Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vida həcci
Vida həcci – hicrətin onuncu ilinin Zülhiccə ayında Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdikdən sonra Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və sonuncu həccidir. Məhəmməd peyğəmbər cüməyə düşən bu ayın onuncu günündə minlərlə müsəlmanın qarşısında məşhur xütbəsini oxumuşdur. Peyğəmbər həcc mərasiminin son qaydalarını bu həcc zamanı yerinə yetirmişdir. Sonralar müsəlmanlar həcci bu qaydalara uyğun icra etməyə başlamışdırlar. == Xütbənin mətni == Peyğəmbərin Vida həccincə oxuduğu xütbə "Yəqubi tarixi"ndə daha geniş formada verilib. Digər kitablarda bu xütbə nisbətən müxtəsər şəkildə rəvayət edilib. == Mənbələr == A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 272.
Hərbçi
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Müddətli (əsgər) və müddətsiz (zabit və gizir) xidmət edə bilərlər. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
Türenn (hərbçi)
Anri de La Tur d'Overn, vikont de Türenn (fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne; 11 sentyabr 1611[…], Sedan – 27 iyul 1675[…]) və ya sadəcə Türenn — Fransa hərbi lideri, Fransa marşalı (1643), Fransanın baş marşalı (1660-cı ildən). Latur d'Overn soyunun nümayəndəsi. O, Otuzillik müharibənin görkəmli hərbi taktiki və strateqlərindən və ən məşhur generallarından biri hesab edilir. == Həyatı == Anri de La Tur d'Overn 11 sentyabr 1611-ci ildə anadan olmuşdur. Onun uşaqlıqdan hərbi işlərə marağı var idi. 14 yaşında atasını itirmiş və əmisi Morits Oranlının rəhbərliyi altında döyüş sənətini öyrənmək üçün Hollandiyaya getmişdir. Otuzillik müharibə zamanı sadə əsgər kimi xidmətə başlayan Türenn, bacarığı və cəsarəti sayəsində tez bir zamanda rütbələrdə yüksəlməyə başlamışdır. 1634-cü ildə o, artıq bir alaya komandir təyin edilmiş və 1644-cü ildə Pyemontda yerləşən Trino qalasını tez bir zamanda ələ keçirdiyi üçün marşal rütbəsinə yüksəlmişdir. 1645-ci ildə Yuxarı Reyn ordusuna komandanlıq etmişdir.
Ruşeyd Həcəri
Həcv
Həcv – satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da “həcv” adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.
Həcmli axını ölçən
Həcmli axını ölçən bir mayenin axdığı izin hər hansı bir kəsişməsindən vahid vaxtda keçən mayenin həcmidir. Bir axan su tərəfindən ötürülən suyun miqdarını təyin edərkən, bir boru sisteminin müxtəlif nöqtələrində ötürülən mayenin miqdarını təyin edərkən və s. yerlərdə istifadə olunur. Hidrologiya, hidravlika, hidroaeromexanikada tez-tez istifadə olunan bir anlayışdır. Ölçüsü həcm/vaxt, adətən istifadə olunan metrik vahidi m 3 / s a n {\displaystyle m^{3}/san} , ümumi göstərici isə Q hərfidir == Tez-tez istifadə olunan tərifi == Həcmli axını ölçən (və ya axını ölçən), həcmə əsaslı axın sürəti olaraq müəyyənləşdirilə bilər. === Düsturu === Q = A ⋅ V {\displaystyle Q=A\cdot V} Burada; " Q {\displaystyle Q\,} ": Həcmli axını, m e t r e 3 s a n i y e {\displaystyle {\frac {metre^{3}}{saniye}}} vahidində. " V {\displaystyle V\,} ": Mayenin sürəti, m e t r e s a n i y e {\displaystyle {\frac {metre}{saniye}}} vahidində.
