Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Falanqa
Falanqa — yun. φάλαγγα - "barmaq". Digər mənalarda da işlənir: Falanqa (hərb) — Qədim Makedoniya, Yunanıstan və bir sıra digər dövlətlərdə piyada qoşunlarının döyüş düzülüşü. İspan Falanqası — İspaniya faşist partiyasına verilən ad. Falanqa (zoologiya) — Hörümçəkkimilər sinfindən olan həşərat.
Falanqa (hərb)
Falanqa (yun. φάλαγξ) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8–16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi. Tarixdə ilk məlum falanqa quruluşu, hərəsində 800–1000 hoplit olan 8–16(bəzən 25)cərgədən ibarət idi. Cəbhədən 500 metr idi. E.ə 400-cü ildə, kolxidalılarla döyüşdə, yunan sərkərdəsi Ksenofont falanqanı, müstəqil hərəkətə edə bilən, ayrı-ayrı dəstələrə — lohlara, ayırdı. == Makedon falanqası == Makedon falanqası Makedoniyalı II Filipp tərəfindən ilk dəfə təşkil olunan doyüş düzülüşü, başqa yunan falanqalarından fərqli olaraq burada hoplitlər uzun nizələrlə sarissalarla silahlanmışdılar. E.ə IV-cü əsrin ikinci yarısından, Makedoniyalı II Filipp falanqanı öndən peltastlarla, cinahlardan isə süvarilərlə qorunmasını tətbiq etdi. Məşhur Böyük makedon falanqasında 16384 hoplit, 8192 peltast və 4096 katafraktari var idi.
Palanqa
Pаlаnqа (lit. Palanga) — Litvada kurort şəhəri. Kazimir Buqenin fikrinə görə, şəhərin adı – kurşsk mənşəlidir. Adın kökü pal- görünür ki, düzənliklərin və ya bataqlıqların landşaftı ilə əlaqədardır (məs. palös (palios) – "böyük bataqlıqlar, alçaq bataqlı yer"). Beləliklə Palanqanın ilkin adı alçaqlıq, bataqlıq, çaybasar çəmənlər və ya bunu kimi anlayışlarla bağlı ola bilər. İnsanların danışdığına görə, Palanqanın adı palanqe (lit. рalange, tərc. pəncərə altı) əmələ gələ bilər – guya ki haçansa balıqçıların evləri dənizə o qədər yaxın yerləşirdi ki, dalğa və qum evlərin pəncərə altına qədər çatırdı. Palanqa ərazisində insanların artıq 3000 il bundan əvvəl və ondan öncə yaşayırmış.
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Alpiniya qalanqa
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Böyük qalanqa
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Kempferiya qalanqa
Kempferiya qalanqa (lat. Kaempferia galanga) — kaempferia cinsinə aid bitki növü.
Kiçik qalanqa
Dərman alpiniyası (lat. Alpinia officinarum) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Palanqa FK
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Malaqa FK
Malaqa FK (isp. FK Málaga Club de Fútbol — İspaniya futbol klubu. 1904-cü ildə yaradılan klub İspaniya Primera Divizion RFEF liqinde çıxış edir. Oyunlarını 30.044 nəfərlik "Estadio La Rosaleda" stadionunda keçirir. Əndəlüs vilayətinin təmsilçisi olan digər komanda "Qranada" ilə keçirdiyi oyunlar "Əndəlüs dersbisi" adlanır. Klub, tarixi boyu 32 mövsüm La Liqada, 34 mövsüm Sequnda Divizonda (İspaniya ikinci dəstə), 4 mövsüm Sequnda Divizion B-də, 11 mövsüm Tercera División-da keçirmişdir. Ayrıca 2004-cü ildə 2002-ci ildə UEFA Intertoto Kubokunu qazanaraq klub tarixinin ilk Avropa Kuboku zəfərini əldə etdilər.2003-ci ildə UEFA Avropa Liqasında dörddəbir finala gəlmə müvəffəqiyyətini göstərmişdir. İspaniya La Liqasını 2011-2012-ci il mövsümündə 4-cü yerdə başa vuraraq UEFA Çempionlar Liqasında mübarizə aparmaq haqqı qazanmışdılar. Həmin turnirdə 1/4 (dörddəbir) finala qədər irəliləmiş, həmin mərhələdə Almaniyanın Borussia Dortmund klubuna məğlub olaraq mübarizəni dayandırmışdır. == 1904-1933 Quruculuq illəri == Malaga Futbol Klubu 3 aprel 1904-ci ildə 3000 nəfərlik bir izdiham qarşısında köhnə bir sahədə ilk matçına çıxdı.
Palanqa Beynəlxalq Hava Limanı
Palanqa Beynəlxalq Hava Limanı (ing. Palanga International Airport, lit. Palangos oro uostas) — Litva ərazisində yerləşən beynəlxalq hava linanı. Hava limanı Palanqa kurort şəhəri yaxınlığında, Baltik dənizi sahilində yerləşir. Ölkənin böyüklüyünə görə üçüncü hava limanıdır. Hava limanı Palanqa, Klaypeda və Qərbi Latviya ərazilərindəki ərazilərə xidmət edir. Avropanın yaxın və orta məsafəli uçuşlarını qəbul edir. Aerodrom 1937-ci ildə açılmışdır. Hava limanı Palanqa — Darbaney yolundan 7 km aralıda yerləşirdi. Burada Latviya hava qüvvələri yerləşirdi.
Malaqa Müasir İncəsənət Mərkəzi
Malaqa Müasir İncəsənət Mərkəzi (ispan dilində: Centro de Arte Contemporáneo de Málaga, qısaldılmış şəkildə — CAC Málaga) — XX əsrin son 30 ilində və və müasir dövrdə yaradılmış heykəltaraşlıq və vizual sənət əsərlərinin toplanması üzrə ixtisaslaşmış müasir incəsənət muzeyi. Muzey 17 fevral 2003-cü ildə 1980-ci illərədək Malaqa şəhərinin mərkəzində fəaliyyət göstərmiş keçmiş topdansatış ticarət bazarının binasında açılmışdır. Malaqa Müasir İncəsənət Mərkəzi alman "incəsənət evləri", alman dövlətləri üçün səciyyəvi olan kunstxauslar modelinə uyğun olaraq müasir incəsənətin sosial, siyasi və estetik meyllərini inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Muzeyin binası 1937–1939-cu illərdə arxitektor Luis Quteres Sotonun layihəsi əsasında inşa edilmişdir. Muzeyin sahəsi 6 000 m².-dir, onun 2 400 kv. metri eksponatların nümayişi üçün ayrılmışdır. Malaqa Müasir İncəsənət Muzeyinin daimi kolleksiyası 400 eksponatdan ibarətdir. Muzeydə Luiza Burjuanın, Ceyk və Dinos Çepmenlərin, Herhard Rixterin, Pol Makkartinin, Aniş Kapurun, Raymond Pettibonun mövsümi sərgiləri keçirilmişdir. Muzeydə həmçinin, kinoların nümayişi, konsertlər və konqreslər də təşkil olunur.
Alpinia galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Amomum galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
FK Palanga
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. == Tarixi == 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Galanga major
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Galanga officinalis
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Kaempferia galanga
Kempferiya qalanqa (lat. Kaempferia galanga) — kaempferia cinsinə aid bitki növü.
Languas galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Maranta galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Zingiber galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Balağa Ağayev
Ağayev Balağa Məmməd Hənifə oğlu (17 oktyabr 1899, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Balağa Ağayev 1919-cu ildə Bakıdakı kommersiya məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat hələlik aşkar olunmamışdır.
Balağa Bağırov
Balağa Bağırov (1929, Xəlifəkənd, Lerik rayonu – 26 mart 2012) — Azərbaycanlı alim, cərrah, əməkdar həkim, səhiyyə əlaçısı, tibb elmləri namizədi. == Həyatı == Balağa Rəzzaq oğlu Bağırov Lerik rayonunun Xəlifəkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Balağa Bağırova "Əməkdar həkim" fəxri adı verilmişdir.