Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mustafa Kamalın Samsuna gəlişi
Mustafa Kamalın Samsuna gəlişi (türk. Mustafa Kemal'in Samsun'a çıkışı) — 1919-cu ilin 19 may tarixində 9-cu Ordu müfəttişi Mustafa Kamalın Bandırma gəmisi ilə etdiyi səfərin sonunda Samsuna çatması hadisəsi. Bu hadisə Türkiyə İstiqlaliyyət müharibəsinin başlanğıcı olaraq qəbul edilir. Samsunda yunan qrupları və türk xalqı arasında meydana gələn toqquşmaların yatırılması üçün Osmanlı hökuməti tərəfindən Mustafa Kamal vəzifələndirilmiş və ona 9-cu Ordunun müfəttişliyi vəzifəsi verilmişdir. Buna əsasən müfəttiş, vəzifə bölgəsinə Bandırma gəmisi ilə çatmış və 1 həftə ərzində Qazi Muzeyində qalmışdır. Bu müddət ərzində bölgədə əmələ gəlmiş toqquşmaların səbəbini araşdırmış və işğalçılara qarşı birbaşa türk müqavimət təşkilatlarının yaradılmasında ciddi rol oynamışdır. Mustafa Kamal 1 həftəlik müddətin sonunda Havzaya yönəlmişdir. Havzada keçirdiyi 17 günün sonunda isə şəhərdən ayrılaraq Amasyaya hərəkət etmişdir. Osmanlı İmperiyası 1918-ci ilin sonlarına doğru Birinci Dünya müharibəsindən məğlub ayrılmış, Mudros müqaviləsini imzalayaraq artıq dağılma dövrünün sonuna gəlmiş bir dövlət halında idi. Avropa dövlətlərinə görə xəstə adam olaraq xarakterizə edilən Osmanlı İmperiyası imzaladığı atəşkəs ilə boğazların hakimiyyətini, yeraltı qaynaqların istifadə haqqlarını və donanma ilə ordu üzərindəki bütün əmr haqqlarını Antanta dövlətlərinə təslim etmiş olur.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.
Qınıq
Qınıq boyu
Qızıq
Qızıq/Kızık/Qırıq boyu — Oğuz xan dastanına əsasən adını Oğuz xanın nəvəsi Ulduz xanın oğlu Qızıqdan almış, Oğuz türklərinin 24 boyundan biri. Kızık (Gümüşhacıköy) — Türkiyənin Amasya ili, Gümüşhacıköy ilçəsində kənd. Kızık (Sandıklı) — Türkiyənin Afyonkarahisar ili, Sandıklı ilçəsində kənd. Kızık (Kızılcahamam) — Türkiyənin Ankara ili, Kızılcahamam ilçəsində kənd. Kızık (Manyas) — Türkiyənin Balıkəsir ili, Manyas ilçəsində kənd. Kızık (Develi) — Türkiyənin Kayseri ili, Develi ilçəsində kənd. Kızık (Andırın) — Türkiyənin Qəhrəmanmaraş ili, Andırın ilçəsində kənd. Kızık (Karaman) — Türkiyənin Karaman ili, Mərkəz ilçəsində kənd. Kızık (Ovacık) — Türkiyənin Tunceli ili, Ovacık ilçəsində kənd. Kızık (Zara) — Türkiyənin Sivas ili, Zara ilçəsində kənd.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
XI qırmızı ordu hissələrinin Bakıya gəlişi (film, 1920)
Hava gəmisi
Uçan gəmi — yerin və ya suyun səthində əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla, hava ilə qarşılıqlı təsir yolu ilə atmosferdə dəstəklənən uçan aparat. == Xüsusi çəkisinə görə uçan gəmilərin təsnifatı == Xüsusi çəkisinə görə təyyarələri şərti olaraq iki qrupa bölmək olar — havadan yüngül təyyarələr (aerostatlar) və havadan ağır olan təyyarələr (aerodinlər). İkisinin fərqi ondan ibarətdir ki, havadan daha yüngül olan təyyarələr, havadan daha ağır olan təyyarələrdən fərqli olaraq əlavə elektrik stansiyasının köməyi olmadan müstəqil şəkildə havaya qalxa bilirlər. Bu təsnifat rəsmi deyil və mümkün və tez-tez istifadə olunanlardan biri kimi verilir. Havadan yüngül olan təyyarələr, Arximed qanununa əsaslanaraq, havaya qalxmaq üçün aerostatik qüvvələrdən istifadə etmələri ilə fərqlənirlər ki, bu qanuna əsasən, daha az sıxlığa malik olan cisim daha yüksək sıxlıqlı mühitdə üzməyə başlayana qədər üzəcək. Atmosferin sıxlığı yer səthindən uzaqlaşdıqca azaldığından belə bir təyyarənin qalxması da qalxdıqca azalır.
