbao klubunda 104 oyuna 39 qol vuran Merodio 1963-cü ildə həmçinin yüksək divizyonda çıxış edən "Real Mursiya"ya transfer olundu və burada iki mövsüm keçirərək sonuncuda aşağı liqaya düşdü."Rekreativo" və "İndauçu" klublarında aşağı divizyonda 2 il keçirəndən sonra Merodio karyerasını 1967-ci ildə demək olar ki 32 yaşında bitirdi. 21 iyun 2018-ci ildə 82 yaşında Bilbaoda vəfat etdi.
Betelle metodu
Betelle metodu-Bu metod su resurslarının inkişafı, suyun keyfiyyətinə nəzarət, avtomagistralların, atom elektrik stansiyalarının planları və s. layihələr tərəfindən ətraf mühitə göstərilən təsirlərin qiymətləndirilməsi üçün hazırlanmışdır. == Giriş == Hər kateqoriya (qrup) daxilində komponentlər mövcuddur, onların təsir göstəricilərinə ayrı-ayrı cərgələr aiddir. Məsələn, çirklənmə-bu kateqoriyadır, suyun çirklənməsi komponentdir, pH isə təsirin bir göstəricisidir. Bu metod dörd əsas faktordan istifadə edir: ekologiya, fiziki-kimyəvi, hiss edilən-mənimsənilən, insan fəaliyyəti (sosıum). Bu kateqoriyalar müəyyən sayda xüsusi seçilmiş komponentlərə malikdirlər.
Bəşirov metodu
Bəşirov metodu — kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, onların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur. Bu metodun yaradıcısı akademik Eyyub Bəşirovdur.XX əsrin ortalarında işlənib hazırlanmış bu orijinal, mütərəqqi metod bu gün də dünyanın heyvandarlıq təcrübəsində geniş istifadə edilir və çox böyük uğur gətirir.Eyyub Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30–45 dərəcə bucaq altında öz təbii yerindən kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olmuşdur.Belə ki, əgər adi, təbii cütləşmədə naxırda 1 ildə 1 törədici ilə ən yaxşı halda, ən çoxu 20–25 inək mayalamaq mümkün olursa, dondurulmuş toxumla aparılan süni mayalamada "Bəşirov metodu"nu və Eyyub Bəşirovun işləyib hazırladığı yeni, orjinal texnologiyaları tətbiq etməklə, 25000 camış və inək mayalamaq mümkündür.
Eksperiment metodu
Kornell metodu
Kornell metodu (ing. Cornell method) və ya Kornell qeyd tutma sistemi (ing. Cornell note-taking system) – 1940-cı illərdə Kornell Universitetinin professoru Volter Pauk tərəfindən yaradılan qeyd tutma metodudur.Kornell metodu zamanı qeyd tutmanın əsas məqsədi məlumatı birbaşa kağıza köçürmək və ya qeydlərin bir daha baxılmamaq üzrə yazılması deyil. Kornell metodu bir çox universitetlərdə istifadə olunan metoddur. Kornell metodu ilə qeyd tutmaq üçün A4 kağızı götürülür. Aşağını 4-5 sm boşluq buraxacaq şəkildə sətir çəkilir. Yuxarıdan aşağıya doğru vərəqi 2 sütuna böləcək şəkildə xətt çəkilir. Sol sütun sağ sütundan 2-3 qat qalın ola bilər. Sol sütun açar sözlər, mövzu haqda suallar, fikirlər, sağ sütun isə qeydlər üçündür. Səhifənin ən yuxarısında başlıq, ən aşağısında isə xülasə sətiri var.
