Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Flint
Çaxmaqdaşı - silisium oksidinin kristallik və amorf növlərinin aqreqatıdır. Xalsedon-kvars, kvars, xalsedon və opal-xalsedon çaxmaq daşları ayrılır. Çox vaxt karbonat qatışığı olur. Sınması qabıqvari. Rəngi sarımtıl-bozdan qarayadək. Sərtliyi 7. Çaxmaqdaşı süxurlarda, adətən, əhəngdaşlarında jelvak və konkresiyalar, bəzən linza və təbəqəciklər əmələ gətirir. == Çaxmaqdaşı konkresiyaları == Çaxmaqdaşı konkresiyaları hər hansı bir silisium oksidi mineralının (adətən, kvars və ya xalsedon) əmələ gətirdiyi və içərisində ətraf süxurların, habelə üzvi maddələrin, dəmir oksidləri, kalsit, dolomit və başqa möhtəviləri olan konkresiya və konkresion linzalarıdır. Çox vaxt erkən diagenezdə, bəzən diagenezin son mərhələsində, nadir hallarda sedimentasion mərhələdə əmələ gəlirlər. Adətən, müəyyən stratiqrafik horizonta uyğun gəlir və korrelyativ əlamət kimi istifadə edilir.
Hemsted
Hemsted - Hollandiyada şəhəridir. Şimali Hollandiyanın niderland əyalətində yerləşir. Amsterdamın qərbindədir. Sahəsi 9,64 kv.km, 9,2 kv.km. quru torpaqdır. Əhalinin sayı 2007-ci ildə 25 555 nəfərdir. Əhalinin sıxlığı isə 2650,9 nəfərdir. == Nəqliyyat == Şəhərdə Halem-Leyden dəmir yolu stansiyası var. Şəhərin mərkəzində Qrunendal parkı var. Burada çoxlu sayda qədim evlər var.
Flirt
Flirt və ya eşqbazlıq — vədlər səviyyəsini çox yüksəltməyib, cinsi əlaqələrin bəzi ehtimalını və ya gözləntilərini göstərən bir görüşmə forması. Mövcud münasibətləri, həm də münasibətlərin başlanmasına hazırlığ simvolu kimi qeyd oluna bilər.
Qlint
Qlint-(rus. глинт, ing. glint)(dan. klint –uçurum, sıldırım) struktur plato boyu denudasiya nəticəsində yaranmış uçurum. Mis: Baltik-Ladoqa əhəngdaşı qlinti. Baltika dənizinin sahilindən Ladoqa gölünün cənub sahilinə qədər uzanır. Şimali Amerikada Kanada kristallik sipərini haşiyələyən qlint.
Slint
Slint Brian McMahan(gitara və vokal) David Pajo(gitara) Britt Walford(baraban və vokal) Todd Brashear(Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Böyük Pliniy
Böyük Plini (lat. Plinius Maior); əsl adı Qay Plini Sekund (lat. Gaius Plinius Secundus; ən tezi 23 və ən geci 24[…] – 79[…], Stabie[d], İtaliya[d], Roma imperiyası[…]) — Qədim Roma yazıçısı və filosofu. == Təbiət tarixi == Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" (lat. Naturalis Historia) əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi.
Euphorbia mainty
Euphorbia mainty (lat. Euphorbia mainty) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Heart
Heart — L'Arc~en~Ciel qrupunun albomudur.
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Klint Hokinq
Klint Hokinq (ing. Clint Hocking) — Kanada videooyun rejissoru və geymdizayneri. O, ilk vaxtlarda "Ubisoft" üçün işləmiş, 2002-ci ildə "Tom Clancy's Splinter Cell" videooyunu üçün skriptlər yazmışdır. Hokinq 2005-ci ildə satışa çıxarılmış, tənqid və kommersiya baxımdan bir uğur olan "Tom Clancy's Splinter Cell: Chaos Theory" videooyununun rejissorluğunu öz boynuna aldıqdan sonra görkəmlilik qazanmışdır. O, daha sonra 2008-ci ildə satışa çıxarılmış, həm tənqidçilər, həm də ki oyunçular tərəfindən müsbət qarşılanmış "Far Cry 2" videooyununun rejissoru olmuşdur. Hokinq 2010-cu ildə "Ubisoft Montreal" studiyasını tərk etmişdir. Buna səbəb şəraitin Hokinq üçün çox rahat olması və geymdizaynerin yeni təcrübələr qazanmaq istəməsidir. Hokinq üç ay sonra ABŞ-dakı "LucasArts" şirkətinə qoşulmuşdur, anons edilməmiş bir layihənin yaradıcı rejissoru olmuşdur. O, iki il sonra şirkəti tərk etmiş və üzərində işləyi oyun satışa çıxarılmamışdır. Hokinq çox keçməmiş "Valve" şirkətinə qoşulmuşdur, ancaq iki il sonra heç bir videooyun satışa çıxarmadan şirkəti tərk etmişdir.
Klint Mensell
Klint Mensell (ing. Clint Mansell, tam adı Klinton Derril Mensell, d. 7 yanvar 1963, Koventri, İngiltərə) — vokalist və Pop Will Eat Itself qrupunun gitaraçısı olmuş Britaniyalı musiqiçi və bəstəkar. Darren Aronofski və Dankana Consun filmlərinin musiqi müəllifi. == Karyera == Mensell yaradıcılıq fəaliyyətinə Britaniya qrupu Pop Will Eat Itselfin solisti kimi başlamışdır. O həmçinin Nine Inch Nails qrupunun dəvəti ilə The Fragile albomunun yazılmasında iştirak edir. 1996-cı ildə Pop Will Eat Itself qrupunun dağılmasından sonra öz dostu, o vaxt elə də tanınmayan rejissor Darren Aronofskinin debüt filmi olan Pi üçün musiqi yazmaq təklifini alır. Filmin müvəffəqiyyətinə baxmayaraq, Mensellin musiqisi filmin izləyiciləri və film tənqidçiləri tərəfindən arxa planda qaldı. Darren Aronofskinin ikinci filmi Requiem for a dream üçün də musiqi işi Mensellə həvalə edildi. Həmçinin Mensell pilotlardan bəhs edən serial C.S.I.: Cinayət yeri Nyu-York və Dankana Consun debüt filmi olan Ay 2112 filmi üçün də musiqilər yazmışdır.
Klint İstvud
Klint İstvud (ing. Clinton Elias Eastwood, Jr.; d. 31 may 1930, San-Fransisko, Kaliforniya, ABŞ) — məşhur ABŞ kinoaktyoru və rejissoru. O, 55-dən artıq filmdə çəkilmiş, 4 Oskar və 3 Qızıl Qlobus mükafatına layiq görülmüşdür. 1960-cı illərin ortalarında Serco Leonenin spagetti vestern janrındakı filmlərində ifa etdiyi rollar sayəsində dünya şöhrəti qazanmışdır.
Maykl Flinn
Maykl Tomas Flinn (ing. Michael T. Flynn; d. 1958 və ya 1959, Midltaun, Rod-Aylend) — istefada olan ABŞ Siahlı Qüvvələrinin general-leytenantı, ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin 18-ci direktoru (2012—2014), kəşfiyyat məsələləri üzrə funksional komponenet, müşahidə və rekoqstsinirovka üzrə birləşmiş komandanlığın komandanı, hərbi kəşfiyyat şurasının keçmiş üzvü.
Yozef Finta
Yozef Finta (mac. Finta József, 12 iyun 1935, Kluj-Napoka)— Macarıstan Elmlər Akademiyasının üzvü, macar memar. == Haqqında == Yozef Finta 12 iyun 1935-ci ildə Rumıniyada, Kluj-Napoka şəhərində anadan olmuşdur. Onun ailəsi Rumıniyada yaşayan macar azınlıqlardan idi. Onlar 1944-cü ildə Budapeştə köçürlər. Orta təhsilini Budapeştdə alan Yozef daha sonra təqaüdlə ali təhsil almağa başlamışdır. Yozef 1965-2011-ci illər ərzində bir çox mükafata o cümlədən, 1996-cı ildə Koşut mükafatına layiq görülmüşdür.
Baltik-Ladoqa qlinti
Baltik-Ladoqa qlinti və ya Baltik-Ladoqa uçurumu (dan. Klint — uçurum, sıldırım) — Baltik dənizinin qərbindən, İsveçin Eland adalarından başlayıb, Estoniya, Leninqrad vilayəti və Ladoqa gölünə kimi uzanan qlint və ya uçurum. Qlintin uzunluğu təxminən 1100—1200 km-dir. Baltik-Ladoqa qlinti daha çox estoniyanın İda-Virumaa vilayətində özünü qabarıq göstərir. Bu bölgədə qlintin hündürlüyü 56 metrə çatır. Leninqrad vilayətində isə hündürlük 40-50 metrdən yüksək deyil. Pulkova yüksəkliyi adlanan bu ərazidə Pulkova rəsədxanası yerləşir. Bölgədə yerləşən bir çox tarixi qəsrlər məhs bu uçurumların üzərində inşa edilmişdir. Qlint kembri və ordovik süxurlarının səthinə çıxma sərhədinə uyğun gəlir. Ordovik süxurlarından ibarət olan yüksəkliyin cənubundakı təpə Ordovik yaylası adlanır (Leninqrad vilayətində - İjor yüksəkliyi).
