Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anaa
Anaa (fr. Anaa) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 350 km şərqdədir. == Coğrafiya == Yuvarlaq fornaya malikdir və 11 adacıqdan ibarətdir. Uzunluğu 29,5 km, eni isə 6,5 km təşkil edir. Atollun sahəsi 38 km²-dir. Daxilində laqun vardır. == Tarixi == Tahanea ilk dəfə 1769-cu ildə ingilis dənizçisi Ceyms Kuk tərəfindən kəşf edilmişdir. XIX əsrin əvvəllərindən Pomare sülaləsinin idarəsi altında olmuşdur. 1850-ci illərdə burada kopra hazırlamaq və mirvari toplamaq inkişaf etməyə başlayır.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Anau
Anau (türkm. Änew) — eramızdan əvvəl 5 -ci minilliyin sonlarına aid arxeoloji yer NS. - XVI / XVII əsrlər. n. NS. Türkmənistanda, Kopetdağın ətəklərində. Qədim əkinçilik məskunlaşma yerlərinin və yaşayış yerlərinin qalıqları, M37 magistral yolunun cənubunda, Aşqabaddan 12 kilometr şərqdə , Axal velayatın inzibati mərkəzi olan Annau şəhərinin şərqində yerləşir. Abidə, erkən eneolit ​​- son tunc dövrünə aid yaşayış məskəni (iki təpə -izah) və XV əsrə aid Temurilər məscidinin xarabalıqları ilə erkən dəmir dövrü və orta əsrlər yaxınlığındakı "Gözəllik Evi" . 1904 -cü ildə Rafael Pumpellinin Anau qəsəbələri üzərində apardığı işlər nəticəsində alim Hubert Schmidt [de] ilk olaraq Türkmənistanın cənubundakı abidələr üçün stratiqrafik miqyas qurdu və bunun əsasında qədim əkinçilərin bu mədəniyyətinin mövcudluğu bölündü. eramızdan əvvəl II minilliyin ikinci yarısından dördüncü mərhələyə qədər NS. (Anau I - Anau IV) . Anau təpələrində aparılan qazıntılar Orta Asiyanın cənub -qərbindəki erkən əkinçilik tayfalarının tarixi ilə əlaqədar Anau mədəniyyəti adlanan və Anau ilə Qərbi Asiyanın əkinçilik mədəniyyətləri arasında əlaqələrin mövcudluğunu təsdiq edən bir çox material verdi. . Anau IA -nın ən qədim dövrünün təbəqələrində qara və qırmızı boyalarla işlənmiş dama taxtası və üçbucaqlı divar rəsmləri olan bir bina tapıldı.
GAAP
Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri (ing. Generally Accepted Accounting Principles, GAAP) — milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları (məsələn, Rusiya GAAP termini var). Bir qayda olaraq, GAAP qısaltması, fərqli praktik vəziyyətlər üçün mühasibat prosedurunun ətraflı tənzimlənməsindən fərqli bir xüsusiyyəti (xüsusən də Beynəlxalq Maliyyə Hesabatı Standartları, BMHS) olan ABŞ GAAP-a istinadla istifadə olunur. 2008-ci ilin avqust ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) beynəlxalq maliyyə hesabat standartlarına keçid və ABŞ GAAP-dan imtina üçün təklif olunan bir yol xəritəsini (ing. proposed roadmap) təqdim etdi. Xarici şirkətlərin IFRS hesabatını SEC-ə təqdim etmələrinə icazə verilir. Bununla birlikdə, 2011-ci ilin fevral ayında SEC, BMHS-nin Amerika hesabatına tətbiq edilməməsi barədə qərarı ehtiva edən başqa bir sənəd yayımladı: Boeing, Pepsico və digər şirkətlərin tələbi ilə beynəlxalq standartların məcburi tətbiq olunması üçün son tarixlər 2015-2016-cı illərə köçürüldü. Bütün Amerika şirkətlərindən ABŞ-də qızıl mühasibat standartı hesab olunan GAAP-a uyğun olaraq maliyyə hesabatlarının yayılması tələb olunur, çünki bu, sui-istifadəni minimuma endirir və hesabat istifadəçilərinin hədəflərinə uyğun gəlir. BMHS-nin əleyhdarları arasında McDonalds kimi bir çox Amerika şirkəti var ki, bu sistemə keçid nisbətən kiçik fayda ilə müqayisədə yüksək xərclərlə əlaqələndirilir. BMHS tətbiqinin tərəfdarları, sponsorluq edən və IFRS standartlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən Böyük Dördlərdir (KPMG ümumiyyətlə FASB-nin IASB ilə tamamilə əvəz edilməsini təklif etmişdir).
Anal dəlik
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Anap dili
Аnapa dili — qumdan təşkil dil. Taman yarımadasında Anapa şəhərindən Dəmir Buynuz burnuna qədər 43 km məsafədə uzanır. Qərbdən Qara dəniz, şərqdən isə duzlu limanlarla əhatələnir. Qafqaz ərazisində yayılmış molyusklardan ibarət olan kvars qumlarından təşkil olunmuşdur. Dilin eni 600-2000 metr arasında dəyişir. İnzibati cəhətdən Krasnodar diyarının Anapa rayonuna daxildir. == Tarix == Anapa dili Kuban çayı sayəsində formalaşmışdır. ХIХ əsrin sonunda çay öz deltasını dəyişmişdir. Üstəlik dəniz axınları qumların bir yerə toplanması sayəsinsə dil tədricən formalaşmağa başlamışdır. Bununla belə dilin təməlini çayın dənizə Qafqaz dağlarından gətirdiyi lil olmuşdur.
Anar Heydərov
Anar Bəhruz oğlu Heydərov (1 iyun 1988, Sumqayıt – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Heydərov 1 iyun 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Anar Heydərov 2006-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit idi.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Anar Heydərov da yaxından iştirak etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Anar Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Heydərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Heydərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Hüseynli
Anar Saday oğlu Hüseynli (13 avqust 1994, Təzəkənd, Şəmkir rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Hüseynli 1994-cü il avqustun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2000–2011-ci illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Anar Hüseynli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Anar Hüseynli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anax (cins)
Anax (Anax, "lord, kral, zadəgan") — İynəcələr dəstəsinə aid cırcırama cinsi.
Anax iyesi
GUAM
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat və ya qısa şəkildə GUAM — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. == Yaranması == GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar. 7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir. 22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.
Gray
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. == Zoologiyaya aid əsərləri == Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı.DigərGünay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
İnam
İnam — 225 km² ərazini əhatə edən və Bakı şəhərindən təxminən 140 km cənubda dənizdə yerləşən neft-qaz yatağıdır. == Tarixi == İnam Cənubi Xəzər hövzəsinin şelf hissəsində yerləşir. Bu sahədə suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrə qədər dəyişir. 1990-cı illərin əvvəlində İnam strukturunda ARDNŞ tərəfindən qazma işləri aparılmışdır. Bu quyu çox yüksək təzyiqlə üzləşdiyindən dayandırılmışdır. 1999-cu ildə İnam strukturunda əhatəli şəkildə 3 ölçülü seysmik tədqiqat aparılmışdır. 2000-2001-ci ildə konsorsium strukturun cənub qanadında INX-1 quyusunu qazmışdır. Bu quyuda da layihə dərinliyinin yaxınlığında olduqca yüksək təzyiqə rast gəlinmişdir. Bu iki quyudan əldə olunmuş məlumatlar Cənubi Xəzərdəki digər geoloji kəşfiyyat quyularından əldə olunmuş nəticələrlə birlikdə interpretasiya edilmiş və İnam strukturunda INX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaratmışdır. İnam strukturunun potensialını uğurla qiymətləndirmək üçün INX-2 quyusunun layihələndirilməsində bütün bu əvvəlki quyulardan əldə edilmiş təcrübələr və qazma sahəsində bəzi ən son texnologiyalar nəzərə alınmışdır.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
A.Gray
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.
