Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Etimoni Timuani
Etimoni Timuani (d. 14 oktyabr 1991; Funafuti, Tuvalu) — Tuvalunu təmsil edən futbolçu və yüngül atlet. Etimoni Timuani Tuvalunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Timuani həm də Tuvalunun futbol və futzal yığmasının heyətində çıxış edir. == Həyatı == Etimoni Timuani 1991-ci ilin 14 oktyabr günündə Tuvalunun Funafuti şəhərində anadan olub.
Simona Abbate
Simona Abbate (22 avqust 1983) — İtaliyanı təmsil edən su poloçusu. Simona Abbate, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Simona Baylz
Simona Baylz (d. 14 mart 1997; Kolumbus, Ohayo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən Afroameriкan əsilli idman gimnastı. Baylz 2016 Olimpiya Oyunlarında komanda, çoxnövçülük, dayaqla tullanma və döşəmə yarışlarında qızıl medal qazanıb. O, həmdə dirək ilə hərəkətlərdə bürünc medal qazanıb.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Pomona (Kaliforniya)
Pomona — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər.
Eriqona (Egisfin qızı)
Eriqona (q.yun. Ἠριγόνη) — yunan mifologiyasında personaj. O, Mikena çarı Egisf və Klitemnestranın qızı idi. Eriqona ögey qardaşı Orestdən Pentil adlı övladı olmuşdur. Orest həm Eriqona, həm də onun qardaşı Aleti sui-qəsd etməyə cəhd etmiş, lakin ilahə Artemida onu xilas etmişdir.
Simona de Bovuar
Simona de Bovuar kimi tanınan Simona-Ernestin-Lüsi Mari Bertrand de Bovuar (fr. Simone Lucie Ernestine Marie Bertrand de Beauvoir; 9 yanvar 1908, VI arondisman (Paris) – 14 aprel 1986, XIV arondisman (Paris) və ya Paris) — fransız yazıçı, intellektual, ekzistensialist filosof, siyasi fəal, feminist və sosial nəzəriyyəçi. O, özünü filosof hesab etməsə də, onun həm feminist eksistensializminə, həm də feminist nəzəriyyəsinə mühüm təsiri olub. Bovuar fəlsəfə, siyasət və sosial məsələlərə dair romanlar, esselər, bioqrafiyalar, avtobioqrafiyalar, monoqrafiyalar müəllifidir. O, 1949-cu ildə yazdığı, qadın əsarəti və müasir feminizmin əsas elmi şərhinin ətrafli analizini verdiyi "İkinci Cins" elmi əsəri ilə yanaşı "O Qalmağa gəldi" və "Mandarinlər" romanı da daxil olmaqla ən çox öz romanları ilə məşhurlaşmışdı. Simona De Bovuar Parisdə, bir vaxtlar aktyorluğa can atan hüquq müdafiəçisi Corc Bertrand Bovuarın və atası varlı bankir və hörmətli katolik olan Fransuaz ne Brasörün ailəsində dünyaya gəlib. Simonanın bacısı Helen ondan iki il sonra doğulub. I Dünya Müharibəsindən sonra qısa müddət ərzində öz var-dövlətlərinin böyük bir hissəsini itirdiyindən, ailə öz burjua statuslarını qoruyub saxlamaq üçün mübarizə aparırdı, və Fransuaz hər iki qızının nüfuzlu qadın monastır məktəbinə göndərilməsini təkid edirdi. Bovuar özü bir uşaq kimi həddən artıq dindar idi. Bir ara rahibə də olmaq istəyirdi, amma 14 yaşında bütün inamı alt-üst oldu ki, bunun nəticəsində də ömrünün qalanını bir ateist kimi yaşadı.
Viburnum opulus var. pimina
Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Ekoloji qrup və bitdiyi yerlər == Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Əriməna
Əriməna — e.ə. 635 və e.ə. 629 arası hökm sürmüş Urartu kralı.
Hümay Əzimova
Mətanət Əzimova
Mətanət Əzimova (azərb. Əzimova Mətanət Əlirasim qızı;‎) — Azərbaycan Televiziyası və Radio Verilişləri (QSC)- Radionun Proqram Direktorloğunun böyük redaktoru, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının müəllimi, Azərbaycan Respublikasının əməkdar jurnalisti Əzimova Mətanət Əlirasim qızı 29 iyun, 1963-cü ildə müəllim ailəsində anadan olub. 1971–1981-ci illərdə Astara rayonu Ərçivan kənd orta məktəbində oxumuşdur. 1992-ci ildə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsinin tam kursunu bitirmişdir. Tələbə olduğu dövrdən Azərbaycan radiosu və televiziyası ilə müntəzəm əməkdaşlıq edib. 1993-cü ilin noyabr ayından etibarən rəsmi işçi kimi Azərbaycan Radiosu və Televiziyasında işləyir. Televiziyanın "Xəbərlər, "Səhər", "Hərbi" proqramlar redaksiyasında fəaliyyət göstərib. Radioda isə dövr üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb edən "Misri", "Ön cəbhəyə doğru", "Qan yaddaşımız" kimi verilişlərin müəllifi və aparıcısı olmuşdur. Müəllifi və aparıcısı olduğu bu verilişlərin süjet və müsahibələrini birbaşa ön cəbhədən-Qarabağdan hazırlamışdır. Eyni zamanda geniş dinləyici auditoriyasına malik "Deməsəm olmur", "Borc", "Ailə", "Dünya bir pəncərədir" və Ümummilli lider Heydər Əliyevə həsr olunan "Zamanın sahibi" adlı silsilə verilişlərin də müəllifi və aparıcısı olmuşdur.
