Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Feil
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək),yaz(maq) bişir(mək),qur(maq) və s... Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq),pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s... Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq),sevin(mək),dərk et(mək) və s... Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək),fərəhlən(mək) və s... == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s.
Fil
Fil , Xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır . Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana ) Lakin mənbəələrlə əsaslasaq, Afrika savanna filinin ( L. africana ) və Afrika meşə filinin ( L. cyclotis ) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. Mamontlar və mastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çekisi isə 7000kq-a çatır. Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır.
Afrika fili
Afrika fili (lat. Loxodonta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi.
Asiya fili
Asiya fili (lat. Elephas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi. Cinsə bir çox kökü kəsilmiş və bir hazırda mövcud olan növ daxildir. == Növləri == Cinsə yalnız bir müasir növ daxildir.
Borneo fili
Borneo fili (lat. Elephas maximus borneensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinin adi asiya fili növünə aid heyvan yarımnövü. == Xarakteristikası == Ümumi olaraq, Asiya fili Afrika filindən daha balacadır və başının ən yuxarı hissəsində ləkə var. Xortumun forması təkbarmaqvaridir. Belləri qabarıq və ya hamardır. Malayziya yarımadasından 15, Sabahdan 6 Borneo filinin morfolojik ölçüləri götürülmüş və hər bir fil üçün 3 dəfə təkrarlanılmış və ortalaması əldə edilmişdir. Nəticələrə görə, iki fərqli ərazidə yaşayan fil populyasiyası arasında ciddi bir fərq yoxdur. Borneo filləri həddən artıq cansıxıcı və passivdirlər. Bəzi alimlərin fikrinə görə bu xüsusiyyət onlara qədim daxili kolleksiyadan gəlir. == Yayıldığı ərazilər == Əsasən, Kalimantan adasının şimal və şimal-şərq hissələrində yaşayırlar.
Dəniz fili
Dəniz fili (lat. Mirounga) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Yırtıcı məməlilər arasında ən böyüklərindən biridir. Onlar əsl suitilərə daxil olsalarda özlərini Qulaqlı suitilərə daxil olan canlılar kimi aparırlar. Onlar iki növə bölünür: Şimal dəniz fili (Mirounga angustirostris (Gill, 1866), Şimali Amerikanın qərb sahillərində yaşayırlar) və Cənub dəniz fili (Mirounga leonina Linnaeus, 1758, Antarktida sahillərində yaşayırlar). Bu cinsin nümayəndələri hal-hazırda suitilərə aid edilir. Əvvəllər isə onlar Monax suitilərə aid edilirdi. 1996-cı ildə Binida-Emonds və Rassel bu məsələdə bir əlaqə aşkarlaya bilməmişdirlər. == Xariçi görünüşü == İri xortum dişilərdə və körpə erkəklərdə olmur. Uzun zaman ərzində Xortumun uzanması baş verir və bir müddətdən sonra burun artıq aşağı sallanmış formadada qalır.
Fail Mayılov
Mayılov Fail Əlibala оğlu — şəhid == Həyatı == - 1971 ci ildə Neftçala rayonu Şorkənd kəndində anadan olmuşdu. Kənd orta məktəbini bitirdikdən sonra Saylan peşə məktəbində təhsil almışdır. Vətənin düşmən hücumuna məruz qaldığı bir dövürdə əlinə silah alıb döyüşə yollanan mərd oğullar içində Faildə vardı. Lakin onun döyüş yoluda ömür yolu kimi çox qısa və keşməkeşli keçdi. 1992 ci ilin sentyabr ayında Fail döyüşlərin birində şəhidlik zirvəsinə yüksəldi.Məzarıdoğma kəndlərindədi. Şorkənd natamam orta məktəbi Failin adını daşıyır.
Fitil (kinojurnal)
Fitil — yumoristik kinojurnal. == Haqqında == L.İ.Brejnev Bakı şəhərinə "Lenin" ordeni təqdim edərkən söylədiyi nitqində xalq təşəbbüsünün, mətbuatın, o cümlədən də "Fitil" satirik kinojurnalının tənqidi çıxışlarının nöqsanlara qarşı mübarizədə mühüm rol oynadığını göstərmişdir.Leonid Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkmişdir. == Baş redaktorları == RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Sergey Mixalkov 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.
Hindistan fili
Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984) == Xarici görünüşü == Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsada, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir.
Seylon fili
Seylon fili (lat. Elephas maximus maximus) — Asiya filinin üç geniş yayılmış yarımnövündən biri. Seylon adasının (Şri-Lanka) endemikdir. 1986-cı ildən bəri Elephas maximus IUCN Qırmızı Siyahısına daxil edilmişdir. Səbəb isə son 60–75 il ərzində sayının ən azından 50% azalmasıdır. Yaşayış arealının insanlar tərəfindən mənimsənilməsi müşahidə olunur. == Təsviri == Asiya filləri Afrika fillərindən daha kiçik olur. Dişilər bir qayda olaraq ölçü baxımından erkəklərdən kiçikdir və iri fil dişlərinə sahib olmurlar. Erkəklərin yalnız 7% -nin iri dişləri olur. Asiya filinin müasir yarımnövlərinin ən böyüyü olan Seylon fili 2–3,5 m hündürlüyə malik olur.
