Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fin-uqor dilləri
Fin-uqor dilləri (uqro-fin variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Uqor dilləri
Uqor dilləri — Rusiyada və Macarıstanda yayılmış dillər qrupu. Ural dil ailəsinin fin-uqor dilləri qoluna daxildir. Bu dillərdə danışanların ümumi sayı təxminən 15 milyon nəfərdir. Uqor dillərinin kökü e.ə. III minillikdə fin-uqor pradilinin 2 qola ayrılması nəticəsində formalaşan uqor təməl-dilinə gedib çıxır. Qrupun içində macar dili coğrafi cəhətdən uzaq ərazidə yayıldığına görə ob-uqor dillərindən ayrı göstərilmişdir.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976, Orhus, Mərkəzi Yutlandiya[d]) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Fin bağı
Fin bağı (Fars dili: باغ فین) İranın Kaşan şəhərində yerləşən bağdır. Məşhur Fin hamamı da bu bağda yerləşir. İddialara görə, Nasirəddin şah Qacar öz dövlətinin baş naziri olan Əmir Kəbiri 1852-ci ildə bu bağda öldürüb. Ərazisi 22 min kvadrat metrdən artıq olan bağ Azərbaycan Səfəvilər dövləti dövründə salınmışdır. Mərkəzi hissədə divarlar, istehkam tikililəri və silindirşəkilli qalalarla əhatə olunan həyət xüsusi diqqət çəkir. Bu bağ İranın İsfahan vilayətində yerləşən ən çox turist cəlb edən tarixi məkan hesab olunur. Belə ki, 2018-ci il novruz bayramında Fin bağı ən çox turist cəlb edən tarixi məkan olmuşdur. Fin bağı 23 noyabr 1935-ci ildə 238 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Eləcə də bir neçə il öncə Yuneskonun ümümdünya mədəni irs siyahısına salınmışdır. == Tarixi == Bəzi mənbələrdə bağı tarixi Buveyhilər sülaləsinin hakimiyyəti dövründən başladığını qeyd edirlər.
Fin dili
Fin dili, (fin suomi, suomen kieli) — fin-uqor dilləri qrupunun baltikyanı-fin budağına aiddir və aqqlyuativ dil kimi xarakterizə edilir. Fin-uqor dilləri və samodiy dilləri (enes dili, nenes dili, nqanasan dili, selkup dili) ural dilləri ailəsini təşkil edirlər. Yazısı latın əlifbası əsasındadır.
Fin körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min кm², uzunluğu 420 кm, eni 70 кm-dən 130 кm-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. == Mənbə == Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Fin mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. == Ümumi xarakteristika == Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Fin Argus
Steffan Fin Argus (1 sentyabr 1998) — amerikalı aktyor, musiqiçi və modeldir. == Həyatı == Arqus 1 sentyabr 1998-ci ildə İllinoys ştatında anadan olub. Onların Sadi adlı böyük bacısı və Leysi adlı kiçik bacısı var. Argus geydir və onlar əvəzliklərindən istifadə edir. O, gender qəribədir.
Uqor-Türk müharibələri
Uqor-türk müharibələri (mac. az ugor–török háború) — ilk dəfə Armin Vamberinin Macar və türk-tatar haqqında müzakirələr (mac. Magyar és török-tatár szóegyeztetések) kitabında, dilçilər arasında macar dilinin fin-uqor və ya Türk dillərinə aid olması haqqında akademik debatlar haqqında işlədilmiş ifadə. == Tarix == Vamberi 1870-ci ildə yazdığı kitabı bir sıra mübahisəli elmi işlərinin başlanğıcı olub.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Verxnı adası (Fin körfəzi)
Verxnı adası (fin Vehkasaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Martinsaari adasından 50 m şimal-şərqdə yerləşir. Yaxınlığında Oveçi və Paatio adaları yerləşir. Əvvəllər fin Martinsari kəndinin bir hissəsi Vehkasaari adasında yerləşirdi.
