Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əxlaq
Əxlaq (ər. — xasiyyət, təbiət sözünün cəmi) — İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. İctimai şura formalarından biri; ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda bir-birinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. Əxlaqın strukturu insanın şüur fəaliyyətinin bir-birinə əks qütblərini ifadə edən xeyir və şərin ziddiyyətinə əsaslanır: onun bilərəkdən can atdığı xeyir, bilərəkdən uzaq durduğu isə şərdir. İnsan hərəkətlərini idarə edən müxtəlif məqsədlər arasında bütün digər məqsədləri müəyyənləşdirən və ali xeyir kimi çıxış edən ən ümumi və mühüm bir məqsəd fərqləndirilir. Davranışın şüurlu olaraq ali xeyirə tərəf istiqamətlənməsi ona xeyir qütbünü aşılayır və insanın mənəvi enerjisini müəyyənləşdirir. Bütün insanlar xeyirə can atırlar, lakin onu müxtəlif cür başa düşürlər. Bu zaman eyni predmetə müxtəlif baxışların qarşılaşdırılması, mənəvi prioritetlərin həqiqilikləri baxımından nəzərdən keçirilməsi problemi yaranır. Hələ qədim filosoflar ali xeyir haqqında konkret təsəvvürlərin müxtəlifliyini üç əsas variantla ifadə etmişlər: həzzə canatma, vətəndaş fəallığı vasitəsilə özünütəsdiq və əbədiliyə qovuşma (bunları sonrakı dövrlərin ifadələri ilə insanın özü üçün, cəmiyyət üçün və Allah üçün yaşaması kimi mənalandırmaq mümkündür).
Məkarimi-əxlaq
Məkarimi-əxlaq — Seyid Yəhya Bakuvinin nadir əsərlərindəndir. Mövzusu islami-ürfani əxlaq olan bu əsərdə əməli salehlik və əxlaqın imanın əsası olması məsələlərinə diqqət yetirilir. Peyğəmbərin və onun yolunda olanların ən mühüm xüsusiyyətlərindən birinin əxlaq olduğu vurğulanır. İnsanda yamanlıq duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Əsər nəsrlə yazılmışdır. Əsərin İstanbul Universiteti kitabxanasındakı nüsxəsinin adı Əxlaqi-mahmudatdır.
Əxlaq fəlsəfəsi
Əxlaq fəlsəfəsi — ilk yaranan fəlsəfə qollarından biridir. Kantdan bəri fəlsəfi məsələləri bilik və fəaliyyət məsələlərinə ayırmaq və tədqiq etmək bir qayda olmuşdur. Bilik məsələsini ələ alan fəlsəfə idrak nəzəriyyəsidir. Amma, insan yalnız bilən bir varlıq deyil, eyni zamanda fəaliyyətdə olan bir varlıqdır. İnsan fəaliyyətləri də meydana gəlməsi, yönəldikləri məqsəd və dəyərləri baxımından fəlsəfi məsələlərə daxildir. Buna görə onları da fəlsəfənin tədqiq etməsi lazımdır. İnsan fəaliyyətlərini, məqsədlərini,vəzifələrini və yönəldikləri dəyərləri tədqiq edən fəlsəfə əxlaq fəlsəfəsi və ya etika adlanır. Əxlaqi fəaliyyətlər, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, insanlara kömək etmək və bu kimi fəaliyyətlərdir. Bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli insanlar kimi səciyyələndirilirlər. Əxlaqi fəaliyyətlər insan tərəfindən edilən hərəkətlərdir.
Əxlaq metafizikası
Əxlaqın Metafizikası (alm. Die Metaphysik der Sitten‎) İmmanuel Kantın 1797-ci ildə yazdığı siyasi və əxlaqi fəlsəfə əsəridir. Quruluş baxımından o, iki hissəyə bölünür: hüquqlardan bəhs edən Hüquq Doktrinası və fəzilətlərdən bəhs edən Fəzilət Doktrinası. Kantın əsərdə etik nəzəriyyələrinin inkişafı " kateqorik imperativ " konsepsiyasının təkamülünü və vəzifələr kontekstində bəşəriyyətə rasional varlıqlar kimi yanaşmağın nəticələrinin tədqiqini əhatə edir.
