Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Root
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
GPass
GPass (tam adı: Global Pass) – internet senzura əleyhinə proqramdır, "SOCKS" tunnellərindən istifadə etməklə internetdə məlumat əldə edərkən istifadəçilərin kimliyini qoruyur və işlədilən ərazidə adi halda bloklanmış məzmuna giriş əldə etməyə imkan yaradır. "GPass"-in quraşdırılması kifayət qədər asandır, onu sadəcə endirmək tələb olunur. GPass-ın istifadəsi pulsuzdur. == Skype və GPass == GPass həmçinin ani mesajlaşma və İP üzərindən zəng etmə proqramı Skype-dan istifadə zamanı daha geniş tətbiq olunur. Belə ki, daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər tərəfindən müzakirə olunduğundan Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Imogen Poots
İmogen Pots (ing. Imogen Poots; 3 iyun 1989, Çizik[d], Böyük London) — ingilis aktrisası və modeldir. == Həyatı == Pots 3 iyun 1989-cu ildə Londonun Hammersmith şəhərində irlandiyalı televiziya prodüseri Trevor Poots və ingilis jurnalist Fiona Qudallın qızı olaraq anadan olub. O, Brook Greendə qızlar üçün Bute House hazırlıq məktəbində, Cənubi Kensinqtonda Queen's Gate məktəbində və Londonun Hammersmith şəhərində Latymer Upper Schoolda oxuyub və burada 3A-ALevel əldə edib. İmogenin model kimi fəaliyyət göstərən Aleks adında böyük qardaşı vardır. Uşaq ikən İmogen baytar olmaq niyyətində idi, lakin bir gün şəxsən baytarlıq klinikasında əməliyyat zamanı qan görməsi İmogenin özünü pis hiss etməsinə səbəb olmuşdur. 14 yaşında gələcək aktrisa YoungBlood şirkətinin Hammersmithdəki teatr seminarında iştirak etməyə başlayır. Teatr studiyasının tərkibində o, nəinki aktyorluğu öyrənir, həm də improvizasiya və ssenaristliyin sirlərinə malik olur. Məhz o zaman Pots gələcəkdə nə etmək istədiyini başa düşür. 2008-ci ildə imtahanları müvəffəqiyyətlə verərək İmogen Londondakı Courtauld İncəsənət İnstitutunda təhsil almaq üçün qrant alır, lakin həmin zamanlarda o, artıq çəkilişlərlə məşğul olduğu üçün təhsilini iki il təxirə salmalı olur.
Robots.txt
Vikipediyanın robots.txt faylı üçün: https://az.wikipedia.org/robots.txt robots.txt — veb-saytlar tərəfindən axtarış botlarına və digər botlara veb-saytın hansı hissələrinə daxil olmağa icazə verildiyini göstərmək üçün istifadə edilən standart olan "Robots Exclusion Protocol" protokolunu həyata keçirmək üçün istifadə edilən fayl adı. Bu, könüllü razılığa əsaslanır. Bütün botlar standarta əməl etmir. Əksinə, təhlükəsizlik boşluqlarını skan edən e-poçt spamçıları, spam-botlar, zərərli proqramlar və robotlar veb-saytın onlardan kənarda qalmaları xahiş edilən hissələrdən (Robots Exclusion Protocol ilə) başlaya bilər. "robots.txt" faylı veb-saytlar üçün digər robot daxiletmə standartı olan Sitemaps ilə birlikdə istifadə edilə bilər. Standart Martin Koster tərəfindən 1994-cü ilin fevralında "Nexor"da işləyərkən, o zaman WWW ilə əlaqəli fəaliyyətlər üçün əsas kommunikasiya kanalı olan "www-talk" poçt siyahısında təklif edilmişdir. Çarlz Stross iddia edir ki, təsadüfən Kosterin serverinə DoS-hücum etməsinə səbəb olan bot yazdıqdan sonra Kosterə "robots.txt" yaratmağı təklif edib. O tez bir zamanda "WebCrawler", "Lycos" və "AltaVista" kimi axtarış motorları tərəfindən idarə olunanlar da daxil olmaqla, ən çox uyğun gələn indiki və gələcək veb skanerlərinin əməl edəcəyi de-fakto standarta çevrildi. 1 iyul 2019-cu ildə "Google" IETF çərçivəsində rəsmi standart olaraq "Robots Exclusion Protocol"nu təklif etdi. Təklif olunan standart 2022-ci ilin sentyabrında RFC 9309 olaraq nəşr olundu.
