Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Epiqram
Epiqram (q.yun. ἐπίγραμμα — "yazı") — qısa, maraqlı və yaddaqalan satirik şeir, həcv. Epiqram – [yun. epigramma – yazı] qədim yunanlarda qəbir daşlarında, ictimai binalarda, abidələr, hədiyyələr və s. yerlərdə üzərində yazılan xatirə yazısı (yadigarlıq yazısı). == Mənbə == http://azerdict.com/izahli-luget/epiqram Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Epiqraf
Epiqraf (yun. επιγραφή — "yazı") — Başlıq, ideya yönümü, kimi tanımlaya biləcəyimiz epiqraf, elmi-bədii, siyasi-iqtisadi, ictimai-psixoloji – yəni təfəkkür dünyasını əhatə edən kitab, məqalə, araşdırma, məktub, gündəlik və b. yazı məhfumlarının başlığında, yaxud başlıqlarında hər hansı bir düşüncə adamının qısa fikri kimi işlədilir. İşlədildiyi nümunəni, yön, fikir, ideya baxımdan, əhatə edir, ilkin anlayış, məqsədi nəzərdə tutur. Epiqraf – [yun. epigraphe – yazı] 1)ədəbiyyatda əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan sözlər; zərbiməsəl, hikmətli söz; 2)qədim yunanlarda: kitabə, abidə (qəbir daşları) üzərində yazı; 3)bir əsərin və ya onun ayrı-ayrı hissələrinin (fəsillərinin) başında mövzunun xarakterini və inkişafını göstərən qısaca mətn: cümlə, zərbi-məsəl, hikmətli söz və s. == Xarici keçidlər == == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Epixarm
Epixarm, Epixarmus (yun. Ἐπίχαρμος, təxminən E.ə. 540 – E.ə. 450) — qədim yunan düşünürü, fəlsəfəöncəsi dönəminin ən görkəmli nümayəndələrdən biri. Pifaqorun mühazirələrində iştirak etməsinə baxmayaraq onu pifaqorçulara aid etmirlər. Bəzi tarixçilər onu “Yeddi yunan müdriklərin”dən biri hesab edirdilər. Epixarmusun İtaliyanın cənubunda anadan olduğu güman edilir. O, çoxlu komediya janrında əsərlər yazmış, bu janrın yaradıcılarından biri hesab edilmişdir. Dövrümüzə onun “qnome”lər adlanan qısa müdrik ifadələri gəlib çatmışdır. Bundan başqa, onun təbiət və təbabət haqqında zamanımıza çatmayan əsərləri də olmuşdur.
Etiram Hüseynli
Piqam Əzimov
Piqam Əzimoviç Əzimov (türkm. Pygam Azymow, rus. Пигам Азимович Азимов; 1 yanvar 1915 və ya 1915 – 1994) — Türkmənistan və SSRİ dövlət xadimi, türkoloqu, dilçisi, filoloq və akademiki (1951). O, 1966–1975-ci illərdə Türkmənistan Elmlər Akademiyasının prezidenti olmuşdur. Əzimov 11 aprel 1967-ci ildən 29 iyun 1971-ci ilədək Türkmənistan SSR Ali Sovetinin sədri olmuşdur. O, 1961-ci ildə Türkmənistan SSR əməkdar elm xadimi adını almışdır. 1951-ci ildə Əzimov Türkmənistan SSR Elmlər Akademiyasının yaradılmış ilk 11 həqiqi üzvlərindən biri olmuşdur. Орфография туркменского языка: краткий справочник. Ашхабад: Туркменский гос. университет, 1959 Развитие стилистических систем литературных языков народов СССР (в соавт.).
Oqüsten Piram Dekandol
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Ogüsten Piram Dekandol
Oqüsten Piram Dekandol (fr. Augustín Pyrámus (Pyráme) de Candólle) (4 fevral 1778, Cenevrə, — 9 sentyabr 1841, Cenevrə) — İsveçrə və Fransa botaniki. Candolleaceae F.Muell. fəsiləsi, sinonimi: Stylidiaceae R.Br. Candollea Baumg. cinsi, sinonimi: Menziesia Sm. Candollea Labill. cinsi, sinonimi: Stylidium Sw. ex Willd. Candollea Mirb.