Metrik tenzor
Differensial həndəsədə metrik tenzor – səthə toxunan iki v və w vektorlarını qəbul edib bir həqiqi ədəd qaytaran funksiyaya deyilir. Bu tenzor, vektorların Evklid həndəsəsindəki skalyar hasili ümumiləşdirir. Skalyar hasil, iki vektor arasındakı məsafə və bucağı təyin edən əməliyyat olduğu üçün, metrik tenzor, bu əməliyyatı istənilən növ çoxobrazlı üzərindəki vektorlar üçün etməyə imkan verir. Əgər istənilən sıfırdan fərqli v vektoru üçün g(v, v) > 0 şərti ödənilirsə, o zaman metrik teznor müsbət-müəyyən kimi xarakterizə olunur. Metrik tenzoru müsbət-müəyyən olan çoxobrazlıya Riman çoxobrazlısı deyilir. Riman çoxobrazlısında iki nöqtəni birləşdirən ən qısa əyri, geodezik adlanır. Beləliklə, Riman çoxobrazlısında uzunluq anlayışı olduğuna görə, yəni istənilən p və q nöqtəsi üçün p -dən q -ya qədər məsafəni hesablayan d(p, q) funksiyası mövcud olduğuna görə Riman çoxobrazlısı metrik fəza hesab olunur. Digər tərəfdən, metrik tenzora məsafə funksiyasının törəməsi kimi baxa bilərik: metrik tenzor çoxobrazlıdakı sonsuz kiçik məsafəni verir. Metrik tenzorun koordinat bazisinə görə komponentləri simmetrik matris təşkil edir. Bu komponentlər koordinat sisteminin dəyişilməsi zamanı kovariant çevrilməyə məruz qalır.
Sorğu metodu
Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir. Keçirilmə üsulu cəhətdən sorğu, bir tərəfdən, müəyyən sualları olan tədqiqatçıdan (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondentdən ibarətdir. Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür: 1) anket sorğusu, 2) müsahibə, 3) sosiometrik sorğu. Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir.
TPMA metodu
Səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodunun alqoritmi şəkildə verilmişdirMarkerin ötürülməsi metodu – mühitə giriş metodudur və məlumatın ötürülməsinə icazə verilməsi üçün, bir işçi stansiyadan digər işçi stansiyasına marker ötürülür. Markeri alan işçi stasiya məlumat göndərə bilər və bunun üçün məlumat markerə qoşularaq şəbəkəyə ötürülür. Bu zaman marker məlumatı şəbəkədə daşıyır. Məlumatı göndərən və qəbul edən stansiyalar arasındakı bütün stansiyalar bu məlumatı görür, lakin onu ancaq təyinat stansiya qəbul edir. Bu zaman o yeni marker yaradır. Marker (token) və ya səlahiyyət – verilənlərin ötürülməsinə başlamağa imkan verən unikal bitlər kombinasiyasıdır. Hər bir qovşaq özündən əvvəlki qovşaqdan paketi qəbul edir, siqnalların səviyyəsini nominal səviyyəyə qədər bərpa edir və növbəti qovşağa göndərir. Göndərilən paket verilənlərə malik ola bilər və ya marker ola bilər. İşçi stansiyaya paket göndərmək lazım gəldikdə onun şəbəkə platası markerin daxil olmasını gözləyir, sonra onu müvafiq səviyyənin protokolu üzrə formatlaşdırılmış verilənlərdən ibarət olan paketə çevrir və sonra lokal şəbəkəyə göndərir, paket lokal şəbəkədə ünvana çatana qədər işçi stansiyalarının şəbəkə plataları arasında yayılır. Alan işçi stansiya paketin alınmasını təsdiq etmək üçün ona müəyyən bitlər əlavə edir və lokal şəbəkəyə qaytarır.
VKB metodu
VKB metodu (Ventzel-Kramers-Brillüen) – Kvant mexanikasında kvaziklassik yaxınlaşmadır. Bu metod klassik trayektoriyalar, kvant spektri və dalğa funksiyası arasında əlaqə qurur, belə ki, dalğa funksiyası klassik təsir vasitəsilə ifadə olunur. Bu metod 1926-ci ildə bir-birindən asılı olmadan üç fizik Q.Ventzel, H.Kramers və L.Brillüenin tərəfindən inkişaf etdirildiyinə görə VKB metodu adını almışdır. Şredinger tənliyini yazaq: − ℏ 2 2 m d 2 ψ d x 2 + U ( x ) ψ = E ψ {\displaystyle -{\frac {\hbar ^{2}}{2m}}{\frac {d^{2}\psi }{dx^{2}}}+U(x)\psi =E\psi } Burada U {\displaystyle U} potensialının x = 0 {\displaystyle x=0} nöqtəsində minimumunun olduğu və bu nöqtədən uzaqlaşdıqca monoton artdığı nəzərdə tutulur. Belə potensialda E {\displaystyle E} enerjisinə malik klassik zərrəcik (maddi nöqtə) U ( x ) = E {\displaystyle U(x)=E} tənliyinin həlləri olan a {\displaystyle a} və b {\displaystyle b} nöqtələri arasında periodik rəqs edəcək. Yeni dəyişənlər daxil edək k ( x ) = 2 m ℏ 2 [ E − U ( x ) ] {\displaystyle k(x)={\sqrt {{\frac {2m}{\hbar ^{2}}}[E-U(x)]}}} və Şredinger tənliyini yenidən yazaq: d 2 ψ d x 2 + k 2 ( x ) ψ = 0 {\displaystyle {\frac {d^{2}\psi }{dx^{2}}}+k^{2}(x)\psi =0} Dalğa funksiyasını aşağıdakı şəkildə göstərək: ψ ( x ) = A ( x ) exp ⁡ [ i ℏ S ( x ) ] {\displaystyle \psi (x)=A(x)\exp {[{\frac {i}{\hbar }}S(x)]}} burada amplitud A {\displaystyle A} və eksponentin qüvvəti S {\displaystyle S} həqiqi nəzərdə tutulurlar. Sonuncu ifadəni Şredinger tənliyində nəzərə alsaq aşağıdakı diferensial tənlikləri alarıq: A ( S ′ ) 2 = A p 2 + ℏ 2 A ″ {\displaystyle A(S')^{2}=Ap^{2}+\hbar ^{2}A''} S ″ A + 2 S ′ A = 0 {\displaystyle S''A+2S'A=0} burada p ( x ) = ℏ k ( x ) {\displaystyle p(x)=\hbar k(x)} lokal impulsdur. Alınmış tənliklər Şredinger tənliyinə tam ekvivalentdirlər. Kvaziklassik yaxınlaşmada ℏ 2 A ″ {\displaystyle \hbar ^{2}A''} həddi kiçik olduğu üçün atıla bilər (bu yazınlaşmasız qeyri-xətti Rikkati tənliyi dəqiq həll olunmur). Bu halda alınan ifadələri inteqrallamaq olur: S ( x ) = ∫ x 0 x p ( x ) d x {\displaystyle S(x)=\int \limits _{x_{0}}^{x}{p(x)dx}} A = ψ 0 | p ( x ) | {\displaystyle A={\frac {\psi _{0}}{\sqrt {|p(x)|}}}} burada S ( x ) {\displaystyle S(x)} klassik təsirə uyğun gəlir.
İnandırma metodu
İnandırma metodu — Bu metodun köməyi ilə tərbiyə olunanların düşüncələri, təsəvvürləri, baxışları formalaşır, informasiya sahəsində (təlqinetmə, dialoq, inam) operativ mübadilə gedir. == Tərbiyədə inandırma metodu == Pedaqoqun praktik işində bir neçə tərbiyə metodlarından istifadə edilir. Bu metodların təsnifatı: Tapşırıqları yerinə yetirmə metodu — Bu metodun köməyi ilə tərbiyə olunanların fəaliyyəti təşkil olunur və onun müsbət motivləri (tapşırıq, tələb, yarış, nümunə göstərmə, müvəf fəqiyyət situasiyasının yaradılması) stimullaşdırılır Qiymət və özünəqiymət metodu — Bu metodun köməyi ilə tərbiyə olunanlara öz davranışlarını, özününizamlama (tənqid, mükafat, irad, cəza, inam, nəzarət, özünənəzarət, özünənəzarət, özünütənqid) və s. bu kimi hallarda fəaliyyətin stimulyasiyası gedir. Bu metodlardan ən əsası inandırma metodudur. Bu metod vasitəsilə şagirdlər təlim və tərbiyə prosesində daha aktiv iştirak edirlər. Tərbiyə olunanların fəaliyyət xüsusiyyətlərinə laqeydlik göstərmək, münasibət bildirməmək, qiymətləndirməmək yolverilməzdir. M. F. Axundovun haqlı olaraq yazdığı kimi, "sevinc və şənlik bəxş edən vasitələrdən uzaqlaşmaq hisslərin süstləşməsinə və ağlın kütləşməsinə səbəb olar". Uşaqda yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq lazımdır. Beləliklə, tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həlli, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik.