Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Forum teatr
Forum teatr - ortaya qoyulan problemin məhz tamaşaçılar tərəfindən həll olunduğu teatr növü. Problemin seçilməsində isə hər hansı məhdudiyyət yoxdur. Oynanılan oyunda konkret problem ortaya qoyulur və bu problem həlli yolu tapılması üçün tamaşaçıların müzakirəsinə verilir. Beləcə tamaşaçı hadisələrin gedişatında aktiv rol oynayaraq nəticəni dəyişdirə bilir. Forum teatrında improvizasiya açar rol oynayır. Forum teatr əsasən iri həcmli olmur. Əsas obrazlar əzilən və əzən tərəflər ilə məhdudlaşır və qalan personajlar köməkçi (neytral) obrazlar hesab olunur. Forum teatrının əsas məqsədi həll olunması istənilən problem ətrafında tamaşaçılarla müzakirələr aparmaqla cəmiyyəti bu problemlə üzləşdirmək, çıxış yolu tapmaq və çıxış yolunu insanlar arasında yaymaqdır. Forum teatr cəmiyyətdəki müxtəlif problemlərin həll olunmasında böyük təsirə malikdir. Form teatr hamının hər şeyi deyə bildiyi, fikirlərini azad ifadə edildiyi demokratik mühit yaradır.
Middle East Forum
Yaxın Şərq Forumu (ing. Middle East Forum, MEF) — 1994-cü ildə yaradılmış ABŞ neokonservativ təşkilatı və araşdırma mərkəzi. Fəal Daniel Payps tərəfindən təsis edilmişdir. MEF-in məqsədi "Amerikanın Yaxın Şərqdəki maraqlarını qorumaq, radikal Islamla mübarizə aparmaq, Fələstinin İsraili tanıması ilə məşğul olmaq, Amerikanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını gücləndirmək və İraq ilə İrana qarşı strategiyalar hazırlamaqdır". MEF Martin Kramerin redaktoru olduğu rüblük Middle East Quarterly jurnalını nəşr edir. İslamşünaslıq ekspertləri MEF və Paypsı islamofob təbliğatçılar, onların nəşrləri qeyri-peşəkar, qərəzli və siyasi motivli adlandırırlar.
NEOS – Yeni Avstriya və Liberal Forum
NEOS – Yeni Avstriya və Liberal Forum (alm. NEOS – Das Neue Österreich und Liberales Forum‎) — Avstriyada liberal siyasi partiya. == Tarixi == 2012-ci ilin Oktyabr ayında qurulan partiya, JUNOS – Gənc Liberallar Avstriya və Liberal Forum'la ortaq bir seçki siyahısında 2013 qanunvericilik seçkisinə etiraz etdi. 2013-cü ilin Sentyabr ayının 29-da keçirilən seçkilərdə NEOS, 4.9% səs aldı və Milli Şurada 9 oturacaq qazanmışdır.2014-cü ilin Yanvar ayının 25-də Liberal Forumu ilə birləşərək NEOS – Yeni Avstriya və Liberal Forumunu yaratmışdır. 2014-cü ilin Mart ayında Müstəqil Gənc Liberallar (JuLis)-da birləşərək partiyanın YUNOS - Gənc Liberal NEOS adlı gənc qanadını meydan gətirmişdir.NEOS, 2014-cü ilin May ayının 2-də Avropa üçün Liberal və Demokratlar İttifaqının (ALDİ) tam üzvü olmuşdur. 2014-cü ilin May ayının 25-də olan, 2014 Avropa seçkilərində NEOS, milli səslərin 8,1%-ini aldı və tək bir Avropa Parlamentinin Üzvü döndü. == Siyasətləri və Siyasi Mövqesi == NEOS, birbaşa demokratiyanı Referendumlar və məcburi əsgərlik istifadəsinin sona çatdırılması yolu ilə dəstəklədi və artan mülk vergiləri və siyasi partiyaların ictimai maliyyəsinə qarşı çıxdı.