Kamil Məmmədov (hərbçi)
Kamil Məmmədov (azərb. Məmmədov Kamil İsmayıl oğlu‎; 4 fevral 1942, Quba – 14 iyul 2023) — general == Həyatı == Kamil Məmmədov 4 fevral 1942-ci ildə Quba şəhərinin Müxtədir küçəsindəki 45 nömrəli evdə doğulmuşdur. 1 nömrəli şəhər orta məktəbini bitirmişdir. 1959-cu ildə Qubadakı kənd təsərrüfatı texnikumuna daxil olmuş, tərəvəzçi ixtisası üzrə texnikumu bitirmişdir. 12 noyabr 1963-cü ildə hərbi xidmətə çağırılmış, üç il Brest şəhərindəki artilleriya alayında xidmət etmişdir. Üçillik Tambov şəhərindəki hərbi artilleriya məktəbini 1967-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Hərbi məktəbi əla qiymətlərə bitirdiyinə görə Almaniya Demokratik Respublikasına göndərilmişdir. 1973-cü ilə kimi orada xidmət etmişdir. 1973-cü ildə baş leytenant rütbəsində baş qərargahın arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olunmuşdur. 1976-cı ildə akademiyanı mayor rütbəsində bitirmiş, Ukraynaya diviziya komandirinin müavini vəzifəsinə göndərilmişdir.
Məhərrəm Seyidov (hərbçi)
Namiq Əhmədov (hərbçi)
Nazim Abdullayev (hərbçi)
Nizami Ələkbərov (hərbçi)
Novruz Aslanov (hərbçi)
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Qriqori Petrov (hərbçi)
Qriqori Petrov (rus. Петров Григорий Константинович; 1892, Ryazan – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, eser, 26 Bakı komissarından biri. == Həyatı == Qriqori Petrov 1917-ci ildə yaranan Bakı kommunasında Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri olmuşdur. Qriqori Petrov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Qəzənfər Ağayev (hərbçi)
Qəzənfər Mahmud oğlu Ağayev (13 oktyabr 1996, Təklə, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Qəzənfər Ağayev 13 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. 2013-cü ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Ali Hərbi Akademiyaya daxil olmuş, 2017-ci ildə akademiyanı bitirib. 2017-ci ildən N saylı hərbi hissədə xidmət edir. === Ailəsi === Ailəlidir, 1 qızı var. Qızı İkinci Qarabağ müharibəsindən 4 gün öncə dünyaya gəlib. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəyliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafiq Nağıyev (hərbçi)
Rafiq Heydər oğlu Nağıyev (5 oktyabr 1957, Seyidlər, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı, 811 saylı Laçın dağ-atıcı alayının qərargah rəisi (1992–1994), mayor. == Həyatı == Rafiq Nağıyev 5 oktyabr 1957-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1963–1967-ci illərdə Seyidlər kənd ibtidai məktəbində, 1967–1973-cü illərdə Pircahan kənd orta məktəbində, 1973–1976-cı illərdə isə Şuşa Kənd Təsərrüfatı Texnikomunda təhsil alıb. 1976–1978-ci illərdə Belarusiya SSR-də sovet ordu sıralarında hərbi xidmətdə olub. 1978–1979-cu illərdə Gəncə Aliminium zavodunda operator vəzifəsində, 1980–1981-ci illərdə Laçın rayon Baytarlıq müalicəxanasında çalışıb. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Hərbi hazırlıq fakültəsinə daxil olub, 1985-ci ildə institutu bitirib. 1985-ci ildən 1991-ci ilə qədər Laçın şəhər 1 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində çalışıb. Həmçinin 1988–1991-ci illərdə Laçın şəhərində yaradılmış Müdafiə Komitəsinin sədr müavini olub. == Qarabağ müharibəsində iştirakı == 1 oktyabr 1991-ci ildə 01 saylı əmrlə Laçın Ərazi Özünü Müdafiə Batalyonunun qərargah rəisi, 27 mart 1992-ci ildən 15 oktyabr 1993-cü ilədək 811 saylı Laçın Dağ Atıcı Alayının qərərgah rəisi, 20 oktyabr 1993-cü ildən isə 896 saylı Cəbrayıl Alayının qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.. Sarıbaba dağında və Tığik kəndində keçirilən hərbi əməliyyatlarda uğur qazanmışdır.
Rahim Əliyev (hərbçi)
Ramiz Məmmədov (hərbçi)
Ramiz Xosrov oğlu Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin general mayoru, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1993–1995). == Hərbi xidməti == Azərbaycan Respublikası Prezidentinin 20 may 1992-ci il tarixli 767 nömrəli Fərmanı ilə daxili işlər polkovniki Ramiz Xosrov oğlu Məmmədova daxili xidmət general-mayoru rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1993-cü il tarixli 720 nömrəli Fərmanı ilə Ramiz Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. General Ramiz Məmmədov 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz Əməliyyatının təşkilatçılarından biri olmuşdur. Ona verilən xasiyyətnamədə belə yazılıb: "O, qanunvericiliklə Daxil İslər orqanlarına, Daxil Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsəsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, ictimai qaydaların qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Daxili İslər nazirinin müavini və Daxili Qoşunların komandanı kimi kuratoru olduğu xidməti sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib, dövlətin konstitusion qurluşunun mudafiəsində, əmin — amanlğın təmin edilməsində, diqqətə layiq xüsusi rolu olub". Azərbaycan Vətən Muharibesi Veteranlarının ictimai Birliyinin (AVMVİB) generalın yubileyi ilə bağlı təbrikində belə yazılıb: "Genral-mayor Ramiz Məmmədov mənalı həyatının 44 ilini Daxili İslər orqanlarına, Daxil Qoşunlara və Mərkəzi Komitədə müvafiq vəzifəyə həsr edərək şərəfli yol keçib. Vətənə və xalqa sədaqətlə xidmət edib. Rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işguzarliğı və mənəvi keyfiyyəti ilə, ölkə prezdentinin və Daxil İşlər Nazirliyinin daimi diqqət mərkəzində olmuşdur. General-mayor Ramiz Məmmədovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə onun bilavastə rəhbəri tərəfindən yuksək qiymətləndirildiynə görə bir sıra medalla, döş nişanları, orden və Fəxri Fərmanla mükafatlandırlıb". O, 1995-ci il iyunun 20-də Daxili Qoşun Komandanı vəzifədən təqaüdə göndərilib.
Həçəti
Həçəti (erm. Ոչեթի; Voçeti) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd. Kənd Qafan şəhərindən 38 km şimal-qərbdə, Gərd və Qazangölçayın sağ sahilində, dəniz səviyyəsindən 2200 m yüksəklikdə, kollu-meşəli dağ döşündə yerləşir. Hal-hazırda kənd dağıdılıb və heç kim yaşamır. == Adı == Kəndin adı «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacatı», Qafqazın 5 verstlik xəritəsində «Haçaatı» («Гачааты»), Azərbaycan mənbələrində «Həçəti», erməni mənbələrində «Hacatin formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində «bucaq şəklində ayrılan», «haça» mənasında işlənən haca (<haça) sözünə -tı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Tarixi == Kənd XX əsrdə 4 dəfə dağıdılmış sonra yenidən bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri kimi Həçəti kəndinə də xeyli ziyan dəymişdir. 1918-ci ildə daşnak silahlıları Həçəti kəndini dağıtmış, kənd əhalisi Zəngəzur dağlarını aşaraq Naxçıvana pənah aparmışlar.
Rövşən Cavadov (hərbçi)
Rövşən Bəxtiyar oğlu Cavadov (19 oktyabr 1951, Laçın – 17 mart 1995, Bakı) — Azərbaycan hərbçisi və milliyətçisi, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) komandiri (1992–1995), Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (1993–1995) və nazir vəzifələrini müvəqqəti icra edən (iyun–iyul 1993). Rövşən Cavadov Bakıda tibb təhsili aldıqdan sonra SSRİ DİN Akademiyasında davam etdirmişdir. O, Əfqanıstan müharibəsi vaxtı cəbhədə könüllü olmuş, lakin antikommunist fikirlərinə görə onun bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov bundan sonra Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir. Rövşən Cavadov 1980-ci illərin axırlarında siyasi fəaliyyətə başlamış, Qara Yanvar hadisələri zamanı sovet qoşunlarına qarşı göstərdiyi müqavimətdən sonra hərbi fəaliyyətə başlamış və çox keçməmiş hökumət tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Cavadov 1991-ci ilin sonuna qədər respublika XTPD-nin komandanı olmuş, Çaykənd əməliyyatında iştirak etmişdir. O, İsgəndər Həmidov ilə müttəfiq olmuş və Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Onun komandanlığı dövründə XTPD qüvvələri "Goranboy" əməliyyatı əsnasında Ağdərə şəhərinə daxil olmuşdu. 1993-cü ildə Elçibəyin devrilməsindən sonra Surət Hüseynov və Heydər Əliyev ilə müttəfiq olan Rövşən Cavadov Əfqanıstandan mücahidlərin gətirilməsində mühüm rol oynamışdır. Buna baxmayaraq, Bişkek protokolunun imzalanmasından sonra Hüseynov ilə Cavadov Əliyevə qarşı çıxmağa başlamış, 1994-cü ilin axırlarında baş verən qarşıdurmalardan sonra Hüseynov bütün siyasi və hərbi gücünü itirmişdir.
