QOPUZ

is. Orta Asiya xalqlarında və qədim Azərbaycanda saza oxşar musiqi aləti.
Ozanlar ozanı Dədə Qorqud gəldi, sədəfli qopuzunu sinəsinə basıb, igidə belə ad qoydu… M.Rzaquluzadə.

Etimologiya

  • QOPUZ Mənbələrdə kobuz sözünə rast olmuşam və “ov quşu” (şahin növü) kimi şərh olunub. Zənn edirəm ki, həm quşun, həm də musiqi alətinin adı qol sözü ilə ba
QOPUŞMAQ
QOR
OBASTAN VİKİ
Qopuz
Qopuz — türk milli simli çalğısıdır. == Etimologiya == Ola bilsin, "qopuz" sözünün etimologiyası qop qədim türkcədə "ucalıq", "yüksəklik", uz isə "avaz", "sehrli musiqi ahəngi" mənasını verir. Sözün başqa etimoloji açıqlamaları da olmuşdur : Bang W. kop- (durmaq, qalxmaq) köküylə bağlayır . Ramstedt G. J. monqol qugur, qırğız qobuz və b. çin hu (tel, sim) sözləri arasında yaxınlıq görürdü ; Joki A. J. bu baxışın tutarsız olduğunu göstərmişdir . == Tarixi == Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Onun yazdıqlarına görə, uyğurların mahnı oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir.
Ağız qopuzu
Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub. == Söz açımı == Qədimdə “qopuz” sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: “telli (simli) qopuz”, “yaylı (kamanlı) qopuz”, “vurmalı (zərblə səsləndirilən) qopuz” “qolça qopuz” və “ağız qopuzu” deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən “ağız qopuzu” adlanıb. == Tarixçə == Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır.1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər. Xomus (ağız qopuzu) alətinin tanınmış tədqiqatçısı İvan Yeqoroviç Alekseyev bu tapıntını Sibirin şimal-şərq xalqlarından biri olan nivxilərin xozon (kanqa, vıçranqa) alətinə bənzədir.

Digər lüğətlərdə

алюми́ниевый ве́дренно во́т что единоро́дный ла́нспик отвола́кивание песо́к прецизио́нный ро́бостный цара́пинка шутли́во неде́лька отчеса́ть слиня́лый фотокопи́ческий a outrance boarding boot training lime-feldspar patrolman smithers target seeker Voltairian zebra crossing синерама