Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elmir
Elmir — ad.
Elariz Məmmədoğlu
Elariz Məmmədoğlu (tam adı: Elariz Məmməd oğlu Salmanov) — azərbaycanlı müğənni. == Həyatı == Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda doğulub. Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1983-1985-ci illərdə Leninqrad, Petrozavodsk, Murmansk şəhərlərində hərbi xidmət keçib. İlk dəfə səhnəyə 16 yaşında müğənni kimi çıxıb. Məktəbdə fəaliyyət göstərən xor dərnəyində vokalçı-solist olub. 1992-1994-cü illərdə musiqiçi kimi çalışıb. 1994-cü ildən mügənnilik sənətini davam etdirib. Müğənni kimi peşəkar fəaliyyətə 1997-ci ilin yanvarında başlayıb.
Elsmir (ada)
Elsmir (ing. Ellesmere Island, fr. Île d'Ellesmere) — Kanadanın ucqar şimalda yerləşən, Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelizaveta adaları qrupuna daxildir. Nunavut vilayətinin Kikitani ərazisində yerləşir. Adadan şərqdə Kanada ilə Qrenlandiyanın dövlət sərhədi keçir. Ada ərazisində nəsli kəsilmiş heyvan qalıqlarına rast gəlinir. == Coğrafiyası == Adanın sahəsi 196 236 km² təşkil edir. Kanadanın sahəsinə görə üçüncü, dünyada isə onuncu yerdə gedir. Ən hündür nöqtəsi Barbo zirvəsidir (2616 м), üstəlik bu zirvə Nunavut vilayətinin ən hündür zirvəsidir.
Simsiz qoşulma
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq:1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.
Simsiz rabitə
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Simsiz teleqraf
Radioteleqrafiya və ya simsiz teleqrafiya — teleqraf siqnallarının radio dalğaları ilə ötürülməsinə imkan verən telekommunikasiya sistemidir. Simsiz teleqraf və ya radioteleqrafiya, adətən CW (fasiləsiz dalğa), ICW (kəsintili fasiləsiz dalğa) ötürülməsi və ya açma-söndürmə kimi adlandırılan və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən A1A emissiya növü kimi təyin edilmiş, göndərən operatorun istifadə etdiyi radio rabitə üsuludur. Teleqraf açarından istifadə edir, açar radio ötürücünü açır və söndürür, adətən Morze əlifbasında mətn simvollarını kodlayan "nöqtələr" və "tire" adlanan müxtəlif uzunluqda modullaşdırılmamış daşıyıcı dalğa impulsları yaradır. Qəbul yerində kod radioqəbuledicinin qulaqcığında və ya dinamikində Morze əlifbasını bilən operator tərəfindən yenidən mətnə ​​çevrilən bir sıra vızıltı və ya siqnal səsləri kimi eşidilir.
Simsiz texnologiyalar
Simsiz rabitə və ya naqilsiz rabitə — elektrik keçiricisi, fiber-optik və ya digər davamlı idarə olunan mühitdən istifadə etmədən iki və daha çox məntəqə arasında məlumatların ötürülməsi. Ən geniş yayılmış naqilsiz texnologiyalar radioda istifadə edilir. Radio dalğaları ilə nəzərdə tutulan məsafələr qısa da ola bilər, uzaq da. Bunlar uzaq məsafəli radio rabitələrdə minlərlə hətta milyonlarla kilometrə qədər və ya televiziya üçün bir neçə metrə kimi ola bilər. Bu, telsiz (iki istiqamətli radio), mobil telefonlar, cib kompüteri və naqilsiz şəbəkə də daxil olmaqla stasionar, mobil və portativ tətbiqlərin müxtəlif növlərini əhatə edir. Radio naqilsiz texnologiyaların tətbiqinin digər nümunələrinə GPS hissələri, naqilsiz kompüter siçanı, klaviaturası, qulaqlıq, radio qəbuledici, peyk televiziyası , yerüstü televiziya və radiotelefon daxildir. LTE, LTE-Advanced, Wi-Fi, Bluetooth ən geniş yayılmış müasir naqilsiz texnologiyalardan bir neçəsidir. == Tətbiqi == === Mobil telefon === Simsiz texnologiyanın ən məşhur nümunələrindən biri mobil telefondur. 2010-cu ilin sonuna olan məlumata görə, dünya üzrə 6,6 milyarddan çox mobil abunəçi mövcud idi. Bu simsiz telefonlar siqnal qüllələrindən gələn radio dalğalarından istifadə edərək istifadəçilərinə dünyanın bir çox yerindən telefon zəngləri etməyə imkan verir.
