Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ertil
Ertil — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Ergi
Ergi — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisində yerləşən Mərzili kəndinə aid olan yaşayış məntəqəsi.
Ersi
Ersi (Xoy)
Zerti
Zerti — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun ləğv edilərək Laçın şəhərinə birləşdirilmiş Qarıkaha kənd Sovetinin mərkəzi Zerti kəndinə keçirilmiş, bu kənd soveti Zerti kənd Soveti adlandırılmışdır. == Etimologiyasl == Oykonimin kürd mənşəli zertuyi tayfasının adını daşıdığı güman edilir. Orta əsrlərdə bu tayfa İran-Türkiyə sərhəd zonasında yaşamışdir. Yaşayış məntəqəsi Abdallar (indiki Laçın şəhərinin keçmiş adı) kəndindən çıxmış zertuyi nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılara görə, toponim kürd dilindəki zerlzdr (qırmızı) və ti (kənd) sözlərindən düzəlib, "qırmızı kənd" mənasındadır. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zerti kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Zerti Laçın rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
ETİ
ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir. == Məhsulları == Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.
Arti (Aryej)
Alyo (fr. Artix) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Varil kantonuna daxildir. Kommunanın dairəsi — Pamye. INSEE kodu — 09021. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 106 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 59 yaşda (15-64 yaş arasında) 47 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,7%, 1999-cu ildə 70.5%). Fəal 47 nəfərdən 45 nəfər (23 kişi və 22 qadın) işləyir, 2 nəfər işsizdir (1 kişi və 1 qadın). 12 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 8 nəfər - təqaüdçü, 1 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Berti Foqts
Berti Foqts (alm. Berti Vogts‎; 30 dekabr 1946[…], Büttgen[d], Şimali Reyn-Vestfaliya) — almaniyalı futbol mütəxəssisi. O, 1965–1979-cu illərdə "Borussiya Münhenqladbax" klubunun heyətində çıxış edib. 1967-ci ildən Almaniya milli futbol komandasına çağırılıb. 1978-ci ilə kimi millidə çıxış edib. 96 oyunda meydana çıxıb, 1 qol vurub. Millinin heyətində 1974-cü il Dünya Kubokunu və 1972-ci il Avropa Kubokunu qazanıb. Həmçinin 1970-ci il dünya çempionatının bürünc, 1976-cı il Avropa çempionatının isə gümüş medalını qazanıb. 1979-cu ildə futbolçu karyerasını başa vurub və məşqçilik karyerasına başlayıb. 1979–1990-cı illərdə Qərbi Almaniyanın gənclər millisinin baş məşqçisi olub, 1986–1990-cı illərdə Qərbi Almaniyanın əsas komandasına köməkçi məşqçi funksiyasını yerinə yetirib.
Elti dağı
Elti dağı — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 1 km. cənubdadır. Dağ konusvari formadadır, sıldırım yamaclıdır (hünd. 1592,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərbə istiqamətlənmiş eyniadlı şaxəsində zirvə. Biləv kəndindən 1 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Təpəsi tünd-boz rəngli layvari piroksenli andezitlərlə təmsil olunmuşdur.
Erci E
Erci E və ya Erci Ergün, (doğum adı: Ercüment Ergün; 1973, Raynikkendorf[d], Berlin) — türk rep musiqiçisi. == Həyatı == 1973-cü ildə Qərbi Berlində Adapazarıdan Almaniyaya köçən bir Türk ailəsinin oğlu olaraq anadan olub. 1995-ci ildə Kartel ilə debüt etdi. Daha sonra, 1997-ci ildə, Erci E "Çat" adlı solo albomunu buraxdı və iki hissədən (Klipə davam et və Səssizliyə) video kliplər yazdı. Almaniyada Weil ich'n Türke Bin adlı bir mahnını buraxdıq. 2011-ci ildə Kartel ilə geri döndü.
Ergi düzü
Ergi düzü — Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Ergi düzü toponiminin mənası haqqında müxtəlif fikir və mülahizələr var. Əslində Erki (Ərki) olmalıdır. Ərk sözü İran və Türk dillərində "iç qala", "möhkəm hasar" anlamındadır. Düz coğrafi termini mənfi relyef forması bildirir. Düz termini "düzənlik" mənasındadır. Bu düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntüləri ilə örtülmüş və qobu yarğan şəbəkəsi ilə zəif parçalanmışdır. Ergi düzənliyindən qış otlaqları kimi istifadə edilir.
Ersi (Culfa)
Ersi (fars. ارسي‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 879 nəfər yaşayır (271 ailə).
Ersi (Mərənd)
Ersi (fars. ارسي‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,659 nəfər yaşayır (391 ailə).