İnternet forumu
İnternet forumu (ing. Internet forum) – veb-saytın ziyarətçilərinin ünsiyyətini təşkil etmək üçün veb-proqramlar sinfi. Forumun işinin mahiyyəti istifadəçilərin (forum iştirakçılarının) müzakirə etmək üçün müəyyən mövzular yaratmaları və bu mövzular daxilində məlumat göndərməklə müzakirələr aparmalarından ibarətdir. Ayrıca götürülmüş mövzu, əslində, tematik qonaq kitabıdır. İstifadəçilər elan olunmuş mövzu haqqında şərhlər verə, onunla bağlı suallar verə və cavablar ala, eləcə də özləri başqa istifadəçilərin suallarını cavablandıra və onlara məsləhətlər verə bilərlər. Mövzu daxilində sorğular (səsvermə) da keçirilə bilər. Suallar və cavablar forumun verilənlər bazasında saxlanılır və gələcəkdə həm forum iştirakçıları, həm də istənilən İnternet istifadəçisi üçün faydalı ola bilər. Forumların mövzuları həyatın bütün sahələrini əhatə etməklə çox rəngarəng ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Avropa Muzey Forumu
Avropa Muzey Forumu (ing. European Museum Forum - EMF) — Avropa Şurasının himayəsi altında fəaliyyət göstərən muzey təşkilatıdır.Avropa Muzey Forumu tərəfindən 1977-ci ildən bəri hər il "Avropada ilin muzeyi" müsabiqəsi keçirilir.
Avropa Tələbələr Forumu
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Avropa Tələbələri Forumu
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Azərbaycan Ziyalılar Forumu
Azərbaycan Ziyalılar Forumu — Azərbaycanda ictimai təşkilat. == Tarixi == Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılmışdır. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur. == Məqsədi == Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi Azərbaycanda ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. == Məşvərət Məclisi == Məşvərət Məclisi forumun fəaliyyətini planlaşdıran və onun qərarlarını həyata keçirən işçi orqandır. Bu orqan 27 iyun 2012-ci ildə yaradılmışdır. === Məşvərət Məclisinin tərkibi === Rüstəm İbrahimbəyov Ramiz Rövşən Cəmil Həsənli Rafiq Əliyev Eldar Namazov Gültəkin Hacıbəyli Çingiz Hüseynov Cavanşir Quliyev Musa Yaqub Eldəniz Quliyev Elçin Şıxlı Arif Əliyev Mehman Əliyev Qulu Məhərrəmli Ramiz Abutalıbov Arzu Abdullayeva Zəfər Quliyev Erkin Qədirli == Mənbə == YAP-çı deputat: "Özünü Ziyalılar Forumu adlandıran qurumda ziyalı yoxdur". mediaforum.az 28.12.2011 Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (az.) == İstinadlar == == Xarici keçidlər == Cəmil Həsənli Ziyalılar Forumu barədə.
Dünya Təhsil Forumu
Dünya Təhsil Forumu (ing. World Education Forum) — Dünyanın aparıcı təşkilatlarının təhsilə cəlb olunması istiqamətində fəaliyyət göstərən beynəlxalq qurum. == Tarixi == İlk Dünya Təhsil Forumu 2000-ci ilin aprelində Seneqalın paytaxtı Dakar şəhərində keçirilmişdir. Bu Forumda BMT-nin 5 agentliyi – Dünya Bankı, UNESCO, UNİCEF, UNFPA və UNDP rəhbərlərinin iştirakı ilə çağırılmışdır. Həmin forumda "Minilliyin İnkişaf Məqsədləri" müzakirə olunmuş və "Hamı üçün təhsil" sənədi qəbul edilmişdir. İlk Forum yeni əsrdə təhsilin məqsədlərini və aktual problemlərini müəyyənləşdirmişdir. Forum ayrı-seçkilikdən uzaq olan, müasir tələblərə çavab verən mükəmməl təhsil sisteminin formalaşmasını bir vəzifə kimi irəli sürmüş, hər bir ölkəyə öz milli proqramını hazırlamağı tövsiyə etmişdir. Həmin forumda 180 ölkə rəsmi şəkildə 2015-ci ilə qədər bütün uşaqların təhsilə cəlb olunması öhdəliyini götürmüşdür.2015-ci ildə "Minilliyin İnkişaf Məqsədləri"nin icra müddəti başa çatmışdır. Bu səbəbdən UNESCO və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 2015-ci il, 19–22 may tarixlərində Koreya Respublikasının İnçon şəhərində ikinci Dünya Təhsil Forumu keçirilmiş və 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində "Davamlı İnkişaf Məqsədləri" müzakirə edilmişdir. == İştirakçıları == Forumda iştirak edən qurumlar sırasına böyük təşkilatlar daxildir: UNESCO, Dünya Bankı, Asiya İnkişaf Bankı.