Simsiz şəbəkə
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq:1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.
Simsiz USB
Simsiz USB (ing. Wireless USB, WUSB) — "Wireless USB Promoter Group" tərəfindən yaradılmış, ümumi USB əsaslı texnologiyaların mövcudluğunu artırmaq məqsədi daşıyan qısa diapazonlu, yüksək bant genişliyinə malik simsiz radio kommunikasiya protokolu. Onun Wi-Fi ilə əlaqəsi yoxdur və "Cypress WirelessUSB" təkliflərindən fərqlidir. 2009-cu ildə fəaliyyətini dayandıran "WiMedia Alliance" tərəfindən saxlanılırdı. USB Tətbiqçiləri Forumu onu rəqabət aparan UWB standartından fərqləndirmək üçün "Certified Wireless USB" texnologiyasını adlandırmağa üstünlük verir. Simsiz USB "WiMedia Alliance"ın "Ultra-WideBand" (UWB) ümumi radio platformasına əsaslanırdı. Bu, 3 metrə qədər məsafədə 480 Mbit/s və 10 metrə qədər məsafədə 110 Mbit/s ötürmə qabiliyyətinə malikdir. 3,1–10,6 GHz tezlik diapazonunda işləmək üçün nəzərdə tutulmuşdur, baxmayaraq ki, yerli tənzimləmə siyasətləri bəzi ölkələrdə qanuni əməliyyat diapazonunu məhdudlaşdıra bilər. Standarta dəstək "Linux" 5.4-də dayandırılmış və "Linux" 5.7-də silinmişdir. Standart artıq köhnəlmişdir və uzun illərdir ki, yeni avadanlıq istehsal olunmamışdır.
Əlsiz adamlar (film, 1932)
== Məzmun == Film tədris müəssisələrinin politexnikləşdirilməsi kimi aktual məsələyə toxunur. Çünki məktəbi yenicə bitirib müstəqil həyata başlayan gənclərdə əmək vərdişləri olmur. Ona görə də belələrini "əlsiz adamlar" adlandırırlar. == Film haqqında == Film rejissor İqor Savçenkonun kinoda ilk müstəqil işidir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: İqor Savçenko Quruluşçu rejissor: İqor Savçenko Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Viktor Aden Rejissor assistenti: Qəmər Salamzadə === Rollarda === Hüseyn Seyidzadə — fəhlə Ağarza Quliyev — Şərif Aliyə Terequlova S. Koretskaya Zəhra Seyidzadə Ruqiyyə Seyidzadə == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Elgiz Abbaslı
Elgiz Abbaslı (21 may 1998, Sabirabad rayonu – 8 oktyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Elgiz Fuad oğlu Abbaslı 1998-ci il mayın 21-də Sabirabad rayonu cavad kəndin-də anadan olub. == Hərbi xidməti == Elgiz Abbaslı 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgiz Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elgiz Abbaslı oktyabrın 10-da şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgiz Abbaslı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elgiz Hüseynzadə
Elgiz İbrahim oğlu Hüseynzadə (28 oktyabr 2001, Bəyimsarov, Tərtər rayonu, Azərbaycan — 22 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Hüseynzadə 28 oktyabr 2001-ci ildə Tərtər rayon Bəyimsərov kəndində dünyaya gəlib. Əslən kəlbəcərli idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elgiz Hüseynzadə Füzulinin azad edilməsində savaşıb. 22 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Tərtərdə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Hüseynzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgiz Kərimov
Elgiz Kərimov (5 yanvar 1971, Bərdə rayonu – 12 mart 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsada, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı. == Döyüşlərdə iştirakı == Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi.
Elgiz Mehtiyev
Elgiz Şahin oğlu Mehtiyev (1 mart 1999, Bəylər, Saatlı rayonu – 5 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1 mart 1999-cu il tarixində Saatlı rayonunun Bəylər kəndində anadan olub.2006—2014-cü illərdə Bəylər kənd ümumi orta məktəbində təhsil alıb. 2016-cı ildə hərbiyə yollanan Elgiz, TərTər rayonunun "N" saylı hərbi hissəsində qulluq edib. === Ailəsi === Atası - Şahin Mehdiyev Anası - Elbəniz Mehdiyeva == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elgiz Mehtiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgiz Mehtiyev noyabrın 5-də. Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgiz Mehtiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgiz Salahlı
Elgiz Nurəddin oğlu Salahlı (11 sentyabr 1992; Beyləqan, Azərbaycan — 6 oktyabr 2020; Füzuli-Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Salahlı 11 sentyabr 1992-ci ildə Beyləqan şəhərində Nurəddin Salahovun və Afət Salahovanın ailəsində anadan olmuşdur. 1998-2009-cu illərdə Beyləqan şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2016-cı il təvəllüdlü Dəniz adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Elgiz Salahlı 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elgiz Salahlı müddətdən həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Elgiz Əkbər
Elgiz Əkbәr (1974, Yaroslavl vilayəti) — aparıcı. == Haqqında == Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. Bağlama‚ Elgizin Cümə Axşamları‚ Elgizli Axşamlar‚ Toy Olsun, Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə, Adam içində, Günəbaxan,hazırda isə ARB TV-də Elgizlə İzlə verlişinin aparıcısıdır. Elgiz Əkbər 9 may 2015-ci ildə Əsmər xanımla evlənib.
