Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirzə Sadıq Fani
Mirzə Sadıq Axund Əsədulla oğlu - şair, maarif xadimi. Mirzə Sadıq Fani 1840-cı il fevralın 5-də Cənubi Azərbaycanın Təbriz şəhərində doğulmuşdur. İlk təhsilini atası Axund Əsədulladan almışdır. Ərəb və fars dilini mükəmməl bilməsi ona klassik Şərq ədəbiyyatını dərindən öyrənməsinə imkan vermişdir. Gəncədə yaşamış, məktəbdarlıq etmişdir. Ona görə el arasında Mirzə adı ilə çağırılmışdır. Mollaxana və mədrəsələrdə sadə, anlaşıqlı yazmaq və oxumaq üçün Azərbaycan dilində dərslik yaratmışdır (1893). Onun "Xəmseyi-ədəbiyyə" dərsliyi də mədrəsələrdə tədris olunmuşdur. Şerlərini Fani təxəllüsü ilə qələmə almışdır. "Ağıl, bəxt və dövlət" adlı mənzum əsəri, "Divani-Fani" əlyazma şerlər toplusu, mənzum məktubu və məsnəvisi onu xoştəb maarifpərvər şair kimi səciyyələndirir.
El Faning
El Faninq
El Fenninq (ing. Elle Fanning; 9 aprel 1998) — amerikalı aktrisa və model.
Fanipol
Fanipol və ya Fanipal (belar. Фаніпаль rus. Фаниполь) — Belarusda şəhər.
Klaudia Faniello
Klaudia Faniello (ing. Claudia Faniello; d. 25 fevral 1988, Kaura, Malta) — Malta müğənnisi. O, Maltanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Klaudia Faniello 25 fevral 1988-ci ildə Maltanın Kaura şəhərində anadan olmuş və orada qardaşı Fabritsio və bacısı Miriana lə birlikdə böyümüşdür. Onun atası italyandır. Klaudia Faniello 12 yaşından bir çox televiziya şoularında çıxış etmiş və müxtəlif festivallarda iştirak edərək, yüksək nəticələr əldə etmişdir. O 2001-ci ildə Maltada keçirilən Talentissimi Juniors yarışmasında qələbə qazanmışdır. Bir il sonra Klaudia Malta milli orkestrinin müşaiyəti ilə Malta universitetində kimsəsiz uşaqlar üçün keçirilən konsertdə çıxış etmişdir. 2003-cü ildə müğənni qardaşı Fabritsio Faniello ilə birlikdə Aralıq dənizi festivalında çıxış etmişdir.
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Fano
Fano — İtaliyanın Marke regionunda şəhər.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Dani Doberson
Dani Doberson (16 yanvar 1925 – 16 mart 1979, Marsel) — Fransa müğənnisi və aktyoru. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Il est là" mahnısı ilə təmsil etmişdir.
Dani Karvaxal
Daniel Karvaxal Ramos (isp. Daniel Carvajal Ramos; 11 yanvar 1992, Leqanes, İspaniya) — İspaniya futbolçusu, "Real Madrid" klubunun və İspaniya milli futbol komandasının sağ cinah müdafiəçisi. Daniel Karvaxal 11 yanvar 1992-ci ildə İspaniyanın Leqanes şəhərində dünyaya göz açıb. Hazırda "Real Madrid" klubunda 2 nömrəli forma geyinir. Daniel Karvaxal peşəkar karyerasına "Real Madrid Kastilya" klubunda başlayıb. Bu klubun heyətində o, 68 oyun keçirərək 3 qol vurub. 2012-ci ildə Daniel Karvaxal "Bayer 04" klubuna transfer olunub. Bu klubun heyətində 32 oyun keçirən Karvaxal cəmi 1 qol vura bilib. Daniel Karvaxal 2013-cü ildən heyətində çıxış etdiyi "Real Madrid" klubunun forması ilə 264 oyuna çıxıb və 7 qol vurub. O, bu klubda əvvəlcə 15, sonra isə 2 nömrəli forma geyinib.
