Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirlənmə
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Yerləmə
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Şifrləmə
Bu məqalə şifrləmə alqoritmləri haqqındadır. Əgər siz ümumi kriptoqrafiya haqqında məlumat əldə etmək istəyirsinizsə Kriptoqrafiya məqaləsinə baxın. Kriptoqrafiyada şifrləmə deyərkən məlumatın şifrlənməsi nəzərdə tutulur. Şifrli məlumat yalnız açıq mətni oxuma haqqı olan istifadəçi tərəfindən deşifr edilə bilər. Şifrləmə sözsüzki məlumat təhlükəsizliyinə təmamilə zəmanət vermir, amma onun icazəsiz istifadəsini dəfələrlə məhdudlaşdırır. Bu mətni deşifrləyib oxumaq üçün açar sözünü və şifrləmə alqoritmini bilmək lazımdır. Şifrlənəcək mətn açıq mətn adlanır, bu mətn şifrləmə açarından istifadə etməklə şifrləmə alqoritmi vasitəsilə şifrlənir. Alınan mətn şifrli mətn adlanır. Həmçinin gizli açar şifrləmisi kimi tanınır. Simmetrik açar şifrləmə metodunda şifrləmə və deşifrləmə üçün istifadə olunan açar eyni olur.
Giləşə
Giləşə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır. == Etimologiyası == Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Birləşmə (film)
Birləşmə (ing. Splice) Amerika istehsalı olan, elmi fantastika janrında çəkilmiş qorxu filmi. == Məzmun == Klayv və Elsa dünyaca məşhur iki alimdir. Onlar əsasən fərqli canlıların DNT-lərini birləşdirərək hibrid varlıqlar yaratmaqla məşğuldurlar. Bu alimlər artıq daha fərqli bir yenilik etmək istəyirlər — insan DNT-sini kopyalamaq. Lakin bu işə pul qoyanlar insan DNT-sinin qarışdırılmağına qarşı çıxırlar. Buna baxmayaraq, Klayv və Elsa öz layihələrini gizli davam etdirirlər və nəticədə Dren yaranır. Dren normal insanlardan daha tez böyüyür və bir neçə aya yetişgin insan olur. Klayv və Elsa insan və heyvan hibridi olan Dreni ətrafdan gizlətməyə çalışırlar. Vaxt keçdikcə Dren ilə Klayv və Elsa arasında artıq bir bağlılıq yaranır.
Birləşmə Tağı
Birləşmə Tağı (rəsmi Milli Birləşmə naminə üç nöqtə fərmanı abidəsi) — abidə Şimali Koreyanın paytaxtı Pxenyan şəhərinin cənubunda yerləşir. Abidə 2001-ci ilin avqust ayında Kim İr Senin Koreyanın birləşməsi ilə bağlı təkliflərini anmaq məqsədiylə inşa edilmişdir. Tağ Pxenyandan Koreya tərəfsiz bölgəsinə kimi uzanan birləşmə magistralı üzərində yerləşir. O, iki milli libasda olan Koreya qadınını ehtiva edir və şimal və cənubun birlikdə kürədə əks edilmiş birləşmiş Koreyanı yuxarı qaldırmaları təsvir edir. Kürə Üç Nöqtənin emblemidir; Milli yenidən birləşmənin üç prinsipi; Koryo Demokratik Federal Respublikasının qurulması planı və 10 bəndlik proqramdan ibarət bütün xalqın Böyük Birliyinin. Abidənin alt hissəsində yenidən birləşməyə və müxtəlif fərdlərin, təşkilatların, xalqların sülh şəraitində yaşamasına dəstək mesajı verən obrazlar təsvir edilmişdir. Tağ 2002-ci ildə poçt markaların üzərində təsvir edilmişdir. 2024-cü ilin yanvarında Kim Çen İn Cənubi Koreya ilə birləşmədən narazı olduğu üçün abidənin dağıdılmasına çağırış edib. O, Cənubi Koreya ilə birləşmə təklifindən imtina edib və bu siyasətin bitdiyini elan edib. Peyk görüntülərinə görə, tağ 19-23 yanvar 2024-cü il tarixləri arasında sökülüb.
Girdəcə dağı
Girdəcə — Qəbələ rayonu ərazisində dağ. == Toponimi == Qəbələ rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, Qum və Tikanlı çaylarının suayrıcındadır. Hündürlüyü 1584 m. Oronim girdə (yumru, dəyirmi) sözündən və -cə şək.-sindən düzəlib, "yumru relyef formalı yüksəklik" deməkdir.
