Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gərməşov
Gərməşov (lat. Euonymus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Evonymus L., orth. var. Kalonymus (Beck) Prokh. Pragmotessara Pierre Pragmotropa Pierre Quadripterygium Tardieu Sphaerodiscus Nakai == Növləri == Euonymus acanthocarpus Franch. Euonymus acanthocarpus var. lushanensis (F.H.Chen & M.C.Wang) C.Y.Cheng Euonymus acanthoxanthus Pit. Euonymus actinocarpus Loes. Euonymus aculeatus Hemsl.
Enliyarpaq gərməşov
Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Hamarçiçək gərməşov

Müqəddəs gərməşov
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Məxməri gərməşov
Məxməri gərməşov (lat. Euonymus velutinus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir növüdür. 1,5–4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3–5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs–yumurtavari, 2–8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1–6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir.
Saqqalcıqlı gərməşov
Ziyilcikli gərməşov
Ziyilcikli gərməşov (lat. Euonymus verrucosus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. Kiçik Asiyada, Skandinaviyada, Orta Avropada təbii halda yayılmışdır. İlk dəfə Balkan yarımadasında təsvir edilmişdir. Alçaqboylu (1–2 m) koldur. Cavan zoğları sıx, kütləşmiş, qaramtıl ziyillərlə örtülüdür. Yarpaqları açıq-yaşıldır, ellips və ya uzunsov ellipsvarı formalıdır, kənarları xırda dişlidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, çiçək saplağı uzundur, hər saplaqda 7-yə qədər çiçək olan çiçək qrupu yarımçətirdə yerləşir. Kasacığı 4 dilimlidir, ləçəkləri tünd-qırmızı və ya yaşılımtıl-boz rənglidir.
Ziyilli gərməşov
Amerika gərməşovu
Amerika gərməşovu (lat. Euonymus americanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Avropa gərməşovu
Avropa gərməşovu (lat. Euonymus europaeus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2-4 (5) m, hamar küt dördtilli budaqları olan, kol və ya balaca ağacdır. Cavan budaqları yaşildır, daha sonra isə tilləri mantar törəmə ilə örtülür. Yarpaqları azacıq qalındərilidir, töküləndir, ellipsvari-neştərşəkilli, enli oval və yaxud uzunsovdur, uzunluğu 2-7 (10) sm, eni 1,5-4 (6) sm-dir. Kənarlardan bərabər kiçik dişli, üst tərəfdən çılpaq, alt tərəfdən damarlar boyunca qısa yumşaq tüklüdür. Saplağı qısadır, uzunluğu 2–14 mm-dir. Yarımçətirləri seyrək çiçəklidir, yarımçətirdəki orta çiçək adətən tam inkişaf etməmişdir. Ləçəkləri 4 ədəd olub, kütdür, sarımtıl-yaşılımtıldır, uzunluğu 5 mm-dir. Qutucuq uzunluğu 8–12 mm-dir, əyiləndir, şarşəkilli-armudvaridir, küt dörd bölümlüdür, qanadsızdır, hamar və çılpaqdır, yetişənə yaxın parlaq çəhrayı rəngdə olur, qutucuğun hər yuvasında bir toxum olur, nadir hallarda toxumların sayı 2 ədəd olur.
Semyonov gərməşovu
Semyonov gərməşovu (lat. Euonymus semenovii) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Yapon gərməşovu
Yapon gərməşovu (lat. Euonymus japonicus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. Yaponiyada, Qafqazda yayılmışdır. Hündürlüyü 4-8 m olan həmişəyaşıl ağac və ya koldur. Cavan budaqları dörtdilli, qabığı qonurumtul-yaşıldır. Yarpaqları dərivarıdır, üst tərəfdən parlaq, tünd-yaşıl, altdan isə nisbətən solğun rəngdədir. Qaidə hissəsi pazvarı, kənarları oyuqvarı dişlidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərinin sayı 10-40 ədəd olub, yarımçətirli çiçək qrupunda yerləşir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Gərməşöylü
Gərməşöylü — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Gərməşöylü kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. Kənddəki nəsillərdən biri də bu səbəbdən "Nəbilər" nəsli adlanır. Bu kənddə əsasən iki qohum nəsil "Sərdarlı" və "Nəbilər" nəsli məskunlaşmışlar. Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində status verilmişdir. == Toponimikası == Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal yamacındadır. Əsl adı Gərməşovludur.Yaşayış məntəqəsi vaxtilə gərməşov ağacının çoxluq təşkil etdiyi sıx meşənin talasında salındığından belə adlandırılmışdır. Hazırda kəndin ərazisində tək-tək germəşov ağacına təsadüf olunur. Tovuz r-nunda Gərməşoylu dağ, Gərməşovlu qobu oronimləri qeydə alınmışdır.