Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülabad
Gülabad (Piranşəhr)
Gülnabad döyüşü
Gülnabad döyüşü — 1722-ci il mart ayının 8-i İsfahanın Gülnabad kəndi yaxınlığında əfqan qiyamçıları ilə Səfəvi ordusu arasında baş verən döyüş. == Zəmin == Səfəvi dövlətinin iqtisadi-siyasi böhranda olmasından istifadə edən Qəndaharın əfqan hakimi Mir Mahmud Hotaki zəifləmiş İranı işğal etmək qərarına gəlir. Bu zaman Səfəvilər dövlətinin xəzinəsi boşaldığından dövlət ordunu ixtisar etməyə məcbur olmuşdu. Bundan istifadə edən Mir Mahmud on minlik qoşunla ilk yürüşünə başlayır. O irəliləyərək Yəzd və Kirman şəhərlərini tutur. Lakin o, Şah Sultan Hüseynin bacarıqlı sərkərdəsi Lütfəli xan tərəfindən geri çəkilməyə məcbur edilir. Mir Mahmud Qəndəhara geri çəkilir və burada qoşun yığmağa başlayır. Mir mamud daha bir yürüşə başlayır və yenə də Yəzd və Kirman şəhərlərini tutur. Mir Mahmudun bu dəfə işi onda gətirirki, bu zaman Lütfəli xan həbs edilmişdi. O bu şəhərləri qarət edib, İsfahana doğru irəliləyir.
Gülabad (Piranşəhr)
Gülabad (fars. گل اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (16 ailə).
Gülabad (Sərab)
Gülabad (fars. گل اباد‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 329 nəfər yaşayır (67 ailə).
Gülabad (Şəbüstər)
Gülabad (fars. گل اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 766 nəfər yaşayır (186 ailə).
Gülbaba Rəhimov
Gülabar-i Süfla (İcrud)
Gülabar-i Süfla (fars. گلابرسفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,883 nəfər yaşayır (505 ailə).
Gülşah Xatun
Gülşah Xatun (1433 – 1487, Bursa) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi, Şahzadə Mustafanın anasıdır. == Həyatı == Sultan Muradın vəfatından sonra oğlu II Mehmed taxta çıxmış, ancaq bunu zəiflik qəbul edən Qaramanoğlu İbrahim bəy Həmid elini işğal etdi. Bunun ardından böyük bir orduyla səfərə çıxan II Mehmed qısa zamanda Qaramanoğlu ordusunu məğlub etdi. İbrahim bəy dağa qaçdı və ordan II Mehmedə bağışlanması üçün məktublar yazmağa başladı. Nəhayət, II Mehmed İbrahim bəyin qızlarından biri olan Gülşah Xatunu sülh qarşılığında istədi və Gülşah Xatunla birlikdə Ədirnəyə geri döndü. 1451-ci ildə yeganə övladı olan Şahzadə Mustafanı dünyaya gətirdi. Osmanlı ənənələrinə uyğun olaraq, oğlu ilə birlikdə Konya sancaqbəyliyinə göndərildi. 1474-cü ildə Şahzadə Mustafa şübhəli şəkildə vəfat etdi. Ölüm səbəbi olaraq isə Şahzadə Mustafanın Sədrəzəm Vəli Mahmud Paşanın xanımıyla yaşadığı gizli münasibətin Mahmud Paşa tərəfindən öyrənilməsi və Paşanın Şahzadə Mustafanı zəhərlənməsi göstərilir.