Frederik Ferdinand Helsted
Frederik Ferdinand Helsted (18 mart 1809[…], Kopenhagen – 11 dekabr 1875, Kopenhagen) — Danimarka rəssamı və rəsm müəllimi. == Həyatı == Frederik Ferdinand Helsted 18 mart 1809-cu ildə Danimarkanın paytaxtı olan Kopenhagen şəhərində anadan olmuşdur. O, Yohann Helsted və An Mari Salatinin oğludur. Helsted erkən illərində atasının emalatxanasında çəkməçi kimi işləmişdir. O, 1834-cü ildən 1837-ci ilə qədər Danimarka Kral İncəsənət Akademiyasında təhsil almışdır. Burada o, əsərlərinə görə 2 gümüş medal və bir nağd mükafat qazanmışdır. Helsted Düsseldorf, Nitsa, Florensiya və Roma şəhərlərinə etüd səyahətinə çıxmışdır. O, 1845-ci ildə Kopenhagen şəhərində bir rəssamlıq məktəbi təsis etmişdir. Helsted bu məktəbə 30 il rəhbərlik etmişdir. O, 1849-cu ildən sonra rəssamlıq karyerasını sona çatdırmış və rəssamlıq dərsləri verməyə diqqət mərkəzinə çevirmişdir.Frederik Ferdinand Helsted 11 dekabr 1875-ci il tarixində, 66 yaşında Kopenhagen şəhərində vəfat etmişdir.
Rebel Heart
Rebel Heart — Madonnanın 13-cü studiya albomu. Albom 6 mart 2015 tarixində satışa çıxarıldı və alboma dəstək məqsədi ilə Madonna 9 sentyabr 2015 tarixindən eyni adlı konsert turnesinə start verdi..
Same Heart
Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Heart Attack (dəqiqləşdirmə)
Heart Attack — One Directionun mahnısı. Heart Attack (Demi Lovato) — Demi Lovatonun mahnısı.
X My Heart
X My Heart (azərb. Qəlbimdən keçdim‎) — Azərbaycanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Aysel Məmmədova "X My Heart" mahnısı ilə Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Pop üslubunda olan mahnı daha öncə Belarusun 2007, Ukraynanın 2008, Yunanıstanın 2009 və 2017, Rusiyanın 2014 və 2016, Azərbaycanın 2013 Avroviziya mahnılarını bəstələyən yunan bəstəkar Dimitris Kantopulos ilə Azərbaycanın 2010, 2011, 2012, 2015 və 2017 Avroviziya mahnılarını bəstələyən isveçli bəstəkar Sandra Byurmanın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnı Belçikanın 2017 Avroviziya mahnısı üzərində çalışan ingilis bəstəkar Tim Bran tərəfindən aranjman olunmuşdur.
Moonlight Densetsu / Heart Moving
"Moonlight Densetsu" (ムーンライト伝説/HEART MOVING, azərb. Ay işığı əfsanəsi‎) — Dali və Misae Takamatsunun sinqlı. 1992-ci ilin 21 martında Yaponiyada yayımlanmışdır. Sinqlın Dali tərəfindən hazırlanmış versiyası "Seylor Mun" animesinin ilk iki mövsümünün açılış mahnısı, Moon Lips tərəfindən hazırlanmış versiyası isə növbəti iki mövsümünün açılış mahnısı kimi istifadə olunmuşdur. == Qəbul == "Moonlight Densetsu" mahnısı Yaponiyada böyük uğur qazanmışdır. 1995-ci ildə Yaponiya Səsyazma Assosasiya Kompaniyası tərəfindən qızıl sertifikasiya almışdır. 2008-ci ildə Yaponiyanın Goo axtarış sistemi tərəfindən mahnı 1991-2000-ci illərin ən məşhur anime mahnısı seçilmişdir. 4-5 iyul 2016-cı ildə Kadokawa və Enterbrain nəşriyyatlarının "CD & DL Data" musiqi jurnalı tərəfindən 6.956 nəfər (3.819 kişi, 3.137 qadın) arasında keçirdiyi araşdırmada "Moonlight Densetsu" ən populyar 3-cü mahnı seçilmişdir. == Mahnı siyahısı == == İstinadlar == == Xarici keçidlər == Seylor Mun diskoqrafiyası > Sinqllar Sailormusic.net-də Discogs-da.
New York Heart Association
NYHA təsnifatı Nyu York Ürək Assosiasiyasının ürək çatışmazlığının ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
Shape of My Heart
Shape of My Heart — Britaniya müğənnisi Stinqin "Ten Summoner’s Tales" adlı dördüncü studiya albomundan olan mahnı. Orijinal CD nəşrində sıra sayına görə onuncu trek kimi təqdim olunub. Mahnı 1993-cü il istehsalı "Demolition Man" mini-albomuna və 2010-cu il istehsalı "Live in Berlin" konsert albomuna daxil edilib. Fransız rejissor Lük Besson özünün "Leon" filmində bu mahnıdan istifadə edib.Mahnının müəllifləri Stinq ilə Dominik Millerdi. Miller mahnıda ispan akustik gitarasında ifa edib. Mahnının qarmonika partiyasını ifa etmək üçün amerikalı cazmen Larri Adler dəvət edilib.Sinqlın Böyük Britaniya hit-paradında ən yüksək mövqeyi 57-ci yer olmuşdur.
Total Eclipse of the Heart
Total Eclipse of the Heart - Bonnie Tylerin 1982-ci ildə Faster Than the Speed of Night albomundan çıxardığı sinql. Mahnının müəllifi Jim Steinmandır. Mahnı Tylerin ən uğurli mahnısı olmuşdur.