Bu söz xalq, məxluq kəlmələri ilə kökdaşdır, ərəbcədir. Ziya Göyalpa görə, əxlaqda birinci yer türklərə məxsusdur (onun fikrinə görə, incəsənət – yunanlarda, hüquq – romalılarda, din - ərəblərdə və İsraildə, musiqi – almanlarda üstünlük təşkil edib). Əxlaq sözünün qədim mənası “xalq adətlərinə əməl etmək” demək olub. Bizdə əxlaq yerinə qılıq, “нравственность” anlamında ərdəmlik, kişilik, insanlıq işlədilib (indi “alicənablıq” da işlədilir). Ərdəm (edrəm, erzəm formaları da mövcud olub) sözünün mənası rusca “высокое душевное качество” kimi açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)