Karel-Fin Sovet Sosialist Respublikası
Karel-Fin Sovet Sosialist Respublikası (fin Karjalais-suomalainen sosialistinen neuvostotasavalta) — 31 mart 1940 - 16 iyul 1956-cı illər arası SSRİ tərkibində yaranma tarixinə görə on altıncı (yaranma tarixinə görə on ikinci) müttəfiq sovet sosialist respublikası. 1956-cı ildə Kareliya MSSR kimi RSFSR tərkibinə daxil oldu.
İqor
İqor — ad. İqor Ametov — texnika elmləri doktoru, professor. İqor Burqanov — Rusiyanın Əməkdar rəssamı, professor. İqor Qorbenko — Ukraynanı təmsil edən yüngül atlet. İqor Yusufov — rus dövlət xadimi, biznesmen.
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
Pin-Lin Çay Muzeyi
Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn), — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir. Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır. == Tarixi == Muzey 12 yanvar 1997-ci ildə açılmışdır. == Açılış tarixi == Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur. == Qəbulu üzrə abunə haqqı == Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur.
Üsamə bin Laden (fil)
Üsamə bin Laden — ümumilikdə 27 nəfəri (digər mənbələrə görə 14 nəfər) öldürərək, hind kəndlərinin sakinlərini qorxuya salan məşhur Asiya fili. == Həyatı == Fil məşhur terrorçu Üsamə bin Ladenin şərəfinə adlandırılıb. Erkək cinsindən olan filin boyu üç metr idi. O, iki il Hindistanın Assam ştatını əhalisini qorxuya saldı. Fil yüzdən çox evi dağıtmışdı, kənd tarlalarını məhv etmişdi və yerli sakinləri öldürmüşdür. Görünür fil ağıllı idi, çünki təqibdən gizlənə bilirdi, qaldığı yeri tez dəyişirdi və və ovçular üçün iz buraxmırdı. Bildirilmişdir ki, fil fişəng və oddan çəkinmir, və tələ onun üçün qorxulu deyil. Onun vəhşiliyinin miqyası o hüdudlara gəldi ki, yerli sakinlər qəzəblənmiş fili aradan qaldırılması üçün hərbi dəstə və polis bölməsi göndərmək məcburiyyətində qaldılar, bundan əlavə əməliyyata təcrübəli meşə gözətçiləri cəlb olundu. 18 dekabr 2006-cı ildə yaxın məsafədən Üsəma ben Laden təxmin edilən fil güllələndi. Həmin filin məhz o olduğuna və ya səhvən başqasının öldürüldüyünə dair birmənalı məlumat yoxdur.
I İqor
I İqor və ya İqor Rürikoviç (qəd-isl. Ingvar 878-945) — Kiyev Knyazlığının 2-ci Böyük Knyazı. Letopislərə əsasən Rürikın oğlu. Bizans və qərb mənbələrinə görə ilk rus knyazı. == İqor qədim rus salnamələrində == "Müvəqqəti illər hekayəsi" salnaməsinə əsasən qədim rus knyazları sülələsin yaradan Rürik 879-cu ildə ölür və hakmiyyəti Oleqa verir. 882-ci ildə Oleq Rürikın oğlu İqorla Kiyevə yaxınlaşır və orada qanunsuz knyazlığ edən varyaqları Askold və Diri aldadaraq şəhərdən çıxarır. Görüşdə Oleq Askold və Dirə deyir:"Siz knyaz deyilsiniz, heç knyaz soyundan belə deyilsiniz. Amma mən knyaz soyundanam bax bu isə Rürikın oğludur" deyəndən sonra varyaqları öldürmək əmrini verir. == Mənbə == İlk Novqorod letopisi. — М.-Л.: "SSRİ elmlər akademiyası nəşriyyatı", 1950.
Umor xan
Umor xan (bolq. Умор; VIII əsr – 766) — Bulqar xanı. 766-cı ildə hakimiyyətdə olmuşdur. == Hakimiyyəti == Cəmi 40 gün hakimiyyətdə qalmışdır. Uokil sülaləsindən idi. Barəsində məlumat yox deyiləcək qədər azdır.