Əxlaq norması
Əxlaq norması — əxlaqi tələblərin eyni tipli davranışlara şamil edilən ümumi göstərişlər və qadağalar vasitəsilə insanların davranışını tənzim edən formasıdır. Hüquq normalarından fərqli olaraq əxlaq norması dövlət hakimiyyəti tərəfindən deyil, adət və ictimai rəyin gücü ilə sanksiya alır; cəmiyyətin əxlaqi şüurunda kimin tərəfindənsə xüsusi verilən qanun nəticəsində deyil, kortəbii formalaşır. Əxlaq normaları öz-özlüyündə hələ insanın davranışı üçün məqbul rəhbərlik ola bilməz; abstrakt ümumiliyə malik olduqlarından bu, normal xüsusi vəziyyətlərlə bağlı mümkün istisnaları nəzərdə tutmur. Buna görə də konkret vəziyyətlərdə bu və ya digər əxlaq normalarının tətbiqi məsələsi məzmunca daha ümumi əxlaq prinsipləri əsasında həll olunmalıdır. Sosial məzmununa görə əxlaq norması həm ümumbəşəri, həm də tarixən məhdud, sinfi xarakterə malik ola bilər. Sonuncu halda bir sosial formasiyadan digərinə keçid zamanı uzun vaxt ərzində köhnə əxlaq normalarının dağılması və yenilərinin yaranması baş verir.
Əxlaq statistikası
Əxlaq statistikası mәnәviyyat statistikası — elmi fәnn vә praktiki biliklәr sahәsi; obyekti qarşılıqlı әlaqәli statistik göstәricilәr sisteminin hesablanması vә tәhlili metodu ilә insanın, ailәnin vә cәmiyyәtin әxlaqi (mәnәvi) vәziyyәtini, iradә bәyanını vә inkişafını sәciyyәlәndirәn kütlәvi halların kәmiyyәtcә müşahidәsi vә ümumilәşdirilmәsindәn ibarәtdir. Buraya cinayətlər (şəxs və əmlaka qarşı), savadsızlıq, intihar, nikahdan kənar doğuş, abort, boşanma, fahişəlik və kütləvi yoxsulluq statistikaları daxildir. Bu məlumatların toplanması çox zaman ingilis alimi Con Qrauntun adı ilə əlaqələndirilir 1682-ci ildə Qraunt London kilsələrindən topladığı doğum və ölüm məlumatları haqqında cədvəl əsasında Londonda ölümlə bağlı məlumatları təhlil etdi. Əhali haqqında statistik məlumatların sistematik toplanmasının başlanğıcı (indi bu elm demoqrafiya adlanır) XVIII əsrin ortalarına təsadüf edir: Bu sahədə İohan Piter Zyusmilxin fəaliyyətinə daha çox önəm verilir. Əxlaq statistikasına dair məlumatlar XIX əsrin əvvəllərində müxtəlif dövlət qurumları (ən çox Fransa və İngiltərə) tərəfindən toplanmağa və yayılmağa başlandı. Bu məlumatlardan sosial islahatlarla bağlı debatlarda geniş istifadə edilirdi. Əxlaqi statistika mövzusuna dair ilk böyük əsər, 1833-cü ildə Andre-Mişel Kerri tərəfindən yazılmış "Fransa əxlaqi statistikaları haqqında oçerk" olmuşdur. Britaniyada bu problem Jozef Fletçer tərəfindən tədqiq edilməyə başlanmışdır. O, 1847-ci ildən İngiltərə və Uelsin əxlaqi və təhsil statistikası haqqında bir neçə məqalə dərc edərək eyni problemlə məşğul oldu. Müasir əxlaqi statistikanın yaranması isə Belçikalı Adolf Ketlenin (1796–1874) fəaliyyəti ilə əlaqələndirilir.
