Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonkur mükafatı
Qonkur mükafatı (fr. Prix Goncourt) — ən yaxşı roman üçün Qonkur qardaşlarının adını daşıyan Fransanın ən nüfuzlu ədəbi mükafatı. 1903-cü ildən etibarən hər il Qonkur akademiyası üzvlərinin səsverməsi əsasında Parisdəki "Druan" (Drouant) restoranında təşkil edilən xüsusi şam yeməyi zamanı təqdim edilir. Mükafatın məbləği simvolikdir (hazırda on avro), lakin bir qayda olaraq, mükafatın verilməsi qalib romanın satışını əhəmiyyətli dərəcədə artırır və onun müəllifini fransız ədəbiyyatında ön sıralara çıxarır. Qonkur akademiyasına ildə 60 frank nominal qonorar alan Fransanın ən məşhur on yazıçısı daxildir. Akademiyanın hər bir üzvü yalnız bir səsə malikdir və yalnız bir kitaba səs verə bilər. Səslər bərabər olduqda, sədrin səsinin verildiyi əsərə üstünlük verilir. Müxtəlif dövrlərdə Qonkur akademiyasının üzvləri yazıçılar Alfons Dode, Jül Renar, böyük Roni, Filip Eria, Erve Bazen, Lui Araqon və başqaları olmuşlar. Qonkur mükafatının əsasnaməsinə görə, bu mükafat müəllifə ömür boyu yalnız bir dəfə verilə bilər. Yeganə istisna yazıçı Romen Qaridir.
Gündüz
Gündüz — ad. Gündüz Abdullayev Gündüz Abdullayev (kapitan) Gündüz Abdullayev (şəhid) Gündüz Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gündüz Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Gündüz Abbasov — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Gündüz Səmədov — Gündüz Cəlilov — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Günlük
Gündəlik və ya günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır. == Haqqında == Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s. Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir.
Günnüt
Günnüt (digər tarixi adı Günnüt Cəfərli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Kənd Naxçıvan-Sədərək magistrial yolunun sağında, Şərur rayonunun inzibati mərkəzindən 22 km uzaqlıqda, Şərur düzənliyində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən darmadağın edilmişdir. Buna görə də, kənd əhalisi Mahmudkəndə köçmüşdür. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində kəndin ətrafındakı erməni mövqeləri məhv edilmiş və kəndə nəzarət tam olaraq Azərbaycan Ordusunun əlinə keçmişdir. == Toponimikası == Kəndin keçmiş adı Günnüt Cəfərli olmuşdur. Yaşayış məntəqəsini cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü "çəmən, düzən", günnük sözünün təhrif forması kimi "gün vuran yer", "güzdək, son bahar yaşıllığı, payız otlağı" mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar. Həmçinin Günnüt kəndinin adı etimoloji cəhətdən yaxınlıqda yerləşən Xunut dağının (Kömürlüdağ) adıyla bağlı ola, habelə onunla eyni kökə malik ola bilər. == Əhalisi == 1992-ci ildə kənd Ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra kənd əhalisi Naxçıvan rayonunun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur olub.
Kündür
Kündür — İranın Rəzəvi Xorasan ostanının Xəlilabad şəhristanının Şeştaraz bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,700 nəfər və 1,610 ailədən ibarət idi.
Müşkür
Müskür sancağı
Günlər
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Güldür Güldür Şou
Aka Gündüz
Aka Gündüz (əsl adı Hüseyn Avni, yaxud Enis Avni; 1885, Saloniki, Osmanlı imperiyası – 7 noyabr 1958, Ankara) — Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır. == Yaradıcılığı == "Dikmen ulduzu" (1928), "Naməlum əsgər" (1930) romanlarının müəllifidir. "Bu torpağın qızları" (1927), "Üç qızın hekayəsi" (1933), "Yaylaq qızı" (1940), " Bir qızın nağılı" (1954) və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında ("Bir sürücünün gizli dəftəri" (1928), "İki süngü arasında" (1929) film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur (1931-1943). == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı, 2009, səh.