Sumatra fili
Sumatra fili (lat. Elephas maximus sumatranus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinin adi asiya fili növünə aid heyvan yarımnövü. İndoneziyanın Sumatra adasında yaşayır. 2011-ci ildən etibarən Sumatran fili, son son 75-ildə ən azı 80% azaldığına görə, Təbiət və Təbii Sərvətlər Mühafizəsi üzrə Dünya Dərnəyi (IUCN) tərəfindən nəslikəsilmək ehtimalı olan heyvanlar siyahısına salınmışdır. Bu növlərə qarşı ən mühüm təhlükələrdən biri, yaşayış mühitinin məhv edilməsi və yaşayış sahəsinin parçalanmasıdır və son 25 ildə Sumatran filinin təbii yaşayış mühitinin 69% -i məhv olmuşdur. Qalan 250 km²-dən az meşə örtüyü filləri saxlamaq üçün kifayət deyil. == Özəllikləri == Asiya fillərində Afrika fillərindən daha kiçikdir. Hortumlarının sonunda bir barmaq kimi bir uzantı var. Onların arxası konveks və ya düzdür. Qadınlar kişilərə nisbətən daha azdır və ya qısa fildişi və ya heç biri yoxdur.
Ağ fil
Ağ fil (ing. white elephant) — çox pul xərclənərək saxlanılan, lakin faydası ilə heç öz xərclərini qarşılamayan əşyaları, tikililəri bildirən ifadə. İfadənin Siam krallığında saxlanılan albinos fillər səbəbilə yarandığı güman edilir. Siam kralları bu filləri tanrının hədiyyəsi hesab edib, onların güc, ədalət və sülh gətirdiyini güman edirdilər. Bu səbəbdən onlardan heç bir xeyir görmədən xüsusi qayğı göstərir, onların heç bir əziyyət çəkməməsini təmin edirdilər. == Tarix == Cənub-Şərqi Asiya hökmdarları (Burma, Tayland, Laos və Kamboca) ədalət, hökmdarlıq və səltənətin sülh və rifahı simvolu kimi ağ fili öz saraylarında saxlayırdılar. Bu heyvan həmdə zənginlik simvolu idi. Qərbdə, bahalı bir yüklə əlaqəli "ağ fil" 1600-cü illərdə istifadə edilmiş və 1800-cü illərdə istifadəsi yayılmışdır. XIX əsrin ortalarında "ağ fil" və "ağ filin hədiyyə" edilməsi ifadələri adi hal almışdı. XX əsrin əvvəllərində bahalı satışlar ilə əlaqədar "ağ fil svopları" və "ağ fil satışları" ifadəsi əlavə edildi.
Fil (şahmat)
Fil — Şahmat fiquru. Fil ancaq diaqonal xanalarla hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə).
Fil Adası
Fil adası (ing. Elephant Island), Antarktida sahillərində, Cənubi Şetland adalarınındə yerləşən buzlarla örtülü bir adadır. == Yerləşmə == Koordinatları 61°08'C, 55°07'Q-dir. Cənubi Georgiyanın 1290 km cənub-qərbində, Folklend adalarının 940 km cənubunda və Horn Burnunun 890 km cənub-şərqində yerləşir. Şərqdən qərbə doğru uzanan adanın ən yüksək nöqtəsi, "Pardo Beli" adlanan 852 metr hündürlükdə olan təpədir.. == Flora və Fauna == Adada əhəmiyyətli bir flora və ya özünə məxsus bir faunası yoxdur. Fil Adasında pinqvinlər və dəniz ayıları tapmaq olar. Balina ovu və meteorologiya fəaliyyəti üçün uyğun bir nöqtədə yerləşməsinə baxmayaraq, etibarlı bir limanının olmamasından ötrü qalıcı olaraq insan məskunlaşması mümkün olmamışdır. == Coğrafiyası == Adanın havası əsasən dumanlı və qarlı olur. Küləyin sürəti saatda 180 km-ə qədər çata bilir.
Fil Cons
Fil Cons (futbolçu) —
Fil Foden
Filip Volter Foden (28 may 2000) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və İngiltərə U-17 millisində yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Foden 2017-ci ildə FİFA U-17 Dünya Çempionatı Qızıl Top mükafatının qalibi olmuşdur. Foden öz bacarıqlarını media qarşısında nümayiş etdirmişdir.
Fil Hit
Fillip Cerrod "Fil" Hit (ing. Phillip Jerrod "Phil" Heath) - ABŞ-nın peşəkar bodibilderi. Mister Olimpiya (2011-2017).
Fil Kollins
Filip Devid Çarlz „Fil“ Kollins (ing. Philip David Charles „Phil“ Collins; 30 yanvar 1951[…]) — müğənni, bəstəkar, təbilçi, pianoçu və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda təbilçi və vokalçısı kimi də çıxış etmişdir. 1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur.Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus" və "Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.
