Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəncə
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı". Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.
Gəncə qalası (Köhnə Gəncə)
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır. Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu.
Gəncə-Qazax
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Gəncə (Göygöl)
Nizami, Gəncə (1966–2003) — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Qəsəbə adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır. 2003-cu ildən qəsəbənin adı dəyişdirilərək Nizami olmuşdur.
Gəncə (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Gəncə — Azərbaycanın, 2-ci böyük şəhəri. Gəncə (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Gəncə (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Gəncə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Digər Gəncə Müstəqil Jurnalistika Mərkəzi — 2001-ci ilin iyul ayında Gəncədə açılmış təşkilat. Gəncə Müsəlman Milli Komitəsi — qeyri-hökumət ictimai təşkilatı. Gəncə Müəllimlər Seminariyası — Azərbaycanda müəllim kadrları hazırlayan ik seminariya (1914). Gəncədə futbol — Gəncə şəhərində futbol haqqında Gəncə şəhəri 17 nömrəli tam orta məktəb — Azərbaycan Respublikasının Gəncə şəhərində ümumi təhsil müəssisəsi.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Gəncə (Əsədabad)
Gəncə (fars. گنجه‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 128 nəfər yaşayır (47 ailə).
Gəncə Darvazaları
Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır. == Tarixi == IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır.
Gəncə Divanxanası
Gəncə Divanxanası — Qəmbər və Hüseynbəy qardaşları tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda bu binada Gəncə Səhmdar Kommersiya Bankı yerləşir.
Gəncə Mall
Gəncə Mall — Gəncə şəhərində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. == Haqqında == Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur. Burada aptek, kitab mağazası, müxtəlif restoranlar və kinoteatr da yerləşir.
Gəncə Qalası
Gəncə qalası — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən XVI əsrə aid tarix-memarlıq abidəsi. Qala 1588-ci ildə Osmanlılar tərəfindən ələ keçirilmiş Qədim Gəncə qalasına nəzarət edəcək hərbi qüvvələrin yerləşdirilməsi üçün Fərhad Paşanın göstərişi ilə inşa edilmişdir. Sonradan I Şah Abbas və Cavad xanın hakimiyyəti dövründə qala genişləndirilmiş və möhkəmləndirilmişdir. I Şah Abbasın göstərişi ilə Gəncə şəhərinin mərkəzinin Qədim Gəncə qalasından Gəncə qalasının forştadtına köçürülməsindən sonra Gəncə qalası şəhərin mərkəzində yerləşən əsas kompleks olmuşdur. Qalanın sitadelində Gəncə xan sarayı yerləşmişdir. 1804-cü ildə bir aydan artıq davam edən mühasirə və qanlı döyüşdən sonra Gəncə qalası Çar Rusiyası tərəfindən ələ keçirilir. Bundan dərhal sonra daxili qalanın özəyini təşkil edən Xan sarayı talan edilərək dağıdılır. Dövrümüzə Gəncə qalasının yalnız hissələri çatdığından, onun memarlıq xüsusiyyətləri əsasən tarixi xəritə və planlar, həmçinin qravür və fotoşəkillər əsasında öyrənilmişdir. Qalanın 1797-ci ilə aid planından görünür ki, şəhər böyük bir əraziyə malik idi və onun ərazisinin böyük bir hissəsini bağlar tuturdu. Şəhər ərazisi qala və forştadta bölünürdü.
Gəncə aeroportu
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Gəncə aviabazası
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Gəncə bombalanmaları
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Gəncə bulvarı
Gəncə bulvarı — Gəncə şəhərində yerləşən park-bulvar kompleksi. == Bulvar haqqında == Bulvarın inşasına 2014-cü ildə başlanılmış və 2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir. Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, ticarət mərkəzi, 3 yaşayış binası, üç kafe, restoran, attraksionlar 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş və monitor quraşdırılmışdır.
Gəncə bələdiyyələri
Gəncə bələdiyyələri — Gəncə şəhərində fəaliyyət göstərən bələdiyyələr. Hal-hazırda Gəncədə 3 bələdiyyə fəaliyyət göstərir. Bunlarda 2-sinin sədri hakim Yeni Azərbaycan Partiyasının üzvü, 1-i isə bitərəfdir. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gəncə bəylərbəyliyi
Qarabağ bəylərbəyliyi və ya Gəncə bəylərbəyliyi — Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasındakı 3 Azərbaycan mərkəzindən biri idi. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Bəylərbəylik doqquz mahal və iki ölkəyə bölünürdü. == Qarabağ bəylərbəyliyin mahalları == Zəyəm mahalı — Hazırkı Şəmkir rayonunun Zəyəm (Şəmkir) ərazisində yerləşib. Bərgüşad mahalı — Hazırkı Qubadlı rayonunun ərazisində yerləşib. Pəmbək mahalı Loru mahalı — Hazırkı Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonunun ərazisində yerləşib. Qaraağac mahalı — Hazırkı Ağdam və Ağcabədi ərazisində yerləşib.
