Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fraksion kristallaşma
Fraksion kristallaşma — maqmada kristallaşan mineralların qravitasion çökməsi qalıq mayenin sıxılıb çıxarılması və başqa proseslər nəticəsində maqmatik ərinti və ya məhlul ilə bərk faza arasındakı qarşılıqlı təsirin kəsilməsi. Fraksion kristallaşma diferensial kristallaşma şəklində baş verir. Bu proses təbii ərintilərin (maqmanın) diferensiasiyasının əsas yollarından biridir. == Həmçinin bax == Qravitasion çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Friksion işsizlik
Friksion işsizlik — o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır.
Friksion ötürməsi
Friksion ötürmə (lat. frictio — sürtünmə) - öz aralarındakı sürtünməni mexaniki enerjini ötürmək üçün istifadə eən kinematik cütlükdür. Elementlər arasında sürtünmə quru, səddi və mayeli ola bilər. Mayeli sürtünmə daha əlverişli sayılır, çünki, o friksion ötürmənin uzunömürlülüyünü artırır. Təsnifatı Friksion ötürmələr olurlar: Quruluşuna görə: paralell vallarla, kəsişən vallarla, xarici kontaktla, daxili kontaktla. Ötürmə ədədinin variasiya olunma imkanlarına görə: tənzimlənməyən və tənzimlənəbilən. === Tətbiq sahəsi === Dayaq səthləri ilə sürtünmə qüvvəsi sayəsində kontakda olan yayma dəzgahlarının valları, friksion variatorlarla işləyn reduktorlar, nəqliyyat vasitələrinin aparıcı təkərlərində geniş tətbiq tapır. === Mənbə === Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.
İraklion
İraklion (həmçinin Heraklion, yun. Ηράκλειο, translit. İrakleio) — Yunanıstanın Krit adasının ən böyük şəhər və inzibati mərkəzi, Yunanıstanın ən böyük dördüncü şəhəri. 2011-ci ilin əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 140.730 nəfər idi. Parisdə yerləşən Avropa Sualtı Arxeologiya İnstitutunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu dənizin dibində həmin şəhərin qalıqlarını tapmışlar. Suyun altında qalmış qədim şəhərin qalıqları içərisində məbəd və məbəddə qoyulmuş Yunan allahlarının qədim heykəllərinin qalıqları da aşkar edilmişdir. Qədim Heraklion şəhərinin qalıqları bir təsadüf nəticəsində aşkar edilib. Belə ki, sualtı arxeoloqlar 1798-ci ildə Britaniya hərbiçiləri tərəfindən vurulmuş Napoleonun Hərbi Dəniz Donanmasına məxsus gəminin qalıqlarını dənizin dibindən çıxardarkən şəhərin qalıqlarına rast gəlmişlər. Bu qədim şəhər bir göz qırpımında yoxa çıxmışdır. E.ə.
Aksion
Aksion — fizikada atom nüvələrini parçalanmaqdan qoruyub saxlayan güclü qarşılıqlı təsiri modelləşdirərkən istifadə olunan hipotetik zərrəcikdir. Bir aksion bir elektrondan trilyon dəfə yüngüldür, lakin bir kub santimetrdə onların sayı yüz milyard ola bilər. WIMPs zərrəciklər Ağ Yolun qaranlıq qalosunda annihilyasiya edərək qamma-şüalar, antiproton və pozitronlar buraxa bilər. Belə bir şüalanmanı ümumiyyətlə, müşahidə etmək olar, lakin onu Qalaktikanın ümumi şüalanmasından ayırmaq çətin bir məsələdir.
Reaksion əvəzlənmə
Reaksion əvəzlənmə - ilkin və ya əvvəlcə əmələ gəlmiş minerallarla məhlullar arasında gedən metasomatik reaksiyalar nəticəsində yeni mineralların və eləcə də "sülb məhlulların" (dəyişkən tərkibli mineralllar) əmələgəlmə prosesi. Bu reaksiyalarda həm əvəzlənən mineralların kimyəvi komponentləri, həm də məhlullar vasitəsilə gətirilən-çıxarılan kimyəvi elementlər iştirak edir. Bu zaman ilkin mineralların reaksion minerallarla əvəzlənməsi eyni zamanda sülb halında baş verir. Mineral Sülb məhlul Kimyəvi element Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Zinnur Uraksin
Zinnur Uraksin (başq. Ураҡсин Зиннур Ғәзиз улы; 5 noyabr 1935 – 3 mart 2007, Ufa, Başqurdıstan, Rusiya) — Sovet və rus dilçi-türkoloq, yazıçı, ictimai xadim. Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki (1991), filologiya elmləri doktoru (1976), professor (1983). 1956-cı ildən Fedorovski rayonunun Saitovskaya kəndində ibtidai məktəbində, 1957-ci ildən Orenburq vilayətinin Allaberdin 7 illik məktəbində dərs demişdir. 1958-1959-cu illərdə Zarya Kommunizma qəzetinin (Orenburq vilayətinin Tyulqan kəndində) şöbə müdiri idi. 1963-cü ildə Başqırd Dövlət Universitetini bitirdikdən sonra Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləyir. 1968-ci ilin iyulundan baş elmi işçi, dekabrdan sektor müdiri, 1977-ci ildən direktor müavini, 1988-ci ildən direktor, 2002-ci ildən şöbə müdiri, 2005-ci ildən baş elmi işçi işləyir. 1966-cı ildə Talmas Qaripovun rəhbərliyi altında "Müasir başqırd ədəbi dilində frazeoloji sinonimlər" namizədlik dissertasiyasını, 1975-ci ildə "Başqırd dilinin frazeologiyası" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda 1992-ci ildən Humanitar Elmlər Bölməsinin akademik-katibi, 1996-2005-ci illərdə Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti olur. 1993-1998-ci illərdə Elmi Redaksiya Şurasının sədri və Başqırd Ensiklopediyasının baş redaktoru, 1994-2004-cü illərdə Başqırdıstan Respublikası Prezident Şurasının üzvü, 1995-2002-ci illərdə Başqırdların Ümumdünya Qurultayının (Konqresinin) İcraiyyə Komitəsinin sədr müavini.
İraklion Təsviri sənət Muzeyi
İraklion Təsviri sənət Muzeyi (yun. Μουσείο Εικαστικών Τεχνών Ηρακλείου) — Yunanıstanda, Krit adasında yerləşən İraklion şəhərində müasir təsviri sənət muzeyi. İraklion Təsviri sənət Muzeyi 2000-ci ildə yaradılmışdır. Muzey Venizelos meydanı yaxınlığındakı Nimfon küçəsində keçmiş müqəddəs Mark kilsəsində təşkil olunmuşdur. Muzeydə Krit adasının məşhur tarixi və müasir incəsənətini əks etdirən sənət əsərlərinin kolleksiyası toplanmışdır. Bu eksponatların nümayişi ilə yanaşı, muzeydə müxtəlif musiqi kollektivlərinin konsertləri təşkil olunur, nəşriyyat işi aparılır, seminar və konfranslar keçirilir.
Təsviri Sənət Muzeyi (İraklion)
İraklion Təsviri sənət Muzeyi (yun. Μουσείο Εικαστικών Τεχνών Ηρακλείου) — Yunanıstanda, Krit adasında yerləşən İraklion şəhərində müasir təsviri sənət muzeyi. İraklion Təsviri sənət Muzeyi 2000-ci ildə yaradılmışdır. Muzey Venizelos meydanı yaxınlığındakı Nimfon küçəsində keçmiş müqəddəs Mark kilsəsində təşkil olunmuşdur. Muzeydə Krit adasının məşhur tarixi və müasir incəsənətini əks etdirən sənət əsərlərinin kolleksiyası toplanmışdır. Bu eksponatların nümayişi ilə yanaşı, muzeydə müxtəlif musiqi kollektivlərinin konsertləri təşkil olunur, nəşriyyat işi aparılır, seminar və konfranslar keçirilir.