Seyid Həsən Əxlaq
Seyid Həsən Əxlaq (fars. سید حسن اخلاق‎; 1 iyun 1976) — Əfqan və İran filosofu The secular and the sacred: complementary and/or conflictual? Washington DC: The Council for Research in Values and Philosophy, 2017, ISBN 978-156-518-320-9 From Rumi to Nietzsche, Qom: Sulok-e Javan: 1386/2007 Solar Hejri, ISBN 964-9958-01-0 The Philosophical discourse between Islam and the West, Qom: Al-Mustafa International University, 1387/2008, ISBN 978-964-195-005-9 The Tradition of enlightenment in the West and Islam, Tehran: Amir Kabir, 1389/2009, ISBN 978-964-00-1231-4 From Tradition of Balkh to Modernity of Paris, Kabul: Nebras Research Institute, 1389/2010, B745.N49 A44 2011 Life After Death, Resurrection, Judgment and the Final Destiny of the Soul: Volume 1 and 2, Chicago: Kazi Publications; Reprint edition (Vol. 1, 2015), ISBN 1567445500, ISBN 978-1567445503; (Vol.
Əxlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Hüzn
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Mişel Əflaq
Mişel Əfləq (ərəb. ميشيل عفلق‎; 1910[…], 19 yanvar 1912 və ya 1909, Dəməşq – 23 iyun 1989[…], V arondisman (Paris)) — Ərəb əsilli Suriya siyasətçisi. Bəəs sosialist ərəb partiyasının qurucusu. Səddam Hüseynin əməkdaşı olub. Suriyanın Dəməşq şəhərində orta səviyyəli bir ailədə anadan olan Əfləq Sorbonnada oxudu və burada gələcək siyasi yoldaşı Səlahəddin əl-Bitarla görüşdü. 1932-ci ildə Suriyaya qayıtdı və kommunist siyasətində siyasi karyerasına başladı. Əfləq kommunist fəalı oldu, ancaq Suriya-Livan Kommunist Partiyası Fransanın müstəmləkə siyasətini dəstəklədiyi zaman kommunist hərəkatı ilə əlaqələrini kəsdi. Sonralar 1940-cı ildə Əfləq və əl-Bitar Ərəb İhya Hərəkatını qurdular (daha sonra Zəki əl-Ərsuzi qrupundan adını eyni adla alaraq özünü Ərəb Bəəs Hərəkatı adlandırdı). Hərəkat uğurla nəticələndi və 1947-ci ildə Ərəb Bəəs Partiyası yaratmaq üçün Ərəb Arası'nın ərəb Bəəs Təşkilatı ilə birləşdi. Əfləq partiyanın icra komitəsinə üzv seçilmiş və "'Amid" (partiyanın lideri deməkdir) seçilmişdir.
Əxlaqi-Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. Övsafül-Əşraf Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Əxlaqi Nasiri
Əxlaqi-Nasiri — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər. Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir. Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub. Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır. Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir. Övsafül-Əşraf Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc.
Əxlaqi qiymət
Əxlaqi qiymət — sosial gerçəkliyin müxtəlif hadisələrinin və insanların davranışlarının hansı əxlaqi məna daşımalarından asılı olaraq bəyənilməsi və ya pislənməsidir. İnsanlara müəyyən əxlaqi davranışların həyata keçirilməsini təlqin edən Əxlaq normasından fərqli əxlaqi qiymət davranışların əxlaqın tələblərinə uyğunluğu və ya uyğun gəlməməsinin müəyyən edir. Ümumi əxlaqi qiymət xeyir və şər kateqoriyaları ilə həyata keçirilir, əxlaqın obyektiv meyarına əsaslanır. Bu meyar da tarixi xarakterə malikdir və ictimai quruluşdan, sinfi mübarizədən və . s. asılı olaraq dəyişir. Əxlaqi qiymətin əsasında davranışların sosial əhəmiyyətinin dərk edilməsi durur. Bu əsasda da əxlaqi qiymətin köməyilə insanların davranışını tənzim etmək mümkündür.
