Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülümbahar
Gülümbaharın vətəni Aralıq dənizi sahilləridir. Vətənində il ərzində gül açır. Bitkinin adı calendae sözündən yaranmışdır, mənası hər ayın birinci rəqəmi deməkdir. Azərbaycanda bu cinsin 3 növü geniş yayılmışdır. Gülçülükdə bitkinin bir növü məlumdur. "Dərman gülümbaharı (C.officinalis) "-xalq arasında gülümbahar kimi tanınır. Bu böyük, qollu-budaqlı bitki olub, hündürlüyü 70 sm-ə çatır. Bitkinin çox miqdarda qılçıq gülləri olan çoxləçəkli formaları və bir neçə mədəni sortları vardır. Onların əsasında çoxlu yeni sortlar yetişdirilir. Çoxləçəkli və alçaqboylu formalar xüsusilə geniş yayılmışdır.
Dərman gülümbaharı
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü. *Calendula officinalis L. — Dərman gülümbaharı == Botaniki xarakteristikası: == Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır. Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.
Gülbahar Şükürlü
Gülbahar Şükürlü (Gülbahar Müzəffər qızı Şükürlü; 20 mart 1962, Bakı – 5 yanvar 2024) — Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan musiqiçisi, qarmon ustası. == Həyatı == Şükürlü Gülbahar Müzəffər qızı 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. 5 yanvar 2024-cü ildə vəfat edib. Buzovnadakı Əliayağı qəbiristanlığında dəfn olunub. Ailəli idi, 2 övladı var. == Yaradıcılığı == 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır.
Gülbahar Xatun məscidi
Gülbahar Xatun məscidi və ya Böyük İmarət məscidi və ya Hatuniyə məscidi — Osmanlı padşahı Yavuz Sultan Səlim tərəfindən anası Gülbahar Xatun adına 1514-cü ildə Trabzonda tikdirilmiş bir məsciddir. == Tarixi == Gülbahar Xatun Məscidi öz adı ilə anılan məhəllədə Ataparkın cənubunda yerləşir. Zaman keçdikcə, ətrafındakı mədrəsə, imarət, məktəb, darül-kurra və türbə ilə bir kompleks təşkil edirdi. Bu gün digərləri yıxılaraq sadəcə şərqindəki türbə qalıbdır. Anası Gülbahar Xatunun xatirəsinə Yavuz Sultan Səlim tərəfindən XVI əsrin ilk illərində (1514) tikdirilmişdir. Zamanında mədrəsə, məktəb, imarət və hamam tikililərini də əhatə edən böyük bir kompleks içində yer alırdı. Cəmiyyət xidmətində bir sıra fondu olduğu aydın olan bu dəyərli osmanlı xatunun bir çox fondu kimi buradakı bu külliyənin də digər tikililəri dövrümüzə çatmamışdır. == Memarlıq == Məscidi, beş kiçik qübbə ilə örtülü beş hissəli son camaat yeri, böyük tək qübbə ilə örtülü hərəmxana hissəsi ilə şərq və qərbdəki üstü günbəzli bir cəhət otağından meydana gəlmişdir. Son camaat yerindəki mərmər sütunların başlıqları stilizə paxlava motivdir. Mehrab və mimbəri də mərmərlərdən olan Məscidin minbəri sadə sənətkarlıqdır.
Gülbahar Xatun türbəsi
Gülbahar Xatun türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == Fateh Sultan Mehmed türbəsi ilə qarşı-qarşıya yerləşən bu türbə mərhum sultanın xanımı və Sultan II Bəyazidin anası Əminə Gülbahar Xatunun məzarı üzərində inşa edilmişdir. Eyniylə ərinin türbəsi kimi 1765-ci ildə baş verən zəlzələdə zədələndi və tamamilə dağıldı. Növbəti il isə Sultan III Mustafa tərəfindən yenidən inşa edildi. Türbə orijinalında olduğu kimi səkkizbucaqlı şəklində olub, tək günbəzlidir. Kəsmə daşdan inşa edilən türbə olduqca sadə görünüşə malikdir. Qapısı üzərindəki kitabəsinə görə, türbə 1782-ci ildə baş verən yanğının ardından ikinci dəfə bərpa edilmişdir. Türbənin həyət qapısı üzərindəki bəzəkli ikinci kitabə isə 1894-cü ilə aid olub, xəttat Tofiq Əfəndiyə aiddir. Türbə 1997-ci ildə restavrasiya edilmişdir. Türbədə Əminə Gülbahar Xatundan başqa, qızı Gövhər Sultan və kimliyi bilinməyən 2 saraylı xanımın məzarı yerləşir.
II Gülbahar Xatun
II Gülbahar Xatun (1450 – 1505, Trabzon, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == 1453-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və yeganə övladını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdüssəməd qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. Bir çox mənbədə onun Zülqədər bəyi Əlaüddövlə Bozqurd bəyin qızı olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Bozqurd bəyin qızlarından Ayşə Xatun Sultan Bəyazidin xanımlarından biri olsa da, Yavuz Sultan Səlimin anası olma ehtimalı xronoloji olaraq qeyri-mümkündür. 1470-ci ildə Amasyada yeganə övladı Şahzadə Səlimi dünyaya gətirən Gülbahar Xatun, oğlunun 1481-ci ildə Trabzon sancaqbəyi təyin edilməsinin ardından onunla birlikdə Trabzona yollandı. Ölümünədək burada oğluyla birlikdə yaşayan Gülbahar Xatun bu müddət ərzində Trabzon və ətraf bölgələrdə müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1510-cu ildə Trabzonda vəfat edən və bu səbəblə oğlunun səltənətini görə bilməyən Gülbahar Xatun, Validə sultan ola bilmədi.
I Gülbahar Xatun
Gülbahar Xatun (Trabzon – 1492, Köhnə Saray, Konstantinopol) — 7. Osmanlı padşahı Fateh Sultan Mehmedin xanımlarından biri, II Bəyazidin anası, Validə xatundur. Eyni illərdə yaşayan gəlini Əminə Gülbahar Xatunla qarışdırılmaması üçün I Gülbahar Xatun olaraq anılır. == Həyatı == === İlk illəri === Doğum tarixi və əsli haqqında yetərli məlumat yoxdur. Saraya necə alındığı bilinməsə də, Fateh Sultan Mehmedin ilk səltənətinin ardından Manisaya çəkildiyi dövrdə 1446-cı ildə təqdim edildiyi bilinir. Əslən hardan olması bilinməsə də, alban, serb və ya fransız olmasıyla bağlı iddialar mövcuddur. 1468-ci ilə aid alqı-satqıyla bağlı bir məhkəmə sənədində adı "Gülbahar Xatun binti Abdullah" olaraq adının keçməsi onun cariyə kökənli olduğunu bir daha sübut edir. 1448-ci ildə ilk övladı Şahzadə Bəyazidi dünyaya gətirən Gülbahar Xatunun qızı Gövhər Sultanın doğum tarixi dəqiq deyil. Bununla yanaşı Gülbar Xatunun oğluyla birlikdə 1455-ci ildə Amasya sancaqbəyliyinə göndərildiyini nəzərə alaraq, qızını bu tarixdən öncə dünyaya gətirdiyini demək mümkündür. Oğlu Şahzadə Bəyazidin 1455-ci ildə hələ 7 yaşında ikən Amasya sancaqbəyi təyin edilərək göndərilməsinin ardından Gülbahar Xatun da onunla birlikdə paytaxtdan ayrıldı və qısa ziyarətlər istisna olmaqla, oğlunun taxta çıxacağı 1481-ci ilədək orada yaşadı.