Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt.Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Uqra görüşü
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. == Qarşıdurmanın gedişatı == Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi.1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı. Bununla da, "Uqra müqaviməti" başlamışdı.
Dostların Görüşü (1967)
== Məzmun == Film Oktyabr inqilabının 50 illiyi ərəfəsində Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsindən söhbət açır.
Dostların Görüşü (1977)
Macarıstan görüşü (şahmat)
Macarıstan görüşü — Şahmat termini 1842-1845-ci illərdə macar şahmatçılarının yazışma ilə Paris komandası ilə oynadığı görüşün şərəfinə adlandırılmışdır.
Rus görüşü (şahmat)
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt.Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Vyana görüşü (şahmat)
Vyana görüşü — Şahmat termini XIX əsrdə Qampenin başçılığı altında bir qrup Vyana şahmatçısı tərəfindən işlənmişdir.
İspan görüşü (şahmat)
İspan görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-b5. gedişləri ilə başlayan debüt. İlk dəfə olaraq ispaniyalı şahmatçılar Lüsyenin (XV əsr) və Lopesin (XVI əsr) əsərlərində göstərilir.
İtalyan görüşü (şahmat)
İtalyan görüşü — Şahmat termini Bu qədim debüt gettin əlyazmalarında və XVI-XVII əsrlər italyan şahmatçılarının oyunlarında təsadüf edilir.
Şotlandiya görüşü (şahmat)
Şotlandiya görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. d2-d4. gedişləri ilə başlayan debüt 1824-cü ildə Şotlandiyanın Edinburq şəhəri ilə London arasında yazışma ilə keçirilən matçın şərəfinə adlandırılmışdır.
Atropatın Makedoniyalı İsgəndərlə görüşü
Atropatın Makedoniyalı İsgəndərlə görüşü - Azərbaycan rəssamı Əyyub Məmmədov tərəfindən Azərbaycan tarixi mövzusunda çəkilmiş şəkillərdən biridir. Azərbaycan Tarix Muzeyinin zalında nümayiş olunan "Atropatın Makedoniyalı İsgəndərlə görüşü" adlı rəsm əsəri mühüm tarixi məqamla bağlıdır. Atropat dövlət xadimi idi. Bir siyasətçi və diplomat kimi Makedoniyalı İsgəndərlə hərbi mübarizənin faydasızlığını gözəl başa düşdüyü üçün, diplomatik yolla istilaçıların Azərbaycan ərazisinə soxulmasına yol verməmişdi.
Dostların görüşü (film, 1967)
== Məzmun == Film Oktyabr inqilabının 50 illiyi ərəfəsində Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsindən söhbət açır.
Dostların görüşü (film, 1977)
İskəndərin Çin xaqanı ilə görüşü
İskəndərin Çin xaqanı ilə görüşü — 1524-1525-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Metropoliten muzeyində (fol.213) saxlanılan bu əlyazma məşhur xəttat Sultan Məhəmməd Nur tərəfindən köçürülmüşdür. Əlyazmasında ümumilikdə müxtəlif rəssamlar tərəfindən çəkilmiş 15 miniatür vardır. == Mövzu == Nizaminin “İskəndərnamə” poemasında, İskəndər Çin xaqanından yeddi illik xərac istəyir. Xaqan bunun cavabında söyləyir ki, “Mən razıyam, ancaq bir şərtlə ki, bundan sonra yeddi il yaşayacağıma yazılı sənəd verəsən.” Bu cavab İskəndərin xoşuna gəlir və bir illik xərac ilə kifayətlənəcəyinə söz verir. Xaqan xəracı gətirmək üçün bir günlük möhlət alıb geri qayıdır. Lakin ertəsi gün böyük ordu ilə İskəndərin qərargahına yaxınlaşır. İskəndər qoşunu gördükdə elə zənn edir ki, çinlilər qəflətən hücuma keçmişlər. Bu zaman xaqan bildirir ki, o, vuruşmaq fikrində deyil və özü ilə ona görə qoşun gətirmişdir ki, onun təslim olmasını zəiflik əlaməti kimi qiymətləndirməsinlər. Xaqanın bu ağıllı hərəkətini bəyənən İskəndər, Çindən xərac almaq fikrindən əl çəkərək, xaqanla dostlaşır və qonaq kimi onun sarayına gedir.
Ebbot və Kostello Frankenşteynlə görüşür (film, 1948)
Ebbot və Kostello Frankenşteynlə görüşür (ing. Bud Abbott Lou Costello Meet Frankenstein) — 1948-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Ebbot və Kostello Frankenşteynlə görüşür — Internet Movie Database saytında.