Günter Qrass
Günter Qrass (alm. Günter Wilhelm Grass‎; 16 oktyabr 1927[…], Qdansk – 13 aprel 2015[…], Lübek, Almaniya Federativ Respublikası) — alman yazıçı, heykəltaraş, rəssam, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == Günter Qrass İkinci Dünya müharibəsinə qədər Almaniya ərazisi olan Dantsiqdə (hazırda Polşanın Qdansk şəhəri) qarışıq ailədə doğulmuşdu. Atası protestant-alman, anası isə katolik polyak idi. Kiçik yaşlarından katolik ənənələri ruhunda tərbiyə edilmişdi. Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri alman tarixinin çətin, mürəkkəb dövrünə düşmüşdü. Təhsil həyatına Dantsiq gimnaziyasında başlayan Günter də əksər həmyaşıdları kimi faşist gənclər təşkilatının — Hitleryugendin üzvü olmuşdu. Evlərindəki "boğucu katolik ab-havasından qurtarmaq üçün" 15 yaşında sualtı qayıqda xidmətə düzəlməyə çalışmışdı. Lakin əvəzində onu əmək batalyonuna yazmışdılar. 17 yaşında isə orduya çağrılmışdı.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur. Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi.
Liz Trass
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Mark Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Rass Kun
Rass Cozef Kun (8 sentyabr 1975) — Naurulu bir siyasətçi, Nauru Respublikasının keçmiş Daxili İşlər Naziri (2012-ci ildə),Nauru-nun UNESCO üzrə Milli Komissiyasının üzvü ( 2008-2010 və 2012-2013-cü illərdə), Nauru Respublikasının hazırki Prezidenti (29 sentyabr 2022 - 30 oktyabr 2023). == Həyatı == Kun 8 sentyabr 1975-ci ildə anadan olub. 2003 və 2004-cü illərdəki ümumi seçkilərdə nəzarətçi kimi fəaliyyət göstərib. O, 2005-ci ildə Ticarət Sənaye və Sərvətlər Nazirliyinin katibi vəzifəsini icra etmişdir. 2008-ci ildə Baş Katib, 2012-ci ildə Daxili İşlər Naziri vəzifələrini icra etmişdir. Parlamentə gəlməzdən əvvəl Ticarət, Sənaye və Ətraf Mühit Nazirliyində çalışıb. Kun həmçinin 2008-2010 və 2012-2013-cü illərdə YUNESKO üzrə Nauru Milli Komissiyasının üzvü olub. O, ilk dəfə Nauru parlamentinə 2013-cü ildə Ubenide seçki dairəsindən dörd millət vəkilindən biri olaraq seçildi. 2016, 2019 və 2022-ci illərdə yenidən seçilmişdir.
Mark Lisini Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Publi Kanidi Krass
Publi Kanidi Krass — Roma sərkərdəsi (e.ə. 1 əsr), konsul (e.ə. 40 il). E.ə. 36–34 illərdə Roma qoşunlarının Cənubi Qafqaza hücumuna başçılıq etmişdi. Dion Kassinin yazdığına görə, iberləri məğlub etdikdən sonra onlarla ittifaq bağlayıb Qafqaz Albaniyasına soxulmuşdu. E.ə. 36 ilin sonunda baş vermiş döyüşdə Zoberin başçılıq etdiyi alban qoşunu məğlub oldu. Zober Romanın vassallığını qəbul etdi.
