QORXUSUZ

sif.zərf
1. Qorxusu olmayan, qorxu bilməyən, qorxmaz, heç şeydən ehtiyat etməyən, qorxmayan, çəkinməyən. Qorxusuz adam. Qorxusuz uşaq.
– Şığıyıb şimşək kimi qayalar arasından; Qorxusuz keçib gedir qüdrətli dağ qartalı. R.Rza.

2. Heç bir qorxusu, xətəri, ziyanı olmayan; təhlükəsiz, xətərsiz, zərərsiz. Qorxusuz yol. Qorxusuz iş. Qorxusuz dərman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QORXUSUZ QORXUSUZ (heç bir şeydən qorxmayan) Şığıyıb şimşək kimi qayalar arasından; Qorxusuz keçib gedir qüdrətli dağ qartalı (R
  • QORXUSUZ xofsuz — xətərsiz — zərərsiz — təhlükəsiz

Antonimlər (əks mənalı sözlər)

  • QORXUSUZ QORXUSUZ – CƏSARƏTSİZ Qorxusuz keçib gedir qüdrətli dağ qartalı (R.Rza); Müdirin iri gövdəsinə baxmayaraq, boş adamdı, cəsarətsizdi (S
QORXUNC
QORXUSUZLUQ
OBASTAN VİKİ
Qorxusuz vampir qatilləri (1967)
Qorxusuz vampir qatilləri (ing. Fearless Vampire Killers) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri. == Məzmun == Yaşlı bir yarasa tədqiqatçısı Professor Abronsius (Jack MacGowran) və onun qabiliyyətsiz köməkçisi Alfred (Roman Polanski) soyuq bir hava şəraitində Transilvaniyada qəsəbə-qəsəbə gəzərək vampir axtarırlar. Professor soyuqdan donma təhlükəsi qarşısında qaldığından yaxınlıqdakı kənddə bir evdə qalmağa qərar verirlər. Alfred ev sahibinin çimməyə meyilli qızına (Sharon Tate) möhkəm tutularaq aşiq olur, lakin qız yaxınlıqdakı qəsrdə iqamətgah quran vampir Kont Krolock tərəfindən qaçırılır. Professor Abronsius və köməkçisi Alfred kəndlilərin adını belə çəkməyə qorxduqları vampir Kont Krolockun qəsrinə tamamilə fərqli səbəblərlə gedirlər və vampirləri doğulduqlarına peşman edirlər.
Qorxusuz vampir qatilləri (film, 1967)

Digər lüğətlərdə

дожига́ние зори́ться прокопчённый скоробогате́й сма́зчик возвраща́ться вы́вялиться градоно́сный гуса́рство дорогой несо́лоно хлебавши низа́льный подзе́мный разноголо́сый cake mix chocolate-tree coconut palm flash-man nil praecognitum public company reckon up saleslady игрун справочник