Dünya İqtisadi Forumu
Dünya İqtisadi Forumu (Davos İqtisadi Forumu) — Hər il İsveçrənin Davos şəhərində keçirilən dünya liderləri və tanınmış iş adamlarından ibarət toplantı. == Dünya İqtisadi Forumunun tarixi == Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvab 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında — potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir. == Dünya İqtisadi Forumunun əhəmiyyəti == İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.
Qlobal Bakı Forumu
Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2021-ci illər aralığında sayca 7 forum keçirilmişdir. == I Cənubi Qafqaz Forumu == Cənubi Qafqaz Forumu 2013-cü ilin 7–8 may tarixində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak etmişlər. Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağmünaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunmuşdur. İki gün davam edən foruma İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılmışdır. == II Qlobal Açıq Cəmiyyətlər Forumu == 2014-cü ilin 28–30 aprel tarixlərində Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilmişdir. Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak etmiş, nitq söyləmişdir. 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak etmişdir. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçısı da olmuşdur.Tədbirdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Freyberqa, İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərləri iştirak edirlər.
İnternet İdarəçilik Forumu
İnternet İdarəçilik Forumu (ing. Internet Governance Forum) — qlobal internet şəbəkəsinin dayanıqlı inkişafının və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir; gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır. == Tarixi == İnternet İdarəçilik Forumu 16-18 noyabr 2005-ci ildə Tunisdə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin qərarı ilə yaradılmışdır: Biz BMT-nin Baş katibindən 2006-cı ilin ikinci rübündə çoxtərəfli siyasi dialoq üçün İnternet İdarəçilik Forumu adlandırılacaq yeni forumu təşkil etməyi xahiş edirik. == Rolu və funksiyaları == Forumun rolu və funksiyaları "İnformasiya Cəmiyyəti üzrə Tunis Gündəliyi"nin 72-79 paraqraflarında müəyyən edilmişdir. Forumun əsas məqsədi internet idarəçiliyinə dair bir sıra məsələlərin müzakirəsindən və lazım olduqda beynəlxalq ictimaiyyətə tövsiyələr verməkdən ibarətdir. Forumun fəaliyyəti, funksiyası çoxtərəfli, demokratik və şəffaf həyata keçiriləcək. == Forumun mandatı == İnternetin davamlılıq, etibarlılıq, təhlükəsizlik, sabitlik və inkişafını gücləndirmək məqsədilə internet idarəçiliyinin əsas elementlərinə aid dövlət siyasəti məsələlərinin müzakirəsi; İnternet ilə bağlı müxtəlif kompleks beynəlxalq siyasət məsələləri ilə məşğul olan qurumların dialoqunun dəstəklənməsi və hər hansı mövcud qurumun səlahiyyətlərinə aid olmayan məsələlərin müzakirəsi; Müvafiq hökumətlərarası təşkilatlarla və digər qurumlarla onların səlahiyyətlərinə aid məsələlər üzrə qarşılıqlı əlaqə; Məlumat və ən yaxşı təcrübənin mübadiləsini asanlaşdırmaq bununla əlaqədar akademik, elmi və texniki birliklərin təcrübəsindən istifadə etmək; İnkişafda olan ölkələrdə internetin mövcudluğunu və əlçatanlığını artırmaq məqsədilə bütün marağı olan tərəflərə müvafiq yol və vasitələri məsləhət görmək; Marağı olan tərəflərin mövcud olan və ya gələcək internet idarəçilik mexanizmlərində (xüsusən də inkişafda olan ölkələrdə) iştirakının genişləndirilməsi və gücləndirilməsi; Aktual məsələləri müəyyən etmək, onları müvafiq qurumların və geniş ictimaiyyətin diqqətinə çatdırmaq, lazim olduqda tövsiyələr vermək; Yerli bilik və təcrübə mənbələrindən istifadə etməklə inkişafda olan ölkələrdə İnternet idarəçiliyi üçün nəzərdə tutulan potensialın yaradılmasına töhfə vermək; İCÜS prinsiplərinin internet idarəçiliyi proseslərində tətbiqini daim təşviq etmək və qiymətləndirmək; Vacib internet-saytlarla bağlı məsələləri müzakirə etmək; İnternetdən istifadə və sui-istifadə ilə bağlı məsələlərin (xüsusən gündəlik istifadəçilər üçün əhəmiyyət daşıyan məsələlər) həlli yollarının tapılmasına dəstək; Fəaliyyətin nəticələrini dərc etmək. == Konfransları == Forumunun 7-ci konfransı 6-9 noyabr 2012-ci il tarixlərində Bakıda keçiriləcək.