Qrats
Qrats (alm. Graz‎ [ˈɡʁaːts], sloven. Gradec) — Ştiriya əyalətinin inzibati mərkəzi. Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının ən qədim postlarından və ölkənin ən orijinal şəhərlərindən biridir. Bu şəhərdə 1805-ci ildə Napaleon tərəfindən dağıdılmış Yepiskop sarayını görmək mümkündür. Burada Şlossberq qalası (XI əsr), Urtrum saat qülləsi, Qlokkenturm zəng qülləsi, Tevtonik cəngavərlər kilsəsi (XIII əsr),Qədim Ratuşa 9XVI əsr) Domkirhe kilsəsi (XII əsr), İmperator II Ferdinandın Mavzoleyi (1614),yanvarda opera balı Opern-Redjuit və "Ştiriyada Milad" bayramının keçirildiyi məşhur Opera; Universitet, Ştiriya müzeyi (qalay və dəmir kimi metallardan hazırlanan əl işlərinin zəngin kolleksiyası ilə tətbiqi incəsənət muzeyi daxil olmaqla), kriminalistika Müzeyi, orta əsr silahlarının ən böyük kolleksiyası (30 mindən cox ekponat) ilə Arsenal (Tsojghauz), aeronavtik müzeyi; arxeoloji müzüyi ilə Şlos-Egenburg qalası (1625); orta əsr incəsənət kolleksiyası ilə Alte-galeri qalereyası və Herbshtajn sarayı(XVII əsr) yerləşir. Филокартическая история города Грац.
Qass
Qass — Azərbaycan Respublikasının Zaqatala rayonunun Əli Bayramlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Əli Bayramlı kənd inzibati ərazi vahidi tərkibindəki Qass kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Kənddə Qafqaz Albaniyasının tayfası olan saxurlar yaşayır.
Qras
Qras (fr. Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Fransua Jozef Pol de Qrass
Fransua Jozef Pol de Qrass ( fr. François Joseph Paul de Grasse; 13 sentyabr 1722[…], Le-Bar-sur-Lu – 11 yanvar 1788 və ya 14 yanvar 1788, Paris) — Fransa admiralı, ABŞ İstiqlal müharibəsi iştirakçısı. == Həyatı == Fransua Jozef Pol de Qrass Avstriya irsi uğrunda müharibədə iştirak etmiş, Tulon döyüşündə əsas fiqurlardan biri olmuşdur. ABŞ İstiqlal müharibəsində, həmçinin Britaniya, Niderland, Fransa və İspaniyanın Vest-Hind adalarında və Şimali Amerikada müstəmləkə müharibəsində Fransua gəmilər diviziyasına komandanlıq etmişdir. 29 aprel 1781-ci ildə böyük bir konvoyun Martinikaya gəlməsini müvəffəqiyyətlə təmin etmiş və sonra Tobaqo adasını işğal etmişdir. Fransua Çesapik körfəzində Britaniya donanmasını dəf etmişdir. General Lafayet ilə birlikdə Fransua ABŞ İstiqlal müharibəsində amerikalılara əhəmiyyətli töhfə vermişdir. 1788-ci ildə vəfat etmişdir.
Hyu Qlass
Hyu Qlass (ing. Hugh Glass; təq. 1783, Filadelfiya, Pensilvaniya – 1833, Yellouston çayı) — irland əsilli ABŞ kürk qaçaqmalçısı, sərhəd sakini, kürk taciri, ovçusu və səyyahı. Hyu Qlassın 1783-cü ildə Pensilvaniya ştatının ərazisində şotland və irland əsilli bir ailədə dünyaya gəldiyi təxmin edilir. Qlass Missuri çayı, Montana, Şimali Dakota, Cənubi Dakota və Nebraska ştatlarının ərazilərində, Plat çayının hövzəsində köçəri həyat yaşamış, ovçuluqla məşğul olmuşdur. Hyu Qlass daha çox kürk ticarəti zamanı dostları tərəfindən aldaldılması, ölümə tərk edilməsinə baxmayaraq özündə güc tapıb həyata tutunması və qrizli ayısı tərəfindən hücuma məruz qalması ilə məşhurlaşmışdır. Glass 1833-cü ildə Yellowstone çayında 2 yoldaşı ilə bərabər Arikaralar tərəfindən qətlə yetirilmişdir. Vəhşi ayının hücumundan sonra sağ qalmaq üçün 200 mil (320 km) məsafə qət etmişdir. Qlassın başına gəlmiş hadisələrlə bağlı bir neçə film çəkilmişdir. Bu hadisələrin doğruluq payı hər zaman müzakirə mövzusu olmuşdur.