Gözləmə (Urmiya)
Gözləmə (az.-əski. گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Kimyəvi birləşmə
Kimyəvi birləşmələr və ya Mürəkkəb maddələr — müxtəlif element atomlarından əmələ gəlmiş maddələrə deyilir. Məsələn, su hidrogen və oksigen elementlərnin atomlarından; sulfat turşusu isə hidrogen, oksigen və kükürd elementlərinin atomlarından əmələ gəlmiş mürəkkəb maddələrdir. Mürəkkəb maddələr üzvi və qeyri-üzvi maddələrə bölünür. Bütün üzvi maddələr mürəkkəb maddədirlər, lakin bütün qeyri-üzvi maddələr mürəkkəb maddə deyillər. Qeyri-üzvi maddələrin bir qismi bəsit maddələrdir. Aqreqat hallarına görə mürəkkəb maddələr qaz, maye və bərk formada olurlar. Mürəkkəb maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Xarici birləşmə
xarici birləşdirmə– verilənlər bazalarının idarə olunmasında: relyasiya cəbrinin deyimi. Xarici birləşdirmə genişləndirilmiş birləşmə əməlini yerinə yetirir ki, nəticədə bir cədvəlin ikinci cədvəldə dublikatı olmayan sətirləri sıfır qiymətlərlə birləşmiş yekun cədvələ daxil edilir. Məsələn, SİFARİŞÇİ və MAL cədvəlləri üçün xarici birləşdirmə nəticədə heç bir mal sifariş etməmiş (mal sütunlarının qiyməti sıfır olan) sifarişçinin adı olan sətirlər və heç bir sifarişçi tərəfindən sifariş olunmamış (sifarişçi sütunlarının qiyməti sıfır olan) malların adı olan sətirləri yaradacaq; təbii ki, hansı sifarişçinin hansı malları sifariş etdiyini göstərən sətirlər (daxili birləşdirmə) istisna olunmaqla. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Geridönmələrlə izləmə
Geridönmələrlə izləmə (Backtracking)– ekspert sistemlərində: məsələnin cavabını tapmaq üçün proqramın bütün mümkün alternativ yolları yoxlamasından ibarət həll üsulu. Bu alternativlərə bir ağacın budaqları kimi baxmaq olar: proqram bir budaq boyunca axıradək “gedir” və əgər həll tapılmırsa, geriyə qayıdır və axtarışı başqa budaqda davam etdirir. İzlənmə müqaviməti (Backtracking resistance) – təsadüfi bitlər generatorunun (ing. Random Bit Generator, RBG) çıxış ardıcıllığının gələcəkdə generator sındırıldıqda da iddia olunan təhlükəsizlik səviyyəsində ideal, təsadüfi ardıcıllıqdan fərqlənməyəcək şəkildə qalacağının təminatı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İzləmə sistemi
İzləmə sistemi hərəkətdə olan insanların və obyektlərin müşahidəsi və irəli emal üçün məkan məlumatlarının zamanda düzgün düzülüşünün təchiz olunmasında istifadə olunur. Virtual məkan texnologiyasında izləmə sistemi müşahidəçinin koordinatlarını izləyərkən, virtual məkanı insan müşahidəçisi üçün səhnələyən ümümi sistemdir. İzləmə sistemləri saysızdır. Bəziləri gecikmə müddəti göstəriciləridir, məlumat, maddə nöqtəni keçdikdən sonra toplanır, məsələn bar kod və ya drossel nöqtəsi va ya qapı.. Digərləri Qlobal Mövqetəyinetmə Sistemi (GPS) kimi bilginin hansı tezlikdə yenilənməsindən asılı olan həqiqi vaxt və ya yaxın həqiqi vaxtdır. Maddələri araşdırmaq və avtomatik eyniləşdirmə üçün insana ehtiyac duyan bar kod sistemləri vardır. Böyük bir kütlə, izləmə dünyaları müxtəlif tətbiqlər üçün ayrılıqda qurğu hissəsi və proqram təminatından təşkil olunmuşdur. Bar kod sistemləri Elektronik Məhsul Sistemlərindən (EPC), GPS sistemi isə aktiv həqiqi vaxt yerləşdirmə sistemindən ayrılır.
Şüa izləmə
Şüa izləmə (ing. ray tracing) — görüntünün renderinq (RENDERİNG) olunmasının iki əsas üsulundan biri. Kompüter qrafikasında: görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşahidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklərin izlənməsi yoluyla hesablanır. Bundan sonra obyektin atributlarından ekranda görüntünü əmələ gətirən piksellərin rəngini və intensivliyini ölçmək üçün istifadə olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, gürününün elementlərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dərə Girdələ (Bükan)
Dərə Girdələ (fars. داره گردله‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (26 ailə).