Bakı Beynəlxalq Humanitar Forumu
Bakı Beynəlxalq Humanitar Forumu — bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən keçirilən tədbirdir. Forum Azərbaycan Respublikasında keçirilir. == Ümumi məlumat == 2010-cu ilin yanvarında Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Dmitri Medvedev təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu. Forumun əsas məqsədi — humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir, dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər üzrə Nobel mükafatçılarının və beynəlxalq qurumların rəhbərləri, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Forum təşkilatçıları sırasına həmçinin dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləri daxildir. === I Bakı Beynəlxalq Humanitar Forumu === 2011-ci ilin 10–11 oktyabr tarixlərində keçirilən "XXI Əsr: ümid və çağırışları" adlı forum çərçivəsində dünyanın 20 dən çox ölkəsindən qonaqlar iştirak ediblər.Yeddi sahə üzrə dəyirmi masalar təşkil edilmişdir: Multikulturalizm: nailiyyətlər və problemlər Dünyanı dəyişdirən müasir texnologiyalar Elmlərin konvergensiyası Biotexnologiyalar və etikanın problemləri İnkişafın iqtisadi modelinin humanitar aspektləri Sosial jurnalistika və yüksək texnologiyalar Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri === II Bakı Beynəlxalq Humanitar Forumu === İkinci Bakı Beynəlxalq Humanitar Forumu 2012-ci il oktyabrın 4–5 keçirildi. Forumda 74 ölkəni və 10 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak etmişdir.
I Milli Vikipediya Forumu
Azərbaycan Vikipediyaçılarının I Milli Forumu — 10 mart 2014-cü il tarixində Bakıda Park Inn otelində Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər adı altında keçirilmişdir. Forumda bu sahənin mütəxəssisləri bir araya gətirilmiş, Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsi aparılmışdır, problemlərin və onların həlli yollarının müzakirəsi də baş tutmuşdur. Forum ölkənin Vikipediya mütəxəssisləri və istifadəçiləri, ziyalılar və elm adamları, internet ictimaiyyətinin fəalları, ictimai sferanın nümayəndələrinin iştirakı ilə baş tutmuşdur. Forumun proqramı 2 paneldən ibarət olmuşdur. Panel 1: Azərbaycandilli Vikipediyanın inkişaf dinamikası. Spikerlər.Aydın Mirzəzadə (Millət vəkili, Vikipediya idarəçisi) Hamlet İsaxanlı (Xəzər Universitetinin rektoru) İradə Ələkbərova (Vikipediya idarəçisi) Rasim Mahmudov (Sosial Media eksperti)Moderator: Rauf Mərdiyev ("İRƏLİ" İctimai Birliyinin sədri)Panel 2: Azərbaycandilli Vikipediyada mövcud problemlər və onların həlli yolları. Orxan Quliyev (Vikipediya idarəçisi) Rəşad Əliyev (Xəzər Universiteti İT Məktəbinin rəhbəri) Fərid Sadıxlı ("ASAN könüllüləri" gənclər təşkilatının sədri) Elgün Ataliyev (Vikipediya idarəçisi)Moderator: İradə Ələkbərova (Vikipediya idarəçisi)Eyni zamanda forum müddətində Vikipediyanın inkişafı istiqamətində əsaslı addımlar atılması üçün fəaliyyət planının və Azərbaycanda Vikipediyanın inkişafını təmin etmək üçün təkliflər paketi hazırlanmışdır. Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənmişdir. Azərbaycan dilli Vikipediyada isə hal-hazırda 196.087 məqalə var.
