GENƏ

Yenə. (“Koroğlu” dastanının lüğəti)

Ay həzərat, ay camaat,

Ürək zərd oldu, zərd oldu!..

Genə namərdin sözləri

Cana dərd oldu, dərd oldu!

                          (“Koroğlunun qocalığı”)

*

... Hasan paşa nədi, lap xotkar özü də bütün dünyanı yığıb Çənlibelə töksə, genə də bir adam bu yerlərdən keçə bilməz. (“Koroğlunun Qars səfəri”)

GEDİMLÜ
GENƏZ
OBASTAN VİKİ
Aşağı ətrafların varikoz genəlməsi
Aşağı ətrafların varikoz genəlməsi aşağı ətrafın səthi venalarının genişlənməsi, vena qapaqcıqlarının çatışmazlığı nəticəsində qan axınının pozulması- Varikoz termini lat. varix; varicis sözündən götürülmüş, mənası "köpmüş, gərilmiş, üfürülmüş" deməkdir.
Varikoz genəlmə
Vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir. Adətən varikoz genəlmə dedikdə Aşağı ətrafların varikoz genəlməsi başa düşülür. lakin əmələgəlmə nahiyəsindən asıli olaraq varikoz genəlmə bir neçə növlərə malikdir: Aşağı ətrafların varikoz genəlməsi həm müstəqil həm də yanaşı gedən xəstəlik olub, aşağı ətraflarda: topuq, baldır, bud nahiyələrində dərialtı venaların genişlənməsi, damar divarının nasikləşməsi, tromblaşmış vena düyünlərinin üzə çıxması ilə xarakterizə olunur. Varikoz genəlmə venoz təzyiqin artması nəticəsində xüsusən qapı venasında təzyiqin artması — portal hipertenziya zamanı qida borusu venalarının, qarın nahiyəsində dərialtı venaların meduza şəkilli genəlməsinə səbəb olur. Bu cür varikoz genəlmə müstəqil deyil, hər hansı bir xəstəlik: qaraciyər serrozu, şişi zamanı meydana çıxmış olur. Düz bağırsaq venalarının genəlməsi, babasil ya hemorroy xəstəliyi adlanır. Kişilərdə xaya venalarının varikoz genəlməsi, varikosel adlanır. Varikosel kişi sonsuzluğuna səbəb ola bilir.

Digər lüğətlərdə