QƏNDƏ

qənd, şəkər kimi (qadın), şirin, ləzzətli.
QƏNDAB
QƏNDİ
OBASTAN VİKİ
Moğolların Qəndəhar mühasirələri
Moğolların Qəndəhar mühasirələri — Səfəvi−Moğol müharibəsi (1649-1653) zamanı moğol qüvvələri 3 dəfə Qəndəharı mühasirəyə almışdır. 3 mühasirədə moğollar üçün uğursuzluqla nəticələnmiş və Səfəvi ordusu qalib gəlmişdir.Beləliklə, moğolların Qəndəharı ələ keçirmə istəkləri baş tutmamışdır. XVII əsrin ortalarında Səfəvi imperiyası ilə Moğol imperiyası arasında ərazi münaqişələri meydana çıxdı. Bu münaqişələrin meydana çıxdığı ərazilər müasir Əfqanıstan ərazilərini təşkil etməkdədir. Kabul və Qəndəhara nəzarət edən dövlətin bütün regiona nəzarət etdiyi hesab edilirdi. 1630-cu illərdə Qəndəhar şəhərini idarə edirdisə, moğollar da Kabil şəhərini idarə edirdilər. Münaqişəyə yol açan əsas dəyişiklik isə 1638-ci ildə baş verdi. Beləki, Səfəvlərin Qəndəhardakı hakimi Əli Mərdan xan öz dövlətinə xəyanət edərək moğollara sığındı və şəhərin idarəetməsini onlara verdi. Bundan sonra iki imperiya arasında münasibətlər pozuldu. This event provoked further tensions between the two empires.
Qəndəhar
Qəndəhar ( puşt. کندهار kand̪ahɑr - Qəndəhar , dəri قندهار / qandahɒːɾ / və q.yun. Ἀλεξάνδρεια Ἀραχωσίας q.yun. Ἀλεξάνδρεια Ἀραχωσίας Ἀλεξάνδρεια Ἀραχωσίας - Alexandria Araxozias) - Əfqanıstanın cənubunda bir şəhər. Ölkənin ikinci ən böyük şəhəridir. Şəhər eramızdan əvvəl 330-cu ildə Makedoniyalı İskəndərin yürüşləri zamanı Araxoziya adı altında qurulmuşdur . Şəhərin yerli əhalisi əsasən müasir puştunların əcdadları idi. I əsrə qədər yunan yazıçısı İsidore Xarakskiy tərəfindən bura yunan şəhəri kimi təsvir edilir. 18-ci əsrdə Qəndəhar, Əfşarilər sülaləsindən olan İran şahı Nadir tərəfindən tutularaq məhv edildi. Yaxınlıqda Nadir şah yeni bir şəhər - Nadirabad qurdu .
Qəndəhar vilayəti
Qəndəhar vilayəti (puşt. کندھار; fars. قندهار‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Qəndəharda hakimiyyətini Mir Mahmud Hotaki 1717-ci ilde qurdu. Vilayətin sahəsi 54.022 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1080.3 min nəfər, inzibati mərkəzi Qəndəhar şəhəridir. Əhalinin 51%-ini qadınlar, 49%-ini kişilər təşkil edir. Vilayətdə şəhərləşmə 32%-dir, kənd əhalisi isə 68%-ə bərabərdir. Əhalisini əsasən puştunlar, həmçinin az sayda bəluclar, həzaralar, taciklər və digər xalqların nümayəndələri təşkil edir. 2006-cı ilə olan məlumata əsasən: Vilayət əhalisinin, həmçinin vilayətdəki bütün kənd əhalisinin 98%-i (959.1 min) puştunlardan ibarətdir. Vilayətdəki ən böyük tayfaları Barakzay, Popalzay, Alkozay, Nurzay və Əlizay tayfalarıdır.
Qəndəhari Bəyim
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری‌ بیگم‌; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası. Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi. Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi.