Göyrücük
Göyrüclük (Göyrücük) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Göyrücük Balakən r-nunun Xalatala i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Əsl adı Göyrüşlüdür. Kəndin adı həmin ərazidəki göyrüş ağaclarının bolluğu ilə əlaqədar yaranmışdır.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Görünüş (personaj)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. == Keçmişi == === Düzəldilməsi === Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
Karolina göyrüşü
Karolina göyrüşü (lat. Fraxinus caroliniana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni - Kubadır, Amerika Birləşmiş Ştatlarının subtropik, cənub-şərqindən, cənubi Virciniyadan Texasa qədər yayılmışdır. Bitki ilk dəfə botanik Filip Miller tərəfindən təsvir edilmişdir. Bu bitki Florida gülü, bataqlıq gülü, Karolina gülü və ya su gülü kimi məşhurdur. == Botaniki təsviri == Hündürlüyü təxminən 4,0 m olan kiçik ağacdır. Yarpaqları mürəkkəb, üzbəüz, uzun, 7-12 ədəd, yumurtavari-uzunsov, iri, kənarları dişli və ya bütöv, uzunluğu 3-6 sm, eni 2-3 sm-dir. Yarpaqları tünd yaşıl, alt tərəfi bir az tükcüklüdür. Meyvələri çox vaxt 3 qanadlı, toxumları hamar, hissəli, bəzən parlaq, bənövşəyi rənglidir. Qabığı açıq boz, nazik, pulcuqludur.
Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.
Suriya göyrüşü
Suriya göyrüşü (lat. Fraxinus syriaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Mərkəzi və Qərbi Asiyadır. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə çatan ağacdır. Düz, nazik gövdəlidir. Lələkvari yarpaqların uzunluğu 20 sm-dir. Yarpaqcıqları 9-11 ədəd olub, oturaqdır. Iti uclu, yumurtavari formalıdır. Çiçəkləri süpürgəvari çiçək qrupuna toplanmışdır. Dişi çiçəklərin dişicik ağzı tozcuğu götürməyə hazır olduqda erkək çiçəkləri hələ yetişmir.
İzometrik görünüş
İzometrik görünüş (ing. isometric view, rus. изометрическое представление, türk. izometrik görünüm) – kompüter qrafikasında: fəza fiqurlarını və ya obyektlərini üç ölçüdə – hündürlük və enlə, ancaq dərinliklə verilə bilən perspektivi dəyişmədən göstərən təqdimolunma üsulu. Məsələn, kubun izometrik görünüşünü yaradan rəsm proqramı onun tərəfini dərinlik fərqi olmaqla hündürlüyünə və eninə birin-birə nisbətində göstərir; yəni uzun tərəflər perspektivdə olan görüntü kimi məsafə artdıqca qısalmır. İzometrik görünüşün üstünlüyü ondadır ki, görüntünün hər bir tərəfinin uzunluğu şəklin miqyasına nisbətdə həmişə “düzgün”, dəqiq olur. Tut: PERSPECTIVE VIEW. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pensilvaniya göyrüşü
Pensilvaniya göyrüşü (lat. Fraxinus pennsylvanica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == 200 m hündürlükdə nəhəng ağacdır. İri budaqları çılpaqdır. Yarpaqcıqları neştərvari və ya uzunsov, üstü tünd yaşıl, parlaq, çılpaqdır. Alt səthi açıq yaşıl, azca tükcüklüdür. Yarpaqcıqları 2-5 sm uzunluqda, 3,5 mm enindədir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumla çoxalır.
Qorxuluk
Oyuq , Qorxuluq və ya Müqəvva — Zəmilərə, bostanlara, tarlalara və digər əkinlərə zərər verən heyvan və quşları qorxutmaq məqsədiylə köhnə paltarların içinə saman doldurulub tikilən və insan şəklinə bənzəyən kukla. Köhnə paltarlarla bəzədilir və başında iri bir papağı olur.
Qovuşuq
Qovuşuq (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Qovuşuq (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd rayonuda kənd.
Görünüş və hiss
Görünüş və hiss (en. look and feel) – proqramların orijinallıq dərəcəsinin qiymətləndirilməsi prinsiplərindən biri. Qrafik istifadəçi interfeysinə (GUI) aid işlədilir və rəng, forma, maket, şrift (“görünüş”) kimi elementlər də daxil olmaqla onun dizaynına, eləcə də düymələr, sahələr, menyular (“hiss”) kimi dinamik elementlərin hərəkətinə baxışı əks etdirir. Görünüş və hiss başqa məhsullara da aiddir. Məsələn, sənədlərdə o, qrafik düzənə (LAYOUT) (sənədin ölçülərinə, rənginə, şriftinə və s.) və yazı üslubuna aiddir. Əməliyyat sisteminin istifadəçi interfeysində görünüş və hiss iki başlıca məqsədə xidmət edir. Birincisi, o, brendinqi təmin edir, yəni bir şirkətin məhsullarını müəyyən etməyə kömək edir. İkincisi, istifadənin asanlığını təmin edir, çünki bir məhsulun iş prinsipi (görünüşü, oxunuşu və s.) ilə tanış olan istifadəçilər öz təcrübələrini eyni görünüş və hissə malik başqa məhsullarda da istifadə edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüş Babayev
Görüş Nurəddin oğlu Babayev (17 fevral 1943, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyat və yaradıcığı == Görüş Babayev 17 fevral 1943-cü ildə Bakıda, Nurəddin Babayevin ailəsində anadan olmuşdur. O, 12 nömrəli musiqi məktəbinin fortepiano sinfində oxumuş və 1959-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltaraşlıq şöbəsinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra təhsilini Leninqradda Rəssamlıq Akademiyasının monumental heykəltaraşlıq fakültəsində davam etdirmişdir. Bakıya qayıtdıqdan sonra Ömər Eldarovun rəhbərliyi altında yaradıcılıq emalatxanasında heykəltaraşlıq sənətini öyrənməyə davam etmişdir.Görüş Babayev həm Azərbaycanda, həm də digər ölkələrdə təşkil olunan müxtəlif sərgilərdə iştirak etmiş, beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Onun əsərləri sırasına 1981-ci ildə Mirzə Şəfi Vazehə Gəncədə ucaldılmış abidə, Türkiyənin Ərzurum şəhərində "Arfa çalan qız", Sumqayıtda "Nizami Gəncəvi", "20 Yanvar şəhidlərinə abidə" və başqaları daxildir. Heykəltaraşın əsas işləri Rusiyanın Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin heykəli və Bakıdakı "Dədə Qorqud" abidəsinin hesab olunur.Heykəltaraş həm də pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, on il Türkiyədə müəllim kimi fəaliyyət göstərərək heykəltaraşlıqdan dərs demiş və "Türkiyə yuxuları" silsiləsindən əsərlərini işləmişdir.
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Fəxri Qorutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Horusun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Qorosun Xan
Qorosun xan - türk və altay mifologiyasında "çiçək xəstəliyi" ilahı. Bir növ tibb tanrısı olaraq qəbul edilir. Qoroğsun və ya Qoroson da deyilir. Akbuğanın əmri altındadır və onun köməkçilərindən biri olaraq görünür. Xəstəlikləri yaxşılaşdırar. Türk düşüncəsinin ən incəlikli anlayışlarından biridir. Hər nə qədər nəzərdə tutulan çiçək xəstəliyi olsa da; çiçək doğumu, gözəlliyi və sevgini, təbiəti işarələr. Adın içindəki qorumaq mənası ilə bütün bunlar bir araya gətirildiyində sevginin, doğumun, incəsənətin, təbiətin qorunmasının əhəmiyyəti vurğulanır. Bunlara əlavə olaraq çiçək xəstəliyi deyilən və köhnə dövrlərdə kifayət qədər təhlükə göstərən bir narahatlığın adı da bədəndə çiçək kimi açıp ortaya çıxdığı üçün bu şəkildə xatırlanar. Türklərə görə "Çiçək Sayrılığı" yeddi növdür (yeddi qardaşdır).
Qovuşuq (Dərələyəz)
Qovuşuq — Dərələyəz mahalında kənd. == Tarixi == Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında qeyd edilmişdir. Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur.
Qovuşuq (Laçın)
Qovuşuq — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetindən Qovuşuq kəndi Hacıxanlı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Ağdərə rayonunun Gilətağ kəndindən köçmüş ailələrin Qovuşuq (Murovdağdan axan Mixtökən və Nərdivan çaylarının birləşərək Şəlvə çayının əmələ getirdiyi yer) adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Qovuşuq XIX əsrdə Zəngəzur qəzasında yaşayan qarabayramlı tayfasının qışlağının adı idi. XIX əsrin ortalarında cəmi 4 ailədən ibarət olmuşdur. Kənd coğrafi movqeyinə görə belə adlandırılmışdır. Kəndin adının "qov" adlı qıpçaq tayfası və uşuq/şuq şəkilçisi vasitəsilə yarandığı da ehtimal olunur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mıxtökən silsiləsinin ətəyində yerləşir.
Görüş (film, 1955)
Görüş — rejissor Tofiq Tağızadənin filmi Azərbaycan filmi.. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı Lala (Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (Arif Mirzəquliyev) saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir. == Film haqqında == Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır.Film quruluşçu rejissor Tofiq Tağızadə kinoda ilk müstəqil işidir.Film aktyor Əliağa Ağayevin kinoda ilk işidir. Film aktrisa Barat Şəkinskayanın kinoda ilk işidir. Film aktyor Ceyhun Mirzəyevin kinoda ilk işidir. == Səhvlər == Davamlılıq: Meşədə Musa Lalanı Bilqeyis zənn edib ona yaxınlaşanda Lalanın yaylığı başındadır.