Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart, Vürtemberq krallığı[d] – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi.Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Ferdinand Hodler
Ferdinand Hodler (alm. Ferdinand Hodler‎; d. 14 mart 1853, Bern, İsveçrə – ö. 19 may 1918, Cenevrə, İsveçrə) — XIX əsrin ən məşhur İsveçrə rəssamlarından biri idi. Əsərləriylə ekspressionizm sənətçilərinə böyük ölçüdə təsir edən şəxslərdən biri olmuşdur. == Həyatı və fəaliyyəti == Hodler 1853-cü ildə Berndə altı uşağın ən böyüyü olaraq dünyaya gəlmişdir. Atası Jan Hodler az pul qazana bilən bir dülgər idi. Anası Marqerit isə əslən kəndli bir ailədən idi. Səkkiz yaşına gəldiyində atasını və iki qardaşını vərəm xəstəliyi nəticəsində itirdi. Anası bir dekorativ rəssam ilə ikinci dəfə evləndi.
Holden Kolfild
Holden Kolfild (ing. Holden Caulfield) - amerikan yazıçı Cerom Selincerin Çovdarlıqda uçurumdan qoruyan adlı romanının əsas qəhrəmanı. Bu obraz gənclərin etirazının və nonkomformizminin əsas simvoluna çevrilmişdir. Bu adda personaj ilk dəfə olaraq Selincerin 1941-ci ildə yazdığı və The New Yorker qəzetində yayımlanan "Are You Banging Your Head Against a Wall?" hekayəsində yer almışdır. Bundan sonra isə 1946-cı ildə yazılmış "Medison prospektində yüngül qiyam" adlı hekayədə də Holden Kolfild obrazı peyda olmuşdur. Bu hekayədə Holdenin Sally Hayes ilə qaçmaq istəyi, Carl Luce ilə içməsi və sərxoş olduqdan sonra Salliyə zəng açmasından bəhs olunur. Sonradan isə bu hekayə müəllif tərəfindən daha da təkmilləşdirilərək romanın 17-ci bölməsini təşkil etmişdir. == Personajın xarakteri == Yaxşı təminatlı və imtiyazlı bir həyat üçün doğulmuş Kolfild, özünün də yaşadığı elitar mühitə xor baxır. O, yaşadığı cəmiyyətin dəyər anlayışına şübhə ilə yanaşır və bəzən də cəmiyyət tərəfindən qəbul olunmuş davranış qaydalarını rədd edir. Holdenin əsas xarakterik xüsusiyyətləri diqqətcillik, öz-özünü təhlil etmə, acıdillilik və kinayədir.
Holger Pedersen
Holger Pedersen(dan. Holger Pedersen; 7 aprel 1867[…] – 25 oktyabr 1953[…], Hellerup[d], Qentofte[d]) — danimarkalı dilçi. == Həyatı == Holger Pedersen 1867-ci ildə Gelball Koldinqdə anadan olmuşdur. Türkologiyada əski Türk yazılanın araşdırmaqla tanınmışdır. Alim slavyan dilləri üzərində də tədqiqat aparmışdır. Hind-avropa dilləri ilə bağlı araşdırmalarının müəllifidir. Pedersen hind-avropa dillərinin fonetikasına. Hind toxar, kelt və erməni dillərinə aid əsərlər yazmışdır. Onun “Vergleichende Grammatik der keltischen Sprachen” (ikicildlik, 1908- 1911), “Albanische Texte mit Glossar” (1895) “Russische Grammatik” (1916) və s. əsərləri məşhurdur.
Uilyam Holden
Vilyam Holden (ing. William Holden; 17 aprel 1918 — 12 noyabr 1981) — Amerika aktyoru. "Oskar" qalibi (1953).
Vilyam Holden
Vilyam Holden (ing. William Holden; 17 aprel 1918 — 12 noyabr 1981) — Amerika aktyoru. "Oskar" qalibi (1953).
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarı ilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251-252.
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslərFuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu.Fuad ƏliyevFuad Əliyev (rejissor) — rejissor Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).Fuad Hüseynzadə — jurnalist, yazıçı Fuad MustafayevFuad Mustafayev (ANS) — ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri sədri Fuad Mustafayev (siyasətçi) — BDU-nin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dekan müaviniFuad Qafarov — SSRİ Rəssamlar İttifaqının üzvü Fuad Seyidzadə — azərbaycanlı memar Fuad Süleymanov — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad QuliyevFuad Quliyev (siyasətçi) — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini (5 mart 1994 — 2 may 1995) Fuad Quliyev (həkim) — Azərbaycanlı onkouroloq.