İqor Stravinski
İqor Fyodoroviç Stravinski (rus. Игорь Фёдорович Стравинский; 17 iyun 1882[…], Lomonosov, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 6 aprel 1971[…], Nyu-York, Nyu-York ştatı) həm Qərb, həm də anadan olduğu Rusiyada bir çoxlarının XX əsrin ən böyük bəstəkarı hesab etdiyi rus bəstəkarı."Time" jurnalı Stravinskini XX əsrin ən nüfuzlu şəxsiyyətləri siyahısına daxil etmişdir. Bəstəkarlıqla yanaşı, Stravinksi həm də mahir pianoçu və dirijor kimi də dünya şöhrəti qazanmışdır. Stravinskinin bəstəkarlıq fəaliyyəti öz üslubi rəngarəngliyi ilə diqqət çəkir. Ona ilk şöhrəti Sergey Daygilev adlı impressario tərəfindən həvalə edilmiş üç baleti olmuşdur. Bu baletlər, yəni, "Alovquşu " (The Firebird) (1910), "Petruşka" (1911) və "Bahar mərasimi" (1913) Daygilevin Rus Baleti səhnəsində tamaşaya qoyulur. Premyerası iğtişaşla başa çatan Mərasim baleti ritmik quruluşa daha çox fikir verən əvvəlki nəsil bəstəkarların fikrinə təsir edir və günümüzə qədər bütpərəstlik mərasimi kimi qəbul olunan qədim Rusiyada baş verən hadisələri əks etdirən təcəssümü indiyə qədər tamaşaçıları valeh etdirməkdədir. 1920-ci illərdə Stravinski yaradıcılığının rus dövründən neoklassik dövrünə qədəm qoyur. Bu dövrə aid əsərlərində ənənəvi klassik musiqi formaları olan concerto grosso, fuga, simfoniyalardan istifadə edir, gərgin emosional anları soyuqluq və ya laqeydsizliyin səthi görüntüsü altında gizlədir və tez-tez Bax, Verdi, Çaykovski kimi ustad bəstəkarları anır. == Həyatı == Stravinski Rusiyanın Orenienbaum şəhərində anadan olmuş və Sankt-Peterbuqda böyümüşdür.
İqor Sukrov
İqor Sukrov (6 iyun 1984, Şibenik) — Xorvatiya müğənnisi. == Həyatı == İqor Sukrov 6 iyun 1984-cü ildə Yuqoslaviyada anadan olmuşdur. Zaqrebdə İlahiyyət Fakültəsində təhsil alır. == Avroviziya == Andrea Susnjara ilə birlikdə Xorvatiyanı 2009 Avroviziya Mahnı Müsabiqəsində “Lijepa Tena” (Azərbaycanca:“Gözəl Tena”) mahnısı ilə təmsil etmişdir. Yarımfinalda ilk onluğa daxil ola bilməsə də münsiflərin seçimi ilə finala keçmişdir. Finalda isə 45 xalla 18–ci olmuşdur.
İqor Talkov
İqor Vladimiroviç Talkov (rus. Тальков, Игорь Владимирович) (d. 4 noyabr 1956, Tula vilayəti, Şyokino rayonu - 6 oktyabr 1991, Sankt-Peterburq) — sovet rok musiqiçisi, müğənnisi, bəstəkarı, şairi, kino aktyoru. == Yaradıcılığı == Yaradıcılığının ilk illərində "Aprel", "Kaleydoskop", "Elektroklub" qrupları ilə birgə işləyib. Bu müddətdə bir sıra musiqilər yazmış, amma onları ifa etmək imkanı olmamışdır. Geniş ictimaiyyətə ilk dəfə olaraq 1987-ci ildə "İlin Musiqisi" (rus. Песня Года) festivalında ifa etdiyi "Чистые пруды" mahnısından sonra tanınmışdır. Bundan sonra öz yazdığı mahnıları ifa etmək məqsədilə "Спасательный круг" adlı qrupu yaratmış və tezliklə bir sıra qastrollarda iştirak etmişdir. == Ölümü == 1991-ci il 6 oktyabr tarixində Sankt-Peterburqda "Yubiley" idman sarayında silahla atəş açılaraq qətlə yetirilmişdir.