Asım Gündüz
Asım Gündüz (türk. Asım Gündüz) (d. 1880, Kütahya – ö. 14.12.1970, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Kütahya Liseyini bitirdikdən sonra Kuleli Hərbi Liseyinə qəbul oldu. 1905-ci ildə Hərbi Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Mustafa Kamal, Əli Fuad və Əli İhsan ilə eyni sinifdə oxumuşdu. 1909-1911-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almış və Almaniyanın Baş Qərargahında işə başladı. == Hərbi fəaliyyəti == 27 noyabr 1911-ci ildə mayor rütbəsinə yüksəldi. Mayor rütbəsi ilə 27 noyabr 1911-ci ildə 10-cu korpusun 1-ci şöbə müdiri, 22 yanvar 1912-ci ildə qərargahın 3-cü şöbəsində, 4 iyun 1912-ci ildə müvəqqəti olaraq hərbi məktəbdə müəllim, 29 sentyabr 1912-ci ildə Balkan müharibələri əsnasında Ümumi Qərargahın Hərəkat Şöbəsinin müdirinin müavini, 22 dekabr 1913-cü ildə Hərbi Akademiyada Türk Silahlı Qüvvələrinin müəllimi olan general-mayor Veber Paşanın köməkçisi, 17 yanvar 1914-cü ildə İstehkam Qitələri və Müstahkem Mövqeyi Müfəttişliyi Qərargah başçısı, müfəttiş müavini vəzifəsinə təyin edildi.
Erol Güngör
Erol Güngör (türk. Erol Güngör; 25 noyabr 1938, Kırşəhər – 24 aprel 1983, İstanbul) – Türkiyə sosial-psixoloqu, tarixçisi, filosofu. == Həyatı == Erol Güngör 25 noyabr 1938-ci ildə Kırşehirdə doğulub. Atası Abdulla Səbri bəy, anası Zeliha Gülşən xanımdır. İbtidai, orta və lisey təhsilini Kırşehirdə almışdır. Erol Güngörün tərbiyə və təhsilində Əxi Evrən camesinin imamı olan babası Hafiz Osman Əfəndi mühüm rol oynamışdır. === Təhsili === Liseydə oxuduğu dönəmdə özəl şəkildə ərəb dili dərsi almışdır. Həmin illərdə Türk-islam kültür tarixinin önəmli əsərlərini oxumağa başlamış, bu onun sonrakı elmi həyatının mühüm bir tərəfini təşkil edəcək olan milli və dini kültür dəyərlərinə ilgisinin təməlini qoymuşdur. Erol Güngör 1956-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur. Burada müəllimi Fəthi Gemuhluoğlu onu Mümtaz Turhanla tanış etmişdir.
Günbar (Üskü)
Günbar (fars. گنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.091 nəfər yaşayır (639 ailə). == Təsərrüfat == Günbar mülayim yay iqlimi ilə məşhurdur. Yaxınlıqdakı şəhərlərdən, xüsusən də Təbrizdən bura çox sayda turist gəlir. İnsanların əsas məşğuliyyəti əkinçilik və bağçılıqdır. Qoz əsas məhsuldur.
Gündüz (Meşkinşəhr)
Gündüz (fars. گندوز‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (25 ailə).
Gündüz Abbasov
Gündüz Şəmsəddin oğlu Abbasov (20 noyabr 1930, Bakı – 21 avqust 1995, Bakı) — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı kimi tanınmışdır. == Həyatı == Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlmişdir. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi. Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunmuşdu. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışmışdır. Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi.
Gündüz Abbaszadə
Gündüz Balaş oğlu Abbaszadə (22 avqust 1980, Kirovabad) — Azərbaycanın idman jurnalisti, şərhçi. "Qarabağ" FK-nın mətbuat xidmətinin rəhbəri. Azərbaycanda UEFA Çempionlar liqasının ilk şərhçilərindəndir. == Həyatı == Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində "İdman" qəzeti, AzTV, ANS TV və CBC Sport-də fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə Neftçi PFK-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir.
Gündüz Abdullayev
Gündüz Abdullayev (kapitan)
Gündüz Alp
Gündüz Alp və ya Gündüzalp — Osmanlı Bəyliyinin qurucusu olan Osman Qazinin atası Ərtoğrul Qazinin soyundan olub, müxtəlif mənbələrə görə Ərtoğrul Qazinin atası və ya oğludur. Ənvərinin "Düstürnaməyi-Ənvəri" adlı əsəri və Qaramanlı Mehmet Paşaya görə Ərtoğrul Qazinin atası. Həsən bin Məhmud əl-Bəyatinin "Cam-ı Cəm-Ayin" adlı əsəri, Aşıqpaşazadənin "Aşıqpaşazadə Tarixi" adlı əsəri və Nəşrinin "Kitabı-Cihannümə" adlı əsərinə görə isə Ərtoğrul Qazinin oğlu və Osman Qazinin qardaşıdır.
Gündüz Ağayev
Gündüz Malik oğlu Ağayev (20 iyul 1981, Puşkin rayonu) — Azərbaycan rəssamı və karikaturaçısı. == Həyatı == 1981-ci il iyulun 20-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. İlk sərgisini 2004-cü ildə keçirib. Sayca ikinci sərgisi Bakı Muzey Mərkəzində baş tutub. Gündüz Ağayevin əsərləri yalnız Azərbaycanda deyil, həmçinin Rusiya (2008), Türkiyə (2011), Fransa səfirliyinin təşkilatçılığı ilə 2012-ci ildə "Dostluq" və 2013-cü ildə Türkmənistanda beynəlxalq sərgilərdə sənətsevərlərə təqdim olunub. Rəssam kimi "Sənət Demokratiya Naminə" layihəsində də yer alıb. Azərbaycanda insan hüquqları problemlərinə və qeyri-demokratik şəraitə etiraz üslubu olaraq karikatura janrına keçib, bunun nəticəsində çoxsaylı təzyiqlərə məruz qalıb. 2014-cü ildən Azərbaycandan kənarda, Fransada yaşayır. "Azadlıq Radiosu", "Meydan TV" və "AzLogos" kimi platformalar ilə əməkdaşlıq edir.
Gündüz Cəlilov
Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri. == Həyatı == Gündüz Cəlilov 30 mart 1954-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir. İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır. == Siyasi fəaliyyəti == Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988-1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur. Gündüz Cəlilov 9 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Gündüz Məmmədov
Gündüz Aydın oğlu Məmmədov (26 oktyabr 1974-cü ildə, Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub) — Ukrayna hüquqşünası, hüquq elmləri namizədi, dosent, Ukraynanın əməkdar hüquqşünası. 18 oktyabr 2019-cu ildən 27 iyul 2021-ci il tarixədək Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışmışdır. == Təhsili == 1996 — “hüquqşünaslıq” ixtisası üzrə Meçnikov adına Odessa milli universitetini bitirib. 2013 — Odessa iqtisad universiteti bitirib. == Karyera == Öz əmək fəaliyyətinə 1996-cı ildə Ukrayna prokurorluğunda başlayıb. O, prokuror köməkçisi, Odessanın Primorski rayonunun prokurorluğunda təcrübə keçib, sonra rayon prokurorunun birinci müavini olub. 2012-2013 - Kiyev vilayətinin prokurorluğunda çalışıb. 2013-cü ildə Ukrayna Prokurorluğunun Milli Akademiyasının Elmi-Tədqiqat İnstitutunda cinayətkarlıqla mübarizə problemləri üzrə Tədqiqatlar Şöbəsinin baş elmi işçisi olub. 2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək - Dnepr Ekologiya prokurorluğunun İstintaq şöbəsinin rəisi. 2014-cü ilin iyulundan - Odessa prokuroru.