Qəndəharın mühasirəsi (1605-1606)
Qəndəharın mühasirəsi (1605-1606) — 1605-ci ilin noyabrından 1606-cı ilin yanvarına qədər davam etmiş mühasirədir. Mühasirənin səbəbi Səfəvi ordusunun keçmişdə özünə aid olan Qəndəhar şəhərini Moğol imperiyasından geri almağa çalışması olmuşdur. İki aylıq mühasirədən sonra Səfəvi ordusu uğur qazana bilməmiş və geri çəkilməyə məcbur olmuşdur. Mühasirənin nəticəsi moğollar üçün qələbə ilə sonlanmışdır. XVI əsrin sonları Səfəvi imperiyası üçün çox ağır keçmişdi. 1578-ci ildə başlamış müharibə 1590-cı ildə Osmanlı imperiyasının qələbəsi ilə sonlanmış və imzalanmış İstanbul müqaviləsi ilə Səfəvi imperiyası böyük torpaqlar itirmişdir. Osmanlı cəbhəsi ilə yanaşı Səfəvilərin şərqdə də böyük problemləri mövcud idi. Xorasana aramsız özbək hücumları ilə yanaşı, bir qədər cənubda moğollarla da Qəndəhar üstündə mübarizə kəskinləşməkdə idi. 1595-ci ildə moğol ordusu Qəndəhara yaxınlaşdı. Şəhərin Səfəvi hakimi Müzəffər Hüseyn Mirzə ilə aparılan danışıqlar nəticəsində şəhər moğol ordusuna təslim edildi.
Səfəvi Qəndəharı
Səfəvi Qəndəharı və ya Səfəvi imperiyasının Qəndəhar vilayəti — Səfəvi imperiyasının Qəndəhar şəhərinin ətrafından ibarət, şərqdə yerləşən vilayətlərindən və Xorasan inzibati bölgəsinin 4 əyalətindən biri. Qəndəhar özü də daha kiçik inzibati vahidlərə bölünmüşdü. Onlar bu bölgələr idi: Bost-Qeresx, Zəmindavar, Duki, Çutiyali, Qərmsir-e Qəndəhar, Guriyan və Həzaraların tayfa bölgəsi. Sonuncuya Qalat bölgəsi də daxil idi. Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası ilə birlikdə fəaliyyət göstərirdi. Şah Təhmasib dövründə isə, ortaq özbək düşmənlərinin mövcudluğuna baxmayaraq, böyük siyasi və iqtisadi mərkəz olan Qəndəhar şəhərinə hakimlik uğrunda mübarizə başlandı və şəhər əldən-ələ keçdi. Şah Təhmasib Qəndəharı geri qaytarmaq üçün 1537-ci ildə yürüşə başladı. Qəndəharın moğol hakimi Xacə Kalan müqavimətsiz şəhəri qızılbaşlara təslim etdi. Şah Budaq xan Qacarı şəhərin hakimi təyin etdi, lakin 1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı.
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı
Səfəvi imperiyasının Qəndəhar hakimlərinin siyahısı — Qəndəhar mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Bu şəhərə sahib olan dövlət Hindistana gedən ticarət yollarından gələn böyük vergilərə də sahiblik edəcəkdi. Səfəvi imperiyası bu şəhəri ilk dəfə 1537-ci ildə I Təhmasibin dövründə ələ keçirdi, lakin növbəti əks-hücuma keçən Böyük Moğol imperiyası şəhəri geri qaytara bildi. Lakin Böyük Moğol imperiyası hökmdarı Hümayun hakimiyyətdən devrildikdən sonra şah I Təhmasibdən yardım istədi və Cənubi Azərbaycanın Sultaniyyə şəhərində baş tutmuş görüşdə razılığa gəlindi ki, taxta geri dönməsinə ediləcək hərbi yardımdan sonra Hümayun bunun qarşılığında şiəliyə keçəcək və Qəndəharı I Təhmasibin oğlu Murad Mirzənin xeyrinə güzəştə gedəcəkdi. Belə də oldu, lakin Murad Mirzənin qısa müddət sonra ölümü ilə bu şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrildi. 1545-ci ildə Osmanlı ilə Səfəvi imperiyası arasında olan müharibədən istifadə edən moğollar şəhəri ələ keçirirlər, Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı. 1590-cı illərdə Səfəvi imperiyasının pis vəziyyətindən yararlanan moğollar şəhəri yenidən ələ keçirdilər, 1620-ci illərin əvvəllərində isə Səfəvilər şəhəri yenidən geri qaytardılar. Bundan əvvəl isə, Şah I Abbas Qəndəharı mühasirəyə almış, lakin uğursuz olmuşdu. 1622-ci ildə yenidən Səfəvi imperiyası hakimiyyəti altına qayıdan şəhər 1638–ci ildə yenidən əl dəyişdirdi və bu hal 1649-cu ilə qədər davam etdi. Bu ildə II Abbas şəhəri uğurlu yürüşlə geri qaytardı və onun şəhərə yerləşdirdiyi qarnizon uğurla moğolların 3 mühasirəsini dəf etməyi bacardı.