Gürzə (hərbi birləşmə)
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. == Tarixi == "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Kobra (hərbi birləşmə)
"Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir. == Tarixi == "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
Osmanlının geriləmə tezisi
Osmanlının geriləmə tezisi və ya Osmanlı geriləmə paradiqması — indilərdə istifadə olunmayan Osmanlı tarixi işlərində təsirli rol oynayan tarixi izah. Geriləmə tezisinə görə, Sultan Süleymanın (1520–1566) hökmdarlığı dövləri uzlaşan Qızıl dövrün ardıyca imperiya zamanla heç vaxt qurtula bilmədiyi və bütün qurumları təsiri altına alan, 1923-də imperiyanın dağılmasına qədər davam edən durğunluq və geriləmə dövrünə girmişdir. Bu tezis XX əsr boyunca Osmanlı tarixini anlamaqda qərbçilik və Respublika Türkiyəsi üçün təməl olaraq istifadə edilmişdir. Ancaq 1978-ci ildə tarixçilər geriləmə tezisinin təməl ehtimallarını yenidən gözdən keçirdilər. 1980, 1990 və 2000-ci illər boyunca bir çox işin yayımlanmasının və daha əvvəl istifadə olunmuş qaynaqların və metodologiyanın əsasında yenidən dəyərləndirilən Osmanlı tarixi araşdırılmasının ardından Osmanlı imperiyasını öyrənən akademik tarixçilər Osmanlı geriləmə tezisinin tamamilə mif olduğu fikrində həmrəy oldular. Geriləmə tezisi "teleoloji", "geriləməçi", "orientalist", "bəsitə endirilmiş" və "tək yönlü" olduğuna görə tənqid edilmiş və tarixi analizdə yeri olmayan məfhum olaraq təsvir edilmişdir. Akademiklər beləcə "onu müzakirə etməməyin lazım olduğunu" təklif etmirdilər. Professional tarixçilər arasındakı bu kəskin paradiqma dəyişiminə baxmayaraq, geriləmə tezisi populyar tarixdə və Osmanlı imperiyası barədə ixtisaslaşmamış olan akademiklər tərəfindən yazılan tarixdə varlığını davam etdirir. Bəzi hallarda, bu davamlılığın səbəbi mütəxəsis olmayanların köhnəlmiş və ya tərk edilmiş işlərə əsaslanmağa davam etmələri ikən, digər halalrda isə onların geriləmə üsulunun davamından bəzi siyasi maraqlar əldə etməyi düşünmələrindən qaynaqlanmaqdadır. Osmanlı tənəzzülünə dair ən görkəmli yazıçı tarixçi Bernard Lewis idi, Osmanlı İmperatorluğunun hökumətə, cəmiyyətə və sivilizasiyaya təsir göstərən hərtərəfli eniş yaşadığını iddia etdi.
Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Pirlepe
Prilep (mak. Прилеп, translit. Prilep) — Şimali Makedoniya Respublikasının cənubunda şəhər və eyniadlı bələdiyyənin inzibati mərkəzi. Şəhər ölkənin böyük şəhərlərindən olan Monastırın yaxınlığında yerləşir. Makedoniyanın cənubunda yerləşən Prilep, ölkənin inzibati ərazi bölügüsündə Pelagonya bölgəsi sərhədlərinə daxildir. Prilep, antiq Styberra şəhərinin qalıqları üzərində qurulub. Qurulmasından sonra şəhər Roma İmperiyası dövründə inkişaf etmişdir. 268-ci ildə Qotlar tərəfindən demək olar ki, məhv edilmiş, işğaldan sonra şəhərin yalnız kiçik bir hissəsi qalmışdır. Şəhər, XIV əsrdə (1385-1395) ətrafındakı yaşayış məntəqələri ilə Osmanlı İmperiyası ərazisinə daxil edilmişdir. Bu dövrdən XX əsrin əvvəllərinə (1912-1913) qədər Osmanlı inzibati ərazisinə aid olmuşdur.
Pələng (hərbi birləşmə)
"Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur. "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
Qartal (hərbi birləşmə)
"Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
Qeyri-üzvi birləşmə
Qeyri-üzvi birləşmə — üzvi olmayan mənasına gəlir. Biologiyada su, mineral, turşu, əsaslar, duzlar kimi orqanizmlərin quruluşunda olan ancaq canlı olmayan və ya bir canlı tərəfindən istehsal edilməmiş kimyəvi birləşmələrdir. Təbiətdən hazır olaraq alınır, qeyri-üzvi birləşmələrin istehsalı mümkündür. Qeyri-üzvi birləşmələr, sıxlıqla karbon daşımayan molekullardır. Bunlara misal kimi, anionlar və kationlar olaraq təsnif edilən müxtəlif ion birləşmələr ilə kovalent birləşmələrin verə bilərik. Fotosintez edə bilən canlılar (dəniz yosunları, bitkilər və sianobakteriya) qeyri-üzvi birləşmələri sintezləşdirərək üzvi maddələr yaradırlar. Qeyri-üzvi birləşmələr canlı quruluşuna qatılır və metabolik reaksiyalarda tənzimləyici vəzifəsi görür.
