Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülüstü Qadınəfəndi
Gülüstü Qadınəfəndi (1831, Suxumi, Abxaziya knyazlığı – 1861, Konstantinopol) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. == Həyatı == Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir. Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir. Ən kiçik övladı Mehmed Vahidəddin Əfəndinin doğumundan 3 ay sonra 1861-ci ilin may ayında vərəmdən vəfat etmişdir.
Qululu (Germi)
Qululu (fars. قيلولو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (38 ailə).
Quğulu Park
Quğulu Park — Ankara şəhərinin Qavaqlıdərə məhəlləsində olan bir parkdır. Park, Tunalı Hilmi Prospekti, Atatürk Bulvarı və Polşa Caddəsi arasındadır. Parkın hovuzunda, qular, qazlar və ördəklər yer alır. Qavaqlıdərədən arta qalan gölmə və ətraf ərazi 1958-ci ildə Ankara Bələdiyyəsi tərəfindən park halına salınmışdı. 1957-ci ildə Atatürk Bulvarının genişləndirilməsi üçün Polşa Səfirliyinə məxsus torpaq sahəsinin bir qismi alınmışdı, 1964-cü ildə Polşanın bu itkisini kompensasiya etmək məqsədiylə səfirlik torpaqlarına bitişik digər torpaqlardan və hətta Quğulu Parkın bir qismi bağışlanılmışdı. Əvvəllər xalqdan çox maraq görməyən park Vədat Daloqayın bələdiyyə başçılığı (1973–77) əsnasında yenidən abadlaşdırılmış məşhur bir yer oldu. Parkın adı qurulduğu illərdə Vyana Bələdiyyəsi tərəfindən hədiyyə edilən ağ qu quşlarından (türkcə: kuğu) əmələ gəlib. Quğulu parkın qulanrından üçü daha sonra Seymənlər parkına köçürülmüşdür. Bu qular daha sonra müxtəlif vaxtlarda Quğulu Parka qayıtmaq üçün uçarkən yüksək binalara və ya ağaclara dəyib nəticədə ölmüşdü. Parkda hələ də olan qu quşları (Cygnus atratus) Çin Xalq Respublikası hökumətinin hədiyyələridir və Pekindən gətirilmişdirlər.
Gülüstü Qadın Əfəndi
Gülüstü Qadınəfəndi (1831, Suxumi, Abxaziya knyazlığı – 1861, Konstantinopol) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. == Həyatı == Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir. Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir. Ən kiçik övladı Mehmed Vahidəddin Əfəndinin doğumundan 3 ay sonra 1861-ci ilin may ayında vərəmdən vəfat etmişdir.
Gülüstü Qadınəfəndi türbəsi
Gülüstü Qadınəfəndi türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == Gülüstü Qadınəfəndi 31-ci Osmanlı sultanı olan Sultan Əbdülməcidin xanımı və son osmanlı sultanı olan Sultan Vahidəddinin anasıdır. 1855-ci ildə əkiz qızları Zəkiyə və Fəhimə Sultanları, 1856-cı ildə Mədiha Sultanı və 1861-ci ildə oğlu Mehmed Vahidəddin Əfəndini dünyaya gətirmişdir. Ancaq oğlu hələ 5 aylıqkən vəfat etmiş, Fateh məscidinin arxa həyətində, daha əvvəl vəfat edən övladlarının məzarı yaxınlığına dəfn edilmişdir. Məzarların üzərinə inşa edilən türbə isə Sultan Əbdülməcid səltənətinin sonlarına aiddir. Digər Osmanlı türbələrindən fərqli olaraq dairəvi planlı olan bu türbə kəsmə daşdan inşa edilib. Türbədə aşağı sıralarda 9, yuxarıda isə 14 olmaqla, ümumilikdə 23 pəncərə var. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Sultan Əbdülməcidin xanımlarından Ceylanyar xanım Sultan Əbdülməcidin qızı Zəkiyə Sultan (d. 24 fevral 1855 - ö. 18 fevral 1856) Sultan Əbdülməcidin qızı Fəhimə Sultan (d.