GÖRÜNMƏK
GÖRÜNÜŞ
OBASTAN VİKİ
Ürəkdən ürəyə yollar görünür (film, 1970)
== Məzmun == Kinolent Azərbaycanla Hindistanı bir-birinə bağlayan çoxəsrlik dostluqdan söhbət açır. Eyni zamanda biz ekranda hind rəssamlarının Bakıda açılmış sərgisi ilə tanış oluruq, məşhur hind kino ulduzları Rac Kapur və Nərgizlə kinoteatrda görüşürük, sevimli sənətkarımız Rəşid Behbudovun hind mahnısı oxuduğunu görürük. Kadrlarda 1969-cu ildə Azərbaycanda keçirilmiş Hindistan mədəniyyəti ongünlüyünün tədbirləri də əks etdirilmişdir. == Film haqqında == Film Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: Aqşin Babayev, Nina Mustafayeva Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Digər lüğətlərdə

вы́шить колосники́ надвигаться эмпа́тия кирпи́ч корешко́вый лицензиа́т неотсту́пность переда́ривание прусса́чка сибари́тничать физра́ торохнуть ashtray condescend mine carrier pignoration safe period three-sided word centre исповедаться некомпетентность Парки праздность тупо