Yenidən Birləşmə Günü
Yenidən Birləşmə Günü (vyet. Ngày Thống nhất), həmçinin Qələbə Günü (Ngày Chiến thắng), Qurtuluş Günü (Ngày Giải phóng və ya Ngày Giải phóng miền Nam) və ya rəsmi adı ilə Cənubun Qurtuluşu və Milli Birləşmə Günü (Ngày Giải phóng miền Nam, thống nhất đất nước) — Vyetnamda 30 aprel 1975-ci ildə Şimali Vyetnam və Vyetkonq qüvvələrinin Cənubi Vyetnamın paytaxtı Sayqonu (indiki Hoşimin şəhəri) ələ keçirməsi və bununla da Vyetnam müharibəsinə son qoyması hadisəsini qeyd edən dövlət bayramı. Hadisə milli seçkilərdə baş verən birləşməyə doğru keçid dövrünün başlanğıcı olmuşdur. 2 iyul 1976-cı ildə yenidən birləşmə üçün keçirilən milli seçki nəticəsində Cənubi Vyetnam və Şimali Vyetnam birləşməsindən müasir Vyetnam yaranmışdır. Bəzi xaricdəki Vyetnam icmalarında bu gün Sayqonun süqutu, Qara Aprel (Tháng tư đen), Milli Utanc Günü (Ngày quốc nhục) və ya Milli Nifrət Günü (Ngày quốc hận) kimi qeyd olunur.
Gilerme Nunes
Gilerme Nunes kimi də tanınan Gilerme Nunes da Silva (12 iyul 1998) — Braziliya təmsilçilərindən olan "Qremio Brazil" klubunda müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusu. == Klub karyerası == Nunes Riu-Qrandi-du-Sul ştatının Novo Hamburqo bölgəsində anadan olmuşdur. Gilerme 2014-cü ildə yerli İvoti/Qlobalfut klubundan Santos klubunun akademiyasına cəlb olunmuşdur. 5 noyabr 2015-ci ildə o, klub ilə üç illik peşəkar müqavilə imzalamışdır. 3 fevral 2018-ci ildə Gilerme Nunes baş məşqçi Jair Venturanın istəyi ilə əsas komandaya dəvət almışdır. O, peşəkar karyerasında debütünü on beş gün sonra Kampeonato Paulista liqasında San-Paulu klubuna qarşı oyunda etmişdir. O, Conatan Kopeteni əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 16 sentyabr 2015-ci ildə Gilerme Nunes FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır. O, növbəti il U-20 yığmasına çağırılmış, Yay Olimpiya Oyunlarına gedəcək heyəti müəyyən etmək keçirilən məşqlərdə iştirak etmişdir.
Pirlepe müharibəsi
Pirlepe müharibəsi — I Balkan müharibəsi zamanı 3 noyabr 1912-ci ildə başlayıb 5 noyabr 1912-ci ildə başa çatıb. Serbiya ordusu müasir Makedoniya Respublikasında yerləşən Pirlepe qəsəbəsi yaxınlığında Osmanlı ordusu ilə qarşı-qarşıya gəldi. Müharibə üç gün ərzində davam etdi. Osmanlı ordusu məğlub olaraq geri çəkilmək məcburiyyətində qalmışdır. Pis hava şəraiti və qarışıq yollar ələ keçən fürsətin Serbiya baş komandanlığı tərəfindən qiymətləndirməməsi nəticəsində Serbiya ordusu Kumanova müharibəsindən sonra geri çəkilən Osmanlı I ordusunu təqib edə bilmədi. Bu vəziyyət Serbiya Morova diviziyasını Drina diviziyasının önündən irəliləməyə məcbur oldu. Pirlepe (Prilep) şəhərinə doğru irəliləyən Morava diviziyasının qabaqcıl qüvvələri şəhrin şimalında yerləşmiş Qara Səid Paşa komandanlığı altındakı Osmanlı V kolordusu qüvvələrinin müqaviməti ilə qarşılaşdı. Osmanlılar şəhər yaxınlığında müvəqqəti də olsa bir müdafiə xətti qurmağa nail olmuşdular. Beləliklə 3 gün davam edəcək Prilep müharibəsi başlamış oldu. O gecə Serbiya ordusunu dayandıran Osmanlı qüvvələrinə qarşı, bu dəfə 4 noyabr səhəri Drina diviziyasının cəbhəyə yetişməsi ilə Serblər böyük bir qüvvə üstünlüyünü təmin etmiş oldular.
Qələmə qovağı