Qaz İxracatçısı Ölkələrinin Forumu
Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ing. Gas Exporting Countries Forum (GECF)) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər. Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.
İslam Əməkdaşlıq Gənclər Forumu
İslam Əməkdaşlıq Gənclər Forumu (bundan sonra "Forum") İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin aparıcı çətir gənclər təşkilatlarını birləşdirən beynəlxalq, qeyri-kommersiya, tərəfsiz təşkilatdır. İƏT regionunda fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatları və dünya miqyasında əhəmiyyətli müsəlman azlıqları təmsil edən gənclər təşkilatıdır. İKGF-nin ən yüksək qərar qəbul edən orqanı onun Baş Assambleyasıdır. == Tarixi == Forum 1–3 dekabr 2004-cü il tarixlərində Bakıda keçirilmiş Təsis Baş Assambleyasında İslam Konfransı Xarici İşlər Nazirlərinin 14-cü ili tarixində keçirilmiş 31-ci Sessiyasında qəbul edilmiş 15/31-C saylı qətnaməyə əsasən yaradılmışdır. 16 iyun 2004-cü il, İstanbul, Türkiyə Respublikası; və 28–30 iyun 2005-ci ildə Sənada keçirilmiş İslam Konfransı Xarici İşlər Nazirlərinin 32-ci Sessiyasında qəbul edilmiş 3/32-C saylı qətnaməyə əsasən İƏT-ə bağlı qurum statusu verilmişdir. Forum "Türkiyə Respublikası Hökuməti, İslam Konfransı Təşkilatı və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclik Forumu (İKGF) arasında İstanbulda yaradılması haqqında Saziş əsasında Türkiyə Respublikasında hüquqi şəxs kimi qeydiyyata alınıb. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF)" – Müvafiq Tərəflər tərəfindən 15 may 2008-ci ildə Ankarada imzalanmış və 2009/15638 saylı Fərmanla qüvvəyə minmiş (15 dekabr 2009-cu il tarixli rəsmi qəzet №: 27433). Bu cərəyan Xartiya və Ev Sazişi Forumun hüquqi bazasını təşkil edir. Forumun fəaliyyəti bu Nizamnamədən, Forumun rəhbər orqanlarının müvafiq qərarlarından irəli gəlir və İƏT Xarici İşlər Nazirləri Şurasının və İslam Konfransı Gənclər və İdman Nazirlərinin müvafiq qərarlarına uyğun olaraq həyata keçirilir. == Məqsədləri == İKGF İƏT gənclərinin potensialını vətəndaş iştirakını, hərtərəfli təhsili, potensialın gücləndirilməsini və işsizlik, sağlamlıq və sağlamlıq, məhdud imkanlar, ekstremizm və sosial təcrid kimi kritik problemləri həll edən ən yaxşı təcrübələri inkişaf etdirən strategiyalar, siyasət çərçivələri, proqramlar və layihələr vasitəsilə inkişaf etdirir.
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi
İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Baş Qərargahı Bakıda olan İKGF-nin orqanıdır və onun mandatı altında üzv olan ölkələrdə İCY-ERC-nin baxış və missiyasını həyata keçirir. Mərkəz Ev Sahibi Ölkə Sazişinə və İKGF Baş Assambleyasının və Mərkəzin İdarə Heyətinin qərarlarına əsasən fəaliyyət göstərir. Mərkəzin baş icraçı direktoru (Mərkəzin rəhbəri) mərkəzin Baş direktorudur. == Tarixi == 18 may 2010-cu il tarixində Tacikistanın Düşənbə şəhərində ICGF-DC-nin Baş katibi cənab Elşad İskəndərov və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov ICFM-nin 37-ci sessiyası çərçivəsində Avrasiya Regional Mərkəzinin yaradılması önə sürdü. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş 1049-IIIQ nömrəli qanuna əsasən, hazırda İƏT-də gənclər təşkilatlarının koordinasiya fəaliyyətini diplomatik statuslu və Baş Qərargahı Bakıda yerləşən Avrasiya Regional Mərkəzi həyata keçirir. Mərkəzi Asiya ölkələrindən olan dövlətlər, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində yaşayan müsəlman azlıqları təmsil edən gəncləri əhatə edir.
Çorum
Çorum — Türkiyənin Çorum ilinin inzibati mərkəzi.
Grup Yorum
Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı türk musiqi qrupudur. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup, bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır. == Tarixçə == 1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir.
Lorum (Hurand)
Lorum (fars. لروم‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 397 nəfər yaşayır (83 ailə).
Qrup Yorum
Grup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı türk musiqi qrupudur. 1985-ci ildən indiyədək siyasi baxışlarını musiqi vasitəsilə cəmiyyətə çatdırmağa çalışmışlar. Bu səbəbdən yarandığı vaxtdan bu günə qədər qrup 400 dəfədən çox məhkəməyə verilmişdir. 15 üzvü həbs edilmiş və çıxardıqları 20 albomla 2 milyondan çox satış həyata keçirmişlər. 1987-ci ildən indiyədək 20 albom çıxaran, Türkiyə və Avropada hər il konsert verən qrup, bununla yanaşı, yüzlərlə kütlə hərəkatına, küçə nümayişinə, tətilə, fabrik və universitet işğalına qatılmışdır. Uzun illər konsert keçirmələrinə mane olunmuş, üzvləri nəzarətə götürülmüş, həbs edilmiş və bir çox şəhərlərdə disklərinin satışına qadağa qoyulmuşdur. Albomları mahnılarında cinayət ünsürləri olduğu iddiası ilə rəsmi olaraq yığılmışdır. == Tarixçə == 1980-ci ildə Türkiyədə reallaşan hərbi zərbəyə və ondan sonrakı siyasətə müqavimət məqsədilə Mərmərə Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 4 tələbəsi (Kamal Sahir Gürəl, Tuncay Akdoğan, Metin Kahraman, Ayşəgül Yordam) bir araya gələrək 1985-ci ildə qrupu yaratdılar. Qrup musiqi qrupu olmaqdan əlavə müxalif düşüncənin, hüquq və azadlıqlar uğrunda mübarizənin də öndə gələn adlarından biri olmuşdur. Anadolu və orda yaşayan xalqların səsini inqilabçı-sosialist bir musiqi anlayışıyla eşitdirməyi əsas məqsəd seçmişdir.
Çorum ili
Çorum ili — Türkiyənin Qara dəniz regionunda il.
Forur adası
Forur adası (fars. فرور بزرگ‎‎) — Hind okeanının Fars körfəzində İrana məxsus ada. Kiş adasının cənub-şərqində, Bəndər Abbasdan təxminən 230 km cənub-qərbdə yerləşir. İnzibati cəhətdən Hörmüzgan ostanın Əbumusa şəhristanı Mərkəzi bəxşinə daxildir. Ən hündür nöqtəsi 162 m-dir. Adada mayak var.. 16 km cənub-qərbdə Bəniforur adası yerləşir.
Con Frum hərəkatı
Con Frum hərəkatı (ing. John Frum) — qeyri-ənənəvi inanclardan biri. Tanna adasında sitayiş obyekti Amerika olan kult. 1930-cu illərdə meydana çıxan bu inanca görə, Con Frum adlı bir amerikalı onun ardınca gedən hər kəsə zənginlik bəxş edəcək. Frum bəzən yerli əhali kimi qaradərili, bəzən isə ağdərili təsvir olunur. Məşhur təbiətşünas və rejissor ser Devid Attenboro yerli əhalinin öz kumirlərini belə xarakterizə etdiyini söyləyir: "O, sizə oxşayır. Onun sifəti ağdır, hündürboydur. Özü isə uzaq Cənubi Amerikada yaşayır". == Mənbə == Güney Namazova. Ən qəribə inanclar.
Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Bodrum
Bodrum (türk. Bodrum) — Türkiyənin Muğla ilində şəhər. Bodrum əhalisi 2021(türk.bilgi xidmetine göre) 187.284 nəfərdir. == İqlim == İqlim etibarilə Egey və Aralıq Dənizi iqlimlərinin sintezindən ibarət olan bir xüsusiyyətə malikdir. Yarımada olaraq mikro kondisioner xüsusiyyəti göstərər. Yay aylarında az qala heç nəm tapılmaz. Qış aylarında isə nəmişlik olduqca aşağıdır. Yay ayları isti və quraq, qış ayları isə olduqca ilıq və yağışlıdır. 1970-ci ildən bu yana qar yalnız 2004-ci ilin Fevral ayında yağmış və qarın qalınlığı orta hesabla 5 sm olmuşdur. Yarımada bitki örtüyü olaraq çox diqqətə çarpan bir şəkildə ikiyə ayrılmışdır.
Borium
Borium (Bh) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 107-ci element.
Boxum
Boxum (alm. Bochum‎) — Almaniyada şəhər. Əhalisinin sayına görə (365.742) Almaniyanın 16-cı ən böyük şəhəridir.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Dorud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Doğum
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Faruc
Faruc — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Faruc şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,039 nəfər və 2,639 ailədən ibarət idi. Əhalisi əsasən Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar. Faruc şəhərində qismən Farslar və Kurmanclar da yaşayırlar. Şəhərin Türk kökənli əhalisini əsasən Qarayilər təşkil edir.
Farux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır.
Forel
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur.Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər. Suda temperatur yüksəldikdə (25° C-dən artıq) və oksigenin miqdarı azaldıqda (1 litrdə 4 sm3-ə endikdə) alabalıqlar özünü pis hiss edir, böyümədən qalırlar.
Forki
Forki, Forkis, Fork (q.yun. Φόρκυς q.yun. Φόρκυς Φόρκυς) — qədim yunan mifologiyasında dəniz xthonik tanrısı, fırtınalı dəniz tanrısı, möcüzələr tanrısı. Pontla və Geyanın oğlu və ya Uran və Geyanın oğlu və ya Pontla Tefidanın oğlu . Dəniz tanrısının qardaşı və əri, uçurumun qəddar tanrısı Keto . Birlikdə bütün dəniz fırtınalarına əmr verir, dəniz bədheybətləri ilə dənizçilərdə qorxu yaradırdılar. əmr verdilər, dəniz canavarlarını meydana gətirdilər. Qorgon və Qrayalar ; Hesperidlər (versiyaya görə); hesperidlərin qızıl alma qəyyumu yüz başlı əjdaha Ladon, ; sirenalar (versiyaya görə) və Yexidna onların övladlarıdır. (versiyaya görə). Həm də Forki həm də şəhərin sərhədlərini qoruyan tanrıya Troya çarının minnətdarlıq etmədiyinə görə Poseydonun sakinlər üzərində nəzarət üçün qoyduğu Troya dəniz əjdahasının atası olmuşdur.
Tullan, görüm! (film, 2007)
Tullan, görüm! (ing. Jump In!) — 2007-ci ildə çəkilən Disney Channel orjinal filmidir. Baş rollarda — Korbin Blyu və Keke Palmer. Film ilk dəfə 12 yanvar, 2007-ci ildə nümayiş etdirilmişdir. == Rollarda == Korbin Blyu Keke Palmer Devid Reivers == Xarici keçidlər == Tullan, görüm! — Internet Movie Database saytında.
Forli
Forli — (Romangna ləhcəsi: furl, Latınca: Forum Livin) İtaliyanın Emilia-Romagna regionunun və Forli-Cesena vilayətinin mərkəzidir.
Formul
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Fərim
Fərim — İranın Mazandaran ostanının Sari şəhristanının Dodangə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 180 nəfər və 50 ailədən ibarət idi.
Dözüm
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.