Hacı Əlikram
Hacı Əlikram (1940, Bakı) — Azərbaycan İslam Partiyasının ilk sədri. == Həyatı == Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya "vətənə xəyanət"), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib. Azərbaycan İslam Partiyasının ilk sədri olub. Hacı Əlikram Azərbaycanın müstəqilliyi uğrunda başlayan xalq hərəkatının da fəal iştirakçılarından olub. Hacı Əlikram və qardaşı bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.
Əlikram Bayramov
Əlikram Bayramov (22 dekabr 1968, Puşkin rayonu) — Azərbaycan müğənnisi, nəğməkar şair. Əlikram Urşan oğlu Bayramov 1968-ci il dekabrın 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuşdur. Körpə yaşlarından atasını itirir. "Əsrin gözəli" adlı mahnısı ona böyük uğur qazandırır. Evlidir. 1 övladı, 4 nəvəsi vardır. Cavan yaşlarından başlayaraq, musiqi qrupu yaradır və uzun illər Biləsuvar rayon Mədəniyyət Evinin müdiri vəzifəsində çalışır. Peşəkar səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış edir. Əsrin gözəli, Gözləyəcəm, Yaz çiçəyi, Yaşayıram sənin üçün, Dəniz arzularım kimi bir çox mahnıların müəllifi və bəstəkarıdır.
Əlikram Hümbətov
Ələkrəm Ələkbər oğlu Hümbətov (28 oktyabr 1948, Lerik – 22 dekabr 2022, Niderland) — 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini. 1993-cü ildən qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti və Talış-Muğan böhranının əsas səbəbkarı. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə, milli maraqlarına zidd olan mövqeyinə və Ermənistan Respublikası ilə sıx əlaqələrinə görə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir. Azərbaycan Xalq Cəbhəsı Partiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXCP-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet iğtişaşları zamanı yanvar ayında Lənkəranda 10 gün şəhərin başında qalmışdır. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub.
Əlikram Hüseynov
Əlikram Həsən oğlu Hüseynov (20 aprel 1926, Bakı – 18 avqust 2006, Bakı) — Azərbaycan tarzəni, orkestrin solisti; Azərbaycan Respublikasının əməkdar artisti (1991) Əlikram Hüseynov 20 aprel 1926-cı ildə Bakıda doğulub. 1942–1946-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşdur. Oxuduğu müddətdə Əhməd Bakıxanov və Adil Gəraydan dərs almışdır. 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun iştirakı ilə keçirilən musiqi müsabiqəsində Orta Mahuru çalmış, birinci yerə çıxmışdır. 1947-ci ildə həmçinin Praqada keçirilən Festivalda da orta mahuru çalmışdır. 1959, 1960, 1961-ci illərdə konsert və tədbirlərdə Azərbaycan opera müğənnisi Bülbülü müşayət etmişdir. Əlikram Hüseynovun ilk təyinatı Şəkiyə verilmişdir. 1957-ci ildən 2006-cı ilə qədər isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır. Rübabə Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Zeynalova, Arif Babayev, Baba Mahmudoğlu, Mənsum İbrahimov kimi sənətkarlarla çalışmışdır. Milli opera sənətinin inciləri olan "Leyli və Məcnun"da, "Əsli və Kərəm"də, "Şah İsmayıl"da və "Aşıq Qərib"də ifa etdiyi muğamlar onu bir tarzən kimi tamaşaçılara sevdirmişdir.
Əlikram Tağıyev
Əlikram Xanışov
Əlikram Şahbazlı
Əlikram Novruz oğlu Şahbazlı (1 oktyabr 2001; Borbor, Şabran rayonu, Azərbaycan — 6 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əlikram Şahbazlı 1 oktyabr 2001-ci ildə Şabran rayonunun Borbor kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olsa da, təhsilini yarımçıq saxlayaraq 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əlikram Şahbazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlikram Əliyev
Əliyev Əlikram Hacıağa oğlu (Əlikram Əliyev) (d. 1963, Bakı, Azərbaycan SSR) — "Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi"nin SABİQ rəisi - "Bakı Folklor Teatrı"nın SABİQ Bədii rəhbəri. Əlikram Əliyev 1963-cü ildə Bakıda doğulmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasını bitirib. Ailəlidir, iki övladı var.