Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Görəsən necə? (roman)
Görəsən necə? - Fransa yazıçısı Semyuel Bekket tərəfindən 1960-cı ildə yazılan roman. Roman 1961-ci ildə nəşr olunmuşdur. Daha sonra Bekket tərəfindən 1964-cü ildə ingilis dilinə "How it is" başlığı altında tərcümə olunmuşdur. Roman içərisi qidalarla dolu olan çuvalı sonsuz palçıqda daşıyan və həyat hekayəsini danışan bir nəfərin monoloqundan ibarətdir. Palçıq Xristian inancındakı Parqantorini təmsil edir. Romanın fransızca adı "Comment c'est"dir.
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).
Ormeşən
Ormeşən — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Ormeşən kəndi Gürcüstanın Borçalı mahalında bünövrəsi çox qədimlərdən qoyulmuş kəndlərdən biridir. Ormeşən sözü ormanlıq-meşəlik sözündən götürülmüşdür. Ormeşən kəndi dəniz səviyyəsindən 1896,6 metr yüksəkliyində olan Şindi dağının ətəyində, dörd tərəfi meşə ilə örtülü dəniz səviyyəsindən 1378,2 metr yüksəkliyində olan bir sahədə yerləşmişdir. Ormeşən kəndi cənubdan Az-Gəyliyən, Qızılkilsə, Şindilər, şərqdən Darvaz, qərbdən Baxçalar, Saca, Valgem (Kirovisi), Dağ Arıxlı kəndləri, şimaldan Çataqla (Xram SES) həmsərhəddir. Ormeşən kəndinin kənddə 200 hektardan çox əkin və biçənək, Şindi dağında 540 hektar biçənək. Şam düyədə 640 hektar otlaq, Sərxanda 500 hektara kimi otlaq, Marneuli şəhəri ilə Rustavi şəhəri arasında Yağılcada qışlağı olmuşdur. Bu torpaqlardan Ormeşən kəndi lazımı qaydada istifadə edirdi. Ormeşən kəndində köhnə məktəb 1936-cı ildə, təzə məktəb isə 1980-ci ildə tikilib istifadəyə verilmişdir. Bu məktəblər ziyalılar, dövlət qulluqcuları və müxtəlif sahələr üzrə mütəxəssislər yetişdirmişdir.