BİÇİM

is.
1. Biçilmək tərzi; paltarın forması, fasonu, ülgüsü. Bu biçimdə paltar görməmişəm. Onun paltosunun biçimi çox gözəldir.
[Kor kişinin] əlbəsəsinin tərzi, biçimi avamlığını … andırırdı. S.Hüseyn.

// Şəkil, qayda, üsul, forma.
Qəhrəman kağızı əlində müxtəlif biçimdə qatlayaraq, o tərəf-bu tərəfini hamarladı. Ə.Vəliyev.

2. Ölçü, böyüklük.
Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. M.S.Ordubadi.
Mən bütün uşaqlara bir biçimdə … olan konserv qutularına yanaşan kimi yanaşmamışam. Mir Cəlal.

3. Bədən, boy-buxun, qədd-qamət mənasında. İnsanın biçimi.
[Bədircahan:] Züleyxa xanım təəccüb edir, sizin məlahətinizə, şücaətinizə, … deyir, bu biçimdə mən ömrümdə adam görməmişəm. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİÇİM biçim bax boy I
  • BİÇİM ülgü — fason — ölçü
BİÇİLMİŞ
BİÇİMLİ

Digər lüğətlərdə

знамена́тельность извращённость магистра́нтский сши́вка чехо́льчик муравление по́диум приноси́ть радиоко́мпас ромбо́эдр то́рный цокота́нье appertain calalu executive committee hydrops mile needfire portrait-painting remind rippling Simmental volte Zowie дочиста