Anar Hüseynov
Anar Hüseynov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Anar Hüseynov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.
Anar Həsənov
Anar Həsənov — prodüser, redaktor. Anar Həsənov (futbolçu, 1997) — Azərbaycan futbolçusu.
Anar Kərimov
Anar Kərimov (nazir müavini) — Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (19.02.2019–h.h.) Anar Kərimov (nazir) — Azərbaycanın Mədəniyyət naziri (05.01.2021–22.12.2022) Anar Kərimov (hərbi xadim) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru.
Arzum Onan
Arzum Onan (31 oktyabr 1973, Ankara) — Türk kino aktrisası və model.
Asa Gray
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Ağnaz
Qaan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Qana
Qana rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. == Siyasi və coğrafi mövqeyi == Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. == Təbii resursları == Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, şəltik əkin sahələri də üstünlük təşkil edir.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Qanq
Qanq və ya Qanqa (hind गंगा, GaṅgāIAST, [ˈɡəŋɡaː]) — Cənubi Asiyada çay. Hinduizm mifologiyasına görə Qanqa — cənnətdən yerə enən çaydır. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Onun sahilində kremasiya edib, ondan sonra qalan tozu çaya tökürlər.
Qonaq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qrad
Qrad (silah) — reaktiv yaylış atəş sistemi. Qolen Qrad — Makedoniya Respublikasının ərazisində yerləşən ada.
Qraf
Qraf (riyaziyyat)
Qram
Qram (fr. gramme; işarələməsi: q, g) — Kütlənin ölçü vahidi, SQS vahidlər sisteminin 3 əsas vahidlərindən biri.
Aapravasi-Qhat
Aapravasi-Qhat (hind आप्रवासी घाट – İmmiqrasiya deposu) — Mavrikinin paytaxtı Port-Luizdə yerləşən və Hindistandan məcburi və ya müqaviləli işçi qüvvəsi alan ilk İngilis koloniyası olan bina kompleksidir. 1849-1923-cü illərdə yarım milyon hindistanlı məcburi köçkün Britaniya İmperiyasındakı plantasiyalara aparılmaq üçün İmmiqrasiya deposundan keçdi. İşçilərin genişmiqyaslı miqrasiyası bir çox keçmiş Britaniya koloniyalarının cəmiyyətlərində silinməz iz buraxdı və hindlilər milli əhalinin əsas hissəsini təşkil etdi. Təkcə Mavritaniyada indiki ümumi əhalinin 68 faizi hind mənşəlidir. Beləliklə İmmiqrasiya Anbarı Mavritaniyanın tarixində və mədəni kimliyində əhəmiyyətli bir istinad nöqtəsinə çevrildi.Ərazidəki bütün kompleksdən üç daş binanın yalnız qismən qalığı qalmışdır. Bunlar indi Mavritaniya milli irsi qanunvericiliyinə əsasən milli bir abidə olaraq qorunur. İmmiqrasiya Anbarının sosial tarixdəki rolu 2006-cı ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilərək tanınıb. Bəzi zəif binaların 1860-cı illərdəki halına qaytarılması üçün mühafizə işləri aparılır. == Etimologiya == Qhat sözü Kannadaca Qatta (dağ silsiləsi) tamilcə Kattu (dağ yamacı, bənd, silsilə) və Teluquca Katta və gattu (bənd, sahil) kimi bir çox Dravid etimonları ilə izah olunur. === Adı === 1987-ci ildən bəri istifadə olunan Aapravasi-Qhat adı birbaşa olaraq "İmmiqrasiya Deposu" ifadəsinin hind dilindən tərcüməsidir.
Ağnaz cinsi
Bab-Ənar
Bab-Ənar – İranın Fars ostanının Cəhrom şəhristanının Xəfr bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,702 nəfər və 445 ailədən ibarət idi.