Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sonsuz
Sonsuzluq (riyazi işarəsi: ∞ {\displaystyle \infty } ) — sonu, nəhayəti olmama, nəhayətsizlik. Hər hansı bir məhdudiyyət daşımayan mücərrəd anlayışdır. Hesablanılan, son həddləri olanların əksi kimi riyaziyyatda, fizikada, fəlsəfədə və başqa elmlərdə istifadə olunur.
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Make an infinite loop in several languages, on programming-idioms.org.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Sonsuz meymun teoremi
Sonsuz meymun teoremi — bir yazı makinasının düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq yaza biləcəyini iddia edən riyaziyyat teoremidir. Burada "meymun" sözü həqiqi bir meymundansa, təsadüfi hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə şansı çox azdır, amma sıfır deyildir. Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir. Teoremin kökləri Aristotelin 'Yaranma və Dağılma' və Siseronun 'De natura deorum' adlı əsərləri ilə Blez Paskal və Conatan Sviftin düşüncələrinə əsaslanır. ..... Yazı yazan meymunlara olan xüsusi maraq televiziya, radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir. 2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız 'S' hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı nümunəsi olmuşdur. Teoremin olduqca başa düşülən bir sübutu vardır.
Sonsuz dəhliz (film, 2015)
Sonsuz dəhliz (ing. Endless Corridor) — litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan sənədli filmi. Film Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət! təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır. Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları — erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər.
Nik və Noranın sonsuz pleylisti
Nik və Noranın sonsuz pleylisti (ing. Nick & Norah's Infinite Playlist) — 2008-ci ildə ekranlara çıxan ABŞ romantik komediya filmi. Trisin Nikdən ayrılmasından üç həftə keçir. Tris hal-hazırda yeni sevgilisi ilə Nikin konsertindədir. Konsert başa çatdıqdan sonra Nik Nora ilə tanış olur. Həmin gecə ikisi "Where's Fluffy" qrupunun çıxış etdiyi məkanı tapmaq üçün Nyu-York küçələrində axtarış aparırlar. Maykl Sera Ket Denninqs randomhouse.com/teens/nickandnorah/home.php — Nik və Noranın sonsuz pleylistinin rəsmi saytı Nik və Noranın sonsuz pleylisti — Internet Movie Database saytında.
Göylər sonsuz bir dənizdir. Birinci film. Leyla (film, 1995)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Mətni oxuyan: Nazim Rza İsrafiloğlu Məsləhətçi: Məzahir Abbasov Mahnının ifacısı: Flora Kərimova == İstinadlar == == Mənbə == Nazim Rza. “Üçüncü dalğanın meridianlarında”.
Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995)
== Məzmun == Azərbaycanın qəhrəman təyyarəçilərinə həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, İkinci Dünya müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir. == Film haqqında == Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir. Filmdə səslənən mahnının bəstəkarı Tofiq Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur. Film hazırlandığı zaman filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi. Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Operator: Nəriman Şıxəliyev Səs rejissoru: Ramiz Bağırov Rejissor assistenti: [[Sahib Heybətov Operator assistenti: Mətləb Yaqubov Montaj edən: İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov Redaktor: Oqtay Orucov, Vüqar Tapdıqlı Məsləhətçi: Məzahir Abbasov (tarix elmləri doktoru) Aparıcı: Nazim Rza İsrafiloğlu Filmin direktoru: Məhyəddin Əsgərov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Arif Məlikov ("Axırıncı aşırım" bədii filmindən musiqi), Fərəc Qarayev, Tofiq Babayev, Cavanşir Quliyev Mahnı ifa edən: Flora Kərimova === Filmdə iştirak edənlər === Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi) Məzahir Abbasov (tarix elmləri doktoru) Tofiq Quliyev (bəstəkar) == Çəkilişə köməklik edən qurum == "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti == İstinadlar == == Mənbə == Nazim Rza. Üçüncü dalğanın meridianlarında. Bakı:Zərdabi LTD, 2017, səh 341.