Kimberli Qlass
Kimberli Mari Qlass (ing. Kimberly Glass; 18 avqust 1984, Los-Anceles, Kaliforniya) — Amerikan voleybolçu. Los-Ancelesdə (Kaliforniya) Şerman və Keti Qlassin ailəsində doğulub. ABŞ yığmasının da üzvüdür. ABŞ milli komandasına 23 may 2007-də qoşulub. 2008-ci ildə ilk dəfə Pekin Olimpiya oyunlarında çıxış edib — Pekin Olimpiadası — və ABŞ yığması ilə gümüş medal qazanıb. Hal-hazırda Azərbaycanın Rabitə Bakı klubunda oynayır.
Seolitləşmiş kül tufu, trass yataq və təzahürləri
Doors
The Doors (azərb. Qapılar‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
KJots
KJots — Yazma kitabdir, KDE proekti uçun yaradılmışdır. Tez qeyd və məktub yaratmaq üçün nəzərdə tutulmuşdur. Kitab və vərəg təşkil etmək uçun "Agaç" strukturnu istifadə edilir, onlarıi sərbəst dayişimək və adlarını dəyişmək olar. "Kitab" WEB-baglantıları da təmin edir. Yazma tərzi, Gnudiary, Tomboy (GTK+, Mono), GNote (C++ -da Tomboy), Tiddlywiki və digər Wiki-tərzinə oxşayır. Kontack programina integrasiya edə bilər. == Digər == Tomboy – mono və gtk -də qeyid yaratmaq uçu bir programdir.
Krotos
Krotos (həmçinin Krot ya Kroton) - yunan mifologiyasında personaj - kentavr. Pan və Yevfemin oğlu. O, at ayaqlarına və satir quyruğuna malikdir. Sosifeyanın satir dramına əsasən o, muzalarla birlikdə Helikonda tərbiyə almış və alicənab olmuşdur. Krotos ox-kamanı və muzaları alqışlamaq üçün əl çalmağı icad etmiş və muzalar ona vəhşı heyvanları ovlamağı öyrətmişlər. Muzaların xahiş və təkidləri əsasında tanrı Zevs onu göyə qaldıraraq ox atan bürcünə çevirmişdir.
Oroys
Oroys — E.ə. I əsrdə Albaniyada hökmdarlıq etmiş çar. Yunan-roma mənbələrində Oroys adlandırılsa da, əsl adı Aruzdur. Onun hakimiyyəti dövründə Albaniya ərazisinə Roma ordusu soxulmuşdur. Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun rəhbərlik etdiyi Albaniya ordusu arasında E.ə. 66-cı ildə döyüş olmuşdur. Daha sonra İberiyaya doğru irəliləyən Roma ordusu ikinci dəfə E.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir. E.ə. I əsrin birinci yarısında Roma sərkərdəsi Pompey Şərqə doğru hərəkət etmiş və Cənubi Qafqaz üçün təhlükə yaratmışdı .
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Rodos
Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir.
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rotor
Rotor (latınca rotare - dönmək) — val tipli fırlanan maşın hissəsi olub tətbiq sahəsindən asılı olaraq müəyyən funksiyanı yerinə yetirir. Elektrik mühərriklərində üzərində məftildən ibarət dolaq olan val, vertolyotlarda uc hissəsində pərlər bərkidilmiş val buna misaldır. Avtomatik axın xətlərində də işçi rotor adlanan mexanizm emal olunan hissələrin bir mövqedən başqasına aparmağa xidmət edir. İşçi rotor sərt sistem olub, üzərində müxtəlif elementlər (ştoklar,tutqaclar) bərkidilmiş valdan ibarətdir. Bu elementlərin hərəkəti ya mexaniki, ya da hidravlik yerinə yetirilir.