Rəfiqə Əzimova
Əzimova Rəfiqə Cəlil qızı (17 iyul 1938, Bakı) — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tarix" fakültəsinə daxil olmuş və 1964-cü ildə tarixçi, tarix müəllimi və ictimaiyyətçi ixtisası üzrə bitirmişdir. 1967–1970-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirəndən sonra 1971-ci ildə namizədlik, 1989-cu ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən başlayaraq Fəlsəfə və Hüquq institutunda çalışmış, elmi işçidən baş elmi işçiyə qədər yüksəlmişdir. 2002-ci ildən "Sosiologiya" şöbəsinin müdiri seçilmiş və hazırda bu vəzifəni icra edir. Əsas tədqiqat obyekti "Müasir cəmiyyətin sosioloji problemləridir". Beynəlxalq, regional və ölkədaxili elmi konfranslarda məruzələrlə çıxış edir. 1999–2005-ci illərdə MDB ölkələrində "Regionumuzdakı yeni münaqişələrdən çıxış yolları" ilə bağlı regional konfranslarda iştirak etmişdir. Elmi fəaliyyəti müddətində çoxlu sayda aspirant və dissertantın elmi rəhbəri olmuşdur. 7 monoqrafiya və 150-dən çox məqalə müəllifidir.
Səbinə Əzimova
Səbinə Əzimova (2 noyabr 2000, Lənkəran) — Azərbaycanlı ağır atlet. Yeniyetmələr arasında Avropa Çempionatının 3 qat qalibi, 2-cisi və 3-cüsü; yaşı 15-ə qədər olan qızların 53 kq çəkidə rekordçusu. Səbinə Əzimova 2 noyabr 2000-ci ildə Lənkəran şəhərində anadan olub. 25 sentyabr 2017-ci ildə Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa Çempionatında birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq-la bu hərəkətdə 2-ci olub. Təkanla qaldırmada isə 96 kq qaldıraraq bu hərəkətdə də 2-ci yeri tutub. Ümumilikdə 174 kq (78+96) nəticə göstərən idmançı 53 kq çəki dərəcəsində 17 yaşa qədər olan qadın atletlər arasında Avropa çempionu olub. Bu, onun üçüncü Avropa çempionluğu olub. 2018-ci ildə Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa Çempionatında 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanıb. 2018-ci il noyabrın 29-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan Kubokunda sinkleyr cədvəli üzrə mütləq qalibin müəyyən edilməsi uğrunda ümumilikdə 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə 1-ci yer olub. 7 fevral 2019-cu ildə Şüvəlandakı AA akademiyasında Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Çempionatında, qaliblərin Sinkleyr cədvəlinə əsasən müəyyən edildiyi yarışda, ümumilikdə 154 kq (67+87) nəticə və 231.6 xalla qızıl medal qazanıb.
Töhfə Əzimova
Töhfə Əzimova (6 fevral 1938, Bakı – 4 fevral 2003) – Azərbaycan-sovet kino aktrisası, pianoçu. Töhfə (əsl adı Tofilə) İbrahim qızı Əzimova 6 fevral 1938-ci ildə Bakıda doğulub. Əsl sənəti fortepiano müəlliməsi olub. Həyat yoldaşı, kino rəssamı Cəbrayıl Əzimovla 1957-ci ildə “Qızmar günəş altında” filminin çəkilişləri zamanı tanış olub. Cütlük 1958-ci ildə ailə həyatı qurub. Aktrisa kimi iki filmdə yaddaqalan obraz yaradıb: "Əhməd haradadır" filmində Leyla və "Qızmar günəş altında" Nərminə rolu. Həyat yoldaşı Cəbrayıl Əzimov 1969-cu ildə yeganə oğlu Elman və onun doslarını Şıxov çimərliyinə apararkən avtoqəza keçirib və həlak olub. Bundan sonra Töhfə Əzimova oğlunu tək böyüdüb və ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib. Töhfə Əzimova 4 fevral 2003-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilb.