Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Middle East Forum
Yaxın Şərq Forumu (ing. Middle East Forum, MEF) — 1994-cü ildə yaradılmış ABŞ neokonservativ təşkilatı və araşdırma mərkəzi. Fəal Daniel Payps tərəfindən təsis edilmişdir. MEF-in məqsədi "Amerikanın Yaxın Şərqdəki maraqlarını qorumaq, radikal Islamla mübarizə aparmaq, Fələstinin İsraili tanıması ilə məşğul olmaq, Amerikanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını gücləndirmək və İraq ilə İrana qarşı strategiyalar hazırlamaqdır". MEF Martin Kramerin redaktoru olduğu rüblük Middle East Quarterly jurnalını nəşr edir. İslamşünaslıq ekspertləri MEF və Paypsı islamofob təbliğatçılar, onların nəşrləri qeyri-peşəkar, qərəzli və siyasi motivli adlandırırlar.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.
Yuri Fidler
Fidler Yuri Vladimiroviç (16 iyun 1898, Saratov – 14 may 1981, Bakı) — şair, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (ədəbi təxəllüsləri "Yeqor Yexidnı", "Optimist", "Yurfi", "D.İrinin").[mənbə göstərin] == Həyatı == Yuri Fidler 1898-ci il iyunun 16-da Saratov şəhərində məhkəmə məmuru ailəsində doğulmuşdur. Pyatiqorsk gimnaziyasında, sonra I Bakı gimnaziyasında orta təhsil almışdır (1907-1917). Əmək fəaliyyətinə 1917-ci ildən başlamışdır. Culfa-Bakı dəmiryolu idarəsində tabelçi-fəhlə (1917-1918), ərzaq idarəsində kontor işçisi (1918), Yessentukidə milis işçisi (1918-1919), Azərbaycan hərbi sanitariya idarəsində icraçı (1920), sonra katib (1921-1922), Rostov dövlət ticarəti kontorunda hesabdar (1922-1923), Keçmiş SSRİ Ticarət-Sənaye Bankının Azərbaycan kontorunda hesabdar, mühasib köməkçisi, müxbir, sığorta şöbəsinin müdiri (1923-1927), Bakı trestlərinin birində hesabdar (1927-1929), "Vışka" qəzeti redaksiyasında felyetonçu (1929-1932) işləmişdir. Sonra yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. 1981-ci il mayın 14-də vəfat etmişdir. == Yaradıcılığı == Ədəbi fəaliyyətə 1920-ci ildən başlamış, felyeton və satirik şeirlərini "Krokodil", "Smexaç", "Begemot" jurnallarında dərc etdirmişdir. Hekayələr, pyeslər yazmış, Azərbaycan xalq və aşıq şeirlərini tərcümə etmiş, uşaq yazıçısı kimi fəaliyyət göstərmişdir. == Mükafatları == Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 27.06.1978 "Qafqazın müdafiəsinə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalı "Əmək veteranı" medalı == Əsərləri == 1. Дочка героя.
Fedde Skurer
Fedde Skurer (d. 25 iyul 1898, Draxten – ö. 19 mart 1968, Herenven) — Niderlandlı yazıçı, jurnalist və siyasətçi. == Həyatı == İkinci dünya müharibəsi zamanı Amsterdamda, Hollandiya müqavimət hərəkatında iştirak etmişdir. O, 1935-1936-cı illərdə Şimali Hollandiyada bir il müddətində əyalət məclisinin üzvü vəzifəsində çalışıb. Müharibədən sonra o Frislandda qayıdır və jurnalistlik fəaliyyəti ilə məşğul olmağa başlayır. Frieslanddan olan əksər insanlar kimi, onun da ana dili friz dili idi..
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Middl yarımadası
Middl yarımadası (ing. Middle Peninsula)— Virciniya ştatı ərazisində Çesapik körfəzi sahillərində yerləşən üç yarımadan biridir. York və Rappaxannok çayları arasında yerləşir. Yarımadanın ərazisində altı rayon vardır: Esseks, Qloster, Kinq-Vilyam, Kinq-end-Kuin, Matyus və Midlsek. Yarımada özünün sakit kənd həyatı ilə fərqlənir. Əhali kənd təsərrüfatı və balıq ovu ilə məşqul olur. Yarımadada iri şəhərlər yoxdur. Burada kiçik şəhərçiklər vardır: Vest-Point və Deltavill. Уэст-Пойнт kağız istehsalı, Erbanna isə turizm sahəsi ilə seçilir. Yarımadada Pamanki və Mattaponay hindularının məskənləri vardır.
Jargon file
Jargon File- proqramçı slenqindən ibarət sözlük. Haker slenqinə və haker mədəniyyətinə aid 2300 söz və icmal məqalələrdən ibarətdir. İlk tərtibçi Rafael Finkel (Raphael Finkel) olmuşdur. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. 2017, “Bakı” nəşriyyatı, 996 s.