İqor Viktoroviç
İqor Viktoroviç Turıtsin (1963, Krasnoyarsk) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, “Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutu”nun prezidenti, “Sovremennaya nauçnaya mısl” jurnalının baş redaktoru, tarix elmləri doktoru, professor. == Fəaliyyəti == 1963-cü ildə Krasnoyarsk şəhərində anadan olub. 1985-2000-ci illərdə Armavir Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. 2000-2003-cü illərdə Krasnodarda Rusiya DİN-in Hüquq İnstitutunda tarix və sosial-siyasi elmlər xüsusi fakültəsinin kafedra müdiri olub. 2003-cü ildən Sankt-Peterburq xarici iqtisadi əlaqələr, iqtisadiyyat və hüquq İnstitutunun ictimai-humanitar elmlər kafedrasının rəhbəri (Krasnodar şəhərində filial), Moskva şəhərində sosial münasibətlər sahəsi Akademiyasının professoru olub. 2012-ci ilin fevralından “Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutu”nun prezidentidir. 2017-ci il mart ayının 13-də İqor Turıtsin Azərbaycan Respublikası və Rusiya Fedrasiyası arasında elmi əlaqələrin inkişafında verdiyi böyük töhfəyə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb. “Sovremennaya nauçnaya mısl” jurnalının baş redaktorudur.
İqor Tamm
İqor Tamm - İqor Yevgenieviç Tamm ( 8 iyul, 1895 il, Vladivostok - 12 aprel 1971 il, Moskva) - sovet nəzəri fiziki, Nobel mükafatı laureatı (1958) Совместно с П. А. Черенковым и И. М. Франком. ↑ Показывать компактно, SSRİ Elmlər Akademiyasının akademiki (1953il). Sosialist Əməyi Qəhrəmanı (1954il). İki Stalin mükafatı laureatı. == Bioqrafiyası == 8 iyul 1895-ci ildə Vladivostokda mühəndis Yevgeni Fedoroviç Tamm (millətcə alman) və Olqa Mixaylovna Davıdovanın ailəsində anadan olub. Krım tatarının və ukraynalının nəvəsi (İqor Tammın anası Olqa Mixaylovna Davıdova, ana tərəfdən əcdadı Kobılyanski ailəsinə mənsub idi, Zaporojya Seçinin siqaret çəkən atamanının Krım xanı Gireyin qızı ilə evləndirilib) . 1898-ci ildə valideynlərinin ailəsi ilə birlikdə Yelisavetqrada (indiki Kropivnitski, Ukrayna) köçdü, İqorun atası uzun illər burada "şəhər mühəndisi" işlədi: su təchizatı və şəhər elektrik stansiyasının tikintisinə nəzarət etdi. 1901-ci ildə İqorun kiçik qardaşı Leonid doğuldu, o, sonradan SSRİ Ağır Sənaye Xalq Komissarlığının Azot Sənayesi Baş İdarəsinin baş mühəndisinin müavini oldu (o, 1937-ci il mayın 28-də döyüşlərdə əksinqilabi trotskiçi-zinovyev terror təşkilatında iştirakı ittihamı ilə güllələndi). Yelisavetqradda gimnaziyanı bitirdikdən sonra İqor Tamm Edinburq Universitetində təhsil alıb. Birinci Dünya Müharibəsi başlamazdan əvvəl o, Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinə keçdi və 1918-ci ildə oranı bitirdi və fizika diplomu aldı.
İqor Vəliəhmədov
İqor Narimanoviç Valiəhmədov (1 yanvar 1950 – 31 oktyabr 2016, Soçi, Krasnodar diyarı) — Rus iş lideri, "İjevsk Radio Zavodu"-nun baş direktoru (1992 −2016). == Bioqrafiya == 1965 — 1969-cu illərdə İjevsk Sənaye Kollecinin "Metal kəsmə" ixtisasında təhsil almışdır. 1977-ci ildə İjevsk Mexnika İnstitutunun "Maşınqayırma texnologiyası, metal kəsmə maşınları və alətləri" ixtisasını bitirib. 1969–1971 — İjevsk radiostansiyasında texnik-texnoloq olmuşdur, 1971–1973 — Sovet Ordusu sıralarında xidmət etmişdir, 1973–1977 — İjevsk radiostansiyasında baş texnik-texnoloq, mühəndis-texnik işləmişdir, 1977–1980 — İjevsk radio zavodunun Komsomol Komitəsinin bitki komitəsinin katibi olmuşdur. 1980–1987 — Təmir-Tikinti Sahəsi Rəis müavini, İjevsk Radio Zavodunun Təchizat şöbəsinin müdiri, 1987–1992 — İjevsk Radio Zavodunun kommersiya məsələləri üzrə baş direktor müavini. 1992 il — ABŞ-da menecer kurslarında oxumuş, 1992–2016 — İjevsk Radio Zavodunun baş direktoru. Mart-oktyabr 2016 — İjevsk Radio Zavodunun Strateji İnkişaf üzrə Baş Direktorunun müşaviri. İjevskdə dəfn edilmişdir.