Lund
Lund — İsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir.Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır. == Tarixi == Lund şəhəri qədim tarixə malikdir.
Bəşir Fuad
Bəşir Fuad (1852-1887) — jurnalist, hərbçi. == Həyatı == Bəşir Fuad 1852-ci ildə anadan olub. Ata tərəfi Abdülhamidin yaxın xidmətçilərindən gürcü əsilli Hamdi Mahmud Paşadır. Hurşit Paşanın oğludur. Adanada məmur olmuşdur. Anası haqqında tək bilgi isə 1886-cı ilin martında bir xəstəlikdən öldüyüdür.Maddi baxımdan heç bir ehtiyacı olmayan Bəşir Fuad təhsilinə Fatih Rüştiyəsində başlayıb.Ailəsinin Suriyaya köçməsiylə təhsilini Cizvit şəhərində davam etdirib. 1867-1870-ci illər arasında İstanbulda Əskəri Məktəbdə oxuyub. 1871-ci ildə girdiyi Məktəb-i Hərbiyəni bitirincə yavər olaraq Abdülazizin sarayında işləməyə başlayıb. 1875-1876 Serb müharibəsində olub, könüllü olaraq 1877-1878-ci illərdəki Rus savaşı və Girit üsyanlarında yavərlik edib.Beş il Giritdə qalıb.Bu illər ərzində almanca və ingiliscə öyrənib.İstanbula qayıdıb və 1881-1884-cü illərdə müxtəlif vəzifələrdə çalışıb. 1884-cü il onun yazı həyatında ən məhsuldar il olub.İlk yazısı 1883-cü ildə çap olunub.1884-cü ildən çevirilərə üz tutub, müxtəlif nəşrlərdə ədəbiyyata aid yazılar yazıb və iki dərgi çıxarıb.
Cund (Kəleybər)
Cund (fars. جند‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (17 ailə).
Ed Find
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
Esmira Fuad
Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru. == Həyatı == Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib. == Elmi fəaliyyəti == Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub.
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. == Qiymətli kağızlar bazarının infrastrukturu == == Tarixi == Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Fuad Abbasov
Fuad Abbasov (15 dekabr 1976, Bakı) — Azərbaycan jurnalisti. == Həyatı == Fuad Abbasov 1976-cı il dekabr ayının 15-də Bakı şəhərində doğulub. 1990-cı illərdə İstanbul Universitetinin jurnalistika fakultetini bitirib.Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu. Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib. === Rusiyadan deportasiyası === Fuad Abbasov 2019-ci il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Moskva Şəhər Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib.İyunun әvvәlində Moskva Apellyasiya mәhkәmәsi birinci institutiyası mәhkәmәsinin qәrarını qüvvәdә saxlayıb. Jurnalist saxlanarkən təzyiqlərə məruz qalıb.
When I Was Older
"When I Was Older" — amerikalı müğənni Billi Aylişin mahnısı. Meksikalı rejissor Alfonso Kuaronun 2018-ci ildə çəkdiyi "Roma" filminin soundtrekində yer alıb. Mahnı 9 yanvar 2019-cu ildə Sony Masterworks tərəfindən sinql kimi buraxılıb. Mahnı sonralar onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Fuad Aslanov
Fuad Alxan oğlu Aslanov (28 iyun 1976; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən boksçu və referi. 1995-2004-cü illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Fuad Aslanov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Fuad Aslanov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Fuad Aslanov 1976-cı il iyunun 28-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == === 1995-1996-cı illər: Dünya və Avropa Çempionatlarında uğursuzluqlar === Fuad Aslanovun birinci beynəlxalq turniri 1995-ci ilin 6-14 mayında Almaniyanın Berlin şəhərində baş tutan Dünya Çempionatı oldu. Fuad Aslanovun turnirin 1/16 final mərhələsində rəqibi Çexiya nümayəndəsi Qabriel Hencz oldu. Həmin görüşdə 18 yaşlı Fuad Aslanov rəqibinə 2:12 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.Fuad Aslanovun növbəti turniri 1996-cı ilin 30 mart-6 aprelində Danimarkanın Vejle şəhərində baş tutan Avropa Çempionatı oldu. Bu turnirdə də Fuad Aslanov uğursuzluqla üzləşdi.