Helikopter gəmisi
Helikopter daşıyıcısı və ya Helikopter gəmisi əməliyyat baxımından vertolyotdan istifadə edən bir təyyarədaşıyıcı növüdür. Helikopter daşıyıcılarında gəminin çox hissəsini əhatə edən və gəminin uzununa uzanmış olan uçuş göyərtəsi mövcud olur. Bu gəmilərə misal olaraq Britaniya Kral Donanmasının HMS Ocean, Sovet Donanmasının Moskva sinfi və ya Çin Hərbi Dəniz Qüvvələrindin Tip 0891A gəmilərini vermək mümkündür. Bu gəmilərdə adətən təyyarələrin saxlanması üçün anqarlar da mövcud olur. XXI əsrdə sırf helikopter daşımaq üçün nəzərdə tutulmuş olan helikopter daşıyıcılarından danışmaq çətindir. Harrier və F-35 kimi şaquli qalxan və enən STOVL təyyarələrinin yaranması təsnifatı daha da çətinləşdirmişdir. Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrindəki Wasp sinifli gəmilər altı-səkkiz Harrier və 20-dən çox helikopter daşıya bilər. Müasir dövrdə yalnız təyyarə daşıya bilməyən kiçik helikopter daşıyıcıları və köhnə helikopter daşıyıcıları əsl helikopter daşıyıcıları sayıla bilərlər. Bir çox hallarda, şaquli qalxma və şaquli enmə həyata keçirdə bilən STOVL təyyarələrini daxilində yerləşdirən gəmilər "yüngül təyyarə daşıyıcıları" kimi təsnif edilirlər. Wasp sinfi kimi gəmilər həmçinin dəniz piyadaları kimi qoşun növləri ilə desant əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malikdirlər.
Mina gəmisi
Mina gəmisi — minaları təmizləmək üçün hazırlanmış kiçik bir hərbi gəmidir. Onun əsas vəzifəsi müxtəlif mexanizmlərdən istifadə edərək nəqliyyat təhlükəsizliyi üçün su yollarının təhlükəsizliyini təmin etmək məqsədilə dəniz minalarının yaratdığı təhlükələrə qarşı mübarizə aparmaqdır.