Gündüz Nəsibov
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Gündüz Səmədov
Gündüz İsmayılov
Gündüz Arif oğlu İsmayılov – Azərbaycanı təmsil edən pauerliftinqçi. == Karyerası == Gündüz İsmayılov 1996-cı ildə Atlanta Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 170 кiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Gündüz İsmayılov 2000-ci il Sidney Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 240 кiloqramlıq nəticə göstərən Gündüz İsayılov və Sidney Paralimpiadasının qızıl medalına sahib oldu. Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyası Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğu məlum oldu və onun nəticələri ləğv olundu. Gündüz İsmayılov həmdə 2004-cü ildə baş tutacaq Paralimpiya Oyunlarında mübarizə aparmaqdan da məhrum edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Gündüz Arif oğlu İsmayılov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
Gündüz Əliyev
Gündüz Etibar oğlu Əliyev (8 fevral 2002; Lerik rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gündüz Əliyev 2002-ci il fevralın 8-də Lerik rayonunun Loda kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Gündüz Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Gündüz Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gündüz Əliyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gündüz Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Gündüz Əlizadə
Gündüz Əlizadə (11 fevral 1955, Əhmədli – 9 dekabr 2017, Almaniya Federativ Respublikası) — azərbaycanlı karikatura və qrafika ustası. == Həyatı == Gündüz Əlizadə 1955-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1962- ci ildə Əhmədlidə 64 nömrəli məktəbdə 1-ci sinfə getmişdir. Uşaqlıqdan şəkil çəkməyə olan böyük həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirmiş, Mərhum Məsuma Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa baslamışdır. 1970-ci ildə 8-ci sinfi bitirmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının bedii tərtibat fakültəsinə daxil olmuş, 1974-də təhsilini uğurla basa vurmuşdur. Leninqradda Ali təhsil almaq ücün bron almış, lakin bəzi səbəblər üzündən Peterburqda təhsil almaq bas tutmamışdır. Gündüz Əlizadə 1974-cü ildə Volqaqrada hərbi xidmətə cağrilmış, orada da rəssam kimi fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə hərbi xidmətini tamamlamış Əlizadə 1977-ci ildə Mirzağa Əliyev adına incəsənət institutuna daxil olmuşdur. 1982-ci ildə ali təhsilini bitirmiş, Bakı reklam idarəsinə təyinat almışdır. === Ailəsi === Beş qardaş bir bacı olan Gündüz Əlizadə ailənin ilk övladı idi.
Kunqur
Kunqur — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Qunduz
Qunduzlar — əsasən çay və göl sahillərində məskunlaşırlar. Ancaq əvvəlcə suyun axmaması üçün onu müəyyən yerdən kəsib gölcüklər yaradırlar. Bunu ona görə edirlər ki, su çoxalanda yuvalarını sel aparmasın. Gölcük tikmək üçün onlar iti dişləri ilə gəmirib ağacı yıxır, gölcüyün yan tərəflərini palçıqla suvayır, boş yerləri daşla doldururlar. Ağacın budaqlarından və yarpaqlarından isə kəsilmiş hissəsinin arxa ətrafında evciklərini tikirlər. Yuvalarına ancaq suyun altından yol qoyurlar. Qunduzlar Şimali Amerikada, Avropanın Asiyanın bəzi yerlərində yaşayırlar. Qunduzların bədəninin uzunluğu 1 metrə çatır. Çəkiləri 30–32 kq arasında dəyişir. == Qunduzların yemi == Qunduzlar bitkilərlə qidalanırlar.
Qurqur
Qurqur (lat. Streptopelia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinə aid heyvan cinsi.
Sukkur
Sukkur—Pakistanın Sind əyalətində, İndus çayının qərbində şəhər.Sukkur Sind əyalətinin Kəraçi və Heydərabad (Pakistan) şəhərlərindən sonra ən böyük 3-cü, Pakistanın isə,14-cü böyük şəhəridir. == Etimologiya == Sukkurun Ərəb sözü olub, şəkkər (şəkər) olduğu ehtimalları var.Həmçinin digər ehtimallara görə Sukkur "sukh" sözünün təhrif olunmuş forması olub, sindi dilində "rahat" mənası verdiyi söylənilir..
Enkur
Enkur (fr. Aincourt) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 657 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-qərbində, Serji bələdiyyəsinin 21 km şimal-qərbində yerləşir.
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Nükur
Nükur (fr. Nucourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 779 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbdə, Serji belediyyənin 22 km şimal-qərbdə yerləşir.
Qanku
Qanku Kişi və ya sadəcə Qanku (岸駒, 1749[…] və ya 1756, Kanazava – 19 yanvar 1839, Kioto) – Yaponiya rəssamı. Kişi rəssamlıq məktəbinin qurucusudur. == Həyatı == Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində doğulmuşdur. 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır. Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür. Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir. O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir. Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur. Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar. Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar.
Qonur
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. == Haqqında == «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Quxur
Quxur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Coğrafi ad ləzgi dilində qved (iki) sözünün dialekt forması olan qu və xur (kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "iki kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Şahdağın ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 52 nəfər əhali yaşayır.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Adi qurqur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.