Gəncə hücumu
Gəncə qalasının işğalı (rus. Штурм Гянджи) — 3 yanvar 1804-cü ildə Rusiya imperiyası əsgərlərinin Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi. Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi. 2 dekabr 1803-cü ildən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.
Gəncə körpüləri
Gəncə körpüləri — Gəncənin ən çiçəklənən vaxtının- XI-XII yüzilliklərin abidələri. Köhnə Gəncə ərazisində Gəncəçay üzərindən atılmış üç çoxaşırımlı körpünün indiyə ancaq dayaqları və kiçik fraqmentləri qalmışdır. Gəncə körpüləri iki hissəliqalası olan inkişaf etmiş çaysahili şəhərlərdə sahillərarası əlaqəni təşkil etmək baxımından nadir mühəndis qurğularıdır. Körpülərdən ikisi şəhər qalasının — şəhristanın hissələri arasında,çay axarının aşağısında olan isə,bayır şəhərin iki sahili arasında gediş-gəlişi təmin edirmiş. 1939-1940-cı illərdə aparılan tədqiqatlar zamanı Gəncə körpülərinin dağınıq dayaqları aşkar edilmişdir. Lakin bu üç körpü ilə bərabər, haqqında elmi ədəbiyyatda məlumat verilməyən və Gəncədən 5 km şimal-şərqdə yerləşmiş qədim Gəncəni sağ və sol sahilə ayıran Gəncəçayda salınmış iki körpü də mövcud idi. Körpülərdən birincisi dağıldıqdan sonra ikinci körpü də yerin əlverişli olması nəzərə alınaraq, burada tikilmişdir. Bu körpülərin hər biri XII əsrdə inşa olunmuşdur ki, onlardan ikisindən bu gün də istifadədə edilir. == Tarixi == Mürəkkəb relyefli yer quruluşu,ərazisində çayların sıx şəbəkəsi Azərbaycanda çoxlu körpülər tikilməsinin ilkin amilləridir. Ölkədaxili ilişgiləri çətinləşdirən təbii maniələri azaltmaqla yanaşı,Azərbaycanın ərazisini kəsib keçən qitələrarası ticarət marşrutlarında da rahat gediş-gəlişi təmin etmək üçün körpülər salınması zəruri idi.
Gəncə livası
Gəncə sancağı və ya Gəncə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Gəncə müqaviləsi
Gəncə müqaviləsi (rus. Гянджинский договор) — 1735-ci il martın 21-də Rusiya ilə Səfəvi nümayəndələri arasında imzalanmış müqavilə. Bu müqavilənin şərtlərinə əsasən rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir, burada əvvəlki inzibati idarə üsulu bərpa olunurdu. Gəncə müqaviləsi rus tacirlərinin Səfəvi ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi. == Müqavilənin tarixi və şərtləri == Müqavilə 10 mart 1735-ci ildə Səfəvilər tərəfdən Nadir xan Əfşar, Çar Rusiyası tərəfdən isə knyaz Sergey Qolitsın tərəfindən imzalanmışdı. Müqavilənin imzalandığı ildə Nadir xan Gəncə qalasını mühasirəyə almışdı və Osmanlı qüvvələri ilə döyüşlər gedirdi. Razılığa da elə Gəncə yaxınlığında Nadir xanın düşərgəsində gəlinmişdi. Lakin 1747-ci ildə Nadir xanın ölümündən sonra Rəşt müqaviləsi və Gəncə müqaviləsi ləğv olundu. Müqavilənin şərtlərinə görə Nadir xan Rusiyanın düşmənlərini öz düşməni hesab edir və qaytarılan torpaqları bir də heç vaxt Osmanlılara verməməyi öz üzərinə götürürdü. Rusiya isə 19–21 mart 1735-də bütün Xəzəryanı vilayətlərdən (Kürün axarından Dərbəndədək) birdəfəlik çıxmağa razı oldu.