Ersi (Xoy)
Ersi (fars. ارسي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Erta Ale
Erta Ale — Efiopiyadakı ən aktiv vulkandır. Afarca "dumanlı dağ" deməkdir. 1928-ci ildə italyan səyyah Ludovico M. Nesbitt tərəfindən kəşf edilib.
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. == Həyatı == 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Herti Kirxner
Herti Kirxner (3 Sentyabr 1913 – 1 May 1939) — Almaniyalı film aktrisası. O, 1932-ci il ilə 1939-cu il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Eri-TV
Eri-TV və ya EriTV, Eritreya Televiziyası (ing. Eritrean Television) kimi də tanınımış - Eritreya Dövlət Televiziya şəbəkəsi Eritreyanın paytaxtı - Əsməra şəhərində yerləşir. Eritreya Dövlət İnformasiya Nazirliyi tərəfindən idarə olunur. Televiziya 24 saat ərzində 3 əsas telekanalı özündə birləşdirir: Eri-TV (Eri-TV1), Eri-TV2 və Eri-TV3, eləcə də 7 tematik telekanalı :ERİ-Xəbərlər (ERI-News), ERİ-Mədəniyyət (ERI-Culture), ERİ-Təhsil (ERI-Education), ERİ-Diaspor (ERI-Diaspora), ERİ-İdman (ERI-Sport), ERİ-Film (ERI-Movie) və ERİ-Uşaqlar (ERI-Children) yayımlayır. Televiziya şəbəkəsi Eri-TV Eritreyada yeganə telekompaniyadır. Eritreya daxilində Eri-TV tamaşaçılarının sayı təxminən 6 milyon nəfərdir. Xaricində isə, əsasən, qonşu ölkələrdə, ABŞ-da və Kanadada, Avropa və Yaxın Şərq ölkələrində miqrantlar və imiqrantları nəzərə almaqla Eri-TV-nin tamaşaçılarının sayı bir neçə milyondan artıqdır. Kanal 1960-cı ilin yanvar ayından yayımlanmağa başlandı. Eritreya müstəqillik qazandıqdan dərhal sonra 1993-cü ildə mövcud forma və görünüşü əldə etdi. Əslində, Eri-TV1 kimi tanınan televiziya kanalı verilişləri, əsasən, 4 dildə: Tiqrin, tiqre, ərəb və ingilis dillərində, həmçinin, amxar, oromo, somali və italyan dillərində yayımlayır.
Eri (Pensilvaniya)
Eri (ing. Erie) — ABŞ-nin Pensilvaniya ştatının şimal-qərbində yerləşən şəhər. Adını sahilində yerləşdiyi göldən və cənub sahilində yaşayan eyniadlı xalqdan alan Eri şəhəri Pensilvaniya ştatının ən böyük 4-cü şəhəridir (digərləri Filadelfiya, Pittsburq və Allentaundur). 1999-cu ilə qədər ştatın ən böyük 3-cü şəhəri idi. Eri metropolis bölgəsində 280 min, urbanizasiya bölgəsində isə 195 min nəfər yaşayır. Eri şəhəri Eri əyalətinin inzibati mərkəzidir. Eri şəhərinin yaxınlığında Buffalo, Klivlend, Pittsburq kimi şəhərlər yerləşir. Şəhərdə xidmət, səhiyyə, turizm, təhsil kimi xidmət sahələri inkişaf etməkdə olmasına baxmayaraq ağır sənayesinə görə Eri ştatda əhəmiyyətli yer tutur. Milyonlarla turist Presk Ayl Ştat Parkını ziyarət edir, eləcə də şəhərdəki kazino və at yarışlarına axışır. Eri şəhəri "flaqman" ləqəbi ilə tanınır, çünki şəhərin tarixi ABŞ dəniz komandiri Oliver Azar Perrinin flaqman gəmisi "Niagara" ilə xatırlanır.
Eri Kanalı
Eri Kanalı, Eri gölü ilə Hudson çayını birbirinə bağlayır. 584 km uzunluğa, 12 metr genişliyə və 1,20 metr dərinliyə sahibdir. Şimali Amerikanın böyük beş gölünü Nyu-Yorkdan Atlantik okeana bağlayır.Birinci dəfə 1699-cu ildə tövsiyə edilən kanalın yaradılmasına 1817-ci ildə başlanılmış və 26 oktyabr 1825-ci ildə açılmışdır.
