Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kazimir Fayans
Kazimir Fayans (27 may 1887[…], Varşava – 18 may 1975[…], Ann-Arbor, Miçiqan) – Amerikalı fiziki kimyaçı Kazimir Fayans 27 may 1887-ci ildə Varşavada (Polşada) anadan olub. O, Leypsiq Universitetini 1907-ci ildə bitirmiş, sonra 1909-cu ildə Haydelberq , 1910-cu ildə Sürix və Mançester universitetlərində təkmilləşmişdir. 1911–1917-ci illərdə Karlsruedəki Texniki Universitet də dərs deyib; 1917-ci ildən 1935-ci ilə qədər Münhen Universitetində dərs demiş və Münhen Universitetinin professoru olmuşdur. ABŞ-yə mühacirət etdikdən sonra Ann Arbor dakı Miçiqan Universitetinin professoru (1936–1957, 1957-ci ildən — fəxri professor) olmuşdur. == Tədqiqat işləri == Əsas tədqiqatları məhlullar və radiokimyaya həsr edilmişdir. Radiokimya sahəsində K. Fayans 1913-cü ildə Frederik Soddi ilə birlikdə radioaktiv elementlərin parçalanması zamanı yerdəyişmə qanununu (başqa sözlə desək, yerdəyişmə qaydası) quraraq 243mPa (UX2) və 215Po (AcA) radioaktiv izotoplarını kəşf etdi. 214Bi (RaC) ikiqat parçalanması; Fridrix Panet ilə birlikdə o, 1913-cü ildə məhlullardan radioaktiv elementlərin birgə çökdürülməsi qaydasını (Panet-Fayans qaydası) tərtib etmişdir. K. Fayansın fiziki kimya sahəsindəki əsərləri refraktometrik tədqiqatlara, elektron təbəqəsinin deformasiyası ilə qeyri-üzvi birləşmələrin kimyəvi və optik xassələri arasında əlaqənin öyrənilməsinə, duza bənzər birləşmələrdə ionların və boyaların adsorbsiyasına həsr edilmişdir. İon hidratasiyası nəzəriyyəsini inkişaf etdirərək (1920–1930-cu illər) elektrolit məhlullarında həllolma, ionlaşma və kompleks əmələ gəlmə hadisələrinin qarşılıqlı asılılığı haqqında tədqiqatlar aparmışdı və nəticələr əldə etmişdidi. O göstərdi ki, elektrolitik dissosiasiya üçün enerji mənbəyi ayrı-ayrı ionların hidratasiya istiliyidir və elektrolitin həllolma qabiliyyəti nə qədər çox olarsa, onun iki ionunun hidratasiya istiliklərindəki fərqi bir o qədər çox olar.
Ralf Fayns
Ralf Fayns (ing. Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes; 22 dekabr 1962[…], İpsuiç) — ingilis aktyor, prodüser və rejissor. O, "BAFTA Mükafatı" və "Toni Mükafatı"na layiq görülüb, həmçinin iki dəfə "Oskar" və "Emmi Mükafatı"na namizəd göstərilib. Ralf Nataniel Fayns 22 dekabr 1962-ci ildə, fotoqraf Mark Fayns və yazıçı Cennifer Laşın ailəsində, Saffolkda, İngiltərədə anadan olub. Ralf altı uşaq arasında ən böyüyü idi. Ondan başqa, bacıları Marta və Sofi, qardaşı Cozef də öz karyeralarını kinoya bağlayıblar. Fayns ailəsinin kökü orta əsrlərədək uzanır və ata xətti üzrə aktyorun 20 nəsil əcdadlarının adları məlumdur. Ralf Fayns Çelsi Teatr Sənəti Kollecində və Dram Sənəti Kral Akademiyasında təhsil alıb. Feyns və gələcək həyat yoldaşı A. Kinqston Dram Sənəti Kral Akademiyasında tanış olmuşdular. Ancaq Ralfla aktrisa Françeska Ennis arasındakı uzunmüddətli münasibətlər nəticədə onların ayrılmasına səbəb olmuşdu.
Kayanus
Kayanus (lat. Cajanus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Atylosia Wight & Arn. Cantharospermum Wight & Arn. Endomallus Gagnep.
Qayana
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Sayansk
Sayansk (rus. Саянск) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Valans
Valans (fr. Valence [va.lɑ̃s], oks. Valença, lat. Valentia) — şəhər və kommuna Fransada. Drome departamentin inzibati mərkəzi. Rona çayının sol sahilinin qayaüstü yüksəkliyində yerləşir. Valans, Narbonna Qallo şəhərində (Romalılar Fransanın bu hissəsini bele adlandırıb) yaradılan Valentia Roma koloniyasından yaranıb. IV əsrdən etibarən, şəhərdəki bütün hakimiyyət episkoposlara aid idi, yalnız 1450-ci ildə XI Luis sonuncu kralın himayəsi və universitetin yaradılması (Fransız İnqilabı dövründə ləğv edilmiş) üçün şəhərə öz hüquqlarını verməyə inandırdı. Kral Valansı Valentinua hersoqluğunun paytaxdı etdi və ona Çezare Borciya titulunu verdi. Titulun hazırkı sahibləri Monakonun hökmdarıdır.
Vayanq
Vayanq - Malayziya və İndoneziyada kölgələr teatrı. Vayanq ― həm kukladır, həm teatrdır, həm tamaşadır, bundan əlavə, o, həm də əcdadların kölgəsidir. Bir vaxtlar bu tamaşalar əyləncə yox, müdafiə, kömək məqsədi ilə müraciət olunan ruhlarla ünsiyyət ayini idi. Vayanq kəlməsi həm də “pyes” sözünü əvəzləyir. Yavada elə bir tamaşa yoxdur ki, “vayanq” onun adının tərkib hissəsinə çevrilməsin. Vayanq tipli tamaşaları növlərini aşağıdakı kimi təsnif etmək olar: Vayanq-kulit ― kölgə teatrı; Vayanq-qolek (Vayanq-Menak) ― həcmli taxta kuklalar teatrı; Vayanq-topenq ― maska teatrı; Vayanq-oranq (Vayanq-Vonq) ― dramatik teatr; Vayanq-lemah; Vayanq-keruçil ― kiçik fiqurlar teatrı; Vayanq-klitik ― nazik taxtadan kəsilmiş yastı kuklalar teatrı: “klitik ” kuklalar işlədilərkən eşidilən səsdir; Vayanq-beber ― şəcərə rəsmləri kimi düşünülmüş şəkillər teatrı; Vayanq-şadet ― İslam dinini və estetikasını təbliğ edən tamaşalar; Vayanq-vahyu ― 1960-cı illərdə Yava yezuitlərinin İncilin kuklalar vasitəsilə təbliği məqsədilə yaradılan Vayanq forması. Vayanq sözü Yava mənşəli olub “kölgə” mənasını verir. Ancaq müasir İndoneziyanın gündəlik lüğətində bu söz kukla və ya birbaşa kukla teatrı mənalarında işlənməkdədir. Vayanq-kulit (“kulit” ifadəsi kuklaların dəridən hazırlandığını bildirir) haqqında məlumatlar artıq eramızın X-XI əsrlərindən başlayaraq Yava mətnlərində müntəzəm şəkildə yad edilir (hərçənd İndoneziyada bu teatrın yaşını 3000 illik bir tarixlə ölçürlər). Belə hesab olunur ki, müasir teatrın cizgiləri (kuklaların şərti forması, yeni Yava dilində mətnlər və s.) XVI əsrdə Yavanın şimal sahillərində, islamlaşdırılmış ticari və siyasi mərkəzlərdə formalaşır və müsəlmanlığın yayılması ilə bütün Yava tərəfindən mənimsənilirdi (İslam XIII əsrdən Yavaya sirayət etməyə başlayır; XVI əsrdə o, Yava hökmdarlarının rəsmi dininə çevrilir və Yava əhalisinin böyük hissəsi islamlaşdırılır).
Alyans
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Adans.
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. == Adansonun şərəfinə adlandırılan takson == Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Avans
Avans (fr. avance — əvvəlcədən) və ya əvvəlcədən ödənilmiş xərclər — iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri. Avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. == Haqqında == Kredit şərtləri ilə çatdırılma üçün əvvəlcədən ödəmə tələb olunur, ümumiyyətlə müqavilə dəyərinin 10-40% -i və son hesablaşmaya daxil edilir; 100% Avans nadir hallarda tətbiq olunur. Öhdəliklərin yerinə yetirilməməsi halında, əvvəlcədən ödəniş geri qaytarılır. Böyük müqavilələr olduqda, Avansın qaytarılması bank zəmanəti ilə təmin edilir.
Bayan
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Feyan
Feyan (fr. Feillens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01159. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3115 nəfər təşkil edirdi.
Frans
Frans — ad. Frans (müğənni) — İsveç müğənnisi və bəstəkarı.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Mayan
Aşağı Mayan (Təbriz)
Mayns
Maynts — Almaniyada şəhər. Reyn çayı sahillərində. Reyn çayının o biri sahilində isə Hessen şəhəri yerləşir.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Ennio Flayano
Ennio Flayano (it. Ennio Flaiano; 5 mart 1910[…], Peskara – 20 noyabr 1972[…], Roma) — İtaliya jurnalisti, yazıçı və ssenarist. == Həyatı == Ennio Flayano 5 mart 1910-cu ildə anadan olmuşdur. Əvvəl memar işləsə də, sonradan jurnalistliyə başlamış və “Cineillustrato”, “Oggi”, “Il Mondo”, “Il Corriere della Sera”, “L'europeo”, “L'espresso” kimi məşhur italyan mətbuatı ilə sıx əməkdaşlıq etmişdir. Onun ilk pyesi “La guerra spiegata ai poveri” 1946-cı ildə ərsəyə gəlmişdir. “Öldürmək zamanıdır” romanına görə 1947-ci ildə “Streqa” mükafatına layiq görülmüşdür. Romandakı hadisələr 1935-1936-cı illər İtaliya-Efiopiya müharibəsində cərəyan edir. İtalyan zabiti təsadüfən efiopiyalı qadını öldürür və sonra buna görə cavab verməli olur. Ennio Flayano bir çox filmlərin ssenari müəllifi olmuşdur. Tullio Pinelli ilə birlikdə rejissor Federiko Fellininin 10 filminin ssenarisini yazmışdır.
Mentha vagans
Olea cayana
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Onorio Fanyano
Onorio Fanyano, Onorio Fanyano dei Toski Canfrançesko (ing. Giovanni Francesco Fagnano dei Toschi, 31 yanvar 1715, Seniqalliya[d], Marke – 14 may 1797, Seniqalliya[d], Marke) — İtaliya riyaziyyatçısıdır; 1755-ci ildə onun adını daşıyan məsələnin analitik həllini dərc etdi. 1715-ci ildə doğulmuşdur. 1797-ci ildə vəfat etmişdir.
Phyllorchis dayana
Bulbophyllum dayanum (lat. Bulbophyllum dayanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum dayanum növü Çindən Qərbi Malayziyaya qədər yayılmışdır. Bulbophyllum dyphoniae Tixier Bulbophyllum hispidum Ridl. Phyllorchis dayana (Rchb.
Phyllorkis dayana
Bulbophyllum dayanum (lat. Bulbophyllum dayanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum dayanum növü Çindən Qərbi Malayziyaya qədər yayılmışdır. Bulbophyllum dyphoniae Tixier Bulbophyllum hispidum Ridl. Phyllorchis dayana (Rchb.
Pleurothallis dayana
Restrepia muscifera (lat. Restrepia muscifera) — səhləbkimilər fəsiləsinin restrepia cinsinə aid bitki növü.
LaManş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.