Gəncə mədrəsəsi
Gəncə mədrəsəsi — Gəncə şəhərinin əsas meydanında vaxtilə mövcud olmuş mədrəsə binasıdır. Şah Abbas məscidini əhatə edən mədrəsə binasının dövrümüzə yalnız məscidin qərb tərəfində həyə boyunca yerləşən dörd otaq və divarlar qalmışdır. == Tarixi == Gəncə mədrəsəindən bəhs edən B.N.Zavıpkin yazır: “Məscid...hücrələrdən təşkil edilmiş bina ilə əhatə olunmuşdur. Bu hücrələrin bəzisi boşdur, bəzilərində isə məsciddə xidmət edən şəxslər yaşayırlar. Lakin, şəhərə qonaq gələn müsəlmanlar və qeyri-müsəlmanlar, o cümlədən məscidin alimlərindən dərs alan gənclər də burda sığınacaq tapırlar.” Gəncə mədrəsəsinin memarlıq quruluşu və planı haqqında ətaflı məlumat Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivində saxlanan Gəncə qalasının 1797-ci ilə aid planında verilmişdir. == Memarlıq xüsusiyyətləri == Mədrəsənin dövrümüzə çatmış qalıqları çox da böyük olmayan bir mərtəbəli otaqlardır. Bu otaqların hər biri böyük oxvari tağ vasitəsiylə həyə açılan müstəqil girişə malikdir. Otaqlar, aralarında inşa edilmiş kar divarlar vasitəsiylə bir-birindən ayrılmışdır. Otaqların tağvari örtüyü ara divarlara söykənir. Mədrəsənin kənar divarları onu ətraf küçələrdən tamamilə izolyasiya edir ki, bunun da nəticəsində qapalı daxili həyət yarnır.
Gəncə mədəniyyəti
Gəncə şəhərinin əsası 859-cu ildə qoyulmuşdur. E.ə. VII əsrdə skiflərin qurduğu İşquzun özəyinin midiya dilindəki adı Sakaşen (Azərbaycan Respublikasının qərbində, indiki Gəncədə) idi. Gəncə Şəddadilərin və Gəncə xanlığının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuşdur. Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir. Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burada həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" rəqs ansamblı və "Ulu Gəncə" ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 dən artıq insan iştirak edir. İncəsənət nümayəndələri ilə yanaşı yaxşı olardı ki, respublikamızın mərhum aktyorları Zülfügar Baratzadə və Məhəmməd Bürcəliyev, Ələddin Abbasov və Sədayə Mustafayeva kimi sevilən incəsənət xadimlərini də qeyd edək. Müğənni Şahnaz Haşımova həmçinin Azərbaycanın Xalq Artisti adına layiq görülüb.
Gəncə məhəllələri
Qədim Gəncə şəhərinin 1727 ci ildə 14 məhəlləsi olub: Gəncə şəhri, Gəncə çayı ilə ikiyə ayrılmıştır, şəhrin dağlık yerində və dağlara doğru kəndlərdə Ermənilər, ova qisminda ovaya uzanan kəndlərdə isə Türklər yaşıyırdılar. Gəncənin Türk məhəllələri arasında Noreşen ismində bir Erməni məhəlləsi vardı Gəncənin Erməni qismində isə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı və Hacıməlihli.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Gəncə paxlavası
Gəncə paxlavası — Azərbaycanın qədim şirniyyat növüdür. == Lazım olan ərzaqlar == === Xəmir === 200qr yağ 200qr xama 2 yumurta 0,5 S/t su 950qr un 1qr duz === İçlik === 1kq qoz 0,5kq badamləpəsi(qaynar suda isladilaraq soyulmuş halda) 1,3kq şəkər tozu 10qr əzilmiş hil-müxək === Üzərinə tökmək üçün === 500qr ərinmiş kərə yağı === Şərbət === 1s/t su 0,5s/t 2s/t şəkər tozu 10qr zəfəran. == Hazırlanma qaydası == Hazırlanmış xəmirdən 12–13 kündə (4-ü böyük olmaqla) ayrılaraq yayılır. Dibi yaxşıca şit yağla yağlanıb üzərinə 2 qalın yuxa salındıqdan sonra içlik əlavə edilir. Hər nazik qatdan bir çoxlu içlik səpilir. Bu axıradək davam etdirilir. Sonda 2 qalın fətir salınır, 5–10 dəqiqədən sonra rom şəklində doğranılır. Üzəri dəmlənmiş xüsusi paxlava rəngi və yumurta sarısının qatışığı ilə rənglənib qoz və badam ləpəsi ilə bəzədilir. Qaynar közdə yaxud isti sobada 30–40 dəqiqəyə bişir. Sobaya qoyduqdan 15–20 dəqiqə sonra ərinmiş yağ qaşıqla aralarına tökülür.