Necla Fide
Necla Fide (1958-ci il, İstanbul) – Türk aktrisasıdır. Müxtəlif erotik və macəra janrlı filmlərdə iştirak etmişdir. Həmçinin, Necla bir neçə müddət modellik karyerasında çalışmışdır. 1986-cı ildən başlayaraq film karyerasına bir müddət ara verir. 2008-ci ildə televiziyaya qayıdaraq "Son cəllad" filmində rol almışdır. Məşhur türk serialları olan "Akasya durağı", "Eşref saati", "Kiçik qadınlar", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" seriallarında iştirak etmişdir.
Fidel Kastro Diaz-Balart
Fidel Kastro Diaz-Balart (isp. Fidel Ángel Castro Díaz-Balart; 1 sentyabr 1949, Havana – 1 fevral 2018, Havana) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito (azərb. kiçik Fidel‎) təxəllüsü ilə tanınmışdır.Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.
FİDE dünya reytinqi
Fédération Internationale des Échecs (FİDE) beynəlxalq şahmat turnirlərini idarə edən və təşkil edən şahmat qurumudur. FİDE hər ay "Ən yaxşı 100 oyunçu", "Ən yaxşı 100 qadın oyunçusu", "Ən yaxşı 100 gənc oyunçu" və "Ən yaxşı 100 gənc qız oyunçu" siyahılarını nəşr edir. Bütün bu siyahılar hazırlanarkən şahmat oyunçularının izafi bacarıq səviyyələrini ölçmək üçün istifadə olunan dərəcələndirmə sistemi olan Elo reytinq sistemindən istifadə olunur. == Ən yaxşı oyunçular == 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 oyunçu: == Ən yaxşı qadın oyunçular == 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 qadın oyunçu: == Ən yaxşı gənc oyunçular == Şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc oyunçu: == Ən yaxşı gənc qız oyunçular == Qadın şahmat oyunçuları 21 yaşı tamamlayana qədər "Gənc qız oyunçu" kimi oynayırlar. 1 fevral 2018-ci il tarixinə əsasən ən yaxşı 20 gənc qız oyunçu: == Ən yaxşı ölkələr == FİDE ölkələrin reytinqini 2 siyahıya görə hazırlayır. Birinci siyahı ölkənin ən yaxşı 10 şahmat oyunçusunun dərəcəsinə görə, digər siyahı isə ən yaxşı 10 qadın şahmat oyunçusunun dərəcəsinə görədir.
Joliet file sistem
Joliet (file sistem) - İSO 9660 fayl sisteminin genişlənməsi. Spesifikasiya Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb, Windows 95 və Windows NT 4.0 zamanından başlayaraq Microsoft Windows əməliyyat sisteminin bütün versiyaları tərəfindən dəstəklənir. Yaradılmasında başlıca məqsəd İSO 9660 standartında faylın adına qoyulan məhdudiyyətləri yüngülləşdirmək olub. Microsoft Windows, Linux, Mac OS X və FreeBSD daxil olmaqla mövcud proqram platformalarının əksəriyyəti Joliet fayl sisteminin uzantısı ilə olan informasiya daşıyıcılarını oxuya bilir. Bu da imkan verir ki, bu əməliyyat sistemləri hətta faylın adında başqa əlifbalardan (məsələn, ərəb, yapon, kiril və s.) istifadə etdikdə, onları öz aralarında mübadilə edə bilsinlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). “İnformatika terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Ciddə
Ciddə (ərəb. جدة‎) — Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 3,8 milyon nəfərdir (2009).
Fidyə
Fidyə— girovun (əsrin) azad edilməsi üçün pul və ya əmlakın ödənilməsi və ya bunun üçün ödənən vəsait. == Tarixi == Fidyə almaq üçün insan oğurluğu qədim dövrlərdən bəri yayılmışdır. Müasir dövrdə də hələ də tez-tez rast gəlinən cinayət növlərindəndir. Bir çox xalqların tarixi mədəniyyətində qaçırma adətdə nəzərdə tutulmuş bir fidyə ödənişi ilə də olur (məsələn - gəlinin qaçırılması). Avropada yeni dövrə qədər, kübar təbəqənin üzvünün (cəngavər, zadəgan, monarx) fidyə ödənilənədək əsir saxlanılması adi bir hal idi. Onun miqdarı bəzən nəhəng məbləğ təşkil edə bilərdi. İngilis dilində kral fidyəsi (king's ransom) ifadəsi var, bu da böyük miqdarda pul deməkdir. Türk və Əlcəzair dəniz quldurları köləlik və ya fidyə almaq məqsədi ilə tez-tez Aralıq dənizi ölkələrinin sahillərinə basqın edir insanları qaçırırdlar. Əsas vəzifəsi oğurlananların fidyəsi üçün vəsait toplamaq olan xüsusi bir monarx ordeni - Trinitariev də mövcud idi. Rusiyada 1649-cu ildə Katedral Kodeksi Krım tatarları və ya türklər tərəfindən əsir alınan hərbiçilər və vətəndaşlar üçün dövlətin (əhalidən toplanan vəsait hesabına) ödədiyi fidyə miqdarını təyin etdi.