Eri Sato
Rola (ローラ, Rora) və ya əsl adı ilə Eri Sato (佐藤えり, Sato Eri, 30 mart 1990, Tokio[d]) – Yaponiya dəb modeli, televiziya şəxsiyyəti, actress aktrisası və müğənnisi. Atası banqladeşlidir, anası ilə rus-yapon qarışığıdır. Model kimi "Vivi" jurnalındakı işlərinə və modellik reklamlarına görə tanınır. 2011-ci ildən etibarən tez-tez Yaponiya televiziyasında çıxış edərək tarento kimi tanınmışdır. Sosial mediada ən çox təqib edilən Yaponiya məşhurlarından biridir. Yaponiyada Libera Production agentliyi ilə əməkdaşlıq edir. == Şəxsi həyatı == Rola 30 mart 1990-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Atası banqladeşlidir, anası isə yapon-rus qarışığıdır. 9 yaşına kimi əsasən Banqladeşdə böyümüşdür və orada Amerikan beynəlxalq məktəbində oxumuşdur. Valideynləri boşandıqdan sonra çinli olan ögey anası tərəfindən böyüdülmüşdür.
Eri Tosaka
Eri Tosaka (d. 30 avqust 1993, Takaoka, Yaponiya) — Yaponiyanı təmsil edən qadın güləşçi. Eri Tosaka 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların qızıl medalını qazandı. Tosaka həmdə 2013, 2014 və 2015-ci illərdə Dünya Çempionatlarının qızıl medalını qazanıb. == Karyerası == Eri Tosaka 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Tosaka birinci görüşdə Qazaxıstan güləşçisi Ulduz Yeşimovanı 6:0, ikinci görüşdə Amerika Birləşmiş Ştatları güləşçisi Haley Auqellonu 11:2, üçüncü görüşdə isə Çin Xalq Respublikası nümayəndəsi Sun Yananı 8:3 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Eri Tosaka Azərbaycan güləşçisi Mariya Stadniki gərgin görüşün yekununda, sona 3 saniyə qalmış 3:2 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Eri gölü
Eri gölü (ing. Erie [ˈɪri], fr. Érié) — Kanada və ABŞ arasında, Böyük göllər sisteminə daxil göldür. 25 700 km² sahəyə malik olaraq, Göllərin dünyada sahəsinə görə sıralamasında 11-ci yeri tutur. Gölün qərb-cənun-qərb, şərq-şimal-şərq istiqamətində eni 388 kmdən 98 km qədərdir. Gölün sahillərində Miçiqan, Ohayo, Pensilvaniya və Nyu-York ştatları yerləşir. Gölün cənub-qərbində çoxlu ssayda adalar vardır. Suyun temperaturu qışda 0—2 °S, yayda isə 24 °S təşkil edir. Göl dekabrdan mart ayına qədər don olur. Gölə Detroyt, Qrand, Reyzin, Huron, Momi, Sandaski və Kuyahoqa çayları axır.
"A" korpusu (TRTİ)
"A" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "A" korpusu Taqanroq şəhəri Çexov küçəsi, ev 22 ünvanında yerləşir. Binanın inşasına 1914-cü ildə ildə başlanılmışdır. Tikinti işləri 1916-cı ildə bitmişdir. Binada hazırda Taqanroq Radiotexnika İnstutunun korpusu yerləşir. == Tarixi == "A" korpusu Taqanroq Radiotexnika İnstutunun əsas korpusunu təşkil edir. Bina 1916-cı ildə Aleksandr Markoviç Qinzburqun layihəsi əsasında 1916-cı ildə inşa edilmişdir. Bina Alekseev qızlar gimnaziyası üçün inşa edilmişdi. Binanın təməlqoyma mərasimi 10 iyul 1914-cü ildə qoyulmuşfur. Binanın inşası zamanı böyük bil val qazılmasına ehtiyac yaranmışdır.
"D" korpusu (TRTİ)
"D" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "D" korpusu Taqanroq şəhəri Nekrakovski küçəsi, ev 44 ünvanında yerləşir. Binanın inşasına 1968-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1970-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur. == Tarixi == "D" korpusu binasının tikintisinə 1968-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "D" və "Q" korpus binası yaxınlığında yerləşdiriyindən sökülməli idi. Yeni dörd mərtəbəli təlim-laboratoriya binası 21 aprel 1969-cu ildə inşa işləri tam bitmişdir.
"Q" korpusu (TRTİ)
"Q" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "Q" korpusu Taqanroq şəhəri Mayakov meydanı, ev 1 ünvanında yerləşir. Binanın inşasına 1952-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1958-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur. == Tarixi == "Q" korpusu binasının tikintisinə 1952-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "Q" və "D" korpus binası yaxınlığında yerləşdirindən sökülməli idi. "Q" korpus binasının layihəsi Xalq təhsil Nazirliyi tərəfindən hazırlanmışdı.
