1. Bir şeyin hərəkətindən və ya düşməsindən hasil olan çox bərk qarışıq səs.
– [Məlikməmməd] sübhə yavuq gördü bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ eləyir.
Sel gurultu ilə alaçığın içindən axıb gedirdi.
2. Qarışıqlıq, çaxnaşma, hay-küy.
Küçədə böyük bir gurultu vardı.
Mühakimə, şəhəri titrədən xariqüladə gurultular ilə başladı.
◊ Gurultuya vermək – günahı olmayan bir adamın məhvinə səbəb olmaq, bada vermək.
Gurultuya getmək – günahı olmadan məhv olmaq, bada getmək.