Fidumə Hüseynova
Hüseynova Fidumə Məmmədəli qızı — Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının sabiq müavini, Binəqədi rayonunun sabiq icra başçısı == Həyatı == Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Fidumə Hüseynova daha əvvəl — 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib. Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülmüşdür. 16 mart 2021-ci ildə vəzifəsindən azad olunmuşdur.
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı sürətli şahmat üzrə komandalar arasında keçirilən beynəlxalq yarışdır. Çempionat Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən WR Logistics GmbH ilə dəstəyi ilə 26-28 avqust 2023-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilib. == Ümumi məlumat == FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı İsveçrə yarış sistemi üzrə keçirilib və 12 turdan ibarət olub. Turnirin qaydalarına görə, hər komandada ən azı bir qadın oyunçu olmalı idi. Eyni zamanda, hər komandanın ən az bir oyunçusu (yarışda qeydiyyat tarixi etibarilə) FİDE standart, rapid və ya blitz reytinqlərində heç vaxt 2000 Elo xalı əldə etməmiş olmalı idi. Bununla, çempionatda inklüzivlik, müxtəliflik və ədalətli təmsilçilik təmin edilib . == İştirakçılar == Çempionatın iştirakçıları arasında Vişvanatan Anand, Vladimir Kramnik, Hou Yifan, Mariya Muzyçuk və Aleksandra Kosteniuk kimi keçmiş dünya çempionları ilə yanaşı, dünya çempionatı gümüş medalçıları, Dünya Kuboku qalibləri, sürətli və blitz şahmat üzrə keçmiş dünya çempionları da yer alıblar. Ümumilikdə, dünyanın dörd bir yanından olan təqribən 300 iştirakçı, o cümlədən 15-dən çox Olimpiya çempionu yarışmaq üçün 36 komanda formalaşdırıblar. == Favoritlər və seçilənlər == Hələ yarışdan əvvəl, heyətin təcrübəsi və orta komanda reytinqini nəzərə alaraq, FİDE aşağıdakı komandaları ən güclü və açıq favoritlər kimi göstərmişdi. Freedom (Rixard Rapport, Vişvanatan Anand, Daniil Dubov, Santoş Qucrathi Vidit, Evgeni Najer, Polina Şuvalova, Aleksandr Şapiro) ; WR Chess (Yan Nepomnyaşşiy, Yan-Krjiştof Duda, Uesli So, Nodirbek Abdusattorov, Vinsent Keymer, R. Praqnanandha, Hou İfan, Aleksandra Kostenyuk, Vadim Rozenştayn); Kompetenzakademie Allstars ( Fabiano Karuana, Levon Aronyan, D.Qukeş, Sebastyan Zibrext, Nino Batsiaşvili, Keti Çaçalaşvili, Rayner Beker, Manfred Şnayder); Chess Pensioners (Vladimir Kramnik, Pyotr Svidler, Lener Dominqes, Darmen Sadvakasov, Yovanka Huska, Kristof Barati, Dennis Köniq, Miron Ananiev, Yaroslav Ananiev).
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi (“Gens una sumus” –“Biz hamımız bir ailəyik”) vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
Fidyə (Girov pulu)
Fidyə— girovun (əsrin) azad edilməsi üçün pul və ya əmlakın ödənilməsi və ya bunun üçün ödənən vəsait. == Tarixi == Fidyə almaq üçün insan oğurluğu qədim dövrlərdən bəri yayılmışdır. Müasir dövrdə də hələ də tez-tez rast gəlinən cinayət növlərindəndir. Bir çox xalqların tarixi mədəniyyətində qaçırma adətdə nəzərdə tutulmuş bir fidyə ödənişi ilə də olur (məsələn - gəlinin qaçırılması). Avropada yeni dövrə qədər, kübar təbəqənin üzvünün (cəngavər, zadəgan, monarx) fidyə ödənilənədək əsir saxlanılması adi bir hal idi. Onun miqdarı bəzən nəhəng məbləğ təşkil edə bilərdi. İngilis dilində kral fidyəsi (king's ransom) ifadəsi var, bu da böyük miqdarda pul deməkdir. Türk və Əlcəzair dəniz quldurları köləlik və ya fidyə almaq məqsədi ilə tez-tez Aralıq dənizi ölkələrinin sahillərinə basqın edir insanları qaçırırdlar. Əsas vəzifəsi oğurlananların fidyəsi üçün vəsait toplamaq olan xüsusi bir monarx ordeni - Trinitariev də mövcud idi. Rusiyada 1649-cu ildə Katedral Kodeksi Krım tatarları və ya türklər tərəfindən əsir alınan hərbiçilər və vətəndaşlar üçün dövlətin (əhalidən toplanan vəsait hesabına) ödədiyi fidyə miqdarını təyin etdi.