Ryota
Ryota — Kişi adı. Ryota Morioka — Yaponiya futbolçusu. Ryota Morivaki — Yaponiya futbolçusu. Ryota Naqaki — Yaponiya futbolçusu. Ryota Oşima — Yaponiya futbolçusu. Ryota Tsuzuki — keçmiş Yaponiya futbolçusu.
Froot
Froot — Uels müğənnisi Marina Diamandisin üçüncü studiya albomu. Bu onun Marina and the Diamonds adı altında buraxdığı sonuncu albomudur. Albom 3 aprel 2015-ci ildə işıq üzü görüb.
Code Geass: Lelouch of the Rebellion seriyalarının siyahısı
Code Geass: Lelouch of the Rebellion (yaponca: コードギアス 反逆のルルーシュ, Hepbörn: Kōdo Giasu: Hangyaku no Rurūshu) — Sunrise, Mainichi Broadcasting System və Project Geass tərəfindən istehsal olunmuş anime serialıdır. Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir. Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir. "Code Geass: Lelouch of the Rebellion" animesinin istehsal ediləcəyi 2006-cı ildə internet treyleri vasitəsilə anons edilmişdir. Anime serialı Mainichi Broadcasting System-də 6 oktyabr 2006-cı ildə göstərilməyə başlanmışdır və 10 stansiya tərəfindən yayımlanmışdır. Mövsümün son iki seriyası 29 iyul 2007-ci ildə efirə buraxılmışdır, amma bir həftə əvvəl Tokio və Osaka teatrlarında göstərilmişdir. Bandai Visual animenin seriyalarını 9 cilddən ibarət DVD, Blu-ray və Universal Media Disc formatlarında yayımlamışdır. Hər cildə bonus olaraq şəkilli dorama əlavə edilmişdir. Bu doqquz cild yenə iki cildlik DVD formatında, daha sonra isə yenə "Special Edition Black Rebellion" adlı xüsusi adaptasiyada yayımlanmışdır.
Alişa Qlass
Alişa Qlass — 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. İmoko Koneglianonun şərəfini qoruyur. == Karyerası == Voleybolçu həmçinin 2009-cu ildən ABŞ millisinin şərəfini qoruyur. 2012 və 2013-cü illərdə milli komanda ilə birlikdə Panamerikana kubokunu qazanmışdır. Qlass 2013-14 mövsümündə Türkiyənin Fənərbaxça klubunda 12 nömrəli formanı geyinmişdir. Oynadığı vaxt komandanın əsas toppaylayıcısı olmuşdur. Fənərbaxçaya 2013-cü ildə transfer olunmuşdur. Bu klubdakı ən böyük uğuru isə 2013-14 mövsümünə təsadüf edir. Belə ki, həmin mövsüm Alişa komandası ilə birlikdə CEV Kubokunu qazanmışdır. 2014-cü ildən etibarən isə İtaliyanın İmoko Volley Konegliano komandasına transfer olunmuşdur.
Qrats Universiteti
Qrats Universiteti (alm. Karl-Franzens-Universität Graz‎) — Avstriyanın Qrats şəhərində yerləşən ali təhsil müəssisəsi. Avstriyanın ikinci böyük universitetidir. Universitetin əsası 1585-ci ildə qoyulmuşdur. Universitetin fakültələri bunlardır: Hüquq fakültəsi; İqtisadiyyat fakültəsi; Sosial elmlər fakültəsi; Xarici dillər fakültəsi; Kompüter elmləri fakültəsi; Tarix fakültəsi; İncəsənət fakültəsi; Fəlsəfə fakültəsi; Fizika fakültəsi; Riyaziyyat fakültəsi; Kimya fakültəsi. Universitet zəngin kitabxanaya malikdir. Koimbra qrupunun üzvüdür. Universitetə qəbul olmaq üçün alman dilini yüksək səviyyədə bilmək tələb olunur. Alman dili bilikləri zəif olan tələbələr üçün universitetdə xüsusi kurslar fəaliyyət göstərir. Qəbul sənədi kimi Avstriya orta təhsil sənədi sayılan "Matura" və ya onun ekvivalenti təqdim olunmalıdır.