Elmin Bayramov
Elmin Elməddin oğlu Bayramov (24 iyun 2002; Əsgərabad, Biləsuvar rayonu — 6 oktyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi == Həyatı == Elmin Bayramov 24 iyun 2002-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 2008-2019-cü illərdə Əsgərabad kənd tam orta məktəbində oxumuşdur. Subay idi. == Hərbi xidməti == 2020-ci ilin iyul ayından Ağcabədi rayonunda yerləşən N-saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. Elmin Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elmin Bayramov 6 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Əsgərabad kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elmin Mirzəyev
Elmin Əvəz oğlu Mirzəyev (20 fevral 1995; Əmiranlar, Xocavənd rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmin Mirzəyev 20 fevral 1995-ci il Xocavənd rayonunun Əmiranlar kəndində anadan olmuşdur. Orta təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbdə başa vurmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Elmin Mirzəyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Elmin Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elmin Mirzəyev 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Elmin Nəcəfov
Elmin Saleh oğlu Nəcəfov (30 yanvar 1999, Həsənabad, Neftçala rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmin Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur. == Hərbi xidməti == Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə yollanmışdır. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nəcəfov 29 sentyabrda könüllü olaraq doyüşlərə qatılmış, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir.
Elmin Quluzadə
Elmin Şəmsi oğlu Quluzadə (1 noyabr 1998, Kəngərli, Tərtər rayonu – 2020) — şəhid. == Həyatı == 1998-ci il noyabrın 1-i tarixində Tərtər rayonu Kəngərli kəndində anadan olub. Suqovuşan fatehlərindən olan Elmin Quluzadənin ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub. Elminin düşmənə nifrəti, vətənə sevgisi onu ikinci Qarabağ müharibəsinə göndərdi. Sevərək döyüşlərə qatılan Tərtərli gənc adını qəhrəmanlıq tarixinə yazdı. Tərtər rayonunun Kəngərli kənd sakini Elmin Quluzadə Sentyabrın 21 könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonlarını istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və ağır zərbələr endirib. 17 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz doğulub boya -başa çatdığı Tərtər rayonunda dəfn edilib.
Elmin Səmədov
Səmədov Elmin Mirzəli (1 fevral 1996, Qızılağac, Salyan rayonu – 12 sentyabr 2022, Zəngilan rayonu) — şəhid. == Həyatı == 1996-cı il təvəllüdlü şəhid Səmədov Elmin Mirzəli oğlu Salyan rayonun Qızılağac rayonununda anadan olub. Maxe olaraq fəaliyyət göstərmişdir. == Hərbi Xidməti == 1996-cı il təvəllüdlü Səmədov Elmin Mirzəli oğlunun cənazəsi bu gün doğulduğu Salyan rayonunun Qızılağac kəndinə gətirilib. Şəhidin yaşadığı evdə təşkil olunan vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak etmişlər. Şəhid Elmin Səmədov Alçalı kənd qəbiristanlığında torpağa tapşırıldı.