Ərpi
Ərpi — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Qulucan (Ərtik)
Qulucan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə yerləşir. Urartu yazısında Kuliaini formasında göstərilib.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim VI–VII əsrlərə aid Çin mənbələrində göstərilən tayfalarında olan quliqan etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q-c (qan~can) səs dəyişməsi qanunauyğun haldır. q-c səsdəyişməsi Azərbaycan toponimində də (Adərbadqan > Adirbadqan > Adərbayqan > Azərbaycan) özünü göstərmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31. V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Spandaryan qoyulmuşdur. == Əhalisi == Burada ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1878-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
Ərtik (şəhər)
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Ərtik rayonu
Ərtik rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel mahalı ərazisində inzibati–ərazi vahidi. Rayon mərkəzi Ərtik şəhəridir. == Tarixi == Ərtik rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 632 kv km-dir. Rayon mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Ərtik şəhəri yaxınlığında e.ə. XIV-XI əsrlərə aid katakombalar aşkar edilib. Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi (h. 4095 m) Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür.
At əti
At əti — Atın qida kimi istifadə olunan əti. == İstehsalı == At əti qida məhsulu kimi istehsal edən ölkələrin çoxusunda, atları inəklərlə oxşar üslubda kəsirlər. Böyük sallaqxanalarda onları mənzil bolt tapança ilə gicəllətdirib, ölənə qədər qanı tökürlər. Yemək istehsalı az sənayeləşdirilmiş olan ölkələrdə, atları lazım olanda bir-bir, açıq havada, istehlak olduğları kəndlərdə və ya istehlak olduğları yerlərə yaxın kəsirlər.2009-cu ildə, Britaniyanın kənd təsərüfatı saytı dünya ölkələrin at əti istehsalı miqrdarından məlumat verib: *Eşşəkləri daxil edərək == Ölkələrə görə == === Qazaxıatan və Qırğızıstan === Qazaxıstan ilə Qırğızıstanda, əhalinin köçəri köklərinə görə, at əti qidalanmanın böyük hissəsidir. Atın fərqli hissələrdən qazı, jal və sucuk kimi malları hazırlayırlar. === Yaponiya === Yapon mətbəxində bişməmiş at ətinə çəhrayı ətinə görə sakura (桜) və ya sakuraniku (桜肉, sakura albalı növüdür, niku isə ət deməkdir) deyirlər. Onu saşimi şəkildə, soy sousu ilə, bəzən sousa zəncəfil və soğan əlavə edərək. === Cənubi Koreya === Cənubi Koreyada at ətini adətən yemirlər. Fəqət əsasən boyun hissədən gələn at əti Cənubi Koreyanın Cecu adasında delikates sayılır. Adətən soy sousu və hind küncütü yağı ilə yeyilir.
Diş əti
Diş əti (lat. pulpis dentis) — dişin boynunu əhatə edən yumşaq toxuma. Ağız boşluğu selikli qişasının törəməsi. Diş əti qan damarları ilə zəngin olduğundan çəhrayı rəngdədir. Birləşdirici toxumadai ibarətdir.
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Donuz əti
Donuz əti - Dünyada ən çox istifadə edilən ət növlərindən biri. Donuz ətinin məişətdə istifadəsi eramızdan əvvəl 5.000-ci ilə gedib çıxır. Orta Şərq və Çində donuzların əhliləşdirməsindən sonra ətindən istifadəsi geniş yayılmışdır. Donuzun müxtəlif təbii şəraitlərə özünü uyğunlaşdırma bacarığı, demək olar ki, hər bir şeyi yeyə bilməsi və sürətli nəsil artırma bacarığı səbəbindən donuzların şəxsi təsərrüfatlarda istifadəsi geniş yayılmışdır.Ferma və xüsusi təsərrüfatlarda saxlanılan digər heyvanlardan fərqli olaraq donuzların qidalanması üçün xüsusi yeməklər tələb olunmur. Belə ki, insanlar üçün nəzərdə tutuluş qidaların qalıqları və köhnəlmiş ərzaq məhsulları ilə belə donuz fermalarında yüksək məhsuldarlığın əldə edilməsi mümkündür. Bu səbəbdən donuz əti Avropanın mərkəzi bölgələrində kasıb və orta təbəqədən olan insanların hər zaman əldə edə biləcəyi bir ət çeşididir. Digər ət növlərindən fərqli olaraq, ucuz olması donuz ətinə bazarda hər zaman təlabatın olmasına səbəb olmuşdur. Şəriətdə donuz ətinin istifadəsi haram hesab olunur. İslam inancına görə donuz natəmiz heyvandır və onun ətindən müxtəlif məqsədlər üçün istifadə edilməsidə bir müsəlman üçün bəyənilən əməl sayılmır. Donuz ətinin istifadəsi İslam dinin ilə yanaşı İudaizm dinində haram buyrulmuşdur.