İqor Yusufov
İqor Yusufov (İqor Xanukoviç Yusufov; d. 12 iyun 1956, Dərbənd, Dağıstan MSSR, RSFSR, SSRİ) — rus dövlət xadimi, biznesmen; V.V.Putin və M.M.Kasyanov hökumətlərində Rusiya Dövlət Ehtiyatları Agentliyinin baş direktoru, 16 iyun 2001-ci ildən 9 sentyabr 2004-cü ilədək M.M.Kasyanov hökumətində və V.V.Putinin birinci prezidentliyi dövründə RF-in energetika naziri. == Həyatı == İqor Xanukoviç Yusufov 1956-cı ildə Dərbənd şəhərində anadan olmuşdur. Təhsilini Novoçerkassk Politexnik İnstitutunun istehsalatın avtomatlaşdırılması və enerjinin paylanması şöbəsində mühəndis-elektrik ixtisası üzrə (1979, fərqlənmə ilə), beynəlxalq iqtisadiyyat ixtisası üzrə Xarici Ticarət Akademiyasında (1991) almışdır. Orta məktəbi bitirdikdən sonra “Radioelement” zavodunda tornaçı işləmişdir. İnstitutda komsomol komitəsinin katibi olmuş, tikinti dəstələrində iştirak etmişdir. Son kursda Sov.İKP sıralarına daxil olur. Təyinatla Moskvaya düşür. 1979-cu ildən 1984-cü ilədək ““Mosenerqo” İstehsalat Birliyinin ən ağır İES-22 stansiyasında işləmişdir. Dairəvi avtomobil yoluna yaxın Kapotnı altında balaca bir mənzil alır.
Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar. == Uğur rəmzləri == Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır. Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür. Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var. Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır. == Müvəffəqiyyətdə uğurun rolu == İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.
Igor
Igor — amerikalı repçi Tyler, the Creator-un beşinci studiya albomu. 17 may 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
Üör
Üör — Cənubi Azərbaycan mənşəli, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərmiş pagan black metal qrupudur. 2012-ci ildə fəaliyyətini dayandırıb. Qrup adını Saxa folklorundakı bir ruh adı olan üördən götürür. Üör intihar edən insanların və şamanların ruhuna deyilir. == İfa tərzi == Azərbaycan metal səhnəsində paqan blek metal ifa edən ilk qrupdur. 2011-ci ildə qurulan qrup, ən çox bütpərəstlik və İslam öncəsi mifologiyaya müraciət edir və dinə qarşı musiqi ifadə edən ilk Azərbaycan qruplarından biridir. Qrupun mahnı sözləri azərbaycan dilində, ingilis dilində, uyğur dilində və türk dilindədir.
Oğuzhan Uğur
Oğuzhan Uğur (1984, Ankara) — Türkiyə musiqiçisi, prodüseri, ssenaristi, karikaturaçısı və yutuberi.
Uğur Dündar
Uğur Dündar — Türkiyə jurnalisti, xəbər aparıcısı. == Həyatı == Dündar 1 yanvar 1943-cü ildə İstanbulda doğuldu. Lisey təhsilini Vəfa Liseyində tamamladı. Ardından İstanbul Universiteti İqtisad Fakültəsi Jurnalistika İnstitutundan məzun oldu. 1993-cü ildə Yasəmən Baradan ilə evləndi və 3 uşağı oldu. 1970-ci ildə TRT tərəfindən açılan bir imtahanı qazandı və televiziya prodüseri olaraq işə başladı. və Rəsmi Qəzet yazıçısı oldu. Eyni il içində İngiltərədə BBCin "Televiziyada istehsal-Rəhbərlik" kursuna qatıldı. Türkiyəyə döndükdən sonra TRT-də prodüser, rejissor və aparıcı olaraq dəyişik televiziya proqramlarına imza atdı. Bu günə qədər saysız proqrama imza atan Uğur Dündar xəbər proqramı Arenanın ümumi rejissorluğunu etdi.