Əxlat tüməni
Əxlat tüməni — XIV əsr. İnzibati ərazi. Elxanilər dövləti Ərminiyyə vilayətinin tümənindən biri Dövrün tanınmış tarixçi-coğrafiyaşünas alimi Həmdüllah Mustovfi Qəzvini (1281–1345) Ərmən vilayəti və xüsusilə də, "Böyük" və "Kiçik" Ərminiyyələr barədə maraqlı məlumat verir. Müəllif "Ərmən", "Ərminiyyə" adlandırdığı bu vilayətin 2 hissədən -"Böyük Ərminiyyə" və "Kiçik Ərminiyyə"dən ibarət olduğunu xəbər verir. Onun yazdığına görə, Kiçik Ərminiyyə İran ərazisinə daxil deyil. Böyük Ərminiyyə isə Kiçik Ərminiyyədən şərqdə yerləşməklə İrana (yəni Hülakular dövlətinin tərkibinə) daxildir və dövlətin bir tümənini (Əxlaq tümənini) təşkil edir. Böyük Ərminiyyənin hüdudları Kiçik Ərminiyyə (qərbdə), Rum, Diyarbəkr, Kürdüstan, Azərbaycan (tarixi Atropatena) və Arrana kimi çatırdı. Mərkəzi Əxlaq (İxlat) şəhəri idi. Dövlətə 39 tümən vergi ödəyirdi (hansı ki, təkcə Azərbaycan əlaləti — tarixi Atropatena ərazisi bu dövrdə 9 tümənə bölünmüşdü və dövlətə 1000 tüməndən artıq vergi verirdi). Əxlat tüməninin tərkibinə Əxlat, Ərciş, Xəradin, Van, Vəstan və s.
Ağaların əxlaqı və qulların əxlaqı
Ağaların əxlaqı və qulların əxlaqı (alm. Herren- und Sklavenmoral‎) ― alman filosofu Fridrix Nitsşenin əsərlərində, xüsusən də "Əxlaqın genealogiyası" (1887) əsərində toxunduğu mövzulardan biri. Nitsşe əxlaqın iki əsas növünün olduğunu iddia edir: "ağa əxlaqı" və "qul əxlaqı". Qul əxlaqına sahib insanlar xeyirxahlığa, təvazökarlığa və mərhəmətə, ağa əxlaqına sahib insanlar isə qürur, güc və nəcibliyə dəyər verir. Ağa əxlaqı, əməlləri törədəni nəticələrinin yaxşı və ya pis olmasına görə qiymətləndirir. Qul əxlaqı isə əməlləri yaxşı və ya pis niyyətə görə qiymətləndirir. Ağa əxlaqı və qul əxlaqı insan emosiyalarını nəzərə almır. Nitsşe əxlaqın bəşər mədəniyyətinin müəyyən bir növünün formalaşmasından ayrılmaz olduğunu müdafiə edirdi. Mədəniyyətin dili, onun kod və təcrübələri, mədəni təcrübə və institutlar bu iki əxlaq quruluşunun mübarizəsindən yaranır.
Hacı Hüsü
Kazımlı Hacı Hüsü Kərbəlayı Lütfəli oğlu (1830-cu illər, Şuşa – 1898, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu) — xanəndə. Hacı Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşa şəhərində papaqçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə təhsilini davam etdirmişdir. Gözəl səsi olduğundan xanəndəliyə başlamışdır. Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında "Xeyriyyə gecəsi"ndə tarzən Sadıqcanın müşayətilə çıxış edərək "Çahargah"ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə İran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçəliriylə bərabər çıxış etmişdir.
Hüsen Rizazadə
Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır. 2000 və 2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır. 2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir . Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər. Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir. Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq.
Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Hüsnü Qubadov
Hüsnü Baba oğlu Qubadov (4 yanvar 1922, Disər, Naxçıvan MSSR – 13 avqust 1991, Bakı) — opera müğənnisi. Hüsnü Baba oğlu Qubadov 1922-ci il yanvar ayının 4-də Ordubad rayonunun Disər kəndində anadan olmuşdur. 1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır. Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Hüsnü Əjdərov
Hüsnü Xəlil oğlu Əjdərov (12 fevral 1941, Kirovabad) — fizika-riyaziyyat elmləri doktoru. 12 fevral 1941-ci ildə Gəncə şəhərində doğulub. Germanium-silisium kristallarında dərin və dayaz aşqar atomlarının əsas enerji hallarının spektri təyin edilib. Geniş temperatur intervalında Ge-Si sistemində sərbəst elektrik yük daşıyıcılarının səpilmə mexanizmləri və qanunauyğunluqları öyrənilib. Aşqar atomlarını əhatə edən nanohəcmlərin tərkibinin qeyri identivliyi ilə əlaqəli bərk məhlul kristallarında yaranan elektron xassələrinin xüsusiyyətləri aşkar edilib və araşdırılıb. Böyük Britaniyada aparılan tədqiqatlar əsasında göstərilib ki, almazabənzər A3B5 kristallarında ultrakvant rejimdə, elektronların aşqar ionlarından səpilməsi üstünlük təşkil edəndə, matrisada böyük neqativ uzununa maqnit müqaviməti müşaidə edilir. Yarımkeçirici bərk məhlul sistemlərinin verilmiş tərkibdə alınması, onların müxtəlif aşqar elementlərlə leqirə edilmə texnologiyaları və bu məsələlərin fiziki-riyazi əsasları geniş inkişaf etdirilib. Ərintidən bircinsli və dəyişən tərkibli yarımkeçirici bərk məhlul monokristallarının alınması və aşqarlanması üçün bir sıra innovativ üsulların kosepsiyaları və nəzəri əsasları verilib. Negative magnetoresistance in Indium Arsenide in the extreme quantum limit — Phys. Stat.
Hüsü Hacıyev
Hüsü Hüseynəli oğlu Hacıyev (26 sentyabr 1897, Şuşa – 18 may 1931, Ağdaş rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq ədliyyə komissarı və prokuroru. Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Hüsü Hacıyev 1897-ci ildə Şuşa şəhərində anadan olub. Azərbaycanın ilk riyaziyyatçı qadın alimi Maya Hacıyevanın böyük qardaşıdır.
Əsmayi-hüsna
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Hüsnü təxəllüs
Hüsni təxəllüs — divan ədəbiyyatına aid termin, şairin öz təxəllüsünü həm təxəllüs kimi, həm də həmin sözün əsas mənasında eyni vaxtda işlətdiyi vəziyyətə hüsni təxəllüs deyilir Divan ədəbiyyatında ümumiyyətlə şairlərin təxəllüsü var. Şairlər bəzən bu təxəllüsləri öz əsərlərində söz kimi işlədirlər. Şair gah təxəllüs, gah da ad kimi istifadə edir. Hüsni təxəllüsün ən məşhur nümunələrindən biri məşhur türk divan şairi Bakinin aşağıdakı misrasıdır: Baki qalan bu qübbədə bir xoş səda imiş. Bu qübbədə əbədi qalan bir xoş səs imiş. Bu misrada "Baki" sözü həm şairin təxəllüsü, həm də "əbədi, əzəli" mənasında vurğulanır. Təxəllüs Nəzəriyyə Ədəbiyyat Poetika "Ədəbiyyatşünaslığın əsasları", Elmi redaktor P. Xəlilov, Redaktor İ. Həmidov, Bakı 1978 Kamil Vəliyev. Dastan poetikası. Bakı 1984 Kamil Vəliyev Nərimanoğlu. Azərbaycan eposunun poetik sintaksisi (monoqrafiya).
Hüsni təxəllüs
Hüsni təxəllüs — divan ədəbiyyatına aid termin, şairin öz təxəllüsünü həm təxəllüs kimi, həm də həmin sözün əsas mənasında eyni vaxtda işlətdiyi vəziyyətə hüsni təxəllüs deyilir Divan ədəbiyyatında ümumiyyətlə şairlərin təxəllüsü var. Şairlər bəzən bu təxəllüsləri öz əsərlərində söz kimi işlədirlər. Şair gah təxəllüs, gah da ad kimi istifadə edir. Hüsni təxəllüsün ən məşhur nümunələrindən biri məşhur türk divan şairi Bakinin aşağıdakı misrasıdır: Baki qalan bu qübbədə bir xoş səda imiş. Bu qübbədə əbədi qalan bir xoş səs imiş. Bu misrada "Baki" sözü həm şairin təxəllüsü, həm də "əbədi, əzəli" mənasında vurğulanır. Təxəllüs Nəzəriyyə Ədəbiyyat Poetika "Ədəbiyyatşünaslığın əsasları", Elmi redaktor P. Xəlilov, Redaktor İ. Həmidov, Bakı 1978 Kamil Vəliyev. Dastan poetikası. Bakı 1984 Kamil Vəliyev Nərimanoğlu. Azərbaycan eposunun poetik sintaksisi (monoqrafiya).