Qross-Valsertal
Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal‎) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi. Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser). Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar. Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir.
Qras (rayon)
Qras (fr. Grasse) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Qras. Rayon əhalisi 2006-cı ildə 551 930 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 448 nəf / km². Rayon ərazisi — 1231 km². Rayonun ərazisində 2,5 il OCA-DLR asteroid axtarışı proyekti gercəkləşdirilmişdir.
Riz qras
Riz qras- Burkina-Faso mətbəxinə aid əsasını düyü və ət təşkil edən yemək. Bu yemək Seneqal və Qvineya kimi ölkələrdə də yayılmışdır. Bu yemək tiebou djen adlı yeməkdən yaranmışdır. Həmin yemək Seneqal mətbəxinə aiddir və tərkibinə balıq və ət qatılır.
Şatonöf-Qras
Şatonöf-Qras (fr. Châteauneuf-Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Qras (dairə)
Qras (fr. Grasse) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Qras. Rayon əhalisi 2006-cı ildə 551 930 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 448 nəf / km². Rayon ərazisi — 1231 km². Rayonun ərazisində 2,5 il OCA-DLR asteroid axtarışı proyekti gercəkləşdirilmişdir.
Rokesteron-Qras
Rokesteron-Qras (fr. Rokesteron-Qras) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu. mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 23,98 km², əhalisi 62 nəfərdir (2006) artım tendensiyası ilə: 81 nəfər (2012), əhalinin sıxlığı 3,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 80 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 81 nəfər.
Araks
Araks Avetisyan Muradovna və ya sadəcə olaraq Araks (erm: Արաքս Մուրադի Ավետիսյան; 25 dekabr 1903, Böyük Qarakilsə, Aleksandropol qəzası – 15 iyun 1978, İrəvan) — erməni sovet yazıçısı, jurnalist. Araks Avetisiyan Muradovna 25 dekabr 1903-cü ildə Qarakiləsədə (indiki Vanadzor) kənd müəllimi ailəsində doğulmuşdur. Tiflisdəki Meriamian-Hovhanian qızlar məktəbində oxumuş və 1923-cü ildə orta təhsilini başa vurmuşdur. 1930-cu ildə isə İrəvan Dövlət Universitetini bitirmişdir. 1933-cü ildə Moskvada jurnalistika kurslarına qatılmışdır. Araks əsasən jurnalist kimi fəaliyyət göstərsə də, uşaq ədəbiyyatına da öz töhfəsini vermiş və - Erməni Uşaq Ədəbiyyatı sahəsinin öncül simalarından birinə çevrilmişdir. 1926-cı ildən etibarən ermənicə yazdığı uşaq ədəbiyyatına “Uşaqlar üçün nağıllar”, “Sehrli təyyarə”, “Narlı qız”, “Şən səslər” kimi nağılları aid etmək olar. Onun yazdığı "Dərəçiçəkli Nənə" (ԾաղկաձորցիՏատիկը) və "Zimmi" nağılları o dövrdə erməni uşaqlarının sevimli nağıllarına çevrilmişdir. Araksın toplu uşaq nağılları ilk dəfə 1926-cı ildə eyni anda İrəvan və Tiflisdə dərs edilmişdir. 1933-cü ildə Moskvadakı təhsilini başa vurduqdan sonra İrəvana qayıdan Araks, “Oktemberik” uşaq jurnalında redaktor kimi fəaliyyətə başlayır.
Frans
Frans — ad. Frans (müğənni) — İsveç müğənnisi və bəstəkarı.
Grace
Grace — ABŞ müğənnisi Ceff Baklinin yeganə studiya albomu. 23 avqust 1994-cü ildə Columbia Records tərəfindən buraxılıb.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.