Dani Kintana
Dani Kintana (8 mart 1987, Las-Palmas-de-Qran-Kanariya) — İspaniya futbolçusu. Kintana Las Palmas şəhərində anadan olub, karyerasının əvvəlində İspaniyanın 2-ci liqasında oynayıb. 2012\2013 illərdə Polşa premyer liqasında oynayan Yagelloniya Belostok klubuna trasfer olunmuşdur. O,29 sentyabr 2014-cü ildə Əl-Əhli klubuna trasfer olunur. 2015-ci ilin mart ayında Qarabağ futbol klubuna trasfer olunmuşdur. Kintana 17 iyun 2019-cu ildə Çempionlar Liqası çərçivəsində Partizani ilə matçda 90+4-cü dəqiqədə fərqlənməklə klubun tarixinə keçib. Belə ki, Kintana Qarabağın 100-cü avroliqa qolunun müəllifi olub.
Dani Lokati
Dani Lokati (3 yanvar 1977, Milan) — İtaliyanı təmsil edən skeletonçu. Dani Lokati, İtaliyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Dani Lokati, 2002-ci ildə İtaliya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Dani Lokati, 1-ci gedişdə 53.19 saniyə, 2-ci gedişdə isə 53.46 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 9-cu yerdə başa vurdu.
Dani Rodrik
Dani Rodrik (14 avqust 1957[…], İstanbul) — Türk iqtisadçı. Hazırda Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat üzrə professor kimi fəaliyyət göstərir. Dani Rodrik 1957-ci ildə İstanbulda yəhudi əsilli ailədə doğuldu. 1976-cı ildə İstanbulda Robert Kollecindən məzun oldu. Dövlət idarəçiliyi üzrə bakalavr və magistr təhsilini ABŞ-nin Harvard Universitetində aldı. Ardınca Prinston Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili aldı. 1990-cı ildə professor olan Rodrik, 1982-ci ildən Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğuldur. Dani Rodrik ehtiyatda olan türk general Çətin Doğanın qızı, Harvard Universitetinin müəllimi Pınar Doğanla evlidir. Dani Rodrikin tədqiqat sahəsi qloballaşma, beynəlxalq iqtisadiyyat, siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi artım, gəlir və tədiyyə balansı bərabərsizliyi kimi mövzuları əhatə edir. Nəşrləri də əsasən bu mövzulardadır.
Dani Seballos
Daniel "Dani" Seballos Fernandez (7 avqust 1996, Utrera, İspaniya) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda yarımmüdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İspaniya futbolçusudur.
Dani Sebalyos
Daniel "Dani" Seballos Fernandez (7 avqust 1996, Utrera, İspaniya) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda yarımmüdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İspaniya futbolçusudur.
Dani əməliyyatı
Dani əməliyyatı (ivr. ‏מבצע דני‏‎) — İsrail Müdafiə Qüvvələrinin 1948-1949-cu illər ərəb-İsrail müharibəsinin birinci və ikinci atəşkəsləri aralığında 1948-ci il iyulun 9-dan 18-dək davam edən hərbi hücum əməliyyatı. Ölkə rəhbərliyi əməliyyatda iştirak edən bölmələrə ərəblərin Lida, Ramla və Ramallah şəhərlərini nəzarət altına almağı, həmçinin Latrunda Qüdsə gedən yola nəzarət edən möhkəmləndirilmiş bir mövqeni ələ keçirmək əmrini vermişdi. Bununla da, Quş-Dana yəhudi yaşayış məntəqələri üçün ən yaxın təhlükəni aradan qaldırmaq və Qüds ilə yəhudilərin nəzarətində olan ərazilər arasında daimi bir əlaqə qurmaq niyyəti güdülürdü. Əməliyyatın hərbi məqsədlərinə tam olaraq nail olunmadı: yaxınlıqdakı hava limanı və Ramla ilə Lida iyulun 13-nə qədər tutuldularsa, ikinci atəşkəs razılığına qədər Latrunu tutmaq cəhdləri uğursuz oldu, Ramallaha isə yəhudi birləşmələri ümumiyyətlə gedib çıxa bilmədi. Eyni zamanda, Qüdsə aparan əsas yol ərəblərin nəzarəti altında qalsa da, yəhudilər şəhəri təmin etmək üçün başqa bir alternativ yol əldə edə bildilər. Bundan əlavə, israillilərin uğurları İordaniya kralı I Abdullanın Qüdsün bölüşdürülməsinə razılıq verməsini təmin etdi, əks təqdirdə o, şəhərə bütünlüklə nəzarətə iddia edə bilərdi. Lida və Ramla bölgəsindəki hərbi əməliyyatlar bu şəhərlərin sakinlərinin transiordaniyalıların nəzarətində olan ərazilərə kütləvi surətdə köçürülməsi ilə müşayiət olundu və bu da öz növbəsində Transiordaniyada kütləvi nümayişlərə gətirib çıxardı. Nümayişçilər ərəb legionunun komandanı Con Qlabbı xəyanətdə ittiham edirdilər. Ərəb ölkələrinin ərəb əhalisi tərəfində Fələstində silahlı qarşıdurmaya qoşulması ilə ərəb qüvvələri bölgənin daxilinə, o cümlədən yəhudi dövləti yarandıqdan sonra ona çatacaq ərazilərin içinə doğru xeyli irəliləməyi bacardı.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Fandi körfəzi