Hüzn ili
Hüzn ili, Kədər ili, Qəm ili və ya Senetül-Hüzn, Miladi təqvimlə təxminən 619-cu ilə müvafiq gələn və Hicri təqvimdə də mövcud olan bir ildir. Bu ilin belə adlandırılmasının səbəbi, İslam peyğəmbəri olan Məhəmmədin, həm əmisi olan Əbu Talibi, həm də ilk həyat yoldaşı olan Xədicəni bu ildə ardıcıl olaraq itirməsidir. Məhəmmədin peyğəmbərliyinin onuncu ilində, Məkkəli Qureyşlilərin Haşim ailəsinə qarşı boykotu ləğv etməsindən təxminən doqquz ay sonra, əvvəlcə Məhəmmədin əmisi olan Əbu Talib, daha sonra isə onun birinci həyat yoldaşı olan Xədicə bu boykotun səbəb olduğu yorğunluq və xəstəliklərə görə üç günlük ara ilə bir-birlərinin ardınca vəfat etmişdirlər. Ona ən böyük dəstək verən bu iki mühüm şəxsin ölməsi Məhəmmədi hədsiz dərəcədə kədərləndirmişdir. Xədicə ona ilk iman gətirmiş şəxs olduğu halda, əmisi Əbu Talib isə uşaqlıqdan onun hamisi olmuş, daha sonra isə Məhəmməd öz peyğəmbərliyini elan edəndən sonra Məkkədə öz qövmünə qarşı onu bütün çətinliklərdən mühafizə etmişdir. Mənbələrdə Xədicə və Əbu Talibin vəfat etdiyi Məhəmmədin peyğəmbərliyinin bu onuncu ili Hüzn ili adlandırılmışdır. Bu adın birbaşa olaraq Məhəmməd tərəfindən qoyulduğu da deyilir. Əbu Talibin ölümündən sonra evindən nadir hallarda çölə çıxan Məhəmmədi Məkkə bütpərəstləri sərt şəkildə təhqir etməyə başlamışdırlar. Onun evinə müxtəlif tullantılar belə atırdılar. Bir gün isə onun başına torpaq atmışdırlar və bundan sonra o toz içində öz evinə qayıtmışdır.
Huso huso
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Huso
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Conni Huan
Conni Huan (5 oktyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. Conni Huan Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Conni Huan Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Conni Huan Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Huan Yin
Huan Yin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. Huan Yin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Hüseyn Hüsnü Paşa
Hüseyn Hüsnü Paşa (türk. Hüseyin Hüsnü Paşa) (d. 1856, Artvin - ö. 1926) — Osmanlı ordusunun əsgəri və dövlət xadimi. 31 Mart hadisəsi zamanı Hərəkat ordusunda mühüm rol oynadı. Qısa müddətə Müdafiə Naziri vəzifəsinə təyin edildi. Hüseyn Hüsnü Paşa 1850-ci ildə Artvində dünyaya gəlmişdir. Hərbi məktəbi və Hərbi Akademiyanı bitirmişdir. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsində iştirak etmişdir. Mehmet Əli Paşanın qızı ilə ailə həyatı qurmuşdur.