Fuad Axundov
Fuad Axundov (bioloq) — biologiya elmləri namizədi. Fuad Axundov (tədqiqatçı) — Bakının tarixini tədqiq edən tədqiqatçı.
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub.1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib. == Ailəsi == İki oğlu, dörd nəvəsi vardır.
Fuad Babayev
Fuad Babayev (tam adı: Fuad Yavər oğlu Babayev; 14 avqust 1967, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il avqustun 14-ü Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti-iqtisad fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə Çexoslovakiyada hərbi xidmətə yollanmış, hərbi xidməti başa vurduqdan sonra Fuad Babayev təhsilini yenidən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti-iqtisad fakültəsində davam etdirmişdir. Qanlı Yanvar faciəsi ərəfəsində IV kurs tələbəsi idi.Bundan əlavə, 6 nömrəli tikinti idarəsində işləyirdi.Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gecə güllə səslərinə bayıra çıxmışdır. Yoldan keçən şəxslərdən Biləcəri yoxuşunda, XI Qızıl Ordu meydanında dinc əhalinin atəşə məruz qaldığını eşidən 23 nəfər cavan oğlan məsləhətləşirlər ki, Qızıl Ordu meydanına gəlib yaralananlara kömək etsinlər. Onlar Qızıl Ordu meydanına çatanda artıq əsgərlər dinc əhaliyə divan tutmağa başlamışdı. Gənclər Respublika Xəstəxanasına tərəf qalxırlar. Üzərinə tank gələrkən Fuad dəmir köşkünarxasında qorunmağa çalışsa da, atılan güllələr ona orada dəymişdir.[1] Güllələrdən biri dizindən dəyib dabanından çıxmış, digəri isə boğazından dəyərək onurğa sümüyünü çilik-çilik etmişdir.
Fuad Bağırov
Fuad Allahverdi oğlu Bağırov (3 noyabr 1991; Şirvan, Azərbaycan — 1 fevral 2022; Alagöllər, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olmuşdur. 1998-2009-cu illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Ailəli idi, 1 oğul və 1 qızı yadigar qaldı. == Hərbi xidməti == Fuad Bağırov 2013-cü ildə "leytenant" rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlamışdır. === Aprel döyüşləri === 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Fuad Bağırov zabit olaraq döyüşlərdə iştirak etmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Müharibədən sonra Fuad Bağırov qısa zamanda "baş leytenant" rütbəsinə yüksəlmişdir.
Hödər (Salmas)
Hödər (fars. هدر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kəndin əhalisini Azərbaycan Türklərinin Kürəsinli tayfası təşkil edir. 2006-cı il məlumatına görə kənddə 1,036 nəfər yaşayır (210 ailə).
Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Kalder
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Molyer
Jan Batist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622[…], Paris – 17 fevral 1673[…], Paris) - böyük fransız komediya yazarı, Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. == Həyatı == Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlamışdır. Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s.
A.Heller
Amos Artur Heller (ing. Amos Arthur Heller, 1867, ABŞ — 1944, ABŞ) — amerika botaniki. Herbari kolleksiyaçısı. == Əsərləri == "Observations on the ferns and flowering plants of the Hawaiian Islands" A.A.Heller, Minnesota Botanical Studies. 1897. "Catalogue of North American plants North of Mexico, exclusive of the lower Cryptogams" Amos Arthur Heller 1898.
Boris Kolker
Boris Qriqoryeviç Kolker (rus. Бори́с Григо́рьевич Ко́лкер; 15 iyul 1939, Tiraspol, Moldova MSSR, SSRİ) — sovet esperantoloqu, dil pedaqoqu və tərcüməçi, müxtəlif bilik səviyyələri üçün bir neçə esperanto dili dərsliyinin müəllifi. == Həyatı == Boris Kolker 15 iyul 1939-cu ildə Moldova MSSR-in Tiraspol şəhərində doğulmuşdur. Anası - iqtisadçı Fanya Samoylovna Kolker Xarkov Ticarət İnstitutunun məzunudur; atası — Qriqori Davidoviç Kolker, tərtibatçı-rəssam və fotoqrafdır. 1940-cı ildə ailə Kişinyova köçmüşdür. 1944-1965-ci illərdə Moldova SSR-nin Kişinyov şəhərində, 1965-1993-cü illərdə isə Başqırdıstan MSSR-in Birsk və Ufa şəhərlərində yaşamışdır. 1993-cü ildən ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayır. 1962-ci ildə Kişinyov Universitetini "Rus dili, ədəbiyyatı və fransız dili" ixtisası üzrə bitirib. 1985-ci ildə SSRİ EA-nın Dilçilik İnstitutunda ümumi dilçilik ixtisası üzrə esperanto mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Kişinyovda Krupskaya adına Respublika Kitabxanasında biblioqraf, Birsk Pedaqoji İnstitutunun və Başqırd Pedaqoji İnstitutunun xarici dillər fakültələrində baş müəllim, Ufa Aviasiya İnstitutunda tərcüməçi, Ufa Mühərrik İstehsalı Zavodunda Reno fransız maşınqayırma şirkətinin mütəxəssislərinin tərcüməçisi, VNİİ-nin neft sənayesi geofizikasında baş elmi işçi və tərcümə bürosu müdiri işləmişdir.
Ceyms Horner
Ceyms Roy Horner (14 avqust 1953[…], Los-Anceles, Kaliforniya – 22 iyun 2015[…], Los-Padres Milli Parkı[d], Kaliforniya və ya Santa-Barbara, Kaliforniya) — Britaniya Akademiya Film mükafatı, Qremmi mükafatı və Qızıl Qlobus mükafatılı, ABŞlı bəstəkar, orkestr yazıçısı, orkestr rəhbəri və film musiqisi bəstəkarı. == Həyatı == Yaradıcılığa beş yaşında piano çalmaq ilə işə başlamışdır. Daha sonra Londondakı Royal College of Music-dən təhsil almışdır. 1970-ci illərdə Cənubi Kaliforniya Universiteti musiqi bölməsindən məzun olduqdan sonra, Kaliforniyaya getmədən əvvəl, ali diplom almaq üçün Kaliforniya Universitetinə daxil olmuş və musiqi nəzəriyyəsini orda öyrənmişdir. Daha sonra Kaliforniya Universitetində musiqi kompozisiyanın və nəzəriyyəsi üzərinə doktorluq dərəcəsini tamamlamışdır. Şəxsi təyyarəsi ilə keçirdiyi qəza nəticəsində vəfat etmişdir. == Filmoqrafiya == Titanik (film, 1997) Cəsur ürək (film, 1995) Ağıl oyunları (film, 2001) Qum və dumandan ev (film, 2003) Zolaqlı pijamalı oğlan (film, 2008) Avatar (film, 2009) Karateçi uşaq (film, 2010) Qodzilla (film, 2014) Forsaj (film, 2001) Kommando (film, 1985) == Mükafatları == Oskar mükafatı Britaniya Akademiya Film mükafatı Qremmi mükafatı Qızıl Qlobus mükafatıBundan başqa 32 mükafatı və 33 mükafat namizədliyi var.
Daniel Hopfer
Daniel Hopfer (alm. Daniel Hopfer‎, soyadının digər yazılışı — Hopffer və Hopper; 1470[…], Kaufboyren, Şvabiya dairəsi – 1536[…], Auqsburq) — Şimali İntibah dövrünün alman rəssamı, qravürçü və silahçı. Kleynmeyster. Ofort texnikasını ilk istifadə edənlərdən biridir. Çox sayda ksiloqrafiyanın müəllifidir. == Bioqrafiyası == Rəssam Bartolomey Hopfer və Anna Sendlerin ailəsində 1470-ci ildə anadan olmuşdur. 23 yaşında Auqsburqa köçmüşdür. 1497-ci ildə Kristina Grimm ilə evlənmişdir. Silahların bəzədilməsi ilə məşğul olan Hopfer, rəssamların və nişançıların da daxil olduğu Auqsburq dəmirçilər gildiyasının komitəsinin üzvü olmuşdur. 1590-cı ildə imperator II Rudolfun Daniel Hopferin nəvəsi Qeorqa göndərdiyi məktubun mətnində, Daniel Hopfer nadir üsulun ixtiraçısı olaraq tanındığı yazılmışdır.
Edvard Hopper
Edvard Hopper (ing. Edward Hopper, 22 iyul 1882[…] – 15 may 1967[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan realizmi üslubunda işləyən məşhur rəssam və qravür ustasıdır. Daha çox yağlı boya ilə işlənmiş rəsmləri ilə məşhur olmasına baxmayaraq Hopper həmçinin oyma sənətində gözəl qryavurçu və akvarelist idi. Onun ehtiyatla və dəqiqliklə hesablanaraq işlənmiş şəhər və kənd səhnələrində müasir amerikan həyatına rəssamın şəxsi baxışları öz əksini tapmışdır.
Efim Heller
Efim Heller (ukr. Юхим Петрович Геллер, ing. Efim Geller; 8 mart 1925, Odessa, Ukrayna SSR) sovet şahmatçısı, qrosmeyster. Efim iki dəfə Sovet Çempionu (1955, 1979) və altı dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1962, 1965, 1968, 1971). O, dörd dəfə Ukrayna Çempionluğu titulunu qazanıb (1950, 1957, 1958, 1959). Heller Dünya Çempionu Boris Spasski və Anatoli Karpovun məşqiçisi kimi də fəaliyyət göstərib. Şahmatçı eyni zamanda yazıçılıqda edib. == Həyatı == Heller Odessada yəhudi ailəsində böyüyüb. Heller şahmat üzrə ixtisaslaşmamışdan əvvəl yaşsı basketbol oynayırdı və bədən tərbiyyəsi doktorluğunu qazanmışdır. Ən yaxşı oyuncu kimi onun inkişafını İkinci Dünya Müharibəsinin başlanması gecikdirdi.
Folker Finke
Folker Finke (d. 24 mart 1948) - alman futbol mütəxəssisi. Hal-hazırda Kamerun milli futbol komandasının baş məşqçisidir. O, 16 il ərzində "Frayburq" futbol klubuna baş məşqçilik etmişdir. == Məşqçi karyerası == 6 dekabr 2008-ci ildə Yaponiyanın "Urava Red Daymondz" klubu Finkenin baş məqçisi kimi cəlb olunduğu və onunla 2010-cu ilə qədər müqavilə imzalandığını elan etmişdir.18 dekabr 2010-cu ildə Finke 1 fevral 2011-ci il tarixindən etibarən "Köln"nun yeni idman direktoru kimi fəaliyyət göstərəcəyi barədə mətbuata açıqlama verilmişdir. 27 aprel 2011-ci ildə o, mövsümün sonuna kimi komandaya müvəqqəti məşqçilik etmişdir. 10 mart 2012-ci ildə "Köln" "Herta" üzərikdəki 1-0 hesablı qələbədən sonra qarşılıqlı razılaşma əsasında Finke ilə müqaviləni pozmuşdur.22 may 2013-cü ildə Finke Kamerun milli futbol komandasının baş məqçisi təyin olunmuşdur. Folker Finke bu vəzifədə kamerunlu futbolçuları 2014-cü ildə Braziliyada keçiriləcək mundiala hazırlamalı idi.
Frans Qalder
Frans Qalder (alm. Franz Halder‎; 30 iyun 1884[…], Vürtsburq, Bavariya – 2 aprel 1972[…]) — alman hərb xadimi, general-polkovnik, 1938–1942-ci illərdə Vermaxtın quru qoşunları Baş qərargahının (Oberkommando des Heeres) rəisi.
Georq Moller
Qeorq Moller (alm. Georg Moller‎; 21 yanvar 1784[…], Dipholts[d], Aşağı Saksoniya – 13 mart 1852[…], Darmştat) — alman memar, şəhər planlayıcısı, memar tarixçisi. Karl Fridrix Şimkel və Leo fon Klentse ilə yanaşı, klassikliyin və romantizmin görkəmli nümayəndəsi sayılır. == Bioqrafiyası == Norveç keşişinin ailəsində anadan olub. Hannover, Karlsrue və İtaliyada təhsil almışdır. Təhsil müddətində Fridrix Veynbrenner ilə tanış oldu. Vətəninə qayıtdıqdan sonra Qessen-Darmştadt Şahzadəsinin xidmətinə daxil olsu. Məhkəmə memarı və şəhər planlaşdırıcısı olaraq bir sıra tanınmış layihələr həyata keçirdi. Tələbələri arasında Huqo fon Ritqen, Fridrix Maksimilian Hessemer, Ferdinand Ştadler və başqaları vardı. 1818-ci ildə, Qessen-Darmştadt Böyük Hersoqunu memarlıq abidələrinin qorunmasına dair ilk fərmanı qəbul etməyə inandırdı.
Golden Billion
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi. Heydər Biqiçev — Heydər İsayev — Heydər xan — hökmdar Aşıq Heydər — Ağbaba Süvarı Alayının Baş Ozanı Heydər Abbasi — Heydər Qədirov —Yaşayış məntəqələri Baba Heydər — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər.Digər "Heydər Əliyev" ordeni — Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi.
Çöllər
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..