GƏRMƏŞOY
GƏRPƏLİ
OBASTAN VİKİ
Gərməşöylü
Gərməşöylü — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Gərməşöylü kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. Kənddəki nəsillərdən biri də bu səbəbdən "Nəbilər" nəsli adlanır. Bu kənddə əsasən iki qohum nəsil "Sərdarlı" və "Nəbilər" nəsli məskunlaşmışlar. Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində status verilmişdir. == Toponimikası == Gərməşöylü oyk. Gədəbəy r-nunun Düz Rəsullu i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal yamacındadır. Əsl adı Gərməşovludur.Yaşayış məntəqəsi vaxtilə gərməşov ağacının çoxluq təşkil etdiyi sıx meşənin talasında salındığından belə adlandırılmışdır.