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Fank-metal
Fank metal, ağır metal musiqisini fank və pank rok elementləri aşılayan fank rok və alternativ metalın birləşmə janrıdır. Alternativ metal hərəkətinin bir hissəsi olaraq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində yayılmışdır. AllMusic-ə görə, fank metal "yüksək səsli gitaraları və ağır metalların riflərini alır və onları yaranan bas xəttlərinə və sinxronlaşdırılmış ritmlərə keçirir". Fank metal, 80-ci illərin ortalarında Red Hot Chili Peppers və Fishbone kimi alternativ qrupların hibridini metaldan daha güclü bir fankla oynamağa başladığı zaman inkişaf etdiyi deyilir. İki musiqi üslubunu birləşdirmək üçün erkən cəhdlər 1975-ci ildə Welsh ağır metal qrupu Budgie Bandolier albomunu buraxdıqda mövcud idi. Ardınca gələn qruplar vəhşi bas xəttlərini qoruyub saxlasa da, fankdan daha çox metala güvənirdi. " Janrın adına baxmayaraq veb sayt onu ağır metal musiqisindən çox alternativ rok üslubu kimi təsnif edir. Düşməninizi bilin kitabında Metala qarşı qəzəb hekayəsində, Joel Mclver bunu yazırdı: "fank metal "səksəninci illərin sonlarında bas ifaçısı slep üslubundan istifadə edən hər hansı bir rok qrupuna tətbiq olunan bir az yöndəmsiz bir termindir." Daha sonra o yazırdı: "Ən tanınmış fank-metalçılar Red Hot Chili Peppers (daha sonra daha pop yönümlü bir yanaşma ilə qlobal müvəffəqiyyətə imza atdılar) və Living Color'dur (imkansız dərəcədə istedadlı oyunçular qrupundan çox üstün idilər) . Red Hot Chili Peppers-in 1984-cü ildə özünə məxsus debüt albomu ilk fank metal və ya punk-fank versiyası olaraq göstərilmişdir. 1980-ci illərin ortalarında populyarlıq qazanan başqa bir Kaliforniya qrupu olan Faith No More, rep-metalla da məşğul olan fank metal qrupu olaraq xarakterizə edildi.
Fanni Kadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Fanti dili
Fanti dili — Əsasən Qananın mərkəzi və cənub bölgələrində danışılır. Qana Respublikasının rəsmi dövlət dillərindən biri sayılır. Kva dil ailəsinin potu-tano qolunun çvifanti qrupuna daxildir və 19-cu əsrdən bəri latın qrafikasına əsaslanan yazıdan istifadə olunmaqdadır. İcmalarının hər biri öz aralarında subdialektləri olan Agona, Anomabo, Abura və Gomoa kimi Fante xalqının ortaq ləhcəsindən tanınırlar və hamısı qarşılıqlı anlaşılır. Bu gün Fante əsasən Mərkəzi və Qərb Bölgələrindəki Qanada 6 milyondan çox insan tərəfindən danışılır. Bu şəhərdəki insanların əksəriyyətinin yeni liman tikildikdən sonra məskunlaşan yerli Fante danışanlar olduğu Temada da geniş yayılmışdır.
Feriki sani
Feriki sani (Osmanlı dili: فریق ثانی) və ya qısaca (Osmanlı dili: فریق), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və Feriki əvvəl rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general-leytenant ilə general-mayor hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Feriki sani rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Kani (dəqiqləşdirmə)
Kani — şair. Kani Bərdə (Nəqədə) — İranda kənd. Kani Mam Seyid (Nəqədə) — İranda kənd. Kani sur — Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. Kani dinar — İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Kani dinar
Kani dinar- İranın Kürdüstan ostanının Mərivan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,127 nəfər və 1,232 ailədən ibarət idi.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır. Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir. Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.
Hüseyn Sanı
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.