Mirnı gəmisi
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Müşayiət gəmisi
Müşayiət gəmisi və ya müşayiət aviadaşıyıcısı, Bu, II Dünya Müharibəsi zamanı Kral Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Yapon İmperator Donanması və Yaponiya İmperator Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən kiçik və yavaş tipli təyyarə gəmisi idi. Onlar adətən daha böyük donanma gəmilərinin uzunluğunun yarısı uzunluğunda olan və subasımının üçdə bir həcmində, daha yavaş sürətə, daha az təyyarə daşıma qabiliyyətinə və daha yüngül silah və zirehlərə malik idilər. Müşayiət gəmiləri daha ucuz idi, çünki onlar əsasən kommersiya gəmisinin gövdəsi üzərində inşa olunurdular və istənilən vaxt tez bir zamanda tikilə bilərdilər. Donanma gəmilərinin sayca az olması şəraitində onlara müvəqqəti olaraq çoxlu sayda vəzifələr verilirdi və bu da onların üstünlüyü idi. Bununla belə, mühafizənin olmaması müşayiət gəmilərini həssas vəziyyətə salırdı və bəziləri məhz buna görə batırılmışdır. Yüngül təyyarədaşıyıcılar bir çox cəhətlərinə görə müşayiət gəmilərinə oxşar bir konsepsiya idi, lakin donanma gəmiləri ilə birlikdə xidmət etmək üçün lazım olan daha yüksək sürətə sahib idilər. Müşayiət gəmiləri donanma gəmiləri, döyüş gəmiləri və kreyserlərdən ibarət olan əsas qüvvələr ilə ayaqlaşa bilməyəcək qədər yavaş idilər. Bunun əvəzinə, konvoyları müşayiət etmək və onları düşmən sualtı qayıqlarının və təyyarələrinin törədə biləcəyi təhdidlərdən mühafizə etmək üçün istifadə olunurdular. Materik Avropası və Sakit Okean adalarına edilən hücumlarda müşayiət gəmiləri amfibiya əməliyyatları zamanı quru qüvvələrinə yaxın hava dəstəyi verirdilər. Müşayiət gəmiləri, donanma gəmilərinə əlavə təyyarələrin daşınması və bütün hərbi xidmətlərin çatdırılma məntəqələrinə çatması üçün bərə təyyarələrinin daşınması kimi müxtəlif missiyalarda da istifadə edilmişdirlər.
Qarışıq Milliyətlilik
Qarışıq milliyətlilik, fərqli milliyətlilik və ya qarışıq irqlilik (ing. Multiracial, half cast, mixed-race) — fərqli millətlərə və ya irqlər malik insanlar üçün istifadə olunan termindir. Bu termin ilə insanlar valideynlərinin mənsub olduğu ölkələrə, millətlərə, dinə və irqə görə ayrılır. Lakin bundan başqa bəzi təhqir xarakterli terminlərdə mövcuddur.
Qarışıq akasiya
Qarışıq akasiya (lat. Acacia confusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Çoxillik ağac bitkisidir və 15 m hündürlüyə qədər böyüyür. Növ Tayvanda, eləcə də Malayziyadan Filippinə qədər yayılmışdır. Ağacdan bu günlərdə musiqi alətləri, mebel və vanna kimi yüksək qiymətli ağac məhsullarının istehsalında istifadə edilir. Bitki xalq təbabətində istifadə olunur və Tayvanda bitki mənşəli dərman mağazalarından (草藥店) əldə etmək olar. Buna baxmayaraq, onun tibbi effektivliyini dəstəkləmək üçün heç bir klinik tədqiqat aparılmamışdır. Acacia richii auct.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda arealı vardır. Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Qarışıq iqtisadiyyat
Qarışıq iqtisadiyyat (ing. Mixed economy) — iqtisadiyyatda, əksərən bazar iqtisadiyyatının variyasiyası. Qarışıq iqtisadiyyat özü-özlüyündə ictimaiyyətin sosial problemlərinin həlli istiqamətində bir sıra məxsusi tipoloji — liberal, sosial orientasiyalı və sosial-demokratik modelləri ehtiva edir.
Qarışıq quşarmudu
Qarışıq quşarmudu (lat. Sorbus commixta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Saxalın, Yaponiya, Koreyada rast gəlinir. Hündürlüyü 7-10 m-dək (bəzən 18 m çatır) olan, yarpağını tökən ağacdır. Çətiri yumru və uzun, qabığı qonur gümüşü-boz rənglidir. Yarpaqların uzunluğu 20-30 sm, lələkvari formalı, 9-13 lansetvari yarpaqlı, ucu biz və kənarları dişlidir. Payızda yarpaqları tünd bənövşəyi və ya qırmızı rəngli olur. Çiçəklərin diametri 6-10 mm, beş ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkcikli, yazda və ya yayda diametri 9-15 sm olan qalxan əmələ gətirir. Meyvəsi diametri 7-8 mm olan, parlaq qırmızı giləmeyvədir, payızda yetişir. Şaxtaya davamlılıq dərəcəsi 5-9.