Elmin fəlsəfəsi
Elmin fəlsəfəsi — elmin fələsəfə üzərində sistematik inikası, dövrün sosial-mədəni kontekstində mövcud elmin nailiyyətlərinin nəzərə alınması (qeyd edilməsi) fəlsəfi və xüsusi biliklərin sintezinin həyata keçirilməsi. Həmçinin "Elm fəlsəfəsi" biliklərin xüsusi sahəsi kimi bəşəri mədəniyyətin birliyini təmin edən mühüm inteqrasiya funksiyasını yerinə yetirir. Elmin fəlsəfəsi fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət edir. Elmin fəlsəfəsinin inkişafında həm fəlsəfə, həm də xüsusi elmlər maraqlıdır. "Elm fəlsəfəsi"nin problemlərinə elm üzərində fəlsəfənin inikası, elmin strukturunun inkişafı və məzmununun ayrıca elmi fənn kimi, bütövlükdə elm kimi öyrənilməsi daxildir. == Kateqoriyaları == "Elm fəlsəfəsi" fənninin üç mühüm səviyyəsini ayırmaq mümkündür: Bütövlükdə fəlsəfə; Ayrı-ayrı elm sahələrinin fəlsəfəsi (təbiətşünaslıq, humanitar elmlər). Bu da iki yerə bölünür. Ayrı-ayrı elmlər, fənlər (mexanika, astronomiya, tarix, sosiologiya, kitabxanaşünaslıq, filologiya, dilçilik və s.).Elm fəlsəfəsini, onun strukturunu, predmetini öyrənərkən ayrı-ayrı elmlərin klassik fəlsəfə tərəfindən öyrənilməsini, onların irəli sürdüyü ideyaları, gəldiyi nəticələri öyrənmək, onlara isnad etmək hər bir tədqiqatçı üçün zəruridir. == Hegelin nəzəriyyəsi == Belə fəlsəfi əsərlər içərisində görkəmli alman filosofu Hegelin "Hüquq fəlsəfəsi", "Tarix fəlsəfəsi", "Dinin flsəfəsi" böyük maraq doğurur. Hegelin bu məşhur fəlsəfi əsəri ayrı-ayrı elmlərin fəlsəfəsini öyrənmək üçün məhək daşı, elmi-nəzəri metodoloji bazadır.
Elmin Əlizadə
Elmin Samir oğlu Əlizadə (18 mart 2003; Mingəçevir, Azərbaycan — 16 noyabr 2021; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 16 noyabr 2021-ci ildə Kəlbəcər-Laçın istiqamətində qarşı tərəfin təxribatının qarşısı alarkən şəhid olmuşdur. == Həyatı == Elmin Əlizadə 18 mart 2003-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonunun Papravənd kəndindəndir. Kənd işğal olunduqdan sonra Elminin ailəsi Mingəçevirdə məskunlaşmışdır. Elmin Əlizadə 15 sentyabr 2009-cu ildə Kəlbəcər rayon 118 nömrəli tam orta məktəbin 1-ci sinfində təhsil almağa başlamışdır. 2013-2016-cı illərdə UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak etmişdir. 15 iyun 2020-ci ildə məktəbin 11-ci sinfindən məzun olmuşdur. Subay idi. == Hərbi xidməti == Elmin Əlizadə 1 aprel 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.
Elmir Akifzadə
Elmir Gündüz oğlu Akifzadə (1 sentyabr 1997, Bambaşı, Masallı rayonu – 9 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə isə Kazan Universitetinə daxil olub. Subay idi. == Hərbi xidməti == Elmir Akifzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Akifzadə oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Elmir Bağırov
Elmir Bağırov (28 aprel 1980, Hişkədərə, Masallı rayonu) — Saatlı rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Elmir Məmməd oğlu Bağırov 1980-ci il aprel ayının 28-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya ixtisasına daxil olmuşdur. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi" ixtisası üzrə magistraturaya daxil olmuşdur.2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirmişdir. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru" elmi adı almışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyəti === 2004-cü ildən Heydər Əliyev Fondunun "azerbaijan.az" layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışırdı.Siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın "siyasi idarəetmə və politologiya" kafedrasında müəllim və 2012-ci ildən "beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasında baş müəllim vəzifələrində çalışmışdır. 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. 10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olmuş, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunuşdur.2020-ci il avqustun 24-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Əlişir Musayev
Əlişir Musayev — AMEA-nın müxbir üzvü (2017), tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Əməkdar Elm Xadimi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru. == Həyatı == Əlişir Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub. Bəy nəslindən olan atası Veys kişi ixtisasca müəllim idi. Əlişir səkkizvuğaşın ikincisi idi. Babası əsl-nəcabətinə görə repressiyaya məruz qalmışdı. 1966-cı ildə Əlişir Musayev Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. Tələbə dövründə elmi konfranslarda çıxışlar edir. 1972-ci ildə ali məktəbi bitirir. İki il ordu sıralarında xidmət edir, ixtisasını nəzərə alaraq onu alay tibb məntəqəsinin rəisi təyin edirlər. 1974-cü ildə Moskva şəhərində, Ümumittifaq Mərkəzi Elmi-Tədqiqat Kurortologiya və Fizioterapiya İnstitutunda sinir xəstəlikləri ixtisası üzrə aspiranturaya daxil olur.
Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat – 3 yanvar 1501, Herat) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin] == Həyatı == Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.