Frans Şalk
Frans Şalk (alm. Franz Schalk; 27 may 1863[…], Vyana – 3 sentyabr 1931[…], Rayhenau-an-der-Raks[d], Aşağı Avstriya[d]) — Avstriya opera və simfonik dirijoru və pedaqoqu. 1918-ci ildən 1929-cu ilədək - Vyana Dövlət Operasının direktoru olmuşdur. Alman repertuarının, xüsusilə də Rixard Ştraus ilə birlikdə ən böyük interpretatoru olaraq tanınır, Salzburq Festivalının qurucularından biridir.
== Həyatı ==
Frans Şalk Vyana şəhərində anadan olub, görkəmli bəstəkarlar Anton Brukner (harmoniya və kontrpop), J. Helmesberger (skripka), Y. Epştein (fortepiano) ilə birlikdə Vyana konservatoriyasında təhsil almışdır. 1889-cu ildə Reyxenberqdə, 1890-cı ildən 1895-ci ilə qədər - Qrats Opera teatrında, 1895-ci ildən 1998-ci ilədək - Praqa Milli Teatrında dirijorluq vəzifəsində çalışıb. Londonda (Covent Garden: 1988, 1907, 1911), Nyu Yorkda (Metropolitan Opera: 1988, 1989), Berlində (Royal Opera: 1898-1901) operaları tamaşaya qoyulmuşdur. Vyanadakı Dövlət Operasında, H. Rixterin istefasından sonra, ilk dirijor vəzifəsini icra etmişdir. 1918-ci ildə, Şalk monarxiyanın devrilməsindən sonra, teatrın direktoru təyin olunub, Vyana Dövlət Opera adını dəyişdi. 1919-cu ildə bu vəzifəni R.Ştraus ilə birgə icra etdi.