Uğur Pamuk
Uğur Pamuk (azərb. Uğur Pamuk‎; 26 iyun 1989, Bilefeld, Almaniya) — Türkiyənin Manisaspor klubunun hücumçusu. == Karyerası == Uğur Pamuk 1989-cu ildə Almaniyada türk ailəsində anadan olub. Uğur Pamuk Arminiya klubunun yetirməsidir. 2007-ci ildə bu komanda ilə rəsmi müqavilə bağlayıb. Gələn il Tus Dornberg klubuna transfer olunub. 2012-ci ildə Uğur Pamuk Sumqayıt klubuna keçib və 1 il ərzində 28 oyun keçirərək 2 qol vurub. 2013-cü ilin yanvar ayında Uğur Pamuk Xəzər-Lənkəran klubuna keçib. == Milli komanda == 2012-ci ildə Uğur Pamuk Azərbaycan milli futbol komandasının heyətində 1 oyun keçirib.
Uğur Pəkdaş
Uğur Pəkdaş (türk. Uğur Pektaş; 16 aprel 1979, İstanbul) — Türkiyə aktyoru.
Huqo fon Ritqen
Yozef Mariya Huqo fon Ritqen (alm. Hugo von Ritgen‎; 3 mart 1811 – 31 iyul 1889, Gissen, Hessen) — alman memar və bərpaçı. Fəlsəfə doktoru. Eyzenax şəhərinin Fəxri Vətəndaşı. == Bioqrafiyası == Həkim, botanik və zooloq Ferdinand Avqust fon Ritqenin oğlu. 1828-ci ildən Gissen Universitetində tibb təhsili aldı, ancaq dörd semestrdən sonra özünü memarlığa həsr etməyə qərar verdi və Darmstadtda Qeorq Moller ilə oxumağa getdi, burada təsviri sənətlərlə yanaşı riyaziyyat və memarlıq ixtisasında da təhsil almışdır. 1833-cü ildə doktorluq dərəcəsini almış və 1833-cü ilin sentyabrından 1834-cü ilin mayına qədər Belçikada və Fransanın şimalında təhsil turuna çıxmış, Parisdə olmuşdur. 1838-ci ildə Gissen Universitetində təsvir həndəsi və rəsm mövzusunda mühazirələr oxumağa başladı. Elə həmin il — Memarlıq üzrə professor. 1838-1874-cü illərdə — Gissen Universitetinin Memarlıq və mühəndislik kafedrasının müdiri.
Hunor və Maqor
Hunor və Magor — Ural-Altay və macar mifologiyalarında mifik xaqanlar. İki qardaşdırlar. Hunların və macarların atası olaraq qəbul edilərlər. Hunor Hun qolunu, Magor isə Macar qolunu təmsil edər. Macarlara günümüzdə Avropada verilən iki ad (Magyar və Hungar) yenə burada qaynaqlanar. Kimi fikirlərə görə əslində mənşəyi çox qədim qədər uzanmaqdadır və Skif mənşəli söylencelerin inkişafıyla meydana gəlmişdir. Hunor, qardaşı Magor ilə birlikdə müqəddəs bir maralın arxasında dənizi keçərək macarıstan torpaqlarına çatar. Hunorun nəslindən Attila Xanın gəldiyi deyilər. Magorun nəslindən isə Almos gəlir. Başqa bəzi orta asiya əfsanələrində Skiflərin qurucusu olan iki qardaşdırlar.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. == Qədim Roma və Yunanıstan == Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
FHN
Fövqəladə Hallar Nazirliyi — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir. Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Fil
Fil — xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır. Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana) Lakin mənbəələrlə əsaslasaq, Afrika savanna filinin (L. africana) və Afrika meşə filinin (L. cyclotis) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. Mamontlar və mastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çəkisi isə 7000kq-a çatır. Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır.