Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yunan güyəməsi
Yunan güyəməsi (lat. Periploca graeca) — Periploca cinsinə aid bitki növü. Periploca graeca L. Hündürlüyü 15–25 m olan, dırmaşan kol liandır. Gövdə digər ağaclara sarmaşaraq hündürə qalxır. Qabığı çəhrayımtıl-boz rəngdədir, ziyilli mərciməklidir. Yarpaqları qarşı-qarşıyadır, qalın dərilidir, yumurtaşəkilli, yumurtaşəkilli-neştərvari və yaxud neştərvaridir, orta damarı seçiləndir, çılpaq və qısa saplaqdadır; aşağı yarpaqlar adətən küt, yuxarı yarpaqlar isə sivridir. Çiçəklər 2–7 sayda çiçəkdən ibarət seyrək yarımçətirlərdə toplanmış və budağın sonunda yerləşir. Çiçək altlığı və saplağı seyrək tüklüdür. Tac qonurtəhər-yaşılımtıldır, diametri 1,5–2 sm-dir, hissələri uzunsovdur, kütdür, kənarları və qaidə hissəsi ağ tüklüdür; bölümləri qısa sapşəkillidir, tacın payları ilə növbələşir. Toxumları tünd-qonur rəngli, milşəkilli və uzunluğu 10–12 mm-dir, bir tərəfində uzun fır vardır, sonunda parlaq, ağ ipəyəoxşar kəkili vardır.
Gülməli səhifələr
Gülməli səhifələr (ing. Funny Pages) — Oven Klaynın rejissorluğu ilə 2022-ci ildə çəkilmiş komediya filmi. Filmin prodüserliyini Safdi qardaşları etmişdir. Film mentoru öldükdən sonra evi tərk edən 17 yaşlı Robert adlı karikaturaçıdan bəhs edir. Robert Nyu-Cersi ştatının Trenton şəhərindəki zirzəmiyə köçür və burada əvvəllər karikaturaçı olmuş Volles adlı bir adamla tanış olur. Vollesin ağıl sağlamlığında bir az problem var. == Rollarda == Daniel Zolghadri — Robert Bleichner Matthew Maher — Wallace Miles Emanuel — Miles Maria Dizzia — Jennifer Josh Pais — Lewis Marcia Debonis — Cheryl Quartermaine Stephen Adly Guirgis — Katano Michael Townsend Wright — Barry Cleveland Thomas Jr.
Güzəştli Ticarət Zonası
Güzəştli Ticarət Zonası (GTZ) və ya Güzəştli Ticarət Razılığı — üzv ölkələr arasında müəyyən məhsullara azad ticarəti təmin edən ticarət bloku. Bu sözügedən məhsullar üzərində bəzi tariflərin aradan qaldırılmasını nəzərdə tutur. GTZ ticarət anlaşmasının bağlanması ilə əldə olunur. Bu iqtisadi inteqrasiyanın ilk səviyyəsidir. GTZ və azad ticarət zonası (ATZ) arasında fərq o qədər də böyük olmaya bilər, çünki Tarif və Ticarət üzrə Baş Sazişə görə, istənilən GTZ-nin məqsədi sonda ATZ yaratmaqdır. Bunun üstünlükləri Dünya Ticarət Təşkilatına üzv olan ölkələrin təcrübəsində görünür .
Gülməli adamlar (film, 2009)
Gülməli adamlar — Cadd Apatounun rejissorluq etdiyi, yazdığı komediya—dram filmidir. Baş rollarda stand-up komediyaçıları Adam Sendler və Set Roqen yer almaqdadır. Film 31 iyul 2009-cu il tarixində təqdim edilmişdir. Əvvəlki Apatou filmlərinə nəzərən daha dramatikdir. Universal Pictures və Columbia Pictures filmi istehsal etmişdir. == Məzmun == Corc Simmons həyatının ən bədbəxt xəbərini öyrənmişdir. Artıq geriyə dönüşü olmayan yol onu gözləyir: Ölüm! İşini yaxşı bilən stand-up komediyaçısıdır. Corc sağalmaz xəstəliyə tutulduğunu gördüyündə məyus olur. Artıq 1 ildən az ömürü qaldığını görər.
Buzavənd Qulaməli
Buzavənd Qulaməli — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı Əsli Bozavənd Qulaməli. XIX əsrin ortalarından sonra adı çəkilmir. Qulaməliyə (mülkədar adıdır) məxsus Bozavənd ailələri mənasındadır.
Qulaməli Bayandur
Qulaməli Əliəkbər xan oğlu Bayandur (13 dekabr 1898-25 avqust 1941) — İran Dəniz Qüvvələrinin kontr-admiralı. Qulaməli xan Əliəkbər xan Bayandurun ikinci oğludur. 13 dekabr 1898-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1941-ci ildə SSRİ-nin təhlükəsizliyi və yerli əhaliyə "kömək göstərmək" məqsədilə Sovet qoşunları Güney Azərbaycana daxil oldu. İkinci dünya müharibəsinin əvvəllərindəki, habelə, 1941-ci ildə Sovet və Britaniya qoşunları İrana daxil olduqdan sonra ümumilikdə İranda və Güney Azərbaycanındakı siyasi proseslər, İranda SSRİ-ABŞ-Böyük Britaniya qarşıdurmasının gücləndi. Dünya müharibəsi ərəfəsində və müharibənin ilk vaxtlarında alman firmalarının nümayəndələri adı altında xüsusi xidmət orqanlarının işçiləri Təbriz, Maku, Xoy, Mianə, Mərənd kimi şəhərlərdə də yerləşdirilmişdi. 1941-ci ilin əvvəllərində Almaniya gizli yolla İrana 11.000 ton silah və sursat gətirmişdi. İranın "turist düşərgələrində" istirahət edənlərin çoxunun hərbçi olması barədə kəşfiyyat materialları var idi. 1941-ci ilin iyul-avqust aylarında minə qədər mülkü geyimli alman zabitlərinin Ərzurum yolu ilə İrana keçməsi müşahidə edilmişdi. Rusların köməyi ilə dövlət çevrilişi etmiş, ingilislərin köməyi ilə səltənəti ələ keçirmiş Rza şah Almaniya yardımı ilə XX əsri İranda "Pəhləvinin qızıl əsrinə" çevirmək ümidində idi.
Qulaməli Üveysi
Qulaməli Üveysi (fars. غلامعلی اویسی‎; 1918, Qum – 8 fevral 1984, Paris) — Azərbaycan əsilli İran generalı, Şah qvardiyasının rəisi, Tehran şəhərinin hərbi komendantı, Şah ordusunun sonuncu komandanı, öz dövrünün ən mahir hərbiçisi. Qulaməli Üveysi 16 aprel 1918-ci ildə Qum vilayətinin Fordo kəndində Üveysi ailəsində anadan olmuşdu. Kəndin əhalisi mənşəcə türkmanlardan təşkil olunmuşdu. Onun öz şəcərəsi Qaraqoyunlu Qara Yusifə çatır. Ana tərəfdən isə Məhəmməd Əli Şah Qacarın böyük oğlu Hüseyn Əli Mirzənin nəvəsidir. O, 1937-ci ildə Şərif Dölə Bozorgun nəvəsi, Şərif Dölə Bəniadəmin qızı olan Şərafət Bəniadəm ilə ailə həyatı qurub. Qulaməli Üveysi Tehranda İran Ali Hərbi Məktəbin Zabitlər fakültəsinin məzunudur. O, Məhəmmədrza şah Pəhləvi ilə eyni fakültədə təhsil alıb. Qulaməli Üveysi 5 dekabr 1978-ci ildə İranın əmək naziri olmuşdu.
Çeşmə-i Qulaməli
Çeşmə-i Qulaməli (fars. چشمه غلامعلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 401 nəfər yaşayır (101 ailə).
Qulaməli xan Ziyadoğlu-Qacar
Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi. Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı. Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı.