QƏMSİZ

sif.zərf Heç bir qəmi, dərdi, kədəri, qayğısı olmayan. Qəmsiz adam.
– O qəmsiz, qüssəsiz, o xoşbəxt üzü; Mənim ilhamıma yaxındır, düzü… S.Vurğun.
Axirəti olanların dünyası qəmsiz olmayıb; Seldi, gələr, axar, keçər, amma gərək aşıb-daşa. Şəhriyar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏMSİZ QƏMSİZ, DƏRDSİZ (heç bir qayğısı, qəmi olmayan) ..Yurdumda baş qaldırıb göyərsin təzə bağlar; Dərdsiz, qəmsiz böyüsün bütün körpə balalar (M
  • QƏMSİZ kədərsiz — dərdsiz — qüssəsiz
QƏMNAK
QƏMSİZLİK

Digər lüğətlərdə