Fil Kollinz
Filip Devid Çarlz „Fil“ Kollins (ing. Philip David Charles „Phil“ Collins; 30 yanvar 1951[…]) — müğənni, bəstəkar, təbilçi, pianoçu və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda təbilçi və vokalçısı kimi də çıxış etmişdir. 1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur.Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus" və "Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.
Fil LaMarr
Filip "Fil" LaMarr (ing. Philip "Phil" LaMarr; 24 yanvar 1967, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Fil Surəsi
Fil surəsi (ərəb. سورة الفيل‎ (oxunuşu: surətul-fil)) - Quranın 105-ci surəsi. Məkkədə nazil olmuşdur, 5 ayədir. Surədə Kəbəni dağıtmaq istəyən Əbrəhənin filləri və onların əbabil quşları tərəfindən məhv edilməsi haqqında söhbət açılır. Surənin adı da məhz buna görə fil surəsi adlandırılmışdır.
Fil Tippett
Fil Tippett (ing. Phil Tippett; 27 sentyabr 1951, Berkli, Kaliforniya) — ABŞ kinorejissoru, vizual effektlər üzrə supervayzeri və prodüseri. O, Oskar və Emmi mükafatlarını qazanmış və məxluq dizaynı, kukla animasiyası və kompüter tərəfindən yaradılan personaj animasiyası üzrə ixtisaslaşmışdır. Bütün karyerası boyunca o, "Industrial Light & Magic" və "DreamWorks" şirkətlərində işləmiş, 1984-cü ildə özünün "Tippett Studio" şirkətini təsis etmişdir. Onun işləri orijinal "Ulduz müharibələri" trilogiyası, "Yura dövrü parkı" və "Robokop" kimi filmlərdə istifadə edilmişdir.
Fil adam
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. == Məzmun == Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik..Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir. Onu xəstəxanaya gətirən həkimin əvvəlcə istəyi sadəcə Merriki digər həmkarlarına göstərmək və üzərində tibbi araşdırma aparmaq olur.
Fil koqnisiyası
Fil koqnisiyası — fillərin idrakını araşdıran elm. Müasir dövr etoloqları filləri dünyanın ən ağıllı heyvanlarından biri hesab edir. 11 funtdan (5 kiloqram) biraz artıq çəkisi olan bir filin beyninin kütləsi istənilən quru heyvanının beynindən daha çoxdur. Ən böyük balinaların bədəninin çəkisi adi bir filin bədən çəkisindən 20 dəfə çox olsa da, balinanın beyni filinkindən sadəcə iki dəfə böyükdür. Bundan əlavə, fillərdə 300 milyard neyron var. Bəzi xüsusi quruluş fərqlərini çıxmaq şərti ilə, fillərin beyni ümumi bağlantılar və funksional sahələr baxımından insanların və bir çox digər məməlinin beyninə oxşardır. Filin beyin qabığında insandakı qədər neyron var, bu da konvergent təkamülün əlaməti hesab olunur. Fillərdə kədər, öyrənmə, mimika, oyun, altruizm, alətlərdən istifadə, mərhəmət, əməkdaşlıq, özünüdərk, yaddaş və ünsiyyət kimi bir çox müxtəlif davranışlara rast gəlinir. Bundan əlavə, dəlillər fillərin işarə etmək, yəni bir barmağını və ya digər ekvivalenti uzadaraq qeyri-verbal ünsiyyət qurma bacarığı olduğunu göstərir. Bu baxımdan onların məməli dəniz heyvanlarına və primatlara bərabər olduqları düşünülür.
Fil xortumçiçək
Fil xortumçiçәyi (lat. Rhynchocorys elephas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin xortumçiçəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-50 (70) sm, gövdəsi düz, adətən budaqlanan, vəzili-tükcüklü və ya çılpaq olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, demək olar ki, oturaqdır, qaidə hissəsində dəyirmi və yaxud uzunsov-ürəkşəkillidir, kütdür, kənarları dairəvi-dişlidir. Çiçəkləri təkdir, yarpaqların küncündə, yarpaqlardan qısa olan çiçək saplağı üzərindədir. Tac sarı rənglidir, üst dodağı xətvari, ortasından aşağıda uzunluğu 10 mm olan, düz dar buruncuğa birdən daralmışdır, alt dodaq iri, dəyirmidir, küt üç-bölümlüdür, üst dodağa bərabər və ya ondan azacıq uzundur. Qutucuq 4 mm uzunluqdadır, enliovaldır, kənarlardan sıxılmışdır. Toxumları 1 mm uzunluqda olub, tilli-şaraoxşardır, az çökükqabarıqdır. Aprel-avqust aylarında çiçəkləyir, may-avqust aylarında meyvə verir. == Ekologiyası == Meşələrdə, kolluqlarda, çəmənlərdə, bağlarda, çınqıllı çaylarda, dənizkənarı qumluqlarda, zibilli yerlərdə, əkin sahələrində bəzən alaq kimi rast gəlinir.
Fici hind dili
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.