Qarışıq turşu
Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Qavşıq (Bicar)
Qavşıq (fars. قاوشق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (13 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Torpedo gəmisi
Torpedo gəmisi — torpedoları döyüşdə daşımaq üçün hazırlanmış nisbətən kiçik və sürətli bir döyüş gəmisidir. Ən erkən dizaynlar bomba yüklü bir torpedonun gəmidə aparılaraq digər gəmiyə çırpılmasına əsaslanır. İkinci nəsil dizaynlar isə torpedo borularından özüyeriyən torpedaları işə sala biləcək sistemlərdir. (Bu növ torpedonu dünyada ilk dəfə istifadə edən sualtı qayıq Əbdülhəmid sualtı qayığı olub.) Torpedo gəmiləri sürət və çeviklik baxımından ondan daha ağır və yavaş döyüş gəmilərini məhv etmək üçün hazırlanmışdır. Bir sıra ucuz qayıq və gəmilərdən ibarət torpedo qayıqları, güclü silahlanmış və bahalı döyüş gəmilərinə qarşı uğur qazandı. Bu şəkildə ucuz bir torpedo gəmilərindən ibarət olan donanma özünün kiçik ölçüləri və məhdud yanacaq tutumuna görə yalnız kiçik sahilboyu əraziləri özündən çox daha böyük və daha bahalı donanmalara qarşı uğurla müdafiə edə bilirdi. 19-cu əsrin sonlarında sürətli torpedo gəmilərinin tətbiqi dövrün dəniz qüvvələri üçün ciddi narahatlıq yaratdı. Buna cavab olaraq böyük gəmilərdən ibarət donanmalar təhlükəyə qarşı kiçik gəmilərlə təchiz edilməyə başlanıldılar. Əslində bunlarda qarşılaşdıqları torpedo gəmilərinə bənzəyirdiləe, lakin torpedonun əvəzinə bunlarda yüngül silahlar quraşdırılmışdı. Dizaynlar və ehtiyaclar yaxşılaşdıqca "torpedo gəmisi destroyeri" istehsal edilməyə başlanıldı.
Titanik gəmisi
Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı.
Kafalar qarışıq
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. == Mövzu == Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Nuhun gəmisi
Nuhun gəmisi (ivr. ‏תיבת נח‏‎; ibranicə: Tevat Noaḥ ) — Yaradılış kitabındakı tufan hekayəsindəki gəmi. Bu gəmi vasitəsilə Tanrı Nuhu, onun ailəsini və bütün dünya heyvanlarını qlobal daşqından xilas edir. Yaradılış kitabındakı hekayə Mesopotamiyada yaranan əvvəlki tufan miflərinə əsaslanır və Quranda müxtəlif dəyişikliklərlə təkrarlanır, burada gəmi Safinat Nūḥ (ərəb. سَفِينَةُ نُوحٍ‎) v' və əl-fulk (ərəb: الفُلْك) kimi görünür. İosif Flavi kimi erkən xristian və yəhudi yazıçıları Nuhun gəmisinin mövcud olduğuna inanırdılar, baxmayaraq ki , Nuhun gəmisi üçün ən azı Yevsevi dövründən (təxminən 275-339) uğursuz axtarışlar aparılmışdır. Gəmiyə inananlar müasir dövrdə də onu axtarmağa davam edirlər, lakin Gəminin mövcudluğuna dair hələ ki, heç bir elmi dəlil tapılmamışdır və həmçinin qlobal daşqına dair da elmi dəlillər mövcud deyil. Bibliyada təsvir edilən gəmi və təbii fəlakət fiziki imkansızlıqlardan və qeyri-adi anaxronizmlərdən asılı olmuşdur Bəzi tədqiqatçılar hesab edirlər ki, Yaxın Şərqdə real daşqın hadisəsi potensial olaraq şifahi və sonradan yazılmış hekayələrdən ilhamlanmışdır: Fars körfəzindəki daşqın və ya 7500 il əvvəl Qara dəniz daşqını belə bir tarixi namizəd kimi irəli sürülüb.
Qreta Qerviq
Qreta Selesta Qerviq (4 avqust 1983, Sakramento) — amerikalı aktrisa, ssenarist və rejissor. İstehsal etdiyi müstəqil filmlərlə tanınıb. Time jurnalı onu 2018-ci ilin "ən nüfuzlu 100 insanı" siyahısında göstərib. Onun rejissoru olduğu "Balaca qadınlar" və "Parəbüzən" filmləri "Oskar" mükafatına namizəd göstərilib. Qerviqin 2023-cü ildə çəkdiyi "Barbi" filmi dünya miqyasında 1 milyard dollardan çox gəlir əldə etmişdir. Qerviq ilk olaraq karyerasına Co Svanberq ilə "Hannah Takes the Stairs" və "Nights and Weekends" kimi filmlərdə əməkdaşlıq edərək başlamışdır. O, partneri Noa Baumbax ilə bir sıra filmdə birlikdə çalışıb. Bunlara "Greenberg", ona "Qızıl Qlobus" mükafatı nominasiyası qazandıran "Frensis Ha", "Mistress America" və "White Noise" daxildir.
Qamışlar gəmisi
Qamışlar gəmisi ( ivr. ‏תבת גמא‏‎, tebat qome) — Bilbiyada "Çıxış" kitabında Musanın tapılması kimi tanınan epizodda körpə Musanı daşıyan qab. Üç aylıq körpə Musanın olduğu gəmi Misirin hər bir ibrani oğlan uşağı boğmaq mandatından qorumaq üçün çayın (ehtimal olunur ki, bu, Nil çayıdır) kənarında qamışların içinə yerləşdirilmişdi və orada Fironun qızı tərəfindən aşkar edilmişdir.
Qarışıq dil
Qarışıq dil — dilçilikdə fərqli dillərin elementlərinin bir-birinə inteqrasiya olunaraq tamamilə yeni bir dil yaratmasını ifadə edir. Bu tip dillər əsasən iki və ya daha çox dildə danışan icmalarda yaranır və ana dil olaraq istifadə edilir. Qarışıq dillər, adətən, sadəcə fərqli dillərin qarışıq formada istifadəsi deyil, iki dilin struktur elementlərinin birləşməsindən əmələ gələn yeni dillərdir. Qarışıq dillər sırf lüğət mübadiləsi və ya kod keçidindən fərqlənir, çünki burada fərqli dillərin qrammatik strukturları da bərabər şəkildə birləşir. == Başqa dillərlə müqayisəsi == Dilçilikdə bu termin bəzən pidgin və kreol dilləri ilə əlaqələndirilir. Bu dillər də müxtəlif dillərin təsiri altında yaranan qarışıq dillər kimi qəbul olunur, amma pidgin və kreol dilləri ilə əlaqələndirilir. Bu dillər də müxtəlif dillərin təsiri altında yaranan qarışıq dillər kimi qəbul olunur, amma pidgin və kreol dilləri ilə qarışıq dillər arasında fərqlər var. === Pidgin dilləri === İki və ya daha çox dilin daşıyıcılarının qarşılıqlı anlaşma üçün yaratdığı sadələşdirilmiş dillərdir. Pidgin dilləri adətən məhdud kontekstlərdə, məsələn, ticarət və ya müvəqqəti ünsiyyət üçün istifadə edilir və ana dili kimi danışılmır. === Kreol dilləri === Pidgin dillərinin ana dili olaraq danışılmağa başlanması və zamanla inkişaf etməsindən yaranan dillərdir.