Hvan Hyon-cin
Hwang Hyunjin (azərb. Hvan Hyoncin‎) və ya səhnə adı ilə Hyunjin (20 mart 2000, Seul) — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 17 mahnı var. Hyunjin (현진) 20 mart 2000-ci ildə Cənubi Koreyaın Seul şəhərində anadan olub.Seul Sonqil İbtidai Məktəbini və Seul Songne Liseyini bitirib. O, bəzən Las-Veqası ziyarət edirmiş, burada Sam adını istifadə edirdi.O, JYP Entertainment-ə orta məktəbin üçüncü sinfində oxuyarkən qoşulub. Bir dəfə anası ilə alış-veriş edərkən JYP Entertainment tərəfindən stajyer olmaq üçün ona təklif göndərilib.2 il stajçı olmuşdur. Qrupun vizualı, əsas rəqqası, repçisidir. Stajçı olaraq Hyunjin Stray Kids realiti şousunda Stray Kids üzvləri və İtzy üzvləri ilə birlikdə iştirak etdi.Hyunjin-in dediyinə görə, JYP Entertainment-ə qoşulduqda heç bir şeydə lazımi bacarıqları yox idi, ona görə də hər şeyi sıfırdan öyrənməli idi. Hyunjin debütünü görünüşünə görə deyil, bacarığına görə etmək istəyirdi. Təcrübə illəri asan keçmədi, ilk vaxtlar rəqsdə o qədər də yaxşı deyildi və ona nifrət edirdi. Ancaq sonralar bu fikri dəyişdi, birlikdə məşq etdiyi təcrübəçilər sayəsində rəqsdən necə həzz alacağını öyrəndi.
Hvan Hyon Cin
Hwang Hyunjin (azərb. Hvan Hyoncin‎) və ya səhnə adı ilə Hyunjin (20 mart 2000, Seul) — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 17 mahnı var. Hyunjin (현진) 20 mart 2000-ci ildə Cənubi Koreyaın Seul şəhərində anadan olub.Seul Sonqil İbtidai Məktəbini və Seul Songne Liseyini bitirib. O, bəzən Las-Veqası ziyarət edirmiş, burada Sam adını istifadə edirdi.O, JYP Entertainment-ə orta məktəbin üçüncü sinfində oxuyarkən qoşulub. Bir dəfə anası ilə alış-veriş edərkən JYP Entertainment tərəfindən stajyer olmaq üçün ona təklif göndərilib.2 il stajçı olmuşdur. Qrupun vizualı, əsas rəqqası, repçisidir. Stajçı olaraq Hyunjin Stray Kids realiti şousunda Stray Kids üzvləri və İtzy üzvləri ilə birlikdə iştirak etdi.Hyunjin-in dediyinə görə, JYP Entertainment-ə qoşulduqda heç bir şeydə lazımi bacarıqları yox idi, ona görə də hər şeyi sıfırdan öyrənməli idi. Hyunjin debütünü görünüşünə görə deyil, bacarığına görə etmək istəyirdi. Təcrübə illəri asan keçmədi, ilk vaxtlar rəqsdə o qədər də yaxşı deyildi və ona nifrət edirdi. Ancaq sonralar bu fikri dəyişdi, birlikdə məşq etdiyi təcrübəçilər sayəsində rəqsdən necə həzz alacağını öyrəndi.
Hüseyn əl-Husi
Hüseyn əl-Husi (ərəb. حسين بدر الدين الحوثي‎; 1956—2004) — Yəmən zeydilərinin lideri. Ənsarullah adlı hərəkatın ilk lideri olan bu şəxs Bədrəddin Husinin böyük oğludur. O 1956–2004-cü illərdə yaşayıb. Tez-tez İran və Livana səfərlər edib. Sudan respublikasında şəriət elmi üzrə ali təhsil alan Hüseyn Əl-Husi ölkədəki zeydilərlə birlikdə 1990-cı ildə Hizbul Haqq partiyasını yaradır. 1993-cü ildə ölkənin parlament seçkilərində yüksək səs toplayaraq, məclis üzvü olur. Lakin 1997-ci ildə siyasi səbəblərdən deputat mandatından imtina edərək, Husilər hərəkatını yaradır. 2004-cü ildə ABŞ və İsrail əleyhinə apardığı təbliğatlar nəticəsində hakimiyyətin təzyiqi ilə qarşılanır. Həmin il Yəmən ordusu və Husilər arasında qarşıdurma yaşanır.
Hüseyn Əla
Hüseyn xan Məhəmmədəli xan oğlu Əla (13 dekabr 1882, Tehran – 13 iyul 1964, Tehran) — İranın baş naziri. Hüseyn xan Məhəmmədəli xan oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Hüseyn xan Əla ali təhsilini İngiltərədə, London şəhərində almışdı. Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Moinəlvüzəra ləqəbini daşıyırdı.