Sergey Sokolov (hərbçi)
Sergey Leonidoviç Sokolov (1 iyul 1911, Evpatoriya, Tavriya quberniyası[d] – 31 avqust 2012, Moskva) — Sovet hərbi sərkərdəsi, Sovet İttifaqı Marşalı (1978), Sovet İttifaqı Qəhrəmanı (1980). SSRİ Müdafiə Naziri (1984–1987). Böyük Vətən müharibəsinin iştirakçısı. 1992–2012-ci illərdə Rusiya Federasiyasının Müdafiə Nazirliyi yanında məsləhətçi. == Həyatı == === Uşaqlıq və gənclik illəri === Sergey Leonidoviç Sokolov 18 iyun (1 iyul) 1911-ci ildə Pusiya imperiyasının Tavrida quberniyasının Yevpatoriya şəhərində (indiki KrımRespublikası) qulluqçu ailəsində anadan olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Vyatski quberniyasının Kotelniç şəhərinə köşmüş və gələcək marşalın uşaqlıq illəri bu şəhərdə keçmişdir. 1927-ci ildə O, 9 illik məktəbi bitirmişdir. Əmək fəaliyyətinə istehlak cəmiyyətində qab-qacaq qablaşdırıcısı kimi başlamış, sonra məsul komsomol işinə keçirilmişdir. S.Sokolov 1932-ci ildə Qızıl Ordu sıralarına daxil olmuşdur. Komsomol göstərişi ilə Qorki şəhərində yerləşən zirehli tank məktəbinə daxil olmaq hüququ qazanmışdır.
Səməd Abdullayev (hərbçi)
Telman Hüseynov (hərbçi)
Telman Əsgər oğlu Hüseynov (27 noyabr 1977, Stepanakert) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Hüseynov Telman 1977-ci il noyabrın 27-də Xankəndi şəhərində anadan olub, əslən Füzuli rayonunun Dilağarda kəndindəndir. O, 1984–1992-ci illərdə Füzuli rayonu Dilağarda kənd orta məktəbində təhsil almış, daha sonra 1992–1995-ci illərdə təhsilini Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbdə davam etdirmişdir. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olub və 1999-cu ildə həmin məktəbi bitirib, 2017–2019-cu illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. O, taqım komandiri, kəşfiyyat bölük komandiri, kəşfiyyat rəisinin köməkçisi, briqadanın kəşfiyyat rəisi, qərargah rəisi-hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, Ordu Korpusunun kəşfiyyat rəisi və Ordu Korpusu komandirinin müavini vəzifələrində xidmət göstərmişdir. 2020-ci ildə, İkinci Qarabağ müharibəsində polkovnik Telman Hüseynovun kəşfiyyat şöbəsinin rəisi olduğu 2-ci Ordu Korpusunun kəşfiyyat bölmələri və tabeliyinə verilən digər bölmələr əsas zərbə istiqamətində düşmənin müdafiə səddini yarıb, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa şəhərlərinin azad edilməsində şücayəti ilə fərqlənib. 2-ci Ordu Korpusunun kəşfiyyat bölmələri və digər bölmələr əlverişli hüdudda hücum döyüşü ilə düşmənin cəbhə boyu istiqamətində əks zərbəsini müvəffəqiyyətlə dəf edərək, onun manevr edəcək mobil ehtiyatlarını döyüş imkanlarından məhrum edib, çətin keçilən relyefdə hücumu davam etdirərək düşmənin arxasından dərin dövrələmə manevri edərək irəliləyib. Korpusun bölmələri Cəbrayıl, Hadrut, Füzuli, Qubadlının yaşayış məntəqələrinin və ətrafındakı komanda yüksəkliklərinin düşmən işğalından azad edilməsində iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Telman Hüseynov "Vətən Müharibəsi Qəhrəmanı" adı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.
Telman Kazımov (hərbçi)
Yaşar Babayev (hərbçi)
Yaşar Əhmədov (hərbçi)
Yaşar Əliyev (hərbçi)
Yaşar Ədilxan oğlu Əliyev (8 sentyabr 1960, Bakı) — general-leytenant. == Həyatı == Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirmişdir. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləmişdir. 2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır. 2011-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib. 15 may 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb. Ailəlidir, bir övladı var.
Keçəçi ailəsi
Keçəçi ailəsi — Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. == Tarixi == Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Eççi
Eççi (エッチ) – yapon dilində əyləncəli seksual hərəkətləri bildirmək üçün istifadə olunan slenq. Sifət kimi "seksual", "iyrənc", "ehtiraslı" mənalarını verir, isim kimi isə kiminsə əxlaqsız davranışını bildirmək üçün işlədilir. "Ero" sözündən daha yumşaqdır, "hentay" kimi əxlaqsızlığı bildirmir. Yaponiyada media istifadəçiləri "eççi" sözündən müxtəlif əsərlər üçün işlətməyə üstünlük verirlər. Eççi olaraq təsvir olunan əsərlərdə cinsi əlaqə və cinsi orqanlar göstərilmir, lakin seksual mövzulara toxunulur. Eççi fanservisin bir növüdür, şonen, seynen və harem animanqalarında tez-tez rast gəlmək olar. Eççi sözü yapon dilində "hentay" sözünün ilk hərfi olan "h"-nin tələffüzündən yaranmışdır. Belə ki, bu hərf yapon dilində "eççi" kimi tələffüz olunur. Termin ilk dəfə 1950-ci illərdə işlənməyə başlamışdır. Eççi sözünə sinonim olaraq "sekkusu" ("seks" sözünün yaponca tələffüzü) sözü də işlədilir.
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Həcc
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Heyci Oykava
Heyci Oykava (及川 平治, Oykava Heyci, 28 mart 1875, Miyaqi prefekturası – 1939 və ya 1 yanvar 1938) – Yaponiya pedaqoqu. Yeni təhsil hərəkatında iştirak etmişdir. == Həyatı == 1875-ci ildə Yaponiyanın Miyaqi prefekturasında doğulmuşdur. 1907–1936-cı illərdə Hyoqo prefekturasındakı Akaşi Qadınlar Normal Məktəbinin nəzdində olan ibtidai məktəbin direktoru olmuşdur. O, almanların qrup instruksiyası nəzəriyyəsinin müdafiəçisi olmuş, uşaqların yaşadığı təcrübələrin vacibliyini vurğulamışdır. Amerikalı pedaqoq Con Dyuinin fikirlərindən təsirlənmişdir. Oykava 1920-ci illərin əvvəllərində Yaponiyada başlamış yeni hərəkatının nümayəndəsi olmuş və fikirlərini praktikaya çevirərək şagirdlərin fəaliyyətlərdəki iştirakını artırmağa çalışmışdır. O, məktəbdə öyrədilən şeylərin şagirdin həyatına inteqrasiya edilməsini və öyrədilənlər əsasında hərəkət edilməsi əsasında intellektin inkişaf etdirilməsini müdafiə etmişdir. 1912-ci ildə "Praktiki qrup işinin pedaqogikası" (Bundan şiki doteki kyoiku koqi yoko) adlı əsəri nəşr olunmuşdur. 1921-ci ildə Tokioda 5500 nəfərin iştirakı ilə baş tutmuş "Səkkiz Pedaqoq"un Pedaqoji Müdafiə Konfrasında "Dinamik təhsilin mahiyyəti" mövzusunda mühazirə ilə çıxış etmişdir.
Keçəçi oğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Məhəmməd Zəkəriyya Keçəçi
Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi (Təbriz – 1513, Təbriz) — dövlət xadimi. == Həyatı == Təbrizin Keçəçilər ailəsindən olub Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur.