FƏND

is. [ fars. ]
1. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. Fənd fəndi kəsər, Allah hər ikisini. ( Ata. sözü ).
Dostdan dosta bu nə fənddi? Zülfün boynuma kəmənddi. Aşıq Ələsgər.
Əllafın fəndinə adamlar mat qaldılar. Mir Cəlal.

□ Fənd bağlamaq – hiylə gəlmək, kələk gəlmək, aldatmaq.
[Yusif:] İnandırıram sizi ki hərgah bir də fənd bağlaya, çox işlər görər. N.Nərimanov.

Fənd işlətmək1) fırıldaq qurmaq, hiylə işlətmək, kələk gəlmək, fənd qurmaq;
2) məc. bir işi görmək üçün müxtəlif üsullardan istifadə etmək.
Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn.
[Qönçə Ataşa:] Nə eləyəcəksən, nə cür fənd işlədəcəksən özün bil, ancaq məni buradan qurtar. Ə.Vəliyev.

Fənd qurmaq – birisinə qarşı gizlindən tələ qurmaq, hiylə düzəltmək, biclik işlətmək.
[Hacı Qəmbər:] Qoçum Cəbi, görüm nə təhər fənd quracaqsan. N.Vəzirov.

Fənd tərpənmək – hiyləyə qarşı hiylə işlətmək, zirək tərpənmək, usta hərəkət etmək.
[Sirat:] Amma Abdulla oğlu Bülənd fənd tərpəndi. Ə.Əbülhəsən.

Fəndə salmaq – hiylə işlədərək aldatmaq, tora salmaq.
2. İdman yarışlarında rəqibi aldatmaq üçün tətbiq edilən üsullar; kombinasiya. Futbolçunun işlətdiyi fəndlər. Rəqibin fəndini başa düşmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏND 1. FƏND (idm.), KOMBİNASİYA 2. fənd bax hiylə
  • FƏND kələk — hiylə — biclik
  • FƏND hoqqa — oyun — fırıldaq
  • FƏND ustalıq — məharət — hünər

Etimologiya

  • FƏND Fars mənşəlidir, “priyom”, “tərz” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FƏNALIQ
FƏNDBAZ

Digər lüğətlərdə

багрове́ть глазу́н моро́зко паракли́т черепо́чек шта́ты душева́я краснокры́лый крипто́нный эласти́н вадья толокно шимы boon cocktail lounge febrilily fluctuate Michael pounds-shillings-and-pence returnables unjaundiced гроссбух докрасить иммунизировать карамель