Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
Gonbul adam (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Qonrul
Qorçulu
Qorçulu (Şərur) — Şərur rayonunda kənd. Qorçulu (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Qoytul
Qoytul — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin digər adı "Qoytur"dur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı eyni zamanda Quytul formasında qeyd edilir. Kəndin ərazisində III–V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr var. == Toponimi == 1727-ci ilə aid mənbədə Qutyol kimidir Mənbədə kənddə 6 müsəlman (azərbaycanlı) ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 70-ci illərində kənddə ermənilər də məskunlaşmış, sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1987-ci ildə kənd ermənicə Qetapı adlandırılmışdır. Türk dillərində qiytul "düşərgə" sözündəndir.
Qoçulu
Qoçulu — təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Ömər Qoçulu — Azərbaycan Respublikasının əməkdar memarıYaşayış məntəqələri Qoçulu (Borçalı) — Gürcüstanın Borçalı bölgəsində kənd. Qoçulu (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.Digər Qoçulu dağı — Şərur rayonunda dağ.
Qopuz
Qopuz — türk milli simli çalğısıdır. == Etimologiya == Ola bilsin, "qopuz" sözünün etimologiyası qop qədim türkcədə "ucalıq", "yüksəklik", uz isə "avaz", "sehrli musiqi ahəngi" mənasını verir. Sözün başqa etimoloji açıqlamaları da olmuşdur : Bang W. kop- (durmaq, qalxmaq) köküylə bağlayır . Ramstedt G. J. monqol qugur, qırğız qobuz və b. çin hu (tel, sim) sözləri arasında yaxınlıq görürdü ; Joki A. J. bu baxışın tutarsız olduğunu göstərmişdir . == Tarixi == Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Onun yazdıqlarına görə, uyğurların mahnı oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Topçu
Topçu (İsmayıllı)
Fövcül-füsəha
Fövcül-füsəha — XIX əsrdə 40-50-ci illərin ortalarından Lənkəranda təşkil edilmiş ədəbi məclislərdən biri "Fövcül-füsəha" ("Gözəl danışanlar dəstəsi") adlanırdı. Yığıncaqlarında müxtəlif peşə sahiblərinin iştirak etdiyi bu məclisə tanınmış şair və müəllim Mirzə İsmayıl Qasir başçılıq edirdi. Onun əsas üzvləri Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları idilər. Onlar klassiklərin əsərlərini mütaliə edir, şerlərinə nəzirə yazır, ədəbi-fəlsəfi və dini məsələlər ətrafında müzakirə açır, mübahisə aparırdılar.
Qopmuş burnu
Qopmuş burnu (türk. Kopmuş) — Türkiyənin Qara dəniz sahillərində burun. Artvin ilinin Hopa şəhəri ərazisində yerləşir. Burun Sultan Səlim dağının Qara dənizə daxil olan hissəsində Batumi şəhərindən 18 verstх = 19,20 km aralıda qərarlaşır. Vaxtı ilə burundan Rusiya imperiyası ilə Osmanlı imperiyası arasından keçən sərhəd başlayırdı. == Mənbə == Коп-мыш // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Qoppuz (Həştrud)
Qoppuz (fars. قوبوز‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (20 ailə).
Qorçulu (Dərəçiçək)
Qorçulu - İrəvan əyaləti, Dərəçiçək nahiyəsi, İrəvan xanlığı, Dərəçiçək mahalı, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir. Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünə mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Qorçulara mənsub, qorçuların yaşadığı kənd» mənasını ifadə edir. Qorçulu sonradan nəsil mənasını kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma torpaqlarına dönə bilmişlər.
Qorçulu (Şərur)
Qorçulu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Şəhriyar i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Laçın rayonunun qorçu kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.Coğrafi ad Qorçu oykonimindən və -lu mənsubluq bildirənşək.-dən düzəlib."Qorçu kəndindən gələnlər" mənasındadır.
Qoçulu (Borçalı)
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km. şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir.Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Qoçulu (Kürdəmir)
Qoçulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qoçulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini qoçulu nəslinə məxsus ailələr saldığına görə bələ adlandırılmışdır. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 630 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qoşgül (Avurğazı)
Qoşgöl (başq. Ҡушкүл, rus. Кушкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Mixaylovka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 48 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (46%), tatarlar (26%) üstünlük təşkil edir.
Ömər Qoçulu
Ömər Qoçulu (azərb. Ömər Məmməd oğlu Ömərov‎; 24 yanvar 1943, Qoçulu, Bolnisi bələdiyyəsi) — Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan yazıçısı. == Həyatı == Ömər Qoçulu 1943-cü ildə Bolnisi rayonunun Qoçulu kəndində ziyalı ailəsində anadan olub. 1960-cı ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. 1967-ci ildə "Bakıda İdman-Konsert Kompleksi" diplom layihəsi "əla" qiymətləndirilmiş və gənc memar təyinatla "Azərdövlətsənayelayihə" İnstitutuna göndərilmişdir. Burada o, əsl sənət məktəbi keçərək zəngin təcrübə toplamış və bir sıra ciddi memarlıq layihələri hazırlamışdır. Bakı məişət kondisionerləri zavodu, Azərbaycan AES, Gəncə avtomobil zavodu, Bakı və Quba avtovağzalları, Bakı zərgərlik fabriki və digər obyektlərin layihələri həmin illərin məhsuludur. Ömər Qoçulu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna müəllim dəvət olundu və burada öz bilik və təcrubəsini tələbə memarlara öyrətməyə çalışdı. 1973-cü ildə Ömər Qoçulu Layihə İnstitutuna qayıtdı və yenidən yaradıcılıq fəaliyyətinə başladı, Azərbaycan memarlıhına bir-birindən zəngin əsərlər bəxş etdi. == Ailəsi == O, Borçalıda məşhur olan "Omarlar" nəslindəndir (Bu nəslin bir qolu da əsrin əvvəllərində Turkiyəyə keçmiş, "Qoçulu" soyadı ilə Qars və İstanbul bölgələrində məskunlaşmışdır.
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. == Həyatı == Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.
Gökhan Gönül
Gökhan Gönül (4 yanvar 1985[…] və ya 7 yanvar 1985) — Türkiyəli futbolçu. "Fənərbaxça" klubunun və Türkiyə milli futbol komandasının heyətində çıxış edir. == Həyatı == 7 yanvar 1985-ci ildə Barfada dünyaya gəlib. 6 yaşında olanda ailəsi Bursaya köçür. Məhəllədə top oynayarkən dostları onu Bursa Yolspora apardı və qısa boyu olmasına baxmayaraq qapıçı oldu. Bir gün məşqçi onu sınamaq üçün hücumçu mövqeyində oynatdı. Məşqçi Gökhanın uğurlu performansını gördükdən sonra ona " Artıq qapıçı deyilsən " dedi. İlk illərdə bütün mövqelərdə oynayırdı. Gökhan Gönül ancaq boş vaxtlarında futbol oynayırdı, ancaq məşqçisi Mehmed Kirazoğlu onun uğurlu performansını hiss edib çox çalışdırmağa başladı. Artıq normal məşqlərdən əlavə olaraq axşamlar da məşq edirdi.
Qocur (Tikantəpə)
Qocur (fars. قجور‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (55 ailə).
Qocur (Xudabəndə)
Qocur (fars. قجور‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (102 ailə).
Qorçu (Laçın)
Qorçu — Azərbaycan Respublikasının Laçın rayonu Qorçu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayon Qorçu kəndi haqqında qısa məlumat. Qeyd etmək lazımdır ki, qorçu sözü özündə “qoruq”, “qorumaq”,“qoruyucu” anlayışlarını bildirməklə yanaşı, həm də “gizli” və ya “məxfi” mənasını ehtiva edir. Qorçu kəndi Kiçik Qafqazın dağlarından biri olan Muxtökən dağ silsiləsinin cənub-şərq ətəyində,mənbəyi Buzxana,Yelligədik,Çalbayır su ayrıcından alan Qorçu çayı və Namlı çayln su qovuşağında,Laçın rayon mərkəzindən 60 km uzaqlıq ərazidə və dəniz səviyyəsindən 1884 metr yüksəklik ərazidə yerləşir.Qorçu kəndi tarixi qaynaqlarda kənd kimi XVII-ci əsrdə təşəkkül tapdığı haqqında məlumatlar var.Belə bir nəticəyə gəliblərki,kəndin təməl daşı XVII-ci əsirdən qabaq qoyulmuşdur Qorçu sözü türk mənşəyli söz olub Qor-çu yəni qoçu başı və eyni zamanda qədim türk ordusunda hərbi rütbə kimi işlədilib.Qorçu kəndi Azərbaycanın başqa kəndləri kimi müxtəlif vaxtlarda müxtəlif tayfalardan gələn türk mənşəli tayfalardan ibarət olub.Kəndin bünövrəsi əsasən Qaraçanlı tayfasından ibarət olub.Qorçu kəndi ADR dövründə inzibati xəritədə Qaraçanlı kimi qeyd olunub.Qorçu kəndinin ərazisində dulusçuluq emalatxanası tarixi yer kimi qalmaqdadır,kəndin yaşlı ağsaqqalları oranı göstərib deyərdilərki,o,yeri əkən vaxtılar saxsı qab qırıntılarından əkmək mümkün deyildi. Qorçu kəndi qərbdən Zağaltı(Alıbəyli)şimal-qərbdən Lolabağırlı kəndi,şərqdən isə Korcabulaq kəndi ilə əhatə olunub,eyni zamanda şimal-qərbdən Kəlbəcər rayonuna məxsus Qalaboynu və Bəylik kənd əraziləri ilədə həmsərhəddir.Qorçu kəndində 1935-1937 ci illərdən 1992-ci ilə kimi kolxoz quruluşlu olub,Qorçu kəndi kolxozçuluq dövründə 16 növ təsərüfata malik olub,maldarlıq,əkinçilik,arıçılıq,atçılıq,quşçuluq və sair Qorçu kəndinin Ağcəbədi rayon Ağgöl adlanan ərazisində yataq yeri olmuşdur.Qorçu kəndi 1965-1966-cı illərdə elektirik enerjisi ilə təmin olunmuşdur.1966 ci ilə qədər 6 kənd bir kalxoz olmuşdur ,1966 cı ildə Qorçu Zağaltı və Oğuldərə kəndi isə bir kalxozu olmuş ,Qarabəyli ,Lolabağırlı və Korcabulaq kəndi isə kalxozu olmuşdur.Qorçu kəndi 1973-ci illə kimi aşağada adarı gösdərilən 6 (altı)kəndlə bir savetlik olmuşdur.Zağaltı ,Oğuldərə,Lolabağırlı,Korcabulaq,və Qarabəyli kəndləri ilə birlikdə 1973 cü ildə Qarabəyli Lolabağırlı,və Korcabulaq kəndləri bir savetlik olmuşdur,1976 cı ildə 6 kənddə kalxoz ləğv edilərək savxoz olmuşdur olmuşdur. 1989 ci ildə savxozlaşma ləğv olunmuş yenidən 3 (üç)kolxoz yaranmışdır.1990 ildə Oğuldərə kəndi Qorçu kəndindən ayrılara savetlik olmuşdur.Qorçu kəndinin relyefi kiçik dağlardan,maili yamaclardan və xırda düzənliklərdən ibarətdirki,kəndin ətrafı əkin və biçənək sahəsinə yararlı torpağa,geniş yaylağı və otlaq sahəsinə malikdir, kəndin cənub-şərq və şimal-şərq tərəfi 4000 hektardan çox hissəsi qədimi qarışıq meşə ilə əhatə olunmuşdur.Yerli əhali meşənin cüzü hissəsindən yanacaq kimi istifadə edərdilər və eyni zamanda meşə sahəsi dövlət tərəfinəndə 1992 ci ilə kimi çox ciddi qorunurdu.Qədim qarışıq meşədən qırmızı palıd,adi palıd,vələs,(ulas)və (cır ,alma,armud,2 növ yemişan,ayı gilası,toz ağacı,qaraağac,mırdarça,əzgil,zirinc,söyüd və sair.) kol bitkisi kimi 2 növ qarağat moruq,itburnu,(həmərsin)qoyungözü,tubulğa,nadir kollardan olan gərməşov,kollarından və başqa adlarda ağac və kol bitkiləri ilə zəngindir.Qorçu kəndinin bir çox sosyal mədəni obyektləri daima fəaliyyət göstərib,onlardan poçt məntəqəsi,mədəniyyət evi,24 çarpayılıq xəstəxana,Ferdşil mama məntəqəsi,2 kitabxana,1 kiçik-çörək bişirmə sexi,3 mağaza,kalxozun idarə heyyətinin binası,orta məktəb daima fəaliyyətdə olub,onuda bildirmək istəyirəm ki,Qorçu kənd orta məktəbi 1934-1937-ci illərdə inşa olunmuşdur.Kəndə məxsus 3(üç) dəyirman var idi ki,kənd camahatı köçkünlük dövrünə qədər istifadə edrdilər.Qorçu kəndinə yaxın dağlar Dəmirçi dağı, Çalbayır ,Keşik dağı,Buzxana dağı,Sarıyoxuş yaylağı,Divlər yaylağı,Cəhənnəm dərəsi yaylağı,Qəbrli yaylağı,və kiçik dağ silsilələri və yaylaqları ilə əhatə olunmuşdur.Qorçu kəndinin flora və faunası olduqca zəngin idi,yerli əhali tikinti materyalları kimi əhəng daşından və yerdən çıxan qum karxanasından müasir deyimdə mişardaşı kimi əllə asan hamarlanan göy və qonur daşlardan istifadə edirdilər,məlumat üçün onda bildirirəm ki, hal hazırda Qorçu kənd əhalisinin sayı və təsərüfatı 01.01.2023 cü ilə.381 ailə 1568 nəfər əhalisi varıdır Zağaltı kəndi ilə birlikdə isə 561 ailə 2357 nəfər olmaqla respubilkanın 27 rayon və kəndlərində müvəqqəti məskunlaşmışdır. Ərazisi isə 111000 kv Geoloji kəşfiyatçıların dediyinə görə “El Alı” deyilən yerdə zəngin civə və uran yataqlarının olduğu müəyyən olunmuşdur.Bunlardan başqa “Yarğanlar” deyilən yerdə daş kömür layı,kobalt yataqları var idi.Kəndin ətrafında adi içməli sudan başqa içməli və müalicəvi əhəmiyyətli turş su və başqa mineral sular var idi.Qorçu kəndinin 2(iki)hərbi və 2(iki)mülkü şəhidi varıdır.39 nəfər 1 ci Qarabağ müharibəsinin veteran döyşçüləri 25 nəfər isə 2 ci Qarabağ müharibəsinin iştirakçılarıdır.6 nəfər isə Qarabağ qazisidir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə 1 orta məktəb, 1 mədəniyyət evi, 1 kulub ,poçt, 2 kitabxana və 24 çarpayılıq xəsdəxana 1992 ci ilə kimi fəaliyyət göstərmişdir.
Qorçu (rütbə)
Qorçu — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. == Mənası və vəzifəsi == İlk dəfə olaraq "Xülasət ət-təvarix" in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. H. Zərinəzadə bu sözün azərbaycanca "qoruyucu" mənasında olduğunu yazır. Əlyazmalarda qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. XV yüzilin sonu və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir.
Topçu (İsmayıllı)
Topçu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Topçu rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində, Qafqaz dağlarının cənub ətəyində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir. Əhalisi 1403 nəfərdir. Kənd